Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə79/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
314
315
müraciətlə bağlı yazırdı: «Keçmiş indinin müəllimidir. 
Keçmişin səhvlərini təkrar etməmək üçün şagird bu səhvləri 
yaxşı öyrənməlidir… - Bütün zamanların və xalqların 
müəllimi olan xalq müdrikliyi  «Səhvlərdən öyrənirik» - deyə 
bizi öyrədir.
Kim ki, fikirləşmədən öz keçmiş əcdadının qəbrini daşa 
tutur, gələcək nəsil onun özünü qəbirdən kənara atacaq. 
Buna görə də keçmişə olduqca diqqətlə yanaşmaq lazımdır. 
Bir də onu da yaddan çıxarmalı deyilik ki, elə ölülər var ki, 
onlardan daim canlı ruhu gəlir, amma, əksinə, elə dirilər də 
var ki, onlar ölüyə  bənzəyir».
5
 Sonra isə bunları  əlavə edir: 
«Keçmişin üstündən atlanmaq da,  üstündən sakitcə keçmək 
də olmaz. Keçmiş elə keçmişdi. O, daim özünə diqqətli 
münasibət tələb edir».
6
  Sonra T.Kaipbergenov trilogiyanın 
yaranması haqqında fikirlərini davam etdirərək aşağıdakıları 
qeyd edir: «Keçmişə müraciət edərkən qəmə, kədərə batıb, 
yaş tökmək lazım deyil, onun qaranlıq səhifələri, hadisələri 
üzərində düşünüb qalmaq lazım deyil. Ya da heç sevinməli 
də deyilik ki, tariximizin hansısa şanlı səhifələri olub, buna 
görə papağımızı göyə  də atmalı deyilik. Xalqın taleyindəki 
yaxşını da, pisi də, işıqlını da, qaranlığı da görmək lazımdır 
və yadda saxlamaq lazımdır ki, yaddaş insana onun insan 
olduğunu unutmamaq üçün verilib».
7
Doğrudan da belə olduğu halda, görəsən, insanın 
epopeyada  əhəmiyyəti nədən ibarətdir? Epopeyanın üç 
romanındakı baş qəhrəmanlar, onun əsas dayağı Mamanbiy, 
Aydosbiy, Yernəzər biy – Alagözdür. Belə  bədii yanaşma 
tərzi oxucunu Orta Asiya roman epopeya tipinin başlıca 
qəhrəmanının mərkəzdə durmasını diqqətə  gətirir. Bu 
mənada T.Kaipbergenovun trilogiyası M.Auezovun «Abay» 
və «Abay yolu», Aybəkin «Nəvai», M.S.Ordubadinin «Qılınc 
və  qələm», Y.Çəmənzəminlinin «Qan içində» və s. kimi 
əsərlərlə müqayisə edilə bilər.
Əlbəttə, T.Kaipbergenov bu trilogiyanı heç də asan 
araya-ərsəyə  gətirmə mişdir. Onun üçün ən çətin məsələ 
qaraqalpaq  ədəbiyyatında tarixi roman janrı  ənənələrinin 
olmaması ilə bağlı idi. Buna görə də yazıçının özünün qeyd 
etdiyi kimi, elə etmək lazım idi ki, «materialı elə toxumaq, elə 
biçmək, elə tikmək lazım idi ki», bu özünün paltarın olaydı. 
T.Kaipbergenov onu da bilirdi ki, əgər sənin  yaradıcılığın 
digər xalqların xoşuna gəlməsə,  əsərinə laqeyd yanaşılsa, 
onlar sənin sözünü doğma söz kimi də  qəbul etməyəcək 
və onu öyrənməyə çalışmayacaq. Yazıçı  hər ehtimala qarşı 
Nizaminin, Nəvainin, Uluqbəyin, Birinci Pyotrun, Boqdan 
Xmelnitskinin, Vaqifin, Abayın və digər böyük insanların 
haqqında  əsərlər yazıldığından da yaxşı  xəbərdar idi. 
Mamanbiy, Aydos-dədə, Yernəzər-Alagöz haqqında isə heç 
kəs heç nə bilmirdi, buna görə də o, onları tanıtmalıydı. Onlar 
haqqında ancaq qaraqalpaqların və Orta Asiya xalqlarının 
tarixinin tədqiqi ilə  məşğul olan tarixçilərin, etnoqrafların 
məlumatı vardı. Ümumiyyətlə, dünyada qaraqalpaqların 
özlərinin mövcudluğundan da az insanların məlumatı 
var idi. Buna görə  də yazıçı qarşısında məqsəd  əsasən 
aşağıdakılardan ibarət idi: «Nə üçün bütöv bir xalq tarixin 
gediş «təkər»indən kənarda qalıb, niyə digər xalqlar üçün, 
hətta XVI əsrdən haqqında məlumatlar olan qaraqalpaqlarla 
bağlı digərləri konkret, dürüst məlumatlara malik deyillər?». 
Buna görə  də yazıçı qaraqalpaqlar barədə daha dərindən 
düşünməyə başladı. Sənətkar qaraqalpaqlar haqqında elə 
danışmaq istədi ki, onları digər xalqlara daha yaxından tanış 
etsin. Bütün bu söylədiklərimiz haqqında T.Kaipbergenov  
da ha obyektiv məlumatlar verməklə yanaşı, həm də oxucula-
rın gözündə keçmiş nəsillərin əsl obrazını yaratmağa müvəf-
fəq oldu.
Qaraqalpaq xalqının tarixi şəxsiyyətlərinin adı uzun müd-
dət ərzində folklor əsərlərində əks olunmasına baxmaya raq, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
316
317
T.Kaipbergenovun trilogiyasında onlar həm də  ədəbi hə yat 
əldə edə bildilər. 
«Qaraqalpaqlar haqqında dastan» əsərində  təkcə 
qaraqalpaqlar deyil, həm də Orta Asiya xalqları və dünyanın 
digər xalqlarına məlumatlar çatdırıldı. Trilogiya qəhrə-
manların dan  hər biri öz xalqı qarşısında tarixi missiya yerinə 
yetirmək dədir. «T.Kaipbergenov tərəfindən belə qəhrəman-
ların seçimi onun ictimai fəal şəxsiyyət idealı ilə əlaqələrinin 
olduğunu  əks etdirir. Maman və Yernəzər obrazlarında 
öz ideallarını  təsvir edən yazıçı bununla belə    əsl insanın 
təkrarsızlığını, onun xarakterinin fərdi xüsusiyyətlərini 
göstərmək istəyirdi».
8
 Digər tərəfdən, baş  qəhrəmanların 
fəaliyyəti ilə  həm də epopeyanın başlıca gedişi,  əsas 
istiqamətləri bağlıdır. Buna görə  də epopeyanın üç romanı 
yazıçının  qaraqalpaqların tarixinə  vahid baxışı altında 
birləşmişdi. Burada həm də tarixi-siyasi tendensiyaların 
müvafiq  təkamülü də öz əksini tapmışdır. Ədəbi tənqid bu 
əsəri məhz belə qiymətləndirirdi.
Söhbət T.Kaipbergenovun  «Qaraqalpaqlar  haqqında 
dastan» trilogiyasına  ədəbi tənqidin münasibətindən 
düşmüşkən bu əsərə qeyri-obyektiv qeyri-peşəkar tənqidçi 
münasibəti ilə bağlı  fikrimizi də bildirək. Epopeya rus 
tərcüməsində yenicə  işıq üzü gördüyü vaxtda Moskvada 
nəşr olunan nüfuzlu «Voprosı literaturı» jurnalı 1989-cu 
ildəki onuncu sayında A.İzyumski adlı bir tarixçinin «Vətən 
tarixi  ədəbiyyatın güzgüsü arxasında»
9
 mövzulu məqaləsi 
dərc olunmuşdur ki, burada müəllif T.Kaipbergenovun 
reputasiyalı yazıçı nüfuzuna kölgə salmağa cəhd etmişdir. Biz 
trilogiya ilə yaxından tanış olan bir ədəbiyyatşünas-türkoloq 
kimi qaraqalpaq yazıçısının bu əsərinin nəinki öz milli 
ədəbiyyatında, həm də türk, Şərq və dünya ədəbiyyatında 
orijinal nümunə olduğunu söyləməliyik.
1990-cı ilin iyun ayında nəşr olunmuş «Redaktora 
məktub»
10
 başlıqlı yazıda T.Kaipbergenov A.İzyumski kimi 
tarixçilərin  ədəbiyyat məsələsi ilə kompetensiyasız məşğul 
olmasını  təəssüf hissi ilə qeyd edir və  əksər hallarda bədii 
təsvirlə tarixi fakt arasında fərqləri görə bilmədiyinə görə 
müəllif  İzyumskiyə öz əsaslı iradlarını ortaya qoyur. O, 
İzyumskini  ədəbi etikanın elementar qaydalarına riayət 
edə, tarixlə  bədii təfəkkürün hədlərini müəyyənləşdirə 
bilməməkdə suçlayır. Trilogiya müəllifi bir neçə məqamlarda 
İzyumskinin bu və ya digər frazanı  ümumi kontekstdən 
çıxarıb ona siyasi rəng verməsinin məqsədli olduğunu qeyd 
edir.  İzyumski Kaipbergenovun kitabın  əvvəlində dediyi 
«mən oxuculara yalnız həqiqəti yazmağı  vəd edirəm»dən 
yapışıb getdiyini və kursivlə  fərqləndirilmiş «Daha bir 
əfsanə» ifadəsini nəzərdən qaçırdığını da tarixçiyə irad 
tutur. Bununla da müəllif sənədin həqiqətə uyğunluğu 
yox,  əfsanənin həqiqətindən danışdığını qabartdığını    və 
əfsanənin  bu xalqın həyatında  əsaslı yer tutduğunu göstərir. 
İzyumskinin «dastan» və «hekayətlə» tarixi fakt və material 
arasında  qeyri-ədəbiyyatşünas kimi fərq qoya bilmədiyini 
sübuta yetirir. Bunun da başlıca səbəbini yazıçı bir sıra özünü 
mütəxəssis hesab edənlərin şərq ədəbiyyatının özünəməxsus 
xüsusiyyətlərini kifayət qədər anlamadıqları ilə bağlayır. 
Sonda T.Kaipbergenov peşəkarlıq baxımından olduqca zəif  
bir məqalənin  «Voprosı literaturı»  jurnalının səhifəsinə  ayaq  
açmasından təəssüf hissi keçirdiyini gizlətmir.                       
 Trilogiyanın birinci kitabının başlıca ideyası  «Ma-
manbiy haqqında dastan»da  Mamanın  əsərin magistral 
tendensiyasının ifadəçisi kimi çıxış etməsi dir.    Əsərdə  məhz 
dağınıq halda olan qaraqalpaq qəbilələrinin birləşməsinə o, 
bütün gücü ilə, daxilən can atır. Maman həm də tanınmış 
ta rixi  şəxsiyyət kimi çıxış edir. O, daha məğrur addımlar at-
maq istəyir (məsələn, o, qazaxlar tərəfindən Əbdülxeyrxa nın 
başçılığı altında  mübarizəyə qarşı çıxış edir). Burada Maman 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə