Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
138
139
sosial gerçəklikdə olan ziddiyyətlərin səbəbləri göstərilir.
Lirik nəğmələrin əsas
hissəsində dünya, aləmdəki faciəvi
həyat müxtəlif rənglərdə əks olunur. Ümumiyyətlə, sevgi
nəğmələri öz məzmununa görə faciəvidir. Xəyanət, ayrılıq,
əvvəlki sevdiyi qızla vüsala yetməməsi – sevgi nəğmələrinin
başlıca kolliziyasını təşkil edir. Sevgiyə münasibət lirik
qəhrəmanların yüksək mənəvi prinsiplərə sadiqliyini,
onların öz sevgisinə sədaqətini göstərir. Burada gənc oğlanın
öz sevgilisinə monoloq şəklində and içərək müraciəti əks
olunur. Belə hal «Mən harda olsam da» nəğməsi üçün də
xarakterikdir:
Qar kimi əriyən suya dönərəm,
Gecələr sevgilin – gündüz kənizin,
Yaxın gəl, bir səni qucum gizlicə,
Harda olur olum – mən səninləyəm. (s. 117)
Burada gənc oğlanın sevgilisinin ondan uzaqda olmasına
baxmayaraq, onun heç vaxt öz qəlbini özgəsinə verməyəcəyi
ümidi ifadə olunur. Qəhrəmanı yüksək emosionallıq
xarakterizə edir, onu sanki gələcəkdə ola biləcək hər hansı
bədbəxtlik hissi bürüyür.
Belə nəğmələrdə, məsələn, «Sevgilinin həsrəti», «Mə-
nim çiçəkli bağıma uçmursan», «Sevgi nəğməsi», «Sevgilim,
nə vaxt qovuşarıq?» və s. gənc oğlanın və ya qızın vüsalı,
kədəri əks olunur. Məsələn, “Sevgilim, nə vaxt qovuşarıq”
nəğməsindəki aşağıdakı misralar olduqca təsirlidir:
De, nə zaman səsini eşidərəm,
Sənlə nə vaxt bir komada yaşaram.
Mən nə zaman bağçanda gül açaram,
Bəs nə zaman qovuşarıq, sevgilim?!
Duman sıxlaşsa da, zülmət çöksə də,
Arzum daşa dəyib çiçəklənsə də,
Saçlarım ağarıb lap dən düşsə də,
Biz nə zaman qovuşarıq, sevgilim?! (s. 132)
Qeyd etdiyimiz nəğmələr son dərəcə poetik,
musiqili və
melodikdir. Əksər hallarda nəğmələrdə sevgiyə inamsızlıq,
valideynlər haqqında xoşa gəlməyən söz-söhbət gəzir ki, onlar
övladlarına ürəyinə yatan adamı sevməyi qadağan edirlər.
Qaraqalpaq xalq lirikasında feodal-patriarxal cəmiyyətinin
ailədəki xırda ziddiyyətləri də öz əksini tapır. Qız onun
sevmədiyi varlı kişiyə ərə verilməsindən şikayətlə nir («İpək
və məxmərə bürünmüşəm»), öz taleyini günahlan dırır. Onu
sevmədiyi, ondan yaşca böyük bir adama ərə verdiklərinə
görə ağlayır. Belə kişinin ailəsində gənc qadını ağır, ürək
sarsıdıcı qayğılar gözlədiyi göstərilir. Nəğmələrdə belə gənc
ərli qadın bəzən ata evindəki qayğısız qızlıq həyatını, bəzənsə
əri ilə qəddar münasibətlərini yada salır.
Qaraqalpaq xalq nəğmələrinin əsas hissəsini ibrətamiz
nəğmələr təşkil edir. Onların sırasında «Uzaqlarda uçan
durna, de», «Nə pisdir», «Təpiyini yerə döyən cins at»,
«Doğma vətənimdə yad kimi yaşayıram», «Cigitə nə
lazımdır» və başqalarının adlarını çəkə bilərik.
Türk xalqlarının şifahi və yazılı ədəbiyyatında ibrə tamiz
nəğmələrə daim böyük yer verilmişdir. Bunu biz ümum-
türk şifahi və yazılı abidələrində də görürük.
Onlardan qə-
dim türklər Orxon-Yenisey kitabələrində geniş istifadə et miş,
həm də belə nümunələrə Ə.Yasəvinin, Y.Bala
sağunlunun,
Ə.Yuğnəkinin, G.Nizami
nin, Ə.Nəvainin, Ş.İ.Xə tainin,
Y.Əmrənin, A.Bakının, M. Füzulinin və başqalarının da
əsərlərində rast gəlinir.
Qaraqalpaq didaktik, nəsihətamiz və ibrətamiz nəğ-
mələrin də cigit, onun anası, qardaşı, bacısı, arvadı,
ağsaqqalların obrazı daha çox əks olunur. Bu obrazlar bu tipli
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
140
141
nəğmələrin kompozisiya-məzmun xüsusiyyətinə də olduqca
uyğundur. Qaraqalpaq cigitləri qorxmaz, qoçaq, daim doğma
xalqı, torpağı üçün döyüşə hazır, anası onların «xeyirxah
və nəcib», «atası qaya kimi oğlunun müdafiəçisi», bacısı
«onun köməkçisi», cigitin nitqi isə sanki “bulaq gözündən
süzülən su kimi – aydın” və s. kimi təsvir olunur. Cigitlə
yanaşı dayanan qardaş və cigitin arvadı haqqında «Cigitə nə
lazımdır» nəğməsində aşağıdakıları oxuya bilirik:
Hamıdan güclü sevgilim olsun,
Qardaşım da ona bərabər olsun,
Bir cüt qartal qanadından,
Hərəsi bir qanad olsun. (s.144)
Gördüyümüz kimi, qaraqalpaq nəğmələrində bütün
obrazlar fərdiləşdirilir. Fərdiləş dirmə isə, məlum olduğu kimi,
obrazların zahiri görünüşünü, daxili aləmini xarakterizə edir.
Nəğmələrdə xeyli yer həm də fikir və düşüncələrin təsvirinə
verilir. Adətən ibrətamiz nəğmələrdə obrazların portreti
eyni tipli olur, sosial-məişət mühiti – kəndli həyatı - ailə, kişi,
qadın, uşaqlar və s. burada tipik şəkildə öz əksini tapır.
Qeyd etdiklərimiz,
demək olar ki, bütün nəğmələr üçün
səciyyəvi və ənənəvidir. Bununla belə bu heç də o demək
deyil ki, qaraqalpaq nəsihətamiz, ibrətamiz nəğmələri janr,
məzmun etibarı ilə sönük təsir bağışlayır. Əksinə, qaraqalpaq
ibrətamiz nəğmələri son dərəcə mükəmməldir. Bu baxımdan
«Pis nədir?» nəğmısi daha ibrətamizdir:
Pisdir, yol yoldaşın pissə,
Sevinc səndən kənar oldu,
Pisdir.
Həyatın qüssəylə doldu,
Düşmən qəfil hücum etsə,
Bu da pisdir.
Pisdir, bundan daha pis!
Dolu qədəhi dağıtdın,
Qız nəvazişsiz böyüyərsə,
Bu da pisdir!
Bu da pisdir.
Yalan deyib vurnuxursan,
Kəfən sənçün hazırdırsa
Bu da pisdir!
Bu da pisdir, oy lap pisdir!
Vətənindən gen düşürsən,
Ənənəyə hörmətsizlik,
Necə pisdr, necə pisdir!
Bu da pisidr.
Doğru yolu sən azırsan,
Söz verib geri götürdün
Bu da pisdir!
Bax, bu, ondan da pisdir!
Uğurunu itirirsən,
Məqsədə can atmırsansa,
Bu da pisidr!
Bu da pisdir!
Kişi olan kişi gərək,
Xoşa gəlməz iş üstündə,
Cavanlıqdan lap gənclikdən,
Lap yıxıldın at belindən,
Qorumalı öz adını.
Səni vurdular belindən.
İnsanların etimadın
Qohumlardan sən gen düşdün,
İtirməksə bundan da pis.(s.138-139)
Yoldaşlardan qaldın geri,
Qaraqalpaq ibrətamiz nəğmələrinin mühüm göstə ricilə-
rin dən biri də onların aforistikliyi, hadisə, hiss və mü nasi-
bətlərin ümumiləşmiş şəkildə ifadəsidir. Nümunə gətir di-
yimiz nəğmədə insana yabançı şeylərin hamısı pislənir: söz
ve rib geri götütürsənsə, öz məqsədinə çatmağa çalışmırsansa,
ya lan danışırsansa,
öz vətənini tərk edirsənsə, doğru yoldan
qa çırsansa, öz sevgini itirirsənsə, adətlərə məhəl qoy-
mursansa və s. fikir dərinliyi əksini tapır. Qeyd edək ki, nəğmə
aforistikliyi nəinki türk xalqları, həm də qeyri-türk xalqları
üçün xarakterikdir. Məsələn, biz rus xalq nəğmələrində də
analoji xüsusiyyətlərin əksini tapdığını görürük: Gətirdiyimiz
nümunələrdən göründüyü kimi, belə nəğmə-aforizmlərdə
xalq tərəfindən sosial-məişət prob
lem lərinə qiymət verilir,
onun əxlaq kodeksi, mənəvi-ru hi dünyası əks olunur.
Qaraqalpaq ibrətamiz nəğmələri həm də satirikliyi və sar -
kastikliyi ilə fərqlənir. Bu mənada «İşan», «Molla», «Pritça»
kimi nəğmələr daha maraqlıdır. Məsələn, «Molla» nəğm ə sin-
də oxuyuruq:
Desən “götür” - dodaqaltı gülər molla,
Desən ki, “al” heç allahı duymaz molla,
Qulağından tut bəxşiş et ona qoçu –
“Bissimillah” deyib gözlər səni molla. (s.147)