Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
110
111
A.Begimov, J.Aymirzəyev, S.Xocaniyazov, T.Kaipber
genov
və başqaları tərəfindən onların əsərlərində, akt yor ifaçılar
tərəfindən isə səhnə sənətində geniş istifadə olun muşdur.
Qaraqalpaqların folklor mətnlərində digər
türk xalqla-
rının folklorunda mövcud və oxşar olan süjet və obrazlardan
başqa (buraya “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas”,
“Koblan”, “Alpamıs”, “Qırx qız”, “Şəhriyar” və s. əsərlərdəki
səsləşmələri nümunə kimi göstərmək olar), çoxsaylı atalar
sözü, zərbi məsəllər, tapmacalar, nağıllar, nəğmələr və s. də
əlavə edə bilərik. Heç şübhəsiz ki, onlarda ortaya çıxan oxşarlıq
və ümumiliklər türk xalqlarının sosial-ictimai inkişafının
ümumi qanunauyğunluqları nəticəsində və uzun əsrlər
ərzində etnik-mədəni qarşılıqlı ünsiyyət və qarşılıqlı anlaşma
şəraitində mümkün ola bilmişdir. Belə qarşılıqlı anlaşma və
uyğunluq qaraqalpaqların noğay, qazax, qaraçay, kumux,
özbək folklorunda özünü daha aydın hiss etdirməkdədir.
Adlarını çəkdiyimiz bu xalqların əksəriyyəti müxtəlif tarixi
mərhələlərdə Qızıl Orda, yaxud Xivə xanlığının tərkibində
yaşamışlar. Bütün söylədiklərimiz bir daha təsdiq edir ki,
Qaraqalpaqstanın özü bir türk
məmləkəti kimi daha dərindən
və detalları ilə öyrənilməyə layiqdir. Bunu onun zəngin və
keşməkeşli tarixi, etnomədəniyyəti və folkloru, ədəbiyyatı və
incəsənətinin rəngarəng nümunələri tələb edir.
1. Qaraqalpaqların
məişət-mərasim folkloru
Qaraqalpaqların zəngin şifahi poetik nümunələri məişət-
mərasim nəğmələri, atalar sözü, zərbi məsəlləri, tapmacaları,
toy və tarixi nəğmələri vardır. Xalq içində günümüzə qədər
qorunub saxlanılan bu nümunələr
çeşidli etnik və dini tarixi
olayları, təbiət hadisələrini əks etdirməklə qaraqalpaqların
rəngarəng təfəkkür tərzini dövrümüzə daşımaqda önəmli rol
oynamışdır.
Qaraqalpaq folklorunun qədim məişət janrlarından biri
hesab edilən «həyya»da ana öz doğma balasının gələcəyi ilə
bağlı nəğmə oxuyur. Bu xalqın çoxsaylı vida nəğmələrində
(«koşlasu» - «xoşlasu») ərə gedən qızın öz evi, doğmaları ilə
vidalaşdığı məqam əks olunur.
Qaraqalpaq folklorşünaslığında şifahi örnəklərin tədqiqi
ilə məşğul olmuş prof. Kallı Aimbetov xalq dünya baxışlarının,
təbiət hadisələrinin,xalqın təbiəti necə duyması, anlaması ilə
bağlı şeirlərin necə ortaya çıxmasını tədqiqatlarında geniş
şəkildə nəzərdən keçirmişdir. O, tədqiqatlarında xalqın bəzi
məqamlarda bəd qüvvələrdən necə qorunmaqla bağlı şeirlər
qoşduğundan, (məsələn, «bədik» ara həkiminin, şamanın,
görücünün dili ilə söylənən şeir nümunələri), «güləpsan»,
«qamçılama», «qurd çağırma», «cin ruhu çağırma» yolu ilə
müalicə edilməsindən danışmışdır. Belə inanc və anlayış-
lardan qədim dövr qaraqalpaq xalq həkimliyində yetərincə
istifadə olunmuşdur.
Əlbəttə, Azərbaycan türklərinin əski
adət-ənənələrinin
öyrənilməsi sovet dövründə yasaqlandığı kimi qaraqalpaq
türklərinin də keçmiş çeşidli ənənələrinin öyrənilməsinə
qadağalar qoyulurdu. Lakin XX əsrin 90-cı illərindən xalq
həyatının öyrənilməsinə münasibət köklü şəkildə dəyişdi.
Qədim türklərdə, o cümlədən qaraqalpaqlarda insanların
söykəndiyi, istifadə etdiyi ən tutarlı silah sözün gücü
olmuşdur. Məsələn, qaraqalpaq xalqının əski düşüncəsində
baxıcının sözü ilə dağın ikiyə bölünməsi, çayın suyunun
kəsilib axmaması, qaraqalpaq nağıllarında (məsələn,
«Gülziba» nağılında Meytinin şiri sehrləməklə pələnglərin
belinə minib şəhərə gedə bilməsi), şiri,
pələngi sözləri ilə
sehrləməsi, «Yedige» dastanında söylənilən gözəl sözlərlə
aslanla dost olma: «Tatlı-tatlı söylersen, yılan deliginden
çıxar» şəklində işlədilən atalar sözü və s. buna misal göstərilə
bilər. Azərbaycan türklərində olduğu kimi qaraqalpaqlarda
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
112
113
da oda sitayiş, gəlin gələrkən od üstünə yağ tökmə, zikr
etmə, ruh çağırma, xəstəyə müxtəlif nəsnələrlə vurma kimi
şamanlıqdan dövrümüzə qədər yetişmiş adətlər mövcuddur.
Onların əksəriyyətinin xalq arasında şeir şəklində işlədilmiş
mətnləri olmuşdur. Məsələn, belə nümunələrlə biz “bədik”
və “güləpsan”da tanış oluruq. Bu cür şeirlər insan və
heyvanlarda
olan xəstəliyi qovmaq, kənarlaşdırmaq üçün
xidmət edir. Qaraqalpaqlarda “bədik” və “güləpsan”ın
öz söyləyiciləri vardır. “Bədik” “güləpsan”dan daha çox
söylənilir. Bununla belə “bədik” və “güləpsan” müxtəlif
zaman kəsiklərində xeyli dəyişikliklərə də məruz qalmışdır.
“Bədik”lərin mövzusu rəngarəng olub qədim dövrləri əhatə
etməklə göl, çay, dəniz, dağ və s. bağlı söylənilir:
Bədik köşip baratır suvdan asıp,
Bədik köçüb gedir sudan aşıb,
Taudan askan bult penen aralasıp,
Dağdan aşan buludlara qarışıb,
Uslap bergen bedikke iye bolmay –
Yaxalanmayan bədiyə tutulmuş -
Ne boldı kuday sağan kara basıp.
2
Nə oldu Xudam sənə qara çalıb.
Bədiklər bir şeir, nəzm nümunəsi
kimi böyük təsir gü cü-
nə malikdir. Belə ki, burada biz ananın xəstə övladı qar şı sın-
da fəryad etməklə bağlı ağı söylədiyini görürük. Bə di k lər də
bəzən vətənin sosial-ictimai, iqtisadi-mədəni durumu ilə də
bağlı, haqqın-ədalətin qorunması, insanların haqsızlığa mə-
ruz qalması ilə əlaqəli məqamlar da əksini tapır:
Bədik köşip baratır Erep jakka,
Bədik köçüb gedir Ərəb tərəfə,
Mingesip kayşı kulak ağrımakka,
Minərək dik qulaqlı arqamak ata,
Köşer bolsan hav bedik tezirek köş-
Köçürsənsə, ey bədik, tezcə köç -
Şomanaydın ağrı jağ şöl kurğakka. (s.33)
Şomanayın üst yanı çöl tərəfə.
Qaraqalpaq qocalarının, ahıllarının söylədiyinə görə
«bədik» kişilər xəstələnən də, «güləpsan» qadınlar, qızlar
xəstə lənəndə söylənilən şeirlərdir. Bu onu göstərir ki, bədiklə
güləpsan arasında lap keçmiş zamanlardan əsaslı fərqlər
olmamışdır.
Şamançılıq dövründə ortaya çıxmış şeirlərdən biri də
zikr edib ruhları çağırmaq olmuşdur. Onların özü də məlum
ahənglə, təsirli sözlərlə Tanrıları çağırmaqla ortaya gəlirdi:
Kergi baslı ker yılan,
Dördbaşlı yekrəng ilan,
Kerilip turmay kel beri,
Gərilib durma, gəl bəri,
Zeheri aşşı uv yılan –
Zəhəri acı, zəhərli ilan -
Kuvıljımay kel beri.
Qıvrılıb durma, gəl bəri.
...Ağa perim aydap kel,
Ağa pərim sürüb gəl,
Bala perim jaylap kel,
Körpə pərim yayla gəl,
Ervağı küşli dev perim – Ruhu güclü div pərim -
Aldına salıp aydap kel. (s. 34) Önünə salıb, sürüb gəl
.
İnsanlar bu tipli sözlərdən istifadə etməklə sözün gücüylə
xəstəliyin qovulmasına inanırdılar.
Qaraqalpaq lirik folklorunun ən
mühüm nümu nə lə rin-
dən biri də «hey jar»dır Bu nəğmə qız ərə gedərkən doğmaları
ilə vidalaşanda oxunur. Ərə gedən qızın başına toplaşan qız-
gə lin lər onun sözlərinə qatılaraq qızın düşüncələrini tək rar-
la yır mışlar. Bu nümunələrlə biz K.Mambetovun kitabında
daha ya xından tanış oluruq:
3
Jılama biykeş jılama,
Ağlama, bikəs ağlama,
Qız bolıpsan yar-yar.
Qız olmusan yar-yar.
Kızıl tili jigitke –
Qızıl dilli igidə -
Köz bolıpsan jar-jar.
Göz olmusan yar-yar.
Öz üyüne kız bala,
Öz evinə qız bala,
Konak bolar jar-jar,
Qonaq olur yar-yar,
Eke sözin ukrağun –
Böyük sözün eşitməyən -
Talak bolar jar-jar. (s.37)
Tələf olur yar-yar.