Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Məcazların növləri: metafora, metonimya və sinekdoxa



Yüklə 129,04 Kb.
səhifə37/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   65
Öz Az dili və nitq mədəniyyəti

49. Məcazların növləri: metafora, metonimya və sinekdoxa


Biz sözün leksik və qrammatik mənalarını yaxşı bilməklə, onun həqiqi və məcazi mənalarını da fərqləndirməliyik. Ədəbi dilin əsasını canlı xalq dilində işlənən həqiqi mənası olan sözlər təşkil edir. Lakin bədii dilin obrazlılığı, cilalanması üçün fikri qüvvətləndirən məcazi mənalardan istifadəyə geniş yer verilir. Məcazlar bədii təsvir vasitəsi kimi sözün kəsb etdiyi yeni mənadır. Məsələn, “yanmaq” sözü “ocaq yanır”, “işıqlar yandı” deyildikdə əsl, həqiqi mənasındadır. Amma “ürəyim yanır” dedikdə
“ocağın yanmaq” əlaməti ürəyə köçürüldüyü üçün bu ifadə məcazi mənada işlənir. Məcazların aşağıdakı növlərinə rast gəlirik:
Metafora yunanca məna köçürülməsi anlamındadır. Bir şeyə məxsus əlamət və ya keyfiyyətin başqa bir əşya üzərinə köçürülməsinə metafora deyilir. Məlumdur ki, canavar yırtıcı, dağıdıcı vəhşi heyvandır. Lakin bu xüsusiyyət bədii əsərlərdə insan obrazı üzərinə köçürüləndə metafora yaranır. Məs: “Sürüdən yoxa çıxmış qoyunlar ikiayaqlı canavarın ayağına yazılmalıdır”.
Metonimiya yunan sözü olub mənası “ad dəyişmə”, “yenidən adlandırma” deməkdir, yəni sözlərin əlaqə üzrə keçməsi, nəzərdə tutulan bir sözün başqası ilə əvəz olunmasıdır. İki və daha artıq əşyanın əlaqəsi əsasında yaranan məcazlar metonimiyadır, bir biri ilə xarici, yaxud daxili əlaqədə olan, bir- birindən fərqli əşyaların yaxınlaşması nəticəsində düzəlir. Biz “Qazan, samovar, çaydan qaynadı” dedikdə həmin predmetləri deyil, içərisində olanın – suyun qaynadığını, bir fincan, bir stəkan içdim”, “bir boşqab yedim” dedikdə qabları deyil, içərilərində olan çayı, kofeni, xörəyi nəzərdə tuturuq. Bədii üslubda söhbət gedən şəxsin, əşyanın, hadisənin adı əvəzinə həmin anlayışı bildirən söz işlənir, bir- birinə bağlanan sözlərdən birinin adı başqasına köçürülür.
Metonimiyanın geniş yayılmış iki növü vardır:

  1. Məkana görə əmələ gələn metonimiya: Salon heyrət içindədir, O gecə bütün şəhər ayaq üstə idi, Kənd səhər yuxusundan oyanırdı.


  2. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə