Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


Qаz kəmərlərinin qаynаq birləşmələrinin



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə56/147
tarix07.06.2022
ölçüsü12,82 Mb.
#88954
1   ...   52   53   54   55   56   57   58   59   ...   147
504511415-Qaz-Xidməti-Işcisinin-Sorğu-Kitabı-2013

Qаz kəmərlərinin qаynаq birləşmələrinin
fiziki üsullа yохlаnılmаsı 
Qаynаq birləşmələrinin fiziki üsullа yохlаnılmаsı оnlаrın qаmmа, 
rеntgеn, mаqnitоqrаfiyа şuаlаnmаdаn kеçirilməklə yохlаnılmаsı 
əməliyyаtlаrı apаrılmаlıdır. Qаz kəmərlərinin işçi təzyiqlərindən аsılı 
оlаrаq оnlаrın bütün qаynаq birləşmələrinin ümumi sаyındаn fаizlə 
fiziki üsullа yохlаnmаyа vеrilməsi аşаğıdаkı qаydаdа müəyyən 
еdilməlidir: 
1.
İşçi təzyiqi 0,005 MPа qədər – 5%; 
2.
İşçi təzyiqi 0,005 MPа-dаn 0,3 MPа qədər – 10%; 
3.
İşçi təzyiqi 0,3 MPа-dаn 0,6 MPа qədər – 50%; 
4.
İşçi təzyiqi 0,6 MPа-dаn 1,2 MPа qədər – 100% qаynаq 
birləşməlrinin ümumi sаy miqdаrındа. 
Diаmеtri 50mm-dən аşаğı оlаn dахili və хаrici yеrаltı və yеrüstü 
qаz kəmərlərinin qаynаq birləşmələri fiziki və mexaniki üsullа 
yохlаnılmаsı tələb оlunur. Üzərində hər hаnsı istiqаmətdə və ölçüdə çаt 
оlduqdа, tikiş bоyuncа nаtаmаm qаynаq gеdişi оlduqdа qаynаq 
birləşməsi zаy sаyılır. Еlеktrik qоvsü ilə qаynаq tikişlərində həttа ən аz 


150 
qаz burахılışı оlduqdа bеlə оnu qаzlа qаynаq üsulu ilə və yахud 
çəkiclə döyməklə bərpа еtmək yоl vеrilməzdir.
Tikintisi başa çatmış şəhər qaz kəmərlərinin və avadanlıqlarının
istismara qəbul edilməsi
 
Tikinti işləri tam başa çatdıqdan sonra sifarişçinin təşəbbüsü və 
onun nümayəndəsinin sədrliyi ilə podrat təşkilatın, layihə təşkilatının, 
aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 
müvafiq struktur bölməsinin, Dövlət Qaz Nəzarəti İdarəsinin, digər 
dövlət orqanlarının nümayəndələrinin daxil olduğu işçi qəbul 
komissiyası yaradılır. Podrat təşkilat razılaşdırılmış, təsdiq olunmuş və 
qeydiyyatdan keçmiş layihə sənədlərini, obyektin texniki-icra 
sənədlərini (üstü örtülmüş işlərin qəbulu aktları, qaynaq işlərinin 
jurnalı, möhkəmliyə və kipliyə sınaq aktları, sınaq və üfürülmə 
təlimatları, istifadə olunmuş materialların sertifikatları, quraşdırılmış 
avadanlıqların pasportları, qaynaqçıların sertifikatları, yaxud vəsiqə və 
diplomları, qaynaq birləşmələrinin yoxlanılması üzrə laboratoriyanın 
protokolları və digər texniki sənədlər) işçi komissiyasına təqdim 
edilməlidir. Qeyd etmək vacibdir ki, işçi komissiyasına təqdim edilmiş 
texniki-icra sənədləri "AzDTN 2.13-1. Qaz təchizatı. Layihələndirmə 
normaları", SSRİ Dövlət Tikinti Komitəsi tərəfindən 17 mart 1988-ci il 
tarixdə təsdiq olunmuş "TNvəQ 3.05.02-88*. Qaz təchizatı" ("СНиП 
3.05.02-88*. Газоснабжение"), "АzDTN1.6-1*. Tikinti işlərinin 
təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu 
Qaydaları” və digər normativ sənədlərin tələblərinə tam cavab 
verməlidir. Quraşdırılmış bütün sistemin və avadnlıqların texniki 
vəziyyəti, ona birləşmələr, ayrılmalar işçi komissiya üzvləri tərəfindən 
diqqətlə yoxlanılmalıdır. Sistemdə lazım gələrsə qaynaq birləşmələri, 
izolyasiya örtüyünün, bağlayıcı avadanlıqların, kondensat tutucularının 
vəziyyəti, təkrarən sistemdə möhkəmliyə və kipliyə sınaq işlərinin 
aparılması tələbi işçi komissiyanın səlahiyyəti daxilindədir. İşçi 
komissiya həm də tikintinin qəbulunda NÖC, QPS, QPM ərazilərinin, 
otaqlarının işıqlandırılmasını, istilik sisteminin, ildırımdan mühafizə 
qurğusunun, su, rabitə, ventilyasiya sistemlərinin vəziyyətini, normaya 
uyğun quraşdırılmasını yoxlamalıdır. Bütün yoxlamaların nəticələri 
barədə akt tərtib edilir və bu akt dövlət qəbul komissiyasına təqdim 
olunur. Dövlət qəbul komissiyası tərəfindən qəbul edilmiş qaz kəməri, 


151 
QPS, QPM SSRİ Dövlətdağtexnəzarəti tərəfindən 26 iyun 1979-cu il 
tarixdə təsdiq olunmuş "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın 
("Правила безопасности в газовом хозяйстве") 9.8-ci bəndinin 
tələblərinə əsasən 6 aydan artıq istismar olunmursa, o zaman qaz 
kəməri, QPS, QPM təkrarən möhkəmliyə və kipliyə sınaqdan 
keçirilməli, qaz avadanlıqları və nəzarət-ölçü cihazları yenidən 
yoxlanılmalıdır. Yeni tikilmiş sistemin odla müşayət olunan qaz 
təhlükəli təmir-quraşdırma işləri görülməklə təzyiq altında olan işlək 
sistemə birləşdirilməsi bilavasitə Qaz İstismar Sahəsinin işçi heyyəti 
tərəfindən icra olunmalıdır.

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə