Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə47/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   43   44   45   46   47   48   49   50   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Bədii üslub, əsas xüsusiyyətləri


Bədii üslub ədəbi-bədii dil də adlanır. Bu, obrazlı, emosional nitq formasıdır və onun obrazlılığı dilin müxtəlif səviyyələrində (fonetik, leksik və qrammatik) özünü göstərir.
Fonetik səviyyədə obrazlılıq alliterasiya, assonas vasitəsilə meydana çıxır, burada təkrar və intonasiyanın rolu qeyd edilməlidir.
Qrammatik səviyyədə obrazlılıq söz sırasının dəyişməsi, qeyri-normativ cümlə konstruksiyalarının işlənməsi, inversiya, ellipsis kimi vasitələrlə yaranır.
Leksik səviyyədə obrazlılıq sözün çoxmənalılığı, omonimliyi, sinonimliyi, antonimliyi, frazeoloji birləşmələri, bədii təsvir və bədii ifadə vasitələriinin iştirakı ilə yaranır. Ədəbiyyatşünaslıqda bədii ifadə və təsvir vasitələri birlikdə məcazlar adlanır.
Məcazın birinci növü epitet hesab olunur; buna bəzi hallarda bədii təyin də deyilir. Epitetdə hər hansı bir predmet və hadisə qeyri-müstəqim şəkildə təyin olunur. Məsələn, deyək ki, qara daş ifadəsində
―qara təyini epitet deyil, amma qara gün birləşməsində həmin söz bədii təyindir: məs dəli könül, Qoca Muğan
Azərbaycan ədəbiyyatında elə epitetlər var ki, onlar müxtəlif şair və yazıçılar tərəfindən çox işlənir, bir növ, qəlibləşir. Belə epitetlərə müqəyyəd epitetlər deyilir:hindu xallı, gül üzlü, al yanaqlı, kaman qaşlı, dəli könül, durna gözlü və s. Lakin elə epitetlər var ki, onların işlənməsi tam ―təsadüi xarakter daşıyır; məs.: ―Koroğlu dastanında işlənən ―alma gözlü, qız birçəkli epiteti nadir bədii təyinlərdəndir.
Təşbeh bir əşya və ya hadisənin özündən daha güclü əşya və hadisəyə bənzədilməsi, oxşadılmasıdır. Buna görə də təşbehə bənzətmə də deyilir. Təşbeh bənzəyən, bənzədilən, bənzətmə əlaməti və bənzətmə qoşmasından ibarət olur. Belə təşbehlərə müfəssəl təşbehlər deyilir; məs.: Yaşıl köynəyini geyinir meşə, Yaxama quş kimi qonur bənövşə; Yenə də yamyaşıl geyinir dağlar, Göz kimi durulur qaynar bulaqlar.
Mükəmməl təşbehlərdə bənzətmə qoşması ixtisar olunur: Dəhanın sədəfdir, dişlərin inci, Sanasan ağızın püstədir, ay qız (M.P.Vaqif).

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə