61
Ağayev Eldəniz Maqsud oğlu
doğulub - 01.06.1975-ci il,
Cəbrayıl rayonu Süleymanlı kəndi;
Ģəhid olub - 16.08.1995-ci il,
Tərtər bölgəsi
AĞAYEV ELDƏNĠZ MAQSUD OĞLU
Süleymanlı kəndində anadan olmuĢdu. Ailənin tək övladı idi. Süleymanlı
kənd orta məktəbini bitirmiĢdi. 1994-cü ildə əsgəri xidmətə çağrılıb. Goran
poliqonunda, Neftçalada hərbi təlimdə olandan sonra Tərtər döyüĢ bölgəsinə
göndərilib. Bir müddət burada xidmət etdikdən sonra öz xahiĢi ilə Naftalana
bölgəsinə dəyiĢilib. Buradakı növbəti kəĢfiyyatların birində ağır yaralanaraq bir
gün sonra vəfat etmiĢdir.
Aslanov Ġnqilab Məhəmməd oğlu
doğulub - 31.05.1973-cü il,
Cəbrayıl rayonu Kavdar kəndi;
Ģəhid olub - 31.12.1993-cü il,
Ağdam bölgəsi
O YAġAMAQ ĠSTƏYĠRDĠ
Dünyaya yaĢamaq üçün kəlmiĢdi Ġnqilab. Bir evin sevinci, bir istəyin bar
çiçəyi, bir ananın ümidi, gələcəyi idi o. Yastı təpələrin quzey üzündəki Kavdar
kəndindən üzü Araza baxanda yaĢıl vadinin təkrarsız gözəlliyindən ürəyi dağa
dönürdü adamın. Doğulduğu torpağın mehrinə uĢaq kimi sığınanlardan biri də
62
Ġnqilab idi. Kənd məktəbində oxuyarkən ağlına da gəlməzdi ki, tale onu sınağa
çəkəcək, bir elin harayına səs verib, silaha sarılacaq, ömrün Ģəhidlik zirvəsində
dayanıb duracaq o. Bu bir alın yazısı idi - onu Tanrıdan savayı oxuyan tapılmayıb
hələ. Bu bir ömür qisməti
idi - bu qəzavü-qədərin hökmü, fərmanı idi...
Qismətdən, taledən qaçmaq olmaz, - deyib ulularımız. Demə, Ġnqilab
doğulandan ömrünün yarımçıq qırıldığı günə addımlayırmıĢ. Hardan biləydi ki,
qismətinə iyirmi illik ömür möhləti düĢəcəkmiĢ. Bəlkə də yaĢamaq istəyi güclü
olduğundan insan öləcəyinə heç vaxt inanmır. Ən zillətli günlərdə belə bir tikə
ümidə söykənib yaĢamaq istəyir. Ömrü boyu torpağın hərarətindən, günəĢin
nurundan, təbiətin saflığından doymayıb insan...
Ġnqilab da yaĢamaq istəyirdi. Ġstəyirdi ki, Kavdar kəndindən onun da səsi-
həniri gəlsin. Ġstəyirdi ev-eĢik sahibi olub təmiz bir məhəbbətə söykəsin üzünü.
Ġstəyirdi ki, ata olsun, ixtiyar çağlarında "baba" deyə çağırsınlar onu. Ġllər uzunu
yaĢamaq istəyirdi Ġnqilab. Ancaq Vətən torpağında yağılar at oynadanda sakit
keçən günləri ilə vidalaĢıb ölümün üstünə yollandı. Ölümlə tutaĢmaq, onunla kəllə-
kəlləyə gəlmək hər oğulun iĢi deyil. Ölümün gözünə dik baxmaq üçün gərək
cəsarətin ola. Ġgidlik özü də Allah vergisidir. Tanrı onu hər yetənə yox, qeyrəti ilə
xalqını, millətini ürəkdən sevənə verir. Ġnqilab ana deyib iĢığından, havasından,
suyundan bəhrələndiyi torpağı ilahi sevgisi hesab edirdi. Çoxlarını həyatda yara-
dıb xoĢbəxt edən bu sevgidən ona da pay düĢmüĢdü. Təzə-təzə boyu çıxan bir
vaxtda cəbhəyə ona görə getmiĢdi ki, düĢmən gülləsi bu yurdun bütövlüyünü
yaralayıb, el-obanı ağlar qoymasın...
Doxsan ikinci ilin iyun ayında Cəbrayıl batalyonunda hərbi xidmətə
baĢlayanda Ġnqilabın bəxtindən əsgər yoldaĢları qeyrətli olduqları qədər də istiqanlı
idilər. Soltanlıdan olan Rantiklə, Qaracallı balası Abbasov ġakirlə, qıĢlaqlı vzvod
komandiri Verdiyev Soltanla bircə həftənin içərisində dil tapıb dostlaĢmıĢdı
Ġnqilab. Ġnqilab hər dəfə icazə alıb Kavdardakı evlərinə gələndə özü ilə bir neçə
əsgər dostunu da gətirərdi. Anası boyuna tamaĢa etməkdən doymurdu onun. Bəlkə
də oğlunu günlərin birində itirəcəyini fəhmlə duyub, anlayan ana onun iĢıqlı
çöhrəsini gözlərinə köçürmək istəyirdi...
Erməni quldurları Cəbrayıla diĢ qıcıdanda Ġnqilab da silahdan yapıĢıb
QuĢçular, Süleymanlı, Horovlu, Quyçaq... postlarında sübhü dirigözlü açırdı.
YoldaĢları deyir ki, Süleymanlı kəndi uğrunda gedən döyüĢlərin qızğın çağında
atəĢ aça-aça irəliləyən iki düĢmən tankının məhv edilməsində Ġnqilab da cəsurluq
göstərib. Sentyabr ayının axırlarına yaxın Quysaq ətrafında doqtuz saat gedən qanlı
döyüĢdə erməni quldurlarının ələ keçirmək istədikləri bir yaralı əsgərimizi xilas
edəndən sonra Ġnqilab yoldaĢlarının gözlərində qəhrəman kimi böyüyüb...
Cəbrayılın ağır günlərində ordudakı baĢıpozuqluq ürəyini göynədirdi
Ġnqilabın. Alay komandirinin fərsizliyi ucbatından əsgərlər arasında fərarilik
edənlərin sayı günbəgün artmaqda idi o vaxtlar. Ġnqilab doğma el-obanın yaman
günündə baĢqaları kimi daldada baĢ kirləməyi Ģəninə sığıĢdırmırdı. Elə ona görə də
63
əsgərlərimiz mövqelərini tərk edib Arazın o üzü ilə ĠmiĢliyə üz tutandan bir neçə
gün sonra təzə toplanıĢ yerinə gəldi...
Doxsan üçün payızında Ġnqilabgilin dəstəsi Gəncəyə üz tutdu. Burada
keçirilən təlimdən sonra gücü, qüvvəsi özlərinə qayıdan əsgərlərimiz yaralı yurd
yerlərimizin qisasını almaq üçün düĢmən üstünə atılmağa məqam gəzirdilər...
Ağdam bölgəsinə çavuĢ rütbəsi ilə kəlmiĢdi Ġnqilab. Salahlı yaĢayıĢ
məntəqəsi ətrafında gedən döyüĢlərdə o da cəsarətlə döyüĢür, düĢməndən Ģəhid
oğullarımızın qisasını almağa çalıĢırdı...
.
Yeri-göyü lərzəyə salan o döyüĢdə Ġnqilab Eldənizlə, Əliylə birgə Ģəhid
oldu. Doxsan üçüncü ilin otuz bir dekabrı idi onda. Yeni ilə cəmisi bircə addım
qalırdı o gün...
Ġnqilabı DaĢburun qəsəbəsinin qəbiristanında dəfn etdilər. Kavdarın ilk
Ģəhid balasının ölümündən xəbərsiz olub oraya kələ bilməyənlərin əvəzindən
təbiətin özü hönkür-hönkür ağladı o gün. Bu haqsız ölümdən Tanrıya asi düĢən bu-
ludlar göylərin dili ilə ağı deyirdi elə bil:
Bu dağlar, ulu dağlar,
ÇeĢməli, sulu dağlar.
Burda bir qərib ölüb, -
Göy kiĢnər, bulud ağlar...
Bayramov Qədir Kərim oğlu
doğulub - 10.01.1966-cı il,
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi;
Ģəhid olub - 28.12.1993-cü il,
Ağdam rayonu Salahlı kəndi
GÖY KĠġNƏR, BULUD AĞLAR...
Ömrün ahıl çağlarında oğul itirmək ağır dərddir, Kərim kiĢi. Sən Qədirin
ölüm xəbərini eĢidənəcən yurd ağrı-acıları ilə yaĢayırdın. Heç ağlına da
gətirməzdin ki, bu tezliklə Tanrı sənə oğul dağı köstərə. Onda hələ Ġsmayıllı