Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə78/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
310
311
bu keyfiyyətin ortaya çıxdığını sübut edir. Bəs epopeyada 
nədən bəhs olunur? Onun başlıca problematikası  nədən 
ibarətdir? Qeyd edək ki, «Qaraqalpaqlar haqqında dastan» 
trilogiyasında qaraqalpaq xalqının XVIII-XIX əsrlər  ərzində 
yaşadığı dövr bütün təfərrüatları ilə  əksini tapmışdır. Bu 
dövrdə xalqdan tələb olunan iri həcmli vergilər ucbatından 
insanların öz yurdunu tərk edərək yeni torpaqlara üz 
tutduğu,  Xivə xanlığına qarşı vuruşmaqla müstəqilliyini 
bərqərar etmək  əzmində olub dövlət qurmaq uğrunda 
yadellilərə qarşı mübarizə gedirdi. Dövrün siyayi reallıqları 
ilə uyuşmayan ziddiyyətlər ucbatından Qaraqalpaqstan 
 
Rusiya, Türkiyə, İngiltərə kimi güclü dövlətlərin maraqlarının 
kəsişib-çarpazlaşdığı bir arena kimi ortada idi. Orta Asiya 
xalqlarının – qazaxların, qırğızların, türkmənlərin və eləcə də 
qaraqalpaqların özlərinin tayfalararası mübarizədə zəifləməsi 
də  vəziyyətin gərginləşməsində az rol oynamırdı.
Belə olduğu halda tarixi mövzuya, epopeya janrına 
müraciət nəyi həll edə bilərdi? Bu maraq nə ilə bağlı idi? 
XX əsr ədəbiyyatının fərqli xüsusiyyətindən biri yazıçı, şair, 
dramaturq və mədəniyyət xadimlərinin  tarixi hadisələrə və 
bədii sözə, keçmiş  şəxsiyyətlərin fəaliyyətinə  nəzər salması 
mühüm əhəmiyyət kəsb edirdi. Bu  dövrdə rus ədəbiyyatında 
A.Çapıginin «Stepan Razin», S.Zlobinin «Salavat Yulayev», 
O.Forşun «Radişev», A.Tolstoyun «Birinci  Pyotr», N.Yanın 
«Çingiz xan», Y.Tınyanovun «Kyuxlya» və «Puşkin», 
V.Şişkovun «Yemelyan Puqaçov», V.Kostılyovun «Kuzma 
Minin» və s. əsərləri ortaya çıxmışdır. Bu dövrdə həm də milli 
ədəbiyyatlarda roman-epopeya janrına daha çox müraciət 
olunurdu. Məsələn, qazax M.Auzeovun «Abay» və «Abay 
yolu», Nizaminin, Nəvainin, Uluqbəyin,  Şevçenkonun və 
digərlərinin həyat və fəaliyyəti ilə bağlı konkret şəxsiyyətlərə 
və hadisələrə  həsr olunmuş tarixi-bioqrafik  əsərlər yazılır, 
onlar geniş yayılır, oxucu rəğbəti qazanırdı.
Tarixi mövzuya müraciət həm də Azərbaycan ədəbiyyatı 
üçün xarakterik olmuş və bu mövzu bu gün də aktual olaraq 
qalmaqdadır. Bu sırada H.Cavidin «Peyğəmbər», «Topal 
Teymur», C.Cabbarlının «Od gəlini», A.Haqverdiyevin 
«Köhnə  nəsil», M.S.Ordubadinin «Dumanlı  Təbriz», 
«Döyüşən  şəhər», «Qılınc və  qələm», «Gizli Bakı», 
Y.Çəmənzəminlinin «Qan içində», S.Vurğunun «Vaqif», 
S.Rüstəmin «Qaçaq Nəbi», Qabilin «Nəsimi»,  müasir dövrdə 
B.Vahabzadənin, N.Xəzrinin, İ. Əfəndiyevin, Anarın, Elçinin, 
E.Hüseynbəylinin, Y.Oğuzun, H.Mirələm ovun  və b. bu kimi 
müəlliflərin  əsərlərini nümunə göstərmək olar.
Göründüyü kimi, XX əsrdə rus, ukrayna, qazax, özbək, 
Azərbaycan  ədəbiyyatlarının nümayəndələrinə, tarixi 
şəxsiyyətlərinə, hökmdarlarına, qəhrəmanlarına onların xalq 
mübarizəsi yolunda roluna xeyli diqqət yetirilmiş və bu gün 
də yetirilməkdədir. Yeni tarixilik  dalğası – keçmişi daha 
dərindən izah edir. İlk növbədə belə yanaşma tərzi kiçik, epik, 
daha mobil janrlarda da özünü əks etdirirdi. Bu baxımdan 
belə mövzuda Orta Asiya və Qazax ədəbiyyatında hekayələr 
və povestlər ortaya çıxırdı. Bu baxımdan Aybəkin « Nəvai », 
M.Şeyxzadəninin « Uluqbəy» A.Kekilbayevin, O.Bokeyevin, 
Ə.Nurpeisovun, A.Alimcanovun və başqalarının  əsərləri 
xarakterikdir. Xalq həyatının keçmiş  səhifələrini yenidən 
canlandırmaq və onları yaddaşlara gətirmək baxımından 
roman, hətta roman-epopeya janr formalarına müraciətin 
özü daha önəmli görünürdü. Bu dövrdə bir-birinin 
ardınca yaradılmış  qırğızlar T.Qazımbekovun «Sındırılmış 
qılınc» və T.Sıdıkbekovun «Dağlar arası», qazax yazıçıları 
A.Nurpeisovun «Qan və tər» və İ.Yesemberlinin «Köçərilər», 
T.Kaipber genovun «Qaraqalpaqlar haqqında dastan», özbək 
P.Qədirovun «Ulduzlu gecələr», azərbaycanlı İ.Hüseynovun 
«İdeal», Y.Səmədoğlunun «Qətl günü» və digər əsərlər daha 
çox oxucu marağına səbəb olurdu. 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
312
313
Qaraqalpaq  ədəbiyyatının ən parlaq nümunəsi «Qaraqal-
paqlar haqqında dastan»dır. Burada tarix, fəlsəfə, psixologiya, 
mentalitet, böyük tarixi şəxsiyyətlər və onların müasirlərinin 
münasibətləri haqqında məsələlər gündəmə  gətirilmişdir. 
T.Kaipbergenov həm də bütün bu problemləri aradıqda onları  
mücərrəd yox, xalq həyatını realist şəkildə çözməklə və onun 
çoxsaylı xüsusiyyətlərini  göstərməklə  ona nail olurdu.
«Qaraqalpaqlar haqqında dastan»  əsərində müəllif 
qaraqalpaq ların tarixi konsepsiyasının elə mühüm 
səhifələrini və dönəmlərini yaradır ki, burada xalq daim öz 
keçmişinin, indisinin və gələcəyinin axtarışında olur. Əsərdə  
başlıca motivlərdən biri kimi  yazıçının bədii təfəkkürünü 
qidalandıran yetimlik  motividir. Bütün epopeya boyu biz 
yetim qəhrəmanlarla rastlaşırıq. Onlar «Mamanbiy haqqında 
dastan» əsərində daha mühüm rol oynayır, XVIII-XIX əsrlərdə 
qaraqalpaqlar arasında yetimlərin, kasıbların olması heç də 
nadir hal deyildi. Onlar yadellilərin yürüşü nəticəsində öz 
torpaqlarından kənar düşürdülər. Bütün bunlar səhralarda 
yaşayan xalqın dramatik və  sərgərdan taleyində mühüm 
rol oynayırdı. Trilogiyanın birinci hissəsində – Mamanbiy 
– baş  qəhrəman kimi öz valideynlərini daha erkən itirmiş 
yetimlərdən biridir. Xalqın oğul və  qızlarının bəzilərinin 
taleyi yazıçıya tarixi məqamlar üçün də əsaslar verirdi. Çünki 
qaraqalpaq bəyləri, xanları  və feodallarından başqa bütün 
qaraqalpaqlar köməksiz, arxasız yetimə bənzəyirdilər. Buna 
görə də xalqa dayaq olan bir şəxsiyyət  gərək idi. O, belə bir 
dayağı özünün seçdiyi Mamanbiyin timsalında görürdü. 
Epopeya təzəcə işıq üzü gördüyü zaman tənqidçi T.Davıdova 
əsərlə bağlı  fikrini söyləyərkən demişdi: «Kasıblıq  ideyası 
nəinki bütün xalqın kasıblığı və yetimlərin  obrazının hərtərəfli 
epik təsvirini verən çoxsaylı  səhnə lərdə  görünür, bu, həm 
də epopeyanın simvolikası ilə bağlıdır ki, bu da əsərin bədii 
ifadəliliyin mühüm xüsusiyyəti kimi ortada dayanır».
4
   
T.Kaipbergenovun trilogiyasının başlıca xüsusiyyəti 
qaraqalpaqların birləş məsini şərtləndirən fikrin zəruriliyidir. 
Bu pərakəndə 
şəkildə yaşamağa məcbur edilmiş 
qaraqalpaqların öz xoşbəxtliyini, səadətini arayıb-axtardığı 
məqamlarda daha yaxşı  təsvir olunur. Qaraqalpaqların 
tarixi konsepsiyasında bu məsələ  daim aparıcı olmuşdur. 
Yazıçı  məhz bu ideyanı böyük ustalıqla açır. Burada yenə 
də xalqın və müəllifin bədii təfəkküründə olan tarixilik 
prinsipi onun köməyinə gəlir. T.Kaipbergenov heç də keçmiş 
dövrlərin hadisələrini idealizə etmir. XVIII-XIX əsrlərdə 
xalqın taleyində getmiş  prosesləri modernləşdirmir. Çünki 
bu dövrdə məhz tayfalararası və qəbilələrarası ziddiyyətlərin 
kəskinləşməsi gedirdi. Sənətkar haqlı olaraq göstərir ki, 
Mamanbiy və ikinci kitabdakı Aydosbiyin qaraqalpaqların 
bir-biri ilə düşmənçilikdə olan qəbilələrinin müstəqil dövlətə 
çev rilməsində rolu nə  qədər böyük olmuşdur. Qaraqalpaq-
ların birləşməsi üçün mühüm məqamları biz kitabın mərkəzi 
obrazı olan Yernəzər Alagözün timsalında   tapırıq. Yernəzər-
Alagözün Mamanbiy və Aydosbiy kimi qaraqalpaqların 
müstəqillik uğrunda mübarizəsində  məhv olmasına 
baxmayaraq, o, öz əzab,  əziyyətlərinin nəticəsini görə bilir, 
qurduğu qaraqalpaq xanlığında yaşaya biləcəyinə inanır. 
Baş  qəhrəmanların və yaxud onların arvadlarının, yaxın 
silahdaşlarının həyatdan getməsi trilogiyada olduqca mühüm 
və  məntiqə söykənən  əsaslar üzərində qurulur. Epopeyada 
müəllif  əsl faciəvi başlanğıca gəlib çıxa bilir. O, burada 
qaraqalpaqların məhv olması ilə bağlı  fikir və düşüncələri 
də mahiyyətə uyğun təsvir edir. Bütün epopeya boyu biz 
saysız-hesabsız qan-qadalarla, ölümlərlə rastlaşırıq. Nə qədər 
acı olmuş olsa da, bu acı tarixi həqiqətlərdir və əsərin hər bir 
fəsil və səhnəsində müəllifin bütün olay və tarixi hadisələrə 
müfəssəl baxışı  əks olunur. T.Kaipbergenov trilogiyanın 
birinci kitabı olan  «Mamanbiy haqqında dastan»da keçmişə 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə