Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   17   18   19   20   21   22   23   24   ...   126

70 
 
YURD HƏSRƏTĠ 
 
Deyirlər  ulu  Tanrı  sevdiyi  bəndələrini  sınağa,  imtahana  çəkir.  Oddan, 
alovdan  keçirir  onları.  Ġskəndər  Allahın  üzü-yola  bəndələrindən  idi.  Ağsaqqalın, 
ağbirçəyin ehtiramını  gətirər, harada olsa özünün-sözünün  yerini bilərdi. Hamının 
iĢinə  yaramağa,  uzanan  əldən  yapıĢmağa  çalıĢırdı.  Dilindən  "yox"  kəlməsi  eĢidən 
olmamıĢdı onun. 
Böyük  Mərcanlı  kəndində  mayası  halallıqnan  qoyulan  bir  ailədə 
böyümüĢdü  Ġskəndər.  Ata  babası  XankiĢi  Müsavatın  igid  əsgərlərindən  olmuĢ, 
1918-1920-ci illərdə Qarabağa diĢ qıcırdan daĢnaklara qarĢı vuruĢmuĢdu. Ġskəndəri 
hamıdan  artıq  istəyirdi  XankiĢi  baba.  Ġgid  nəvəsinin  ölümündən  cəmisi  il  yarım 
qabaq dünyasını dəyiĢib Mərcanlı qəbiristanlığında əbədiyyətə qovuĢmuĢdu. Onda 
hələ  erməni  qəsbkarlarının  səsi  Balyand  dağlarının,  ġiĢ  qayanın,  Ağ  yolun  o 
üzündən  gəlirdi.  Onda  hələ  Ġskəndər  idarə  etdiyi  traktorun  sükanından  yapıĢıb 
yollara çıxır, əkin-biçinə can atırdı... 
Ġyirmi  yeddi  ilə  yaxın  bir  ömür  yaĢasa  da  həyatın  hər  üzünü  görmüĢdü 
Ġskəndər. Orta  məktəbi bitirəndən  sonra düz iki il sovet ordusu sıralarında qulluq 
etmiĢdi.  Bu  iki  il  onu  qaya  kimi  bərkitmiĢ,  qüvvəsini,  dözümünü  sınaqdan 
çıxarmıĢdı... 
Sonralar atası Baloğlan kiĢinin sənətini - traktorçuluq peĢəsini çörək ağacı 
seçmiĢdi  özünə.  Ġstəyirdi  ki,  o  da  atası  kimi  el-obaya  arxa,  dayaq  olsun. 
Traktorunun  səsi,  sədası  Gəyən  çölündən,  Süllab  düzündən  eĢidilsin.  ĠĢlədiyi 
kolxozda yaxĢı xətir-hörməti var idi. Getdiyi yerdən əli dolu qayıdar, tapĢırılan iĢi 
can-baĢla  yerinə  yetirərdi.  Cavanların  sayılıb-seçiləni,  toyların  yaraĢığı  idi 
Ġskəndər. Gülərüzlü, baməzə bir oğlan idi, atasından keçmiĢdi bu xasiyyət ona. 
Harsın  oğulları  torpaqlarımızda  kabus  kimi  görünən  gündən  hadisələri 
diqtətlə izləyir, cəbhəyə getməyin məqamı çatdığını hiss edirdi. 
1993-cü  ilin  Novruz  bayramı  ərəfəsində  traktorunu  kənd  yolunun  üst 
tərəfindəki maĢın parkında saxlayıb evə yollandı. Həyətlərinin giriĢ qapısı ağzında 
anası Tərgül qarĢısına çıxdı: 
-Bıy,  baĢıma  xeyir,  ay  Ġskəndər,  piyada  niyə  kəlmisən,  bəs  "köhlənin" 
harda qalıb? 
-Ana,  traktorumla  halal-hümmət  edib  vidalaĢmıĢam.  Günü  sabahdan, 
cəbhəyə kedəcəyəm. 
-Ağrın alım, bəs xəstə atanı, yoldaĢın Kəmaləni, körpə balan ġamili kimin 
umuduna qoyursan? 
-YaxĢı  bilirsən  ki,  onları  hamıdan  artıq  istəyirəm,  ana.  Ancaq  vəziyyət 
elədir  ki,  burada  qalıb  baĢ  girləsəm  töhmət  yeri  olaram.  Fikir  verirsənmi, 
ermənilərin atdıqları  güllələr  Araz boyuna,  kəndimizə  gəlib çatmaqdadır. Belə bir 
vaxtda Vətənin mənim kimi oğullara ehtiyacı var... 


71 
 
Tərgülün  ağlayıb-sıtqamaqdan  savayı  əlacı  qalmadı  o  axĢam.  Ġskəndərin 
uca  boyunu  gözləri  ilə  dönə-dönə  oxĢadı,  onun  nurlu  çöhrəsini  ürəyinə  köçürtdü, 
sübh  tezdən  süfrə  açıb  pərvanə  kimi  baĢına  dolandı.  Ciyərparasını  yola  salanda 
çəlimsiz qollarını onun enli kürəyinə dolayıb: 
-Ġlahi, hamının balasını amanında saxla, Ġskəndərimi də onlardan ayırma... 
Ġskəndərin  arxasınsa  Tərgül  ananın  göz  yaĢları  səpildi  o  gün.  Cəbrayıl 
alayında  onu xoĢ  üzlə  qarĢılayıb  Sirikdəki batalyona  yola  saldılar. Buradakı yaĢıl 
donlu meĢələr, durnagözlü bulaqlar Ġskəndəri ilk gündən məftun elədi. O, bir dəfə 
Qala dağına tərəf uzanan yoxuĢu qalxıb dərə uzunu yamaclarda sıralanan ağaclara 
nəzər  saldı.  Hər  yandan  torpağa  yaĢıl  leysan  yağmaqda  idi  elə  bil.  Tey  dağı 
tərəfdən  əsən  meh  üzü  Ziyarata  tərəf  yol  aldıqca  təbiətin  nəfəsi  ətir  qoxuyurdu. 
Ġskəndər heyrətini gizlədə bilməyib yoldaĢlarına üz tutdu: 
-Pah  atonnan,  harsın  oğullarında  iĢtaha  bax,  ha.  Belə  gözəl  torpağı  əldən 
verməkmi olar? 
Ancaq  çox  keçmədi  ki,  bəxtəvər  günlərinin  nizamı  pozulan  yurd 
yerlərimizdə  erməni  dığaları  at  oynatdılar.  Teyin  meĢə  çuxası  atılan  mərmilərdən 
didim-didim  oldu.  Fatma  nənənin  gor  evi  haray  qopardı,  Sirikdən  baĢlayan 
didərginlərin köçü Beyləqandan o üzdə min səmtə Ģaxələndi... 
Ġskəndərgilin  batalyonu  1993-cü  ilin  dekabr  ayında  Ağdam  bölgəsində 
qərar  tutmuĢdu.  DüĢmən  Qarabağın  axırına  çıxmaq  üçün  güclü  hücuma 
hazırlaĢırdı... 
O  gün  Güllücə  ətrafında  yer,  göy  lərzəyə  gəlirdi.  Qeyrətli  cavanlarımız 
sinələrini  Vətən  torpağına  sipər  edib  düĢmənin  yolu  üstə  dayanmıĢdılar.  Atılan 
güllələrdən  biri  Ġskəndərin  sinəsinə  sancıldı  o  gün.  Onda  təzə  ilə  üçcə  gün  qalır-
dı... 
BalakiĢiyev  Ġskəndər  Baloqlan  oğlu  1994-cü  ilin  təzə  ilini  Beyləqanın 
Peyğəmbər  qəbiristanındakı  gor  evində  "qarĢıladı".  Onun  yaralı  ruhu  doğma 
Mərcanlı  torpağının  vüsalından  ötrü  indi  də  çırpınmaqdadır.  Tanrı  onun  yurd 
həsrəti ilə sızlayan son məkanını nurlu eləsin... 
 
 
 
 
 
 
 
 
 
 
 
 


72 
 
 
 
BalakiĢiyev Sərvan Fərman oğlu 
doğulub - 28.10.1971-ci il, 
Cəbrayıl rayonu Dərzili kəndi; 
ġəhid olub - 28.12.1993-cü il, 
Ağdam rayonu Güllücə kəndi 
 
 
 
 
 
XƏZƏRƏ BOYLANAN MƏZAR 
 
Ġlk dəfə ölümün acılığını üç yaĢı olanda dadıb Sərvan. Dərzilidən olan bir 
həmkəndlisi  deyir  ki,  o  vaxt  anasıyla  pambıq  tarlasına  gedən  üç  yaĢlı  uĢağı 
qəfildən  ilan  sancıbmıĢ.  O  zamanlar  göydə  Allahın,  yerdə  rayon  mərkəzi  xəstə-
xanasında  iĢləyən  bir  həkimin  köməyi  sayəsində  Sərvan  ailələrini  gözüyaĢlı 
qoymayıb. ĠĢə bax 74-cü ildə ilanın əlindən xilas olan bu uĢaq on doqquz il sonra 
erməni  gürzəsindən  yaxasını  qurtara  bilmədi.  Bu  dəfə  Ağdam  torpağında  erməni 
qiyafəsinə  girən  gürzə  mina  Ģəklinə  düĢüb  Sərvanı  və  onun  igid  komandiri  ġakir 
Abbasovu qanına qəltan elədi... 
...Sərvan uĢaq çağlarından qatar fitinə, vaqonların aramsız taqqıltısına elə 
aludə  olmuĢdu  ki,  böyüyəndə  dəmiryolçu  peĢəsindən  uzaqda  dayana  bilmədi. 
Qumlaq  orta  məktəbini  bitirəndən  sonra  Bakı  Dəmiryol  Texnikumuna  daxil  olub 
qatar  maĢinisti  peĢəsinə  yiyələnmiĢdi.  Ürəyində  dönə-dönə  kəndlərinin  iki-üç 
addımlığından üzü Naxçıvana sarı uzanan dəmir yolu ötüb keçən bu cavan oğlan o 
vaxtlar fikrinə də gətirməzdi ki, vaxt gələsək bu yollar erməni kəməndinə düĢəcək. 
Sərvan  yiyələndiyi  sənətin  barını  dadmamıĢ  ordu  sıralarına  çağrıldı...  Bakının 
PirəküĢkül  qəsəbəsindəki  əsgərlik  həyatı  bir  an  kimi  ötüb  keçsə  də,  Sərvanın 
yuxusu ərĢə çəkilmiĢdi onda. Ailələrində dörd qız uĢağından sonra dünyaya gələn, 
hamının  sevimlisi  olan  bu  yarlı-yaraĢıqlı  oğlanın  fikri-zikri  həmiĢə  kəndlərində, 
ata-anasının yanında idi. Erməni azğınlığı günbəgün vüsət aldıqca qeyrətli yaĢıdları 
kimi Sərvan da bir  yerdə bənd almır,  sağa-sola  vurnuxurdu. Doğma  Cəbrayıla bir 
əsgər kimi gəliĢi hamıdan çox Sərvanın ürəyindən idi. 
...Sur  istiqamətində  gedən  döyüĢlərdə  Ģəxsi  igidlik  göstərən  Sərvan 
BalakiĢiyev artıq bir neçə ay idi ki, bölüm komandiri kimi əsgər dostlarının diqqət 
mərkəzində  idi.  Ġstiqanlı  və  cəsur  olduğundan  uĢaqlarla  tez  dil  tapır,  onların  üstə 
nanə yarpağı kimi əsirdi. Elə bil anası komandir olmaq üçün doğmuĢdu onu. 
Rayon mərkəzi iĢğal olunandan sonra ġükürbəyli kəndinin üst tərəfindəki 
vaqon-restoranın  yanındakı  səngərə  sığınıb  yurda  keĢik  çəkirdi  Sərvan.  Heyf  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə