Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə24/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   ...   40
YHQ və HT - Mühazirə

Ötmə və qarşılıqlı keçmə


Qaydalara uyğun olaraq ötmə əməliyyatı dedikdə hərəkət etdiyi zolağı dəyiş- məklə, hərəkətdə olan bir və ya bir neçə NV-ni ötüb keçmək başa düşülür. Ötmə əməliyyatı sürücüdən yüksək peşəkarlıq tələb edən ən mürəkkəb manevrlərdən hesab olunur.


Ötmələr zamanı sürücü məhdud müşahidəlilik və yüksək hərəkət sürəti şəra- itində iki ardıcıl yerdəyişmə etdiyindən, onun yerinə yetirilməsi çox təhlükəlidir. Ötmənin təhlükəsizliyi üçün sürücü daimi olaraq öz hərəkət trayektoriyasına, ötülən NV-yə nəzarət etməli, öz avtomobili və qarşıdan gələn NV-nin nisbi sü- rətini düzgün qiymətləndirməlidir. Ötməyə başlayan sürücü ilk növbədə bu ma- nevri həyata keçirmək üçün lazım olan ötmə zonası və vaxtı haqqında düzgün tə- səvvürə malik olmalıdır. Ötmə yolu və qarşı zolaqda lazım olan boş sahənin uzunluğu NV-lərin sürəti, ötülən NV-nin


uzunluğu, sürücülərin təcrübəsi və NV- lərin dinamiki keyfiyyətləri kimi çoxlu sayda amillərdən asılıdır.
Kiçik intensivliklərdə ötmə adətən, sabit sürətlə həyata keçirilir. Ötmə haq- qında qərar qəbul edən sürücü dönmə
siqnalını yandırmalı və mümkün olduqda sürətini artırmalıdır. Ötülən NV-yə təx- minən spidometrdəki sürətə bərabər məsafədə (m-lə) yaxınlaşdıqdan sonra sol zolağa tərəf yerdəyişməyə başlanılır. Bu yerdəyişmə orta hesabla 4 san. tələb edir. Ötülən NV-nin qabaqlanması və qarşı zolaqda hərəkət vaxtı minimum ol- malıdır. Ötülən NV-ni qabaqlayaraq ondan təqribən 20m önə keçdikdən sonra (bu məsafədə arxa görünüş güzgüsündə ötülən NV görünür) dönmə siqnalı yan- dırılmaqla, sağ hərəkət zolağına çıxılır.
Gecə vaxtı ötmənin əsas çətinliyi 100 m-dən çox olmayan, fara işıqlarının yayılma məsafəsi
ilə izah olunur. Belə hallarda çox zaman NV - nin dayanma yolunun uzunluğu fara işıqlarının yayılma məsafəsindən çox olduğundan, ötmə- lər məsləhət deyildir (xüsusilə də sürət 90km/
saat-dan çox olduqda). Qabaqdakı NV sürücüsünü ötmə haqqında məlumatlan- dırmaq üçün qısa müddətli uzaq işıq siqnalından da istifadə oluna bilər. Yağışlı havalarda şüşə təmizləyənin işi yoxlanılmalıdır.
Ötməyə başlamazdan əvvəl sürücü hərəkət şəraitlərini düzgün qiymətləndi- rərək, əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən NV üçün maneə yaratmayacaqdır. Sürücü eyni zolaqda onun arxasınca gələn NV-nin onu ötməyə başlamadığına, özündən qabaqda gedən NV-nin isə ötmə, sola dön- mə və yerdəyişmə barədə siqnal vermədiyinə diqqət yetirməlidir.


Ötmələr zamanı qarşıdan gələn NV-nin sürətinin qiymətləndirilməsi müs- təsna əhəmiyyətə malikdir (bu NV-nin qabarit ölçüləri nə qədər kiçik olarsa, onun sürəti də bir o qədər kiçik qavranacaqdır). Tünd rəngli NV-lərin də sürəti yanlış qavranılır (kiçik sürətlər böyük, böyük sürətlər isə kiçik kimi qavranılır). Yol döngələrində, yoxuş və enişlərdə sürətin qiymətləndirilmə dəqiqliyi azalır. Ötülən NV-yə həddən artıq yaxınlaşmaq məqsədəuyğun deyildir. Belə vəziy- yətlərdə ötən avtomobil qarşısında müşahidəlilik sahəsi daraldığından, ötmənin həyata keçirilməsi çox təhlükəlidir. Qarşıdakı vəziyyəti düzgün qiymətləndirmək üçün ötən avtomobili bir qədər sola çəkmək olar.
Eyni istiqamətdə hərəkət üçün bir zolaq olduğu halda rellsiz NV-ni yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və ma- nevrə başlayan NV-ni sağ tərəfdən ötmək lazımdır.




Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sü- rücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda,
ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başla- malı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn NV üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. Hərəkət sürətini artırmaqla və ya baş-
qa hərəkətlərlə ötən NV-nin sürücüsünə maneəçilik törətmək qadağandır.
Nizamlanan yol ayrıclarında əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yol ayrıclarında baş yol olmayan yol ilə hərəkət etdikdə (hərəkə- tin dairəvi olduğu yol ayrıclarında ötmə, yan qoşqusu olmayan ikitəkərli nəqliy- yat

vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna olunmaqla) ötmə qada- ğandır.


Ötmə manevrinə başlamazdan öncə sürücü eyni zolaqda onun arxasınca gə- lən NV-nin onu ötməyə başlamadığına, özündən qabaqda gedən NV-nin isə öt- mə, sola dönmə, yerdəyişmə barədə siqnal vermədiyinə diqqət yetirməlidir.

Yol ayrıclarında (yanqoşqusuz ikitəkərli NV-ləri ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə), piyada keçidlərində piyadalar olduqda, dəmir yol keçidlərində və onlara 100m - dən az qaldıqda, ötən və yanından keçən NV-ni,




yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində əks isti- qamətli hərəkət zolağına çıxmaqla və tunellərdə ötmə qadağandır.


Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iri qabaritli NV-ni öt- mək çətinləşdikdə, sürücü NV-ni mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə, arxasında yığılmış NV-ləri buraxmalıdır. Qarşılıqlı keçmə çətinləşən hallarda maneənin olduğu tərəfdəki sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarə- lənmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən NV-nin sürücüsü yo- xuşla yuxarı gedən NV-yə yol verməlidir.

Uzun illərin təcrübəsi göstərmişdir ki, ötmələrin müvəffəqiyyəti ilk növbə- də idarəetmə prosesinin operatoru olan sürücünün peşəkar fəaliyyətindən və onun fərdi keyfiyyətlərindən asılıdır. Proqnozlaşdırılması çətin, çox zaman da müm- kün olmayan və Qanunla standartlaşdırıla bilməyən hər bir konkret vəziyyətin konkret həlli proqramı mövcuddur ki, sürücü analiz və sintez proseslərinin kömə- yi ilə belə optimal həlləri tapmağa borcludur.





Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə