Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə34/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Ümumi neologizmlər dilə başqa dildən keçir və hamı tərəfindən işlədilir.
Xüsusi neologizmlər isə ayrı-ayrı şəxslər tərəfindən dilə gətirilir. Bu, müxtəlif elm sahələrinə aid kəşflərin adı, yazıçı və şairlərin düşünüb tapdığı sözlərdən ibarətdir. Məsələn, S.Vurğunun ilk dəfə ədəbi dilə gətirdiyi sayrışmaq sözü və s. bu qəbildəndir.
  1. Sinonimlər


Sinonim yunança - eyni adlanma deməkdir. Dildə sinonimlərin əhəmiyyəti böyükdür. Məlumdur ki, anlayışlar müxtəlif məna çalarlıqlarına malik ola bilir. Belə məna çalarlıqlarını sinonimlərlə daha dəqiq ifadə etmək olur. Bəzən məntiqə əsaslanaraq sinonimlərə belə bir tərif verilir ki, mənaca eyni, şəkilcə müxtəlif olan sözlərə sinonimlər deyilir. Bu fikir yanlışdır. Əgər oturmaq ilə qaxılmaq eyni mənaya malik olsaydı, biri digərini inkar edərdi. Yəni dildə biri qalardı. Onların hər ikisinin dildə yaşamasının səbəbi budur ki, eyni mənanı müxtəlif üslubi çalarlıqda ifadə edirlər. Buradan belə bir məntiqi nəticə çıxarmaq olar ki, hər bir dildə yüzlərlə, bəlkə də minlərlə eyni mənalı söz sinonim ola bilməmiş, bir- birini inkar edərək dildən çıxarmışdır. Dialektlərə nəzər salaq: Albalı əvəzinə turşgilas, dəli gilas, nargilə. Qarğıdalı əvəzinə peyğəmbəri, Maya əvəzinə - xamral, pasatı, Tamam əvəzinə eyzǝn, lül, teyxa, sivit, zır, Ağcaqanad əvəzinə hünü, ditdili, mığmığı, mığmığ. Göründüyü kimi, birinci sözlər ədəbi dilimizdə, qalanları isə dialektlərdə eyni mənada işlədilir. Əlbəttə, bunları sinonim hesab etmək olmaz. Sinonimlər eyni anlayışın müxtəlif çalarla ifadəsidir. Bu səbəbdən də məfhumun işarəsi olan bir söz başqa sözlərin (sinonimlərin) yerində işlənə bilir. Belə sözlərə dominant deyilir. Məs., böyuk, yekə, iri, nəhəng, zırpı, zırhov, dahi və s. sözlərin hamısının ilkin - anlayış mənası böyük deməkdir. Ona görə də böyük sözü bu sözlərin hamısının yerində işlənə bilər.
Sinonim sözlərin bir məna xətti üzrə düzülüşünə sinonimik cərgə deyilir. Sinonimlər, adətən, bir nitq hissəsinə aid olur. Sinonimlər bəzən zaman keçdikcə, dildə gedən dəyişikliklə əlaqədar olaraq, öz xarakterini və ifadə formalarını dəyişir. Məs., dinləmək, eşitmək, qulaq asmaq, qulaq kəsilmək və s.
Sinonimlər leksik və sintaktik olaraq iki qrupa bölünür.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə