Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Neologizmlərin əmələ gəlmə yolları



Yüklə 129,04 Kb.
səhifə33/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Neologizmlərin əmələ gəlmə yolları


Neologizm yeni yaranmış sözlərə deyilir. Həyat durmadan dəyişir, yeniləşir, yeni-yeni anlayışlar meydana gəlir. Hamin anlayışları adlandırmaq üçün yeni sözlərin dildə yaranması da təbii haldır. Neologizmlər əmələgəlmə, yaranma mənbəyinə və yollarına görə müxtəlif olur. Neologizmləri iki qrupa bölmək olar:

  1. Dilin öz materialı əsasında yaranan yeni sözlər. Belə sözlər müstəqim və kalka olaraq iki qrupa bölünür. Məsələn, əylǝc, toxtac, önləmək və s. dilimizin öz materialı əsasında yaranmışdır. Amma bu sözlərin tormoz (saxlayan), önləmək, (qabaqlamaq) Əsasında yaranmadığını demək olmaz. Belə sözlər dilimizdə çoxdur: açıqlamaq (şərh etmək), velçakar (skvoznyak), soyuducu (xolodelnik), dondurma (morojenoe) və s. Belə sözlər kalka üsulu ilə yaranmış yeni sözlərdir. Bundan əlavə, bəzən dildə olan bir çox əcnəbi sözləri dilin öz materialı əsasında düzəldilmiş, düşünülüb tapılmış sözlərlə əvəz etmə də yeni sözlər yaranmasına səbəb olur. Məsələn, soyad - familiya, olay - hadisə, güvənc - fəxr etmə

s. Belə sözləri dildə yaratmağın müsbət və nöqsan cəhəti vardır. Yaxşı cəhət ondan ibarətdir ki, dil doğmalaşır, öz soy kökünə daha möhkəm bağlanır. Çatışmayan cəhəti odur ki, xalq illərdən bəri adət etdiyi sözü unuda bilmir.

  1. Dildə yeni yaranan sözlərin bir qrupu da başqa dillərdən keçən sözlərdir. Belə sözlər «adətən, dilin daha çox təmasda olduğu dildən keçir». Vaxtilə fransızlarla ingilislərin sıx əlaqəsi olduğundan çoxlu fransız mənşəli söz ingilis dilinə keçmişdir. Azərbaycan dilini götürmüş olsaq, XIX əsrə qədər, dilimizə külli miqdarda ərəb və fars sözləri keçmişdir. Yeri gəlmişkən, göstərmək lazımdır ki, Azərbaycan xalqının ərəblərlə, ərəb dili və dini ilə əlaqəsi farsların vasitəsilə olduğundan ərəb sözləri dilimizə fars dili vasitəsilə keçmişdir.

Neologizmlərin ümumi xüsusi deyilən növləri də vardır.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə