Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə44/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Xitab


Ünsiyyət prosesində danışanla dinləyən bir-birinə müraciət edir, nə isə soruşub öyrənmək istəyirlər. Bu zaman danışan, çıxış edən, mühazirə oxuyan qarşısındakı şəxsə müraciət edir, münasibətlərindən asılı olaraq öz müraciətini müxtəlif formada ifadə edir. İstər danışıq dilində, istərsə də yazılı ədəbiyyatda şəraitdən asılı olaraq danışan dinləyənə öz münasibətini səmimi və ya dolayısı yolla, fikrində tutduğu
formada bildirir. O, aralarında olan şəxsi münasibətdən çıxış edərək dinlə-yənə “sən”, “siz” sözləri ilə, ya da “ay ata, əziz ana, ay bala, ay oğul, əzizim, qardaşım, qonşu, qohum” söz və söz birləşmələri ilə müraciət edir.
Xitab müraciət olunan şəxsi və ya şəxslənmiş əşyanı bildirir. Xitabların cümlədə işlədilməsi, əsasən dinləyicinin diqqətini söylənilən fikrə cəlb etmək məqsədi daşıyır. Xitablar bir sözdən və ya bir neçə sözdən ibarət ola bilir. Xitablar cümlənin əvvəlində, ortasında və sonunda gəlir. Müraciətin əsas vasitələrindən olan xitablar bədii ədəbiyyatda ekspressiv səciyyə daşıyır, tərkibindəki sözlərin leksik mənası, sözün ifadə tərzi, intonasiyası çox məsələdən xəbər verir. Məs.: Əhməd, dəftərini gətir. Ay oğul, bu nə işdir edibsən? Uşaqlar, bu gün dərsdən sonra tədbirimiz olacaq.
  1. Ara sözlərin mənaca növləri


Nitqimizi təşkil edən sözlər, birləşmələr və cümlələr rəngarəng intonasiya çalarına, deyiliş tərzinə malikdir. İntonasiyadan söhbət gedərkən, adətən, sintaktik quruluşların, xüsusən cümlələrin deyilişi, tələffüzü nəzərdə tutulur. Dilimizin səslənmə tərzi, intonasiya çalarları nitqin sintaksisi, sintaktik quruluşların tələffüzü ilə daha çox bağlıdır. Fikrimizi konkretləşdirmək üçün sintaktik quruluşların bəzisinin intonasiyası haqda bəhs açmağı lazım bildik. Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünə müvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə və ya söz birləşmələrinə ara sözlər deyilir. Ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Ara sözlər söz (məncə, səncə, doğrusu, düzü, yəqin və s.) və söz birləşmələri (sözün düzü, bir sözlə, mənim fikrimcə və s.) bəzən də cümlə (düzdür, görünür, necə deyərlər) şəklində olur. Məsələn: Yəqin ki, işlər düzəlmək üzrədir. Qələbə, sözsüz ki, gec-tez bizimlə olacaq. İndi, necə deyərlər, söz meydanıdır və s. Bu cümlələrdəki yəqin ki və sözsüz ki söz şəklində, necə deyərlər isə cümlə şəklində olan ara sözdür.
Ara sözlər daha çox cümlənin əvvəlində və ortasında işlənir. Bəzi hallarda ara sözlər cümlənin sonunda da işlənir: Qarşıda bizi sevincli günlər gözləyir, əlbəttə. Ara sözlər də xitablar kimi xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən vergüllə ayrılır.
Ara sözlərin mənaca aşağıdakı növləri var:

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə