Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ



Yüklə 471,14 Kb.
səhifə10/34
tarix21.05.2023
ölçüsü471,14 Kb.
#111761
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
Qazli b neftli S xurlarin fiZ K xass L R

Cədvəl III.1

Yataqlar

Müxtəlif dərinlik intervalında (m ilə) geotermik pillə, m/°C ilə

200-250

500-1000

1000-1500

1500-2000

2000-2500

Neft Daşları

17-21

21-22

-

-

-

Qara Çuxur

10-31

31-33

33-35

35-38

38-45

Zığ

15-20

20-40

40-45

45-50

50-50

Bibi-Heybət

22-30

30-36

36-41

41-45

45-50

Lökbatan

16-33

33-40

40-45

45-50

50-50

Qum adası

15-25

25-40

40-55

55-60

60-65

Suraxanı

20-30

30-40

40-50

50-60

60-70

Buzovna-Maştağa

30-35

35-40

40-50

50-70

70-80

Gürgan, Qala

30-35

35-40

40-50

50-70

70-80

Binəqədi, Balaxanı, Sabunçu-Ramana

30-35

35-40

40-55

55-70

70-80

Pirallahı adası

30-40

40-45

40-60

60-70

70-80

Geotermik pillənin müxtəlifliyi, süxurların istilik keçirmə qabiliyyətinin müxtəlif olması, yeraltı suların hərəkəti, yer qabığının qeyri-müntəzəm soyuması və s. amillərdən asılıdır.

III.3.Süxurların çatlığı
Tədqiqatlar yolu ilə təyin edilmişdir ki, neft laylarının kollektorluq xassələri dənəciklər arasındakı boşluqlardan başqa, əhəmiyyətli dərəcədə süxurda çox miqdarda çatların olmasından da asılıdır.
Dağ süxurlarında rast gələn çatların çoxu üç səbəb nəticəsində yarana bilər:
1.Tektonik hərəkətlər nəticəsində. Yerin dərinliklərində qarışıq əməlı gəlməsi və təbəqələrin əyiilməsi nəticəsində süxur dartıldlğından onun həcmi artır və süxurda müxtəlif çatlar yaranır.
2.Aşınma prosesləri nəticəsində çökmə süxurların üst təbəqələri genişlənir və çatlar əməmələ gəlir.
3.Gillərin sıxılması nəticəsində gilli şistlərin həcminin azalması çatların yaranmasına səbəb olur. Ara təbəqələrdə süxurun həcmi azalmadıqda, şistlərin həcminin azalması çatların yaranmasına səbəb olur.
Süxurda çatların həcmi ilə müəyyən olunan məsaməliliyə çat məsaməliliyi deyilir.
Çatların çoxu çaquli istiqamətə yaxın olur. Lakin nazik təbəqəli və şistli süxurlarda üfqi istiqamətə yaxın (layın yatma istiqamətinə nisbətən) çatlar da olur.
Çatlı kollektor süxurlarının öyrənilməsi göstərir ki, neft laylarında çatların açıqlığı 10-20 mikron (0,01-0,02 mm), bəzən isə 30 mikron (0,03 mm) təşkil edir.
Çatın keçiriciliyini aşağıdakı düsturla da hesablamaq olar:
(III.4)
burada -çatın keçiriciliyi, mkm2;
-çatın enidir, mm.
Süxurda çatların olması onun keçiriciliyinin çox artmasına səbəb olur. Odur ki, özlülüyü çox olan ağır neft keçiriciliyi az olan süxurlardan süzülə bilmədiyi halda, çatlarda hərəkət edərək quyuya axır.
Çatın eni 0,1 mm olarsa, onun keçiriciliyi 0,850 mkm2 olar, halbuki neft kollektorlarının keçiriciliyi nadir hallarda 0,002-0,003 mkm2-dən çox olur.
Hazırlıq üçün suallar:
1.Layların təbii enerjisini xarakterizə edən əsas parametrləri sadalayın?
2.Neft laylarında süxurların boşluqlarını dolduran neft, su və qaz müəyyən təzyiq altında olur. Bu təzyiqə nə deyilir?
3.İstismardan əvvəlki lay təzyiqinə nə deyilir?
4.Lay təzyiqi ilə quyudibi təzyiqinin fərqinə nə deyilir?
5.Başlanğıc lay təzyiqi layın yatdığı dərinliyə bərabər su sütununun hidrostatik təzyiqindən çox olduqda ona nə deyilir?
6.Başlanğıc lay təzyiqi layın yatdığı dərinliyə bərabər su sütununun hidrostatik təzyiqindən az olduqda ona nə deyilir?
7.Qanad suyunun ağırlığı nəticəsində yaranan təzyiqə nə deyilib?
8.Yer səthindən dərinliyə getdikcə süxurlarda temperaturun 1 °C artmasına uyğun gələn dərinlik qiymətlərinə nə deyilir?
MÜHAZİRƏ № IV
IV.1.Süxurların xüsusi səthi
Süxur dənəciklərinin ölçülərinə görə müxtəliflik dərəcəsi, süxurun qranulometrik tərkibindən başqa bununla sıx əlaqədə olan süxurun xüsusi səthi ilə dəxarakterizə oluna bilər. Süxur nömunəsinin vahid həcmindəki dənəciklərin ümumi səthinə süxurun xüsusi səthi deyilir.
Süxur nümunəsinin vahid həcmindəki dənəciklərinin səthləri cəminə, süxurun xüsusi səthi (Fc) deyilir.Süxurun dənəciklərinin diametrləri nə qədər kiçik olarsa, süxurun xüsusi səthi də böyük alınar. Dənəciklərinin ölçüləri kiçik və sıxlığı çox olan qum hissəciklərindən təşkil olunmuş süxurun səthi böyük ölçüyə malik olduğundan orada neftin sıxışdırılması məsələsini xeyli çətinləşdirir. Deyilənlərdən məlum olur ki, süxurun xüsusi səthi, məsamələrəldən mayenin hərəkəki zamanı səthdə malekulyarqüvvəninyaranmaslna, əlaqəli suyun, qalıq neftin, qazın miqdarına xeyli təsirgöstərir. Səhti-molekulyar qüvvələrin süzülməyə təsiridə məsaməlimühitin xüsusisəthindən asılıdır. İri dənəli süxurlardan təşkil olunmuşvə nisbətən, böyük xüsusi səthə malik olmayan məsaməli mühitlərdə,səthdə yerləşən molekulların sayı, mayenin həcmi daxilində yerləşmişmolekulların sayında müqayisə edilməyəcək dərəcə az olduğundansüzülməyə təsir göstərməyəcək. Beləliklə, xüsusi səth, dağ süxurlarının əsas xassələrindən biridir.
Qeyd etmək lazımdır ki, xüsusi səth anlayışının asan dərk olunmasına baxmayaraq onun qiymətinin düzgün təyin edilməsi çətin məsələdir. Bu onunla əlaqədardır ki, məsaməli mühitin məsamələrinin ölçüləri on və yüz mikrondan tutmuş, milekul ölçüsü ilə müqayisə olunan kanallardan təşkil olunmuşdur. Əgər hissəçiklər eyni ölçülü kürə şəklində olsayd, onda vahid həcmdəki süxur hissəciklərinin səthi

olacaqdır. Burada -xüsusi səth, -məsaməlilik, -hissəciyin diametri. Təbii qumlar üçün xüsusi səth, onun qranulometrik tərkibinin hər fraksiyası üçün tapılmış xüsusi səthlərin cəmi kimi təyin edilir:

burada -süxurun kütləsi; -baxılan fraksiyanın ketləsi; -fraksiyanın orta diametri olub, aşağıdakı ifadədən tapılır:

Burada , ələyin deşiyinin iki yaxın standart ölçüsüdür.
Prof. K.Q.Orkinin apardığı təcrebələrə əsasən mexaniki tərkibə görə (III.6) ifadəsi ilə hesablanan xüsusi səthə, dənəciklərin qeyrikürəşəkilli olmasını nəzərə alan düzəliş əmsalı α əlavə edilməlidir. Belə düzəliş əmsalı α=1,2÷1,4 arasında dəyişərək xüsusi səthi artırır, α-nın kiçik qiyməti hamarlanmış dənəciklər üçün, böyük qiyməti isə kələkötür dənəciklər üçün götrülür.
(IV.2) ifadəsindən istifadə edib, real süxurlar üçün xüsusi səthlə onun digər fiziki xassələri arasında əlaqəni göstərmək olar. Bunun üçün qeyri bir cinsli real süxur, onunla ekivalent fiktiv süxurla əvəz olunur. (IV.1) və (IV.2) düsturlarının müqayisəsindən aşağıdakı ifadələr tapılır.
(IV.4)
Xüsusi səthi hidravlik radiusla ( ) ifadə etmək olar.
(IV.5)
Məlumdur ki, hidravlik radius ,məsaçəli kanalların en kəsiyi sahəsinin onun perimetrinə nisbətən bərabər olduğundan radiuslu dairəvi kanallar üçün


Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə