Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə83/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
330
331
əks olunmaqdadır. Bütün bunlar mühüm dialoqlarla parlaq 
komediya səhnələri və  qəzəbli məqamlar yaratmaqla, həm 
də insan həyatını şənləndirən xalq yumorunu əks etdirirdi. 
Bunların hamısı  sonrakı illərdə qaraqalpaq ədəbiyyatında 
dram  janrının inkişafına gətirib çıxardı. Dram janrının 
inkişafı müəyyən dərəcədə  həm də xalq kukla teatrının, 
məsxərəçilərin, məsxərəbazların inkişafına kömək etmişdir. 
Qaraqalpaq milli teatrı öz başlanğıcını 1920-ci illərin 
sonlarından götürür. Əvvəllər özfəaliyyət və yarımpeşəkar 
dərnəklər  əsasında inkişaf edən qaraqalpaq teatrı sonralar 
formalaşmış  və bu gün müasir, professional teatr kimi 
yaşamaqda, ömrünü davam etdirməkdədir.
Qaraqalpaqstanda ilk milli teatr truppası «Tanq nurı» 
(«Dan nuru») adlanır. O   1927-ci ildə Turtkul (Dördgöl) şəhərin-
də  həvəskar dram dərnəkləri  əsasında yaradılmışdır. Onu 
təşkil edənlər  də məhz gənc qaraqalpaq ziyalıları olmuşlar. 
Onların sırasında xalq mədəniyyətinin aparıcı xadimləri 
A.Ötepov, J.Aymirzəyev, A.Matyaqubov, Q.Ubaydullayev, 
T.İsmətullayev, J.Pirnəzərov, K.Allaniyazov və başqaları var 
idi. Qaraqalpaq teatr dərnəklərində kişilərlə  bərabər, həm 
də qadınlar vardır. Onlardan Jumaqul Seyidova, Qurbangül 
Bekmuradova, Məryəm Temirxanova, Perdegül Sayekeyeva 
və başqalarının adlarını çəkmək olar. Truppanın bədii rəhbəri 
isə Abdurahman Ötepov idi.
1
 Sonralar A.Ötepov qələmə 
aldığı «Tengin tapkan qız», «Jacırın moldek», «Asret işkinda» 
«Jalkau Dikan», «Yeməkxana», «Sonqı seltenq», «İgit boldız» 
və s. kimi əsərləri montaj etməklə 30-40-cı illər qaraqalpaq 
teatr repertuarının  əsasını qoymuşdu.
Həmin illərdə qaraqalpaq teatrında «Qırx qız», «İlk 
məhəbbət», «Qız zarafatları», «İki ağanın nökəri» tamaşaları 
böyük müvəffəqiyyətlə  göstərilirdi. Bu tamaşalar teatr 
repertuarını son dərəcə  rəngarəngləşdirirdi. 
Bu gün qaraqalpaq teatrı 80 ildən artıqdır ki mövcuddur. 
Bu dövr ərzində o zəngin və  şanlı bir yaradıcılıq yolu 
 
keçmişdir. Maraqlıdır ki, qaraqalpaq teatrı öz təşəkkülü və 
inkişafı prosesində milli ənənələrin, türk və rus teatrlarının 
ənənələrindən geniş istifadə etməklə  zənginləşmişdi.
Qaraqalpaq milli dramaturgiya və teatrının inkişafında 
başlıca rolu, təbii ki, özbək teatr xadimləri oynamışlar. 
Milli müəlliflərin pyesləri ilə yanaşı, teatr həm də özbək
Azərbaycan, türkmən, qazax, rus, ukrayna, belarus 
dramaturqlarının yaradıcılığı ilə tamaşaçıları tanış edirdi.
Qaraqalpaq Dövlət Musiqili Dram və Komediya Teatrının 
tamaşalarının siyahısında bu mədəniyyət ocağının qırxillik 
fəaliyyəti əks olunmuşdur. Eyni zamanda teatrda oynanılan 
tamaşaların müəllifləri, bəstəkarları, rejissorları, rəssamları 
göstərilmişdir.
2
 Qaraqalpaq səhnəsində  digər pyeslərlə 
yanaşı, həm də Azərbaycan müəlliflərinin əsərləri mü vəffəqiy-
yətlə oynanılmışdır. Bunlar  Ü.Hacıbəylinin «Arşın mal alan», 
M.Ordubadinin «Beş manatlıq gəlin» və s. ol muş dur.  Bu,  eyni 
zamanda Azərbaycan dramaturgiyasının qaraqalpaq səhnə 
sənətinin inkişafında müvafiq rol oynadığını sübüt edir.
Qaraqalpaq milli pyeslərinin mövzusu kifayət qədər 
rəngarəngdir. A.Ötepovun, A.Begimovun, Y.Aymirzəyevin 
və başqalarının dramları xalq həyatının, məişətinin və dövrün 
xarakterik xüsusiyyətlərini doğru-dürüst  əks etdirirdi. 
A.Ötepov  əsasən satirik planda pyeslər yazmağa üstünlük 
vermişdir. Bu səpkili  əsərlər sırasında «Gözəkülüfürən 
müfəttiş»,  «Öz tayını tapan qız» , «900 qram», «Tənbəl 
Seyidmurad» və başqa bu kimi əsərlərin  adlarını çəkmək olar.  
A.Begimov  «Xatirə» pyesində qaraqalpaq xalqının keç miş  və 
indiki vəziyyətini həyatın ziddiyyətləri müstəvisində  təqdim 
edirdi. J.Aymırzəyev «Xakislilər» pyesində yalançı vətənpər-
vərləri, özgə hesabına yaşayanları  və xalq düşmənlərini 
qamçılayırdı.
Qaraqalpaq teatrının digər bir mühüm xüsusiyyətini də 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
332
333
qeyd etmək yerinə düşər. XX əsrin 30-cu illərindən başlayaraq 
qaraqalpaq dramaturgiyası    və teatrında xalq dastanlarının 
səhnələşdirilməsinə  böyük diqqət yetirilirdi.  Qaraqalpaq 
səhnəsində N.Davkarayevin «Alpamıs», qazax dramaturqu 
Q.Musrepovun «Qız Jibek», «Kozı Korpeş  və Bayan Slu», 
A.Begimovun «Qərib Aşıq», İ.Yusupov və A.Şahmuradovun 
«Qırx qız», S.Abdullanın «Tahir və Zöhrə» kimi əsərləri daha 
tez-tez oynanılırdı.
Böyük Vətən Müharibəsi  illərində qaraqalpaq teatrının 
səhnəsində oynanılan  əsərlər həm də maraqlı  təqdimatla 
seçilirdi.  Onların sırasında  J.Aymirzəyevin  ssenarisi 
ilə  T.Allahnəzərov və S.Cumaniyazov  kimi rejissorların 
səhnəyə qoyduqları «Leytenant Yelmuradov» pyesi  milli 
teatrda böyük müvəffəqiyyətlə gedirdi. Qaraqalpaq teatrında 
digər uğurlu səhnə  həllini tapan tamaşalar da var idi. 
Onların sırasında S. Abdulla və Custinin «Qurban Umarov», 
N.Davkarayevin  «Alpamıs», S.Abdullanın  «Tahir və Zöhrə», 
R.Məcidovun «Təzəgül», azərbaycanlı müəllif M.S.Ordubadi-
nin «Beş manatlıq gəlin», özbək dramaturqu K.Yaşenin 
«Oftobxan», rus müəllifləri A.Ostrovskinin  «Kasıblıq son 
hədd deyil», K.Simonovun «Rus adamları» və s. əsərlər daha 
maraqla qarşılanırdı.
3
Müharibədən sonra qaraqalpaq səhnəsində milli və 
özbək  müəlliflərinin pyesləri böyük müvəffəqiyyətlə gedirdi. 
Bunlar əsasən Y.Aymirzəyevin «Aygül və Abat», «Aral qızı», 
«Amudərya sahillərində» və «Berdağ», özbək müəllifləri 
K.Yaşenin və M.Məhəmmədovun «Gülsara», H.H.Niyazinin 
«Bəy və nökər», A.Qəhharın «Yeni torpaqda» və başqalarının 
dram əsərləri idi.      
 Qaraqalpaq milli pyeslərinin mövzusu rəngarəng idi. 
A.Ötepovun, J.Aymirzəyevin, A.Begimovun dramları 
ümumən dövrün xarakterik xüsusiyyətlərini, xalqın məişətini 
olduqca doğru-dürüst  əks etdirirdi. A.Ötepov satirik planlı 
pyeslər yazmağa daha çox meylli idi. Məsələn, «Öz tayını 
tapan qız», «Səlahiyyətli gözdən pərdə asan», «900 qram», 
«Tənbəl Seyidmurad» və s. bu baxımdan olduqca maraqlıdır. 
A.Begimov «Xatirə» pyesində  hərəkəti iki – keçmiş  və 
bugünkü qaraqalpaq həyatının əksilikləri əsasında qururdu. 
J.Aymirzəyev  «Xakislilər» pyesində yalançı vətənpərvərləri, 
özgə hesabına yaşayanları  və xalqın düşmənlərini tənqid 
atəşinə tuturdu. 
Qaraqalpaq teatrının digər bir cəhətini də qeyd edək. 
XX əsrin 30-cu illərindən başlayaraq qaraqalpaq dramaturq-
ları və teatrı ən mühüm yeri xalq eposunun səhnələşməsinə 
verirdilər. Teatrın səhnəsində daha tez-tez N.Davkarayevin 
«Alpamıs», Q.Musrepovun «Qız Jıbek» və «Kozı Korpeş və 
Bayan Slu», A.Begimovun «Qərib Aşıq», A.Sahmuradovun 
və İ.Yusupovun «Qırx qız», S.Abdullanın «Tahir və Zöhrə» 
əsərləri göstərilirdi.
Qaraqalpaq  ədəbiyyatında dram janrının inkişafına 
klassik fransız, rus, Azərbaycan və özbək dramaturqları 
nəzərəçarpacaq təsir göstərmişlər. Qaraqalpaq səhnəsində 
N.Qoqolun «Müfəttiş», A.Ostrovskinin «Kasıblıq son hədd 
deyil», K.Trenyovun «Lyubov Yarovaya», M.Qorkinin «Vassa 
Jeleznyova», Ü.Hacıbə ylinin  «Arşın mal alan», X.Niyazinin 
«Bəy və nökər», «Maysaranın oyunları» və s. əsərlər səhnəyə 
qoyulmuşdur.
30-cu illərdən başlayaraq S.Məcidov, A.Ötepov və 
A.Begimovun tarixi-ictimai-siyasi mövzulara həsr olunmuş 
pyesləri yaranmışdı. Xalq eposu motivləri əsasında da bir sıra 
pyeslər, həm də  uşaqlar üçün ilk dram əsərləri yazılmışdı. 
Xalqın müxtəlif problemlərini qabardan mövzulara 
A.Ötepovun «Gözəkülüfürən müfəttiş», «900 qram», 
«Odekolon», «Şübhə». A.Matyakubovun «Nəşəçəkən», 
J.Aymirzəyevin «Ziyankarlar», «Boşboğazlar», «Öz 
dəyənəyinlə özü nə»,   «Oğur luq - alçaqlıqdır» komediyaları 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə