Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   14   15   16   17   18   19   20   21   ...   126

61 
 
 
 
Ağayev Eldəniz Maqsud oğlu 
doğulub - 01.06.1975-ci il, 
Cəbrayıl rayonu Süleymanlı kəndi; 
Ģəhid olub - 16.08.1995-ci il, 
Tərtər bölgəsi 
 
 
 
 
 
AĞAYEV ELDƏNĠZ MAQSUD OĞLU 
 
Süleymanlı kəndində anadan olmuĢdu. Ailənin tək övladı idi. Süleymanlı 
kənd  orta  məktəbini  bitirmiĢdi.  1994-cü  ildə  əsgəri  xidmətə  çağrılıb.  Goran 
poliqonunda,  Neftçalada  hərbi  təlimdə  olandan  sonra  Tərtər  döyüĢ  bölgəsinə 
göndərilib.  Bir  müddət  burada  xidmət  etdikdən  sonra  öz  xahiĢi  ilə  Naftalana 
bölgəsinə  dəyiĢilib.  Buradakı  növbəti  kəĢfiyyatların  birində  ağır  yaralanaraq  bir 
gün sonra vəfat etmiĢdir. 
 
 
 
 
 
Aslanov Ġnqilab Məhəmməd oğlu 
doğulub - 31.05.1973-cü il, 
Cəbrayıl rayonu Kavdar kəndi; 
Ģəhid olub - 31.12.1993-cü il, 
Ağdam bölgəsi 
 
 
 
 
 
O YAġAMAQ ĠSTƏYĠRDĠ 
 
Dünyaya yaĢamaq üçün kəlmiĢdi Ġnqilab. Bir evin sevinci, bir istəyin bar 
çiçəyi,  bir  ananın  ümidi,  gələcəyi  idi  o.  Yastı  təpələrin  quzey  üzündəki  Kavdar 
kəndindən  üzü  Araza  baxanda  yaĢıl  vadinin  təkrarsız  gözəlliyindən  ürəyi  dağa 
dönürdü  adamın.  Doğulduğu  torpağın  mehrinə  uĢaq  kimi  sığınanlardan  biri  də 


62 
 
Ġnqilab  idi.  Kənd  məktəbində  oxuyarkən  ağlına  da  gəlməzdi  ki,  tale  onu  sınağa 
çəkəcək,  bir  elin  harayına  səs  verib,  silaha  sarılacaq,  ömrün  Ģəhidlik  zirvəsində 
dayanıb duracaq o. Bu bir alın yazısı idi - onu Tanrıdan savayı oxuyan tapılmayıb 
hələ. Bu bir ömür qisməti idi - bu qəzavü-qədərin hökmü, fərmanı idi... 
Qismətdən,  taledən  qaçmaq  olmaz,  -  deyib  ulularımız.  Demə,  Ġnqilab 
doğulandan  ömrünün  yarımçıq  qırıldığı  günə  addımlayırmıĢ.  Hardan  biləydi  ki, 
qismətinə  iyirmi  illik  ömür  möhləti  düĢəcəkmiĢ.  Bəlkə  də  yaĢamaq  istəyi  güclü 
olduğundan  insan  öləcəyinə  heç  vaxt  inanmır.  Ən  zillətli  günlərdə  belə  bir  tikə 
ümidə  söykənib  yaĢamaq  istəyir.  Ömrü  boyu  torpağın  hərarətindən,  günəĢin 
nurundan, təbiətin saflığından doymayıb insan... 
Ġnqilab da yaĢamaq istəyirdi. Ġstəyirdi ki, Kavdar kəndindən onun da səsi-
həniri  gəlsin.  Ġstəyirdi  ev-eĢik  sahibi  olub  təmiz  bir  məhəbbətə  söykəsin  üzünü. 
Ġstəyirdi  ki,  ata  olsun,  ixtiyar  çağlarında  "baba" deyə  çağırsınlar  onu.  Ġllər  uzunu 
yaĢamaq  istəyirdi  Ġnqilab.  Ancaq  Vətən  torpağında  yağılar  at  oynadanda  sakit 
keçən günləri ilə vidalaĢıb ölümün üstünə yollandı. Ölümlə tutaĢmaq, onunla kəllə-
kəlləyə  gəlmək  hər  oğulun  iĢi  deyil.  Ölümün  gözünə  dik  baxmaq  üçün  gərək 
cəsarətin ola. Ġgidlik özü də Allah vergisidir. Tanrı onu hər yetənə yox, qeyrəti ilə 
xalqını,  millətini  ürəkdən  sevənə  verir.  Ġnqilab  ana  deyib  iĢığından,  havasından, 
suyundan  bəhrələndiyi  torpağı  ilahi  sevgisi  hesab  edirdi.  Çoxlarını  həyatda  yara-
dıb  xoĢbəxt  edən  bu  sevgidən  ona  da  pay  düĢmüĢdü.  Təzə-təzə  boyu  çıxan  bir 
vaxtda  cəbhəyə  ona  görə  getmiĢdi  ki,  düĢmən  gülləsi  bu  yurdun  bütövlüyünü 
yaralayıb, el-obanı ağlar qoymasın... 
Doxsan  ikinci  ilin  iyun  ayında  Cəbrayıl  batalyonunda  hərbi  xidmətə 
baĢlayanda Ġnqilabın bəxtindən əsgər yoldaĢları qeyrətli olduqları qədər də istiqanlı 
idilər.  Soltanlıdan  olan  Rantiklə,  Qaracallı  balası  Abbasov  ġakirlə,  qıĢlaqlı  vzvod 
komandiri  Verdiyev  Soltanla  bircə  həftənin  içərisində  dil  tapıb  dostlaĢmıĢdı 
Ġnqilab.  Ġnqilab  hər  dəfə  icazə  alıb  Kavdardakı  evlərinə  gələndə  özü  ilə  bir  neçə 
əsgər dostunu da gətirərdi. Anası boyuna tamaĢa etməkdən doymurdu onun. Bəlkə 
də  oğlunu  günlərin  birində  itirəcəyini  fəhmlə  duyub,  anlayan  ana  onun  iĢıqlı 
çöhrəsini gözlərinə köçürmək istəyirdi... 
Erməni  quldurları  Cəbrayıla  diĢ  qıcıdanda  Ġnqilab  da  silahdan  yapıĢıb 
QuĢçular,  Süleymanlı,  Horovlu,  Quyçaq...  postlarında  sübhü  dirigözlü  açırdı. 
YoldaĢları  deyir  ki,  Süleymanlı  kəndi  uğrunda  gedən  döyüĢlərin  qızğın  çağında 
atəĢ  aça-aça  irəliləyən  iki  düĢmən  tankının  məhv  edilməsində  Ġnqilab  da  cəsurluq 
göstərib. Sentyabr ayının axırlarına yaxın Quysaq ətrafında doqtuz saat gedən qanlı 
döyüĢdə  erməni  quldurlarının  ələ  keçirmək  istədikləri  bir  yaralı  əsgərimizi  xilas 
edəndən sonra Ġnqilab yoldaĢlarının gözlərində qəhrəman kimi böyüyüb... 
Cəbrayılın  ağır  günlərində  ordudakı  baĢıpozuqluq  ürəyini  göynədirdi 
Ġnqilabın.  Alay  komandirinin  fərsizliyi  ucbatından  əsgərlər  arasında  fərarilik 
edənlərin  sayı  günbəgün  artmaqda  idi  o  vaxtlar.  Ġnqilab  doğma  el-obanın  yaman 
günündə baĢqaları kimi daldada baĢ kirləməyi Ģəninə sığıĢdırmırdı. Elə ona görə də 


63 
 
əsgərlərimiz  mövqelərini tərk edib Arazın o üzü ilə ĠmiĢliyə üz tutandan bir neçə 
gün sonra təzə toplanıĢ yerinə gəldi... 
Doxsan  üçün  payızında  Ġnqilabgilin  dəstəsi  Gəncəyə  üz  tutdu.  Burada 
keçirilən  təlimdən  sonra  gücü,  qüvvəsi  özlərinə  qayıdan  əsgərlərimiz  yaralı  yurd 
yerlərimizin qisasını almaq üçün düĢmən üstünə atılmağa məqam gəzirdilər... 
Ağdam  bölgəsinə  çavuĢ  rütbəsi  ilə  kəlmiĢdi  Ġnqilab.  Salahlı  yaĢayıĢ 
məntəqəsi  ətrafında  gedən  döyüĢlərdə  o  da  cəsarətlə  döyüĢür,  düĢməndən  Ģəhid 
oğullarımızın qisasını almağa çalıĢırdı... 

Yeri-göyü  lərzəyə  salan  o  döyüĢdə  Ġnqilab  Eldənizlə,  Əliylə  birgə  Ģəhid 
oldu.  Doxsan  üçüncü  ilin  otuz  bir  dekabrı  idi  onda.  Yeni  ilə  cəmisi  bircə  addım 
qalırdı o gün... 
Ġnqilabı  DaĢburun  qəsəbəsinin  qəbiristanında  dəfn  etdilər.  Kavdarın  ilk 
Ģəhid  balasının  ölümündən  xəbərsiz  olub  oraya  kələ  bilməyənlərin  əvəzindən 
təbiətin özü hönkür-hönkür ağladı o gün. Bu haqsız ölümdən Tanrıya asi düĢən bu-
ludlar göylərin dili ilə ağı deyirdi elə bil: 
 
Bu dağlar, ulu dağlar,  
ÇeĢməli, sulu dağlar.  
Burda bir qərib ölüb, - 
Göy kiĢnər, bulud ağlar... 
 
 
 
 
 
 
 
 
Bayramov Qədir Kərim oğlu 
doğulub - 10.01.1966-cı il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 28.12.1993-cü il, 
Ağdam rayonu Salahlı kəndi 
 
 
 
GÖY KĠġNƏR, BULUD AĞLAR... 
 
Ömrün ahıl çağlarında oğul itirmək ağır dərddir, Kərim kiĢi. Sən Qədirin 
ölüm  xəbərini  eĢidənəcən  yurd  ağrı-acıları  ilə  yaĢayırdın.  Heç  ağlına  da 
gətirməzdin  ki,  bu  tezliklə  Tanrı  sənə  oğul  dağı  köstərə.  Onda  hələ  Ġsmayıllı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə