Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


Rayonlar üzrə yaşayış məskənlərində təbii qaza tələbatın



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə42/147
tarix07.06.2022
ölçüsü12,82 Mb.
#88954
1   ...   38   39   40   41   42   43   44   45   ...   147
504511415-Qaz-Xidməti-Işcisinin-Sorğu-Kitabı-2013

 
Rayonlar üzrə yaşayış məskənlərində təbii qaza tələbatın 
hesablanması 
 
Yaşayış məskənlərində yerləşən sənaye, kommunal-məişət, 
ictimai iaşə və digər obyektlərin təbii qaza olan illik tələbatı rayonda 
əhalinin sayı, sənaye obyektlərinin sayı, istehsal müəssisələrinin 
ümumi gücü, kommunal-məişət obyektlərinin sayı, rayonun iqlim 
şəraiti və inkişafı proqnozu nəzərə alınaraq hesablanmalıdır. Bunun 
üçün birinci növbədə Azərbaycan Respublikası Dövlət Statistika 
Komitəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər 
Nazirliyi, həmçinin yerli rayon icra hakimiyyətinə müraciət edib 
sənədləşdirmə işlərinə başlanılmalıdır. Bunlarla yanaşı əhalinin bir 
nəfəri üçün otaq şəraitində yemək bişirmək, yeməyi qızdırmaq, sanitar-
gigiyena məqsədləri, həmçinin otağın həcmi və konstruksiyasını nəzərə 
almaqla isidilmə üçün qaza olan tələbat hesablanmalıdır.
Hesablanmış qaz sərfi normaları hər bir kateqoriyalı qaz 
istehlakçısı üçün qazın illik sərfi, obyektlərin perspektiv inkişafı
(10 il üçün) nəzərə alınaraq hesabat dövrünün axırına təyin edilməlidir. 
Yaşayış evləri, məişət xidməti müəssisələri, ictimai iaşə 
obyektləri, çörək və şirniyyat məhsulları istehsal edən müəssisələr 
(şirkətlər, məhdud məsuliyyətli cəmiyyətlər, digər hüquqi və fiziki 
şəxslərə məxsus), həmçinin səhiyyə müəssisələri üçün illik qaz sərfi 
AzDTN 2.13-1-də verilmiş qaz sərfi normalarına əsasən təyin 
edilməlidir. 
Yaşayış binalarının, əhaliyə məişət xidməti müəssisələri, ictimai-
iaşə obyektləri, çörək və şirniyyat məhsulları istehsal edən müəssisələr, 
həmçinin səhiyyə müəssisələri üçün tələb olunan istilik sərfi aşağıda 
göstərilmişdir. 


113 
Qaz istehlakçıları 
Qaz istehlakı 
göstəriciləri 
İstilik sərfi 
normaları, 
MC (min kkal) 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə