Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
142
143
Bu sətirləri azərbaycanlıların «Molla deyir: «Mən deyəni
et, mən edəni etmə» məşhur
deyimi ilə müqayisə etmək
olar. Satira dolu ibrətamiz nəğmələr son dərəcə kəskindir. Bu
«İşan» nəğməsində daha relyeflidir.
Ümumiyyətlə, nəinki qaraqalpaqlarda, həm də Azərbay-
can, özbək, türkmən, qazax və digər türk xalqlarında «molla»
«işan» «yerölçən», «yüzbaşı» mövzuları həm folklor da, həm
də ədəbiyyatda geniş yer almışdır. Məsələn, demokratik-
maarifçi tendensiyaların inkişafı dövründə tanınmış özbək
satirik-şairi XIX əsrin II yarısında yaşayıb yaratmış Müqimi,
demək olar ki, məhz elə bu ruhda öz bədii şedevrlərini
yaratmışdır. Onların içində «Yerölçən», «Xəfələk», «Minbaşı»
və s. şeirlər məzmun baxımından daha maraqlıdır.
Sevgi haqqında mövcud olan lirik nəğmələrdən fərqli
olaraq, bu nəğmələrdə gerçəklik xalq həyatının özü ilə bağlıdır.
Onların müxtəlif məqamları, səhnələri işlənilir. Şairlər də
onlara müxtəlif münasibət ifadə edirlər. Belə səhnələr həm
birinci, həm ikinci, həm də üçüncü şəxs tərəfindən
təsvir
oluna, həm tək, həm də cəm ola bilər. Məsələn «İşan»
nəğməsində söhbət birinci şəxsin təki tərəfindən aparılır:
«Mən özümü işan saydım», «taxıl əkdim» və s. Poetik aləmin
belə xüsusiyyətləri nəğmə folklorunda, adətən təhkiyə janrı
nəğməsi adlanır.
5
Belə nəğmə – təhkiyələrdə müxtəlif həyat
situasiyaları təsvir olunur. Burada insanların taleyindən,
onların münasibətlərindən, müxtəlif çətin həyat şəraitlərindən
söhbət açılır.
Qaraqalpaq xalq folkloru, etnoqrafiyası və tarixinin
tanınmış tədqiqatçıla rından biri L.S.Tolstova «Qaraqalpaqlar
Xarəzm oazisindən kənarda» adlı kitabında həm də maraqlı
şeirlərdən nümunələr gətirir. Həmin şeirlərdən birində
qaraqalpaq əsgəri nəğmə oxuyur. Kalmıklarla
mübarizədə
ölümcül yaralanmış əsgər vida sözü ilə qardaşına, arvadına,
qaraqalpaq xalqına müraciət edir:
Кара-Таудын тегиде калдым йекке,
Калмакнын окы ишийди йурекке,
Ыргыдым мине алмадым кара кöкkе,
Барсан салам айта бар Исмадияр бекке…
Бизди елге барып айтынлар Сыр жайласын,
Темир казaк какышын ат байласын.
Аширбек олди деп енди ойласын.
6
Bu sətirlərin tərcüməsi aşağıdakı kimi söylənir:
Qaradağın ətəyində yaralandım, qaldım tək,
Kalmık oxu sancıldı ürəyimə neştər tək,
Atlandım minib çapım qara atımı ürkək,
Yetişsəniz obaya salam İsmədyar bəyə.
Xalqıma de Sırdəryaya yayılsın,
Tolamıxlar çalınsın – atlar ona bağlansın,
Aşır bəyin yoxluğu hər yerdə vurğulansın.
XVII-XVIII əsrlərdə yaranmış bu nəğmə Fərqanə
qaraqalpaqların kal
mık lara qarşı apardıq ları mübarizənin
bariz nümunəsidir. Odur ki, qaraqalpaq folklorunda tarixi
nəğmələrə də xeyli yer verilmişdir. Bu dövrdə qaraqalpaqlar
kalmık hücumundan cana doymuşdular. Uzun müddət
ərzində kalmık xanları Fərqanə vadisinə, qazax Cuzlarına,
qaraqalpaq aullarına hücumlar çəkir, qaraqalpaqlar, özbəklər,
qazaxlar bu döyüşlərdə qəhrəmanlıqla həlak olurdular. Elə
buna görə də qaraqalpaq tarixi nəğmələrinin əksəriyyəti
dərin kədərlə əhatələnmişdir.
«Qaraqalpaq poeziyası antologiyası»nda
həm də be-
şik və uşaq nəğmələrinə də geniş yer ayrılmışdır. Belə nəğ-
mələrdən biri də «Ey, dəvələr»dir. Qaraqalpaq folklorun da
oyun nəğmələri də az de yil dir. Ümumiyyətlə, qeyd edək ki,
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
144
145
uşaq folkloru qaraqalpaq şifahi poetik yaradıcılığının aparıcı
his səsidir. Onların möv zu sun da, formasında və məz munun-
da uşaqların yaş və psixoloji xüsusiyyətləri əksini tapmışdır.
Qaraqalpaq uşaq nəğmələri son dərəcə poetik və diqqəti cəlb
edən, bədii baxımdan mükəmməldir:
De hardadır sağsağan?
Bəs qapı uzaqdırmı?
O öz yuvasındadır.
İki addım etmək gərək.
Bəs nə edir sağsağan?
Atıla-atıla, yanaşı?
O bərbəzəklər tikir.
Çatırsan sağsağana.
Onları harda tikir?
Yan-böyürdən gedərsən.
Sənin ovuclarında,
Diri kökə yeyərsən.
Bəzəklər bəs kimindir?
Bəlkə bəsdir yarısı.
Əziz qonaqlar üçün.
Kökəni sən diri ver.
Bəs qapıya necə gedim?
Belə oldusa başla! (s.150)
Hər zaman düz addımla.
Məlum
olduğu kimi, oyun nəğmələrində xalqın məişəti,
onun düşüncəsi, ictimai həyatı və s. əksini tapır. Onlara
söykənərək, həm də müəyyən mənada xalqın tarixi haqqında
fikir yüyürtmək olar. Məsələn, «Sağsağan haradadır» şeirini
nəğmə – improvizasiya kimi xarakterizə etmək olar. Bu
nəğmə geniş dramatik hərəkətlərlə zəngin olan nümunə kimi
nəzərdən keçirilə bilər.
Qaraqalpaq xalq nəğmələrinin struktur-kompozisiya və
ideya-bədii xüsusiyyətlərinə toxunarkən onların mürəkkəb
və rəngarəng olduğunu söyləmək olar. Məsələn, elə bir
ənənəvi bədii priyom tapmaq olmaz ki, ondan qaraqalpaq
xalq nəğmələrində istifadə olunmasın.
Məhz simvolikalar,
rəmzlər, metaforalar, hiperbolalar, müqayisələr, epitet
lər,
əzizləmə-oxşama ifadələr və s. köməyi ilə qaraqalpaqların
ənənəvi folklor dünyası yaranmışdır ki, burada lirik hisslərin
təcəssümü aydın görünməkdədir. Nəğmələrdə müəyyən
emosional hissin yaranması üçün simvolikalar böyük yer
tutur. Simvolikaların köməyi ilə personajların psixoloji hal
və vəziyyətləri verilir. Məsələn, şənlik, sevinc,
xoşbəxtlik
günəşlə, odla bərq vuran işıqla, bağla, güllərlə əks olunduğu
halda yalan, inciklik simvolik olaraq xoşagəlməz hava, tufan,
toz, sınmış ağac və s. köməyilə verilir.
Qaraqalpaq xalq nəğmələri zəngin havacatlar, lirik melo-
diyalarla fərqlənir. Ümumiyyətlə, qaraqalpaq xalq nəğ-
mələri – bulaq, təşnə təsiri bağışlayır. Nəğmənin belə keyfiy-
yət daşımasına vaxtilə Azərbaycan musiqi mədəniyyətinin
korifeyi Ü.Hacıbəyli də kifayət qədər diqqət yetirmişdir.
7
Artıq qaraqalpaq nəğmələrinin struktur və forma
rəngarəngliyi haqqında danışdıq. Onlar adətən 2,3,4,5,6
sətirdən ibarət olmaqla Şərq şeirşünaslığının ənənəvi qoşqı
(qoşma), muxalles (müxəmməs), qəzəl formalarında olur.
Qaraqalpaq xalq nəğmələrində Azərbaycan nəğmələrində
olduğu kimi, durnalar obrazından da istifadə olunur.
Məsələn, «Yaz gəlir-durnalar uçur», «De,
uzaqda uçan
durna» kimi nəğmələr bu qəbildəndir.
Qaraqalpaq xalq nəğmələri böyük tarixi, folklor, etnoqrafik
və bədii dəyərə malikdir. Onlar peşəkar poeziyanın və milli
musiqinin tükənməz mənbəyidir.
Qaraqalpaq nəğmələrinin kompozisiya və bədii vasitələri
mətndə orqanik birləşərək onu, bir tərəfdən, bütöv, tam
edirsə, digər tərəfdən, onların poetik məzmunun, emosional
quruluşunun aydın ifadə olunmasına səbəb olur.
Beləliklə, qaraqalpaq xalq
nəğmələrinin təhlilini sona
çatdıraraq, belə nəticəyə gəlmək olar ki, doğrudan da bu
nəğmələr orijinal olmaqla, nəğmə folklorunun müstəqil janrı
kimi geniş yayılmışdır. Onlarda sadə insanın hisslər aləmi,
düşüncələri əksini tapmış, həyatın yeniləşməsi uğrunda
mübarizə göstərilmişdir.