Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Elmi üslubun səciyyəvi xüsusiyyətləri



Yüklə 129,04 Kb.
səhifə49/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   45   46   47   48   49   50   51   52   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Elmi üslubun səciyyəvi xüsusiyyətləri


Məntiqilik, dəqiqlik, sistemlilik, konkretlik və düzgün-lük keyfiyyətlərinə malik olan elmi üslub müxtəlif elm sahələrinin dili və üslubudur. Bu üslubda obrazlılığa, emosionallığa təsadüf edilmir, adətən, qeyri-işlək leksikadan, dialekt sözlərindənbədii üsluba xas olan dil vasitələrindən istifadə edilmir. Burada terminlərin işlədilməsi əsas şərtdir. Mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr, elmi dilin ağırlığını xarakterizə edən ifadələr çox işlənir. Elmi üslub təbiət və cəmiyyət hadisələri barədə dəqiq məlumat verməklə bağlı olduğu üçün onda sözlərin həqiqi mənada işlədilməsi vacibdir. Elmi üslubun özünəməxsus ifadə tərzləri vardır: monoloji nəqletmə, intellektual söhbət, elmi müsahibə, monoqrafiya, sxemlər əsasında izah və s. Terminlərin mənasını bilmədən elmi üslubda nədən söhbət getdiyini bilmək olmaz.
Terminlər üç qismə bölünür: ümumişlək terminlər, beynəlmiləl terminlər, ixtisas terminləri. Hər bir elmə aid xüsusi ixtisas terminləri vardır; məs.: ədəbiyyatşünaslıqda janr, qafiyə, vəzn, epik növ, yumor, mövzu, ideya, ədəbi məktəb, dilçilikdə fonem, morfologiya, fonetika, şəxssiz cümlə,sintaktik əlaqə, mətn sintaksisi; riyaziyyatda tənbölən, sinus, kosinus, üçbucaq, tənlik, vurma, bölmə, teorem; biologiyada vegetasiya, mutasiya, gövdə, onurğalılar, anatomiya, biologiya və s. sözlər işlənir.
Elmi təfəkkürdə gedən inteqrasiya beynəlmiləl terminlərin milli terminləri sıxışdırmasına səbəb olur. İKT-nin geniş istifadəsi bu terminlərin ümumişləklik qazanmasını şərtləndirir.
Elmi üslubda morfoloji və sintaktik vasitələrdən istifadə bu üslubda əldə olunan nəticələrin ümumi xarakter daşıması ilə bağlıdır. Məsələn, ədəbiyyat tarixi, tarix, natiqlik sənətinin tarixi kimi ictimai elmlərdən bəhs edən əsərlərdə feilin keçmiş zaman formasından, dəqiq elmlərdən, eləcə də təbiət elmlərindən danışarkən indiki zaman feillərindən istifadə zəruridir. Elmi üslubda gələcək zaman fellərindən, demək olar ki, istifadə olunmur.
Elmi üslubun sintaktik normasına gəlincə, burada mürəkkəb cümlə konstruksiyaları üstünlük təşkil edir, ritorik sual cümlələri, yarımçıq cümlə, nida cümlələri, söz-cümlə işlənmir. Sadə cümlənin müəyyən şəxsli və şəxssiz növünə daha çox yer verilir. Burada modallıq bildirən söz və ifadələr (beləliklə, həqiqətən, doğrudur, fikrimizcə, ümumiyyətlə ) də işlənir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə