Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   18   19   20   21   22   23   24   25   ...   126

73 
 
onun kimi yüzlərlə qeyrətli əsgərin zəhməti yerdə qaldı. O vaxtlar orduda baĢ alıb 
gedən  pərakəndəlik,  rəhbərlik  edənlərin  dəyanətsizliyi  düĢmənin  çırağını  gur 
yandırdı.  Doğma  elini  nisgil  qarıĢıq  ağır  bir  sıxıntı  ilə  tərk  edən  bu  igid  əsgər 
rayonun iĢğalından sonra ġakirlə çiyin-çiyinə döyüĢdü. Tanrı onların hər ikisini bir 
yerdə,  bir  gündə  Ģəhidlik  zirvəsinə  ucaltdı.  Ağdam  torpağında  yurdun  sipərinə 
dönən  BalakiĢiyev  Sərvan  Fərman  oğlunu  böyük  ehtiramla  Bakının  "ġəhidlər 
xiyabanı"nda  torpağa  tapĢırdılar.  Bir  vaxtlar  beĢiyini  xan  Arazın  nəğmələri  ox-
Ģayan  Sərvanın  məzarını  indi  də  Xəzərin  bir  az  həlim,  bir  az  duzlu  nəfəsi 
əzizləyir... 
 
 
 
 
 
BabaĢov Həmzə ġərəfalı oğlu 
doğulub - 1960-cı il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 25.01.1994-cü il, 
Beyləqan bölgəsi 
 
 
 
 
VƏTƏN SƏNƏ OĞUL DEDĠ 
 
Adı kimi özü də böyük olan Mərcanlı kəndi qeyrətli, namuslu oğulları ilə 
həmiĢə  məĢhur  olub.  Atalarımızın  kiĢi  sınar,  amma  əyilməz  əqidəsini  özündə 
yaĢadan Mərcanlılar nəyə qadir olduqlarını dönə-dönə sübut ediblər. Onların adları 
gələndə  qorxudan  dizləri  tir-tir  əsən  hayklar  da  bunu  yaxĢı  bilir,  mərcanlılarla 
qarĢılaĢmağa heç vaxt  cürət etməzdilər. Elə Həmzəni də  yandırıb yaxan bu idi ki, 
indi  necə  olur,  vaxtı  ilə  bir-iki  Mərcanlı  çobanının  çomağının  zərbindən  qaçıb 
harsınların arxasında gizlənən dığalar bu gün meydan sulayırlar... 
Alınmaz  qala  olan  Cəbrayılımızın  qarı  düĢmən  tərəfindən  iĢğal 
olunduğunu eĢidəndə də o heç cür inanmaq istəmədi. "Bu mümkün olan iĢ deyil, - 
dedi, - erməni Mərcanlıda at oynatsın, vallah adama yuxu kimi gəlir. DovĢandan da 
qorxaq  olan  erməniləri  mən  yaxĢı  tanıyıram,  bu  onların  iĢi  deyil.  Burada  xəya-
nətkar  əli  var.  -  Həmzə  haqlıydı.  Məhz  satqınların  xəyanəti  üzündən 
torpaqlarımızın 20 faizi düĢmən tapdağına çevrilmiĢdi. 
QuduzlaĢmıĢ düĢmən artıq Beyləqanı aramsız atəĢə tuturdu. Ġndi bir neçə 
rayonun  deyil,  bütöv  Azərbaycanın  taleyi  təhlükə  qarĢısında  qalmıĢdı.  Həmzə 
BabaĢov  eĢitdiyi  xəbərdən  yaman  alınmıĢdı.  Möhtərəm  Prezidentimiz  Heydər 


74 
 
Əliyev  cənablarının  "Vətən  dardadır,  torpaqlarımız  əldən  gedir"  -  deyə  xalqa 
müraciəti  onu  daha  da  həyəcanlandırmıĢdı.  Hirsindən  nə  edəcəyini  kəsdirə 
bilmirdi.  Haçandan-haçana  özünə  gəldi.  Ani  olaraq  nəzərləri  uĢaqları  Nuraniyə, 
Xanalıya  dikildi.  sonuncu  görüĢ  olduğunu  duyurmuĢ  kimi  onların  məsum 
baxıĢlarını  həmiĢəlik  qəlbinə  köçürmək  istəyən  gənc  ata  gözlərini  körpələrindən 
çəkmirdi.  "Allah  eləməsin,  birdən  bir  hadisə  baĢ  versə,...  -  ata  qəlbi  düĢüncələr 
məngənəsində sıxıldı. Sonra da fikrindən nə keçdisə, - eh nə qoyub, nə axtarıram. 
Vətən, namus əldən  gedir. Adını kiĢi qoyan da belə vaxtda evdə oturarmı? El-oba 
adama  nə  deyər?  -  deyə  o,  qəti  qərara  gəldi.  Səhərisi  hərbi  komissarlıqa  gəlib 
Binəqədidə  təĢkil  olunmuĢ  könüllü  batalyonun  tərkibində  cəbhə  bölgəsinə 
yollandı... 
1993-cü ilin dekabr ayının axırları idi. DüĢmən nəyin bahasına olur-olsun 
Beyləqan  rayonunu  ələ  keçirmək,  bununla  da  müharibəni  öz  xeyrinə  həll  etmək 
istəyirdi.  Hiyləgər  düĢmənin  məqsədini  baĢa  düĢən  cəsur  oğullarımız  ölüm-dirim 
mübarizəsinə  giriĢdilər.  H.  BabaĢov  hamıdan  öndə  gedir,  qorxu  nə  olduğunu 
bilmirdi. Yaman tələsirdi. Tələsirdi ki, düĢməndən qisas alsın. DöyüĢ meydanından 
çox  da  uzaq  olmayan  doğma  kəndlərini  xilas  edib  öz  oğulluq  borcunu  yerinə 
yetirsin.  Nə  yazıqlar  ki,  qəhrəman  oğlumuz  məqsədinə  çata  bilmədi.  Həmzəgilin 
dəstəsinin  igidliyi  sayəsində  erməni  qəsbkarları  Beyləqandan  uzaqlaĢdırıldı.  Bu 
zaman  o,  1994-cü  ilin  yanvar  ayının  25-də  Beyləqanda  "ġiĢqaya"  uğrunda  gedən 
döyüĢlərdə düĢmən gülləsinə tuĢ gəldi... 
Həmzə  ġərəfalı  oğlu  BabaĢov  1978-ci  ildə  doğma  kəndlərində  orta 
məktəbi  bitirmiĢdi.  Bir  il  sonra  sovet  ordusu  sıralarında  xidmət  etmiĢdi.  Xidməti 
borcunu  yerinə  yetirdikdən  sonra  Bakı  Ģəhərinə  gəlmiĢ,  Binəqədi  rayonundakı  8 
saylı Dəmir-Beton Məmulatları zavodunda iĢə düzəlmiĢdi. ĠĢləyə-iĢləyə Plan-Uçot 
Texnikumuna  qəbul  olunaraq  mühasib  sənətinə  yiyələnmiĢdi.  Cəmi  33  il  ömür 
sürdü  Həmzə.  Onun  gənc  qəlbi  xalqı  üçün  böyük-böyük  iĢlər  görmək  eĢqilə 
döyünürdü. Vaxtsız ölüm buna imkan verməsə də o, əbədiyyətə qovuĢması ilə ən 
böyük  istəyinə  -  Vətənə  əsl  oğul  olmaq  istəyinə  çatdı.  Bundan  da  Ģərəfli  nə  ola 
bilər?  Sevimli  Ģairimiz  Məmməd  Araz  demiĢkən,  Vətən  sənə  oğul  dedi,  daha  nə 
dərdin.  Belə  xoĢbəxtlik  hər  adama  nəsib  olmur.  Dillər  əzbəri  olan  igidliyinlə 
həmiĢəlik  heykəlləĢdin. Büstün Binəqədi rayonunda  ucaldılaraq  müqəddəs ziyarət 
yerinə, and yerinə çevrildi. Doqquzunsu mikrorayonda yaĢadığın küçə sənin adına 
verildi. Biz hamımız səninlə fəxr edirik, eloğlu, eĢq olsun sənə! 
 
Vətənə sənintək oğul gərəkdir,  
Demə qəlbin oldu viranə, Həmzə! 
Böyüyüb səninlə fəxr edəcəkdir,  
Balaca Xanalı, Nuranə, Həmzə! 
 
 


75 
 
 
 
Verdiyev Soltan Həsən oğlu 
doğulub - 20.05.1968-ci il, 
Cəbrayıl rayonu QıĢlaq kəndi; 
Ģəhid olub - 04.07.1993-cü il, 
QuĢçular kəndi 
 
 
 
 
 
AYRILIQ YAMAN DƏRDDĠ... 
 
Gülzar xanım Mingəçevirə gələndən yarım il sonra soraqlayıb tapmıĢam. 
sonradan  öyrənib  bilmiĢəm  ki,  anası  Sehran  xala  bizim  Mərcanlıdandır,  bir  az 
qohumluğum  da  çatır  ona.  Ġlk  dəfə  Gülzar  iki  fidan  balası  ilə  birlikdə  gəlmiĢdi 
yanıma.  QıĢlaqlı  Ģəhid  Soltan  Verdiyevin  ömür-gün  yoldaĢı  olan  bu  cavan  gəlin 
Mingəçevirdə  böyüsə  də  Cəbrayıl  torpağı  ilə  nəfəs  alır,  o  yerlərin  adamlarından 
ehtiramla  söz  açır.  Gülzar  ərinin  məktublarını  (bu  məktubları  Soltan  sovet 
ordusunda  xidmət  etdiyi  illərdə  ona  yazıb)  müxtəlif  illərdə  çəkdirdiyi  foto-
Ģəkillərini  və  Soltanın  Ģəhid  olana  qədər  cibində  gəzdirdiyi  dəftərçəsini  də 
gətirmiĢdi. Bu məktublarda onun ürəkdən sevdiyi həyat yoldaĢına ünvanlanan ülvi 
hissləri  adamı  mütəəssir  edir.  Soltandan  yadigar  qalan  cib  dəftərçəsində  əsgər 
dostlarının ünvanı, rus və Azərbaycan dilində yazılmıĢ Ģerlər də var. Onlardan biri 
də  mənim  1990-cı  ildə  çap  etdirdiyim  "Çay  dənizə  tələsir"  adlı  kitabımdakı 
"YaĢayır" Ģeridir: 
 
Üzdə təbəssümün, gözdə həsrətin,  
Ürəkdə duyğunun izi yaĢayır 
Ġlk eĢqin yanğısı səngiyən deyil, 
Alovu sönsə də közü yaĢayır. 
 
Görəsən  Soltan  hansı  duyğunun,  hansı  hissin  təsiri  ilə  dəftərçəsinə 
köçürüb  bu  Ģeri?  TəĢnə  ürəyinin  həsrət  odunu  söndürmək  üçünmü,  yoxsa  adi  bir 
maraq  xatirinə?  Deyə  bilmərik,  təkcə  bildiyimiz  odur  ki,  Soltan  duyumlu, 
hissiyyatlı  bir  oğlan  olduğundan  sözün  cazibəsindən  yaxa  qurtara  bilməyib.  Uzaq 
diyarda  əsgəri  xidmətdə  olanda  da  Gülzarı,  Qorxmazı,  Yeganəsi  üçün  burnunun 
ucu göynəyən kimi qələmi əlinə alıb ürəyinin kövrəkliyini misralara çevirib: 
 
Sənə qurban olum, ay Qorxmaz bala,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə