Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Sintaktik normanın nitq prosesində pozulması



Yüklə 129,04 Kb.
səhifə41/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   ...   65
Öz Az dili və nitq mədəniyyəti

56. Sintaktik normanın nitq prosesində pozulması


Ədəbi dilin sintaktik normalarına aşağıdakı qaydaları daxil edə bilərik:

  1. Bu normaya əsasən, əvvəlcə cümlənin nüvəsini təşkil edən üzvlərdən mübtəda, sonra xəbər işlədilir, məsələn: Yük maşını getdi. Mübtədanın təyini mübtədadan əvvəl işlənir. Ton yarımlıq yük maşını getdi. Yer zərfliyi mübtəda ilə xəbər arasında yerləşəcək: Ton yarımlıq yük maşını körpüsalanların çadırına tərəf getdi. Determinant zərfliklər isə əksərən cümlənin əvvəlində işlənir: Axşamçağı Adillə çadırın qapısında oturub çay içdiyimiz zaman ton yarımlıq yük maşını sürətlə ötüb körpüsalanların çadırına tərəf getdi.

Canlı danışıq dilində söz sırası normaları pozulmuş olsa da, nitqin ritmik-melodik axını, fasilə, vurğu fikrin düzgün başa düşülməsinə imkan yaradır. Məsələn: Bu saat İranda neçə yüz Sibirdən qaçmış dustaq var. Burada neçə yüz sayı Sibirdən qaçmış sözlərinə deyil, dustaq sözünə aiddir. Bunu şifahi nitqdə intonasiyanın köməyi ilə başa düşmək olur.
Normaya uyğun olaraq, təyin təyinlənənlə, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq təsirli feli xəbərlə, bir çox zərflik növləri (tərz, zaman, səbəb, dərəcə) xəbərlə yanaşma əlaqəsində olur və aid olduğu üzvdən əvvəl işlənir. Canlı danışıq dilində, bədii dildə tərəflər inversiyaya uğradıqda, asılı tərəf əsas tərəfdən sonra işləndikdə cümlədə emosionallıq artmış olur.

  1. Söz sırasının pozulması sintaktik normanın pozulmasına gətirib çıxarır. Məsələn: "Sizi mən İstəyirdim görmək". Danışıq dilində belə cümlələrə rast gəlirik. Cümlə "mən sizi görmək istəyirdim" kimi işlənərsə, cümlə dilin qrammatik normasına uyğun olar.

  2. Mübtəda ilə xəbər sintaktik-qrammatik cəhətdən şəxsə və kəmiyyətə görə uzlaşmalıdır. Məsələn: "Tələbələr oğlanlı, qızlı hamı universitetə gedirlər". Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə və kəmiyyətdə olmalıdır. "Tələbələr gedirdilər" cümləsində uzlaşma düzgün sayılmalıdır, amma hamı əvəzliyində cəmlik anlayışı olsa da, "hamı gedirdilər deyilməz. Yaxud "səndən ötrü ayaqlarım evə getmirdilər" cümləsi düzgün qurulmamışdır. Ayaqlar sözü cəmdə olsa da, məntiqi cəhətdən "ayaqlar getmirdilər" demək olmaz, yəni uzlaşma yanlışdır.

  3. Emosional nitqdə, yüksək pafosla ifadə olunan poetik dildə mübtəda ilə xəbər yerini dəyişə bilər: "Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar"

  4. Sintaktik əlaqələrin düzəldilmə qaydalarının pozulması fikrin düzgün anlaşılmasını çətinləşdirir. "Məşqçilər futbolçulara söhbət apardılar". Nümunədə idarə əlaqəsi pozulmuşdur.

  5. Bəzi söz birləşmələrində əsas tərəflə asılı tərəfin yerinin dəyişməsi özünü göstərir. Məsələn: gözü yaşlı, qəlbi tox, fikri geniş.

  6. Sintaktik normanın pozulmasına aid nümunələr: Biz artıq efirdə. Nümunədə birinci şəxsi bildirən şəkilçi ixtisar edilmiş (-yik), beləliklə, uzlaşma əlaqəsi pozulmuşdur.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə