Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


IX.3.Neftvermə əmsalinin artirilmasinin fiziki əsaslari



Yüklə 471,14 Kb.
səhifə27/34
tarix21.05.2023
ölçüsü471,14 Kb.
#111761
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
Qazli b neftli S xurlarin fiZ K xass L R

IX.3.Neftvermə əmsalinin artirilmasinin fiziki əsaslari
Neftvermə əmsalının artırılması məsələsi, hazərda neft sənayesi qarşısında duran əsas problemlərdən biridir. Laylarda neftin su ilə sıxışdırılmasının geniş tətbiqi nəticəsində (hazırda neft yataqlarının 75%-i ilk dövrdən su vurulması rejimində işləyir) orta neftvermə əmsalı ölkəmizdə xeyli artmışdır.
Mürəkkəb şəraitdə istismar olunan layların (qeyri-Nyuton xassəli neftlər qeyri-bircinsli laylarda, dabanı ilə böyük sulu sahəyə təmas edən laylarda, başlanğıc təzyiq qradienti yaranan mühitlərdə və s.) neftvermə əmsalı xeyli az olur. Məsələn, yüksək özlülüyə malik neftli yataqlarda su vurmaqla alınan neftin miqdarı ehtiyatın 20÷25%-dən çox olmur. Dabanı ilə böyük sulu sahəyə təmas edən laylarda quyuların tez bir zamanda sulaşması nəticəsinda (8090%)neftvermə əmsalı ~ 10% olur.
Yuxarıda göstərildiyi kimi, Azərbaycan yataqları üçün qeyriNyuton neftli layların neftvermə əmsalı Nyuton neftli laylara nisbətən 2 dəfə az olur.
Yatağın işlənmə rejimi layıhəsinin tərtibində layın geoloji xüsusiyyətləri, süxur və onlarda yerləşən maye və qazın fizikikimyəvi xüsusiyyətləri barədə kifayət qədər məlumatın olmaması üzündən istismar dövründə gözlənilməyən hadisələr meydana çıxır (laycıqlar və ya dillər vasitəsilə quyuların gözlənilməz sulaşması, hərəkətsiz neftli sahələrin yaranması və s.). Bunlar planlaşdırılmış neftvermə əmsalına nail olmaqda çətinliklər törədir. Layların neft verməsinin artırılması mürəkkəb problem olub, müasir elm və texnika nailiyyətlərindən istifadə edilməsini tələb edir.
Əvvəlki fəsillərdə neftvermə əmsalına layın, maye və qazın fiziki-kimyəvi xassələrinin, texnoloji proseslərin və s. amillərin təsirini qeyd etmişdik. Deyilənlərdən aydın olur ki, layın neftvermə əmsalını artırmaqdan ötrü səmərəli və məqsədə müvafiq tədbirlər görmək üçün aşağıdakılar məlum olmalıdır:
1)layın geoloji, fiziki-kimyəvi xassələri;
2)neft, su və qazın fiziki-kimyəvi xassələri və layda yerləşmə qanunları;
3)lay enerjisi, onun iş rejimi.
Bunları bildikdən sonra neftin quyudibinə hərəkətini itkisiz təmin edən tədbirlər görülməlidir.
Neftin layda müxtəlif şəraitlərdə su, qaz vasitəsilə quyudibinə sıxışdırılma mexanizminə neftvermə əmsalını artırmaq məqsədilə göstərilən təsirləri, yəni neftverməni artıran tədbirləri aşağıdakı qruplara ayırmaq olar:
1.Neftin quyudibinə itkisiz sıxışdırılmasını təmin edən fizikihidrodinamik
üsullar.
2.Neftin süxurlardan lazımi dərəcədə ayrılmasını və itkisiz quyudibinə çatmasını təmin edən termokimyəvi üsullar.
3.Neftin fiziki-kimyəvi xassələrini dəyişdirməklə onun quyudibinə itkisiz hərəkətini təmin edən termokimyəvi üsullar.
4.Layda neftin hərəkətinə müsbət təsir göstərən fiziki sahələr yaradan üsullar.

Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə