Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ



Yüklə 471,14 Kb.
səhifə24/34
tarix21.05.2023
ölçüsü471,14 Kb.
#111761
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
Qazli b neftli S xurlarin fiZ K xass L R

VIII.3.İslanma hadisəsi
Maye və ya qaz ilə bərk cismi sərhədində də səthi enerji yaranır. Belə ki, əksər bərk cisimlər üçün cisimlə qaz ( ) səth enerjisi maye ilə qaz və maye ilə maye sərhədindəki səth enerjisindən çox olur. Hazırda və -ni təyin etmək etmək üçün dəqiq eksperimental üsullar məlum deyildir. Ona görə də bu kəmiyyətləri təyin etmək üçün dolayı üsullardan (məsələn, islanma bucağını, islanma istiliyini və s. təyin etməklə) istifadə edilir. üç fazanın təmas sərhədində baş verən səth hadisələrinin öyrənilməsi daha maraqlıdır.
Həmin fazaların təmas sərhədində yaranan səth enerjisinin qiymətindən asılı olaraq maye damcısı bərk cismin səthində yayıla və yığıla bilər. Bu hadisənin öyrənilməsi neft yataqlarının istismarı və işlənməsi prosesinin effektivliyini artırmaqda xüsusi əhəmiyyət kəsb edir (məsələn, layı təşkil edən süxurların hidrofoblaşdırılıması və s.).
Bərk cismin üzərində yerləşən maye damcısına baxaq (şəkil VIII.2).

Şəkil VIII.2
Tutaq ki, damcının yayılması prosesi bərabərliyi ilə müəyyən edilir. Bu halda maye damcısı ilə bərk cismin və qazın sərhədinin sahəsi artacaqdır. olduqda damcının yayılması dayanacaq, olduqda isə damcı tamamilə bərk cismin üzərində yayılacaqdır. Ikinci halda isə qəbul edək ki, dir. Bu halda damcı ilə bərk cismin təmas səthi azalacaq və yarımkürə şəklində olan damcı kürə şəklini almağa çalışacaqdır. Birinci halda maye bərk cismi isladır, ikinci halda isə islatmır. Bərk cismin maye ilə islanma dərəcəsi sərhəd islanma bucağı ( ) ilə xarakterizə olunur. Bu bucaq bərk cismin səthi ilə fazaların təmas nöqtəsindən keçən və damcıya toxunan xətt arasındakı bucaqdır. Bu şərti iki bucaq ödədiyindən -nın toxunan xətdən maye fazaya tərəf ayrılması qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, əgər bərk cisim iki maye ilə təmas sərhədi yaradırsa, onda bucağı toxunan xətdən polyarlığı böyük olan mayeyə tərəf ayrılmalıdır. Aydındır ki, olduqda bərk cism maye ilə islanır, olduqda isə islanmır.
Sərhəd islanma bucağının fazaların təmas sərhədində yaranan səthi gərilmədən asılı olduğunu göstərmək məqsədilə cisimlə (şəkil VIII.2) kimyəvi qarşılıqlı əlaqədə olamayan maye damcısının müvazinət halına baxaq (qeyd edək ki, fazanın təmas sərhədindən keçən və bərk cismi kəsən hər hansı xətt islanma perimetri adlanır).
Başlanğıc vəziyyətdə islanma perimetri qədər çoxalacaq. Bu halda bərk cisimlə qaz arasındakı təmas səthi çoxalacaq, bərk cisimlə maye və maye ilə qaz arasındakı təmas səthi çoxalacaq, bərk cismlə maye və maye ilə qaz arasındakı təmas səthi azalacaqdır. Müvazinət halında bərk cisimlə qaz arasındakı təmas səthinin çoxalmasına sərf olunan işlə ( ) bərk cisimlə maye və maye ilə qaz arasındakı təmas səthlərinin azalmasına sərf olunan işlərin cəmi
( + + )
bir-birinə bərabər olacaqdır, yəni
(VIII.1)

buradan
(VIII.2)
Bu düstur islanma şərtini ifadə edir. Doğrudan da, olduqda və ya  , yəni (isladır).
olduqda və ya , yəni (islatmır).
olduqda , yəni (neytral islatma).
Beləliklə, bucağı arasında dəyişə bilər. Əgər sərhəd islanma bucağı olarsa, yəni bərk cisim həmin maye ilə yaxşı islana bilərsə, bərk cisim liafil cisim adlanır. Bu maye su olduqda bərk cismə hidrofil cisim deyilir (məsələn, gips, kalsit, malaxit, kvars, almaz və s.). Bu halda =0 tam islanma halı adlanır.
Əksinə, əgər sərhəd islanma bucağı olarsa, yəni bərk cisim həmin maye ilə yaxşı islanmazsa, onda bərk cismə liofob cism deyilir. Əgər həmin maye su olarsa, onda bu bərk cismə hidrofob cisim deyilir (məsələn, talk, qrafit, parafin, kükürd və s.). Belə ki, halı tam islanma halı adlanır. Əgər olarsa, bərk cisim neytral, islanma qabiliyyətinə malik olur.

Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə