Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə87/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
346
347
(1998), X.Yesbergenov və J.Xocaniyazovun «Qaraqalpaq 
folklorunda etnoqrafik motivlər», Y.Kalafatın «Qaraqalpaq  
xalq inancları» (1999), yenə  də onun «Nökis simpoziumu 
və qaraqalpaq türk xalq inancları» (2000), S.Kamalovun 
«Qaraqalpaqların xalq kimi ortaya çıxması  və onun 
məmləkət halına gəlməsi tarixindən» (2001) və s. kimi 
tarix və etnoqrafiya məsələlərini çevrələyən material 
və  əsərlərdə xalq ədəbiyyatı nümunələrinə müxtəlif 
yönlərdən toxunulmuş,  onun şifahi mədəniyyəti haqqında 
təsəvvürlər yaradılmış, mülahizələr irəli sürmüşdür.
Qaraqalpaq folkloru və epik nümunələrinin elə bir 
örnəyini tapmaq mümkün deyildir ki, onlar milli folklor-
şünaslığın və eposşünaslığın təhlil obyektinə çevrilməsin. 
Qaraqalpaq  şifahi söz sənətində  ən ardıcıl nəşr edilən 
və sistemli şəkildə  nəzərdən keçirilən, heç şübhəsiz ki, 
dastanlardır. Qaraqalpaq dastanşü naslığında dastanlar 
həm ayrı-ayrılıqda nəşr olunmuş, onlara çoxsaylı ön söz 
yazılaraq bu nümunələrin bədii-estetik keyfiyyətlərindən 
danışılmış, həm də konsepsiyalaşmış  nəzəri təhlillər 
aparılmışdır. Bu baxımdan İ.Sagitovun «Qırx qız» dastanı 
haqqında» (1946), «Каракалпак  халгынын  кахраманлык 
эпосы» (1963), «Alpamıs» (1957), K.Maksetovun 
«Каракалпак кахраманлык дестаны «Кырк кыз» (1962), 
yenə onun «Каракалпак  кахраманлык  дестанларынын 
поэтикасы» (1965), yenə  də onun “Qaraqalpaq eposu” 
 
(1976), «Maspatşa» (1985), «Кырк    кыз» kахраманлык 
халыk дестаны» (1993), «Кырк кыз» (1956), «Qurbanbəy» 
(1952), «Alpamıs» (1941), L.Klimoviçin «Qırx qız»ın ilk 
rus nəşrinə yazdığı ön söz» (L.Klimoviçin bu məqaləsi 
Nökisdə  və Daşkənddə müxtəlif jurnal və  dərgilərdə 
dəfələrlə  nəşr olunmuşdur) (1949), K.Maksetovun 
«Qaraqalpaq  ədəbiyyatı  və incəsənəti» jurnalında nəşr 
etdirdiyi «Qırx qız» dastanının ifaçısı» (1956), yenə onun 
həmin jurnalda  dərc etdirdiyi «Qırx qız» dastanının bədii 
xüsusiyyətləri» (1957), Özbəkistan EA Qaraqalpaqstan 
Elmi-Tədqiqat Kompleks İnstitututunun nəşr etdirdiyi 
«Qaraqalpaq qəhrəmanlıq dastanı «Qırx qız» (1958), yenə 
də K.Maksetovun  noğaylı jırau yaradıcılığının banilərindən 
biri «Soppaslı  Sıpıra jırau»ya həsr etdiyi və «Amudərya» 
jurnalında nəşr etdirdiyi  məqalə (1971), «Alpamıs» (1990), 
E.Alimovun «Каракалпак  лиро-эпикалык  дестанлары» 
(1983), «Kanşayım» (1957), «Жонодил» (1970), «Qırx qız» 
(1993), «Alpamıs» (1957), «Алпамыс-Коблан, Каракалпак 
фольклоры» (1995), «Yer Şora» (1995), J.Xocaniyazovun 
Daşkənddə «Alpamıs»ın qaraqalpaq versiyasının tarixi-
folklor xüsusiyyətləri» (1978) mövzusunda müdafiə etdiyi 
namizədlik dissertasiyası, K.Allambergenovun «Халык 
дестаны  Едиге» (1995), S.Bahadırovanın «Dədə Kitabı 
və Alpamıs dastanının qaraqalpaq variantı» (2005), yenə 
də onunla S.Əhmədovun «Qaraqalapaq xalq ədəbiyyatı 
terminləri və dastanları» (2004), «Едиге» (Каракалпак 
халык  дестаны), S.Əhmədov və S.Bahadırovanın “Kара-
калпак турлери  дестан ve özeтлери” (1998) və s. ki mi qa-
raqalpaq eposşünaslığının müxtəlif tərəflərini çev rələyən 
bu  əsərlər nəinki dastanşünaslığın sırf Qa raqalpaqstanda 
öy rənilməsinə, həm də ümumtürk dastan şünaslığının  in-
kişa fında, onun müxtəlif problemlə rinin  çözülməsində 
nəzə rəçarpacaq dərəcədə rol oynamışdır.
Qaraqalpaq dastanlarının hərtərəfli təhlilində K.Mak se-
tovun, S.Bahadı rovanın, T.Jdankonun, İ.Sagitovun və digər-
lərinin  əməyi xüsusilə böyükdür. Bu müstəvidə K.Mak-
setovun «Qaraqalpaq eposu» monoqrafik araşdırması 
xüsusi çəkiyə malikdir. 
K.Ayımbetovun, G.Yesemuradovun, A.Karimovun 
«Qaraqalpaq xalq nağılları» (1956), yenə də onların birlikdə 
nəşr etdirdikləri «Xalq bilgiliyi» (1988), T.Adambayevanın 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
348
349
«Jırau namələri» (nəğmələri) (1996), L.İsmanovun 
«Qaraqalpaq  əfsanələri və  şeşenlik sözləri» (1992), T. 
Qənaətovun «Qaraqalpaq xalq əfsanələri» (2000), Qaraqal-
paq 
larda novruz (1996), K.Maksetovun, N.Kama 
lovun, 
K.Mam betnazarovun  və S.Bahadırovanın hazırladıqları 
«Ömirbəyin lətifələri» (1990), Y.Paxraddino 
vun «Mənalı 
sözlər və xalq əfsanələri» (1989), L.Tolstovanın «Cənubi 
Aralətrafının tarixi rəvayətləri» (1984),  yenə  də onun 
A.Ötəmisovla birlikdə hazırlayıb Özbəkistan Elmlər 
Akademiyasının  Qaraqalpaq  filialının «Xəbərlər»ində nəşr 
etdirdiyi «Şimal-şərq qaraqalpaqlarının tarixi folkloru» 
(1963), K.Ayimbetovun «Xalq danalığı» (1968), S.Kama lo-
vun «Yernəzər Alagöz.  Xalq azadlıq mübarizəsinin qəhrə-
ma nı» (1993), «Qaraqalpaq folkloru nun I-XX cildlərini çev-
rələyən  şifahi yaradıcılıq nümunələri (1977), «Qaraqalpaq 
ağız söyləntiləri» (1966), X.Yesbergenov və  T.Ata mura do-
vun «Ənənələr və onların qaraqalpaqların şəhər məişətində 
dəyişil məsi» (1975), K.Maksetovun «Qaraqalpaq folkloru-
nun tarixi oçerki» (1977), yenə onun «Qaraqalpaq folkloris-
tikası» (1989), yenə  də onun «Qaraqalpaq xalqının bədii 
söz lü  yaradıcılığı» (1996), K.Maksetov və Tejimuradovun 
«Qara qalpaq folkloru» (1979), K.Maksetov və K.Palım beto-
vun «Qaraqalpaq təkərləmələri» (1997), K.Maksetov, N.Ka-
malov, K.Mambet nazarovun «Qaraqal paq xalq əfsanələri  
və lətifələri» (1962), K.Mak setov və K. Palımbetovun «Qara-
qalpaq ənənəvi nəğmələri» (1997), K.Mak setov, K.Kamalov, 
K.Mambetnazarovun «Qaraqal paq xalq ağız söyləmələri 
və  lətifə ləri»  (1995),  K.Mam bet naza rovun  «Qaraqalpaq 
nağıl ları haqqında» (1981), Ə.Nəhmədovun «Əski bir türk 
boyu olan müytenlər və tenşe  əfsanələri» (2002), M.Nur-
mühəmmə dovun  «Qara qalpaqlarda  aşıq (kemik) oyunları» 
(1987), K.Mam 
betovun «Qaraqalpaq tolqauları» (1995), 
«Qara qalpaq folkloru tarixi üzrə oçerklər» (1977), K.Mam-
betnazarovun 
«Qa ra qalpaq 
xalq 
nağılları» mövzulu 
namizəd lik 
dis sertasiyası (1967), «Qaraqalpaq xalq 
tapmacaları» (1996) və s. qaraqalpaq folklorşünaslarının 
apardığı çoxillik və ardıcıl fəaliyyətin nəticəsi kimi ortada 
dayanmaqdadır. 
K.Maksetovun folklorşünaslıq tədqiqatlarında təhlil 
obyekti kimi qaraqalpaq folklorunun əksər janrları çıxış etsə 
də, başlıca prioritet kimi qaraqalpaq folklorunun və  qəh-
rəmanlıq dastanlarının müxtəlif problemlərinin öyrə nil-
məsi, poetikası və s. yanaşı, qaraqalpaq dastan çılığında ön-
cül mövqedə dayanmış Qurbanbəy Tajibəyovun reper tua-
rında yer almış çoxsaylı dastanların bədii xüsusiyyətlərinin 
tədqiqi məsələsi aparıcı yer tutur. Onun «Qaraqalpaq 
eposu» mövzulu sanballı monoqrafiyasında Qurbanbəyin 
yaradıcılıq irsində istifadə olunan özünəməxsus va-sitələr 
bütün detalları ilə araşdırılır. Dastanşünasın Qurban-
bəyin epik repertuarında kifayət qədər geniş yer alıb 
nəşr olunmuş «Qırx qız», «Yer Ziuar», «Kanşayım», 
«Mənqlikal», «Qurbanbəy», «Janadil», «Baltakey-batır» 
kimi dastanlarla yanaşı, Qurbanbəyin ifasında səslənmiş, 
lakin nəşr olunmamış  «Alpamıs», «Yersayım», «Cahanşa», 
«Səlimcan», «Elimxan», «Hətəm-Tay», «Hacı-Girey», «Yer-
Kosay», «Şirin-Şəkər» və s.  əsərlərin də xüsusiyyətlərinə 
nəzər salır, Qurbanbəy jırau yaradıcılığı ilə digər 
qaraqalpaq jıraularının yaradıcılıq xüsusiyyətləri arasında 
paralellər aparır, ümumiləşdirmələr edir. Monoqrafiya 
boyu tədqiqatçı yalnız bir jıraunın  yaradıcılığı daxilində 
qapanıb qalmır. Jırauların improvizasiya üsullarına, 
dastanın musiqi hissəsinin ifa manerasına, poemalarda yer 
almış epikadakı milli spesifikanın özünəməx susluğuna və 
musiqi  repertuarına da dərindən diqqət yetirir. Müəllif 
qaraqalpaq dastançılarının ifasının özbək xalq baxşiləri, 
qazax akınları, qırğız manasçılarının ifasına oxşarlığını 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə