Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   19   20   21   22   23   24   25   26   ...   126

76 
 
Gözlərin yollarda qalıbmı mənsiz?  
Yaman dərddir atasızlıq, bilirəm,  
Lalə yanaqların solubmu mənsiz? 
 
Gülzarla  soltanın  bəxt  ulduzları  Mingəçevirdə  qovuĢmuĢdu.  O  vaxtlar 
Soltan  Boz  dağın  qoynundakı  nəhənk  AZDRES-də  iĢləyirdi.  Kollektivdə  xətir-
hörməti, adı-sanı var idi. Yurdumuzun baĢı üstünü müharibə kabusu kəsdirəndə o 
da Mingəçevirin ilk könüllülərinə qoĢulub Vətən torpağını qorumağa getmiĢdi. Bir 
müddət  səsi-sorağı  ġuĢadan,  Ağdərədən,  Çaykənddən  gəlmiĢdi  Soltanın.  Arada 
vəziyyət  bir  az  sakitləĢəndə  Mingəçevirdəki  iĢ  yerinə  qayıdıb  fəaliyyətini  davam 
etdirmiĢdi... 
...Doğma  Cəbrayıldan  gələn  barıt  qoxulu  xəbərlər  Soltanın  da  yuxusunu 
ərĢə  çəkməkdə  idi.  Dağlar  qoynunda  yerləĢən  QıĢlağa  atılan  toplar  Kür  sahilində 
rahatlıq  vermirdi ona.  Atası  Həsən kiĢini,  anası GülĢəni,  bacıları  ġöləni,  ġövkəti, 
Gülyazı,  Elyazı  düĢündükcə  odsuz-osaqsız  yanıb  qovrulurdu.  BaĢa  düĢürdü  ki, 
həyatı  bu  cür  davam  edə  bilməz.  Günlərin  birində  təzə-təzə  isiniĢdiyi  Ģəhərlə 
vidalaĢıb Cəbrayıla yola düĢdü... 
...Ağır  texnikanın,  odlu  silahların  "dilini"  yaxĢı  bilirdi  Soltan.  Elə  buna 
görə  də  Cəbrayıllı  döyüĢçülər  baĢına  pərvanə  kimi  dolanır,  ondan  çox  Ģey 
öyrənməyə  çalıĢırdılar.  Ona  üz  tutanları  Soltan  naümid  qoymurdu,  kimisinə  atəĢ 
açmağı  öyrədir,  kimisinə  döyüĢ  vaxtı  müdafiə  olunmağın,  atəĢdən  yayınmağın 
sirrlərini aĢılayırdı... Kiçik leytenant S. Verdiyev odlu, alovlu döyüĢ səngərlərində 
də simurq quĢu timsalında idi.  Sur  və QıĢlaq kəndlərində "Ağ  yol" əməliyyatında 
özünü cəsur bir əsgər kimi göstərə bilmiĢdi. Qeyrətli dostları Zahid, Ġlqar, Rantiq, 
Sabir,  Əkbər  böyük  qardaĢı  sanırdılar  onu  özlərinə.  On  səkkiz  nəfərlik  bölüyə 
komandir təyin olunandan sonar Soltanın qayğıları bir az da artıb çoxalmıĢdı. Hər 
bir  əsgərin  üstündə  yarpaq  kimi  əsir,  dəliqanlı  cavanları  yersiz  hərəkətlərdən 
çəkindirirdi... 
...QuĢçular  kəndi  ətrafında  gedən  qanlı  döyüĢlər  bir  neçə  saat  idi  ki,  ara 
vermirdi. Soltan daĢların arası ilə irəli sürünüb ovucunun içində sıxdığı qumbaranı 
düĢmən  səngərinə  atdı.  Ani bir partlayıĢdan  sonra  uĢaqları irəliləməyə  qoymayan 
atəĢ nöqtəsi susduruldu: 
-Di, gəbərin köpək uĢağı, axı burada nə ölümünüz var sizin. 
Əsgərlərimiz  ələ  keçirilən düĢmən postuna  çatanda  yerdə  Soltanın  əli ilə 
öldürülən bir neçə quldur meyiti görüb rahat nəfəs aldılar. Rantiq iri əsgər bıçağını 
çıxarıb meyitlərdən birinə yaxınlaĢmaq istəyəndə Soltanın amiranə səsi eĢidildi 
 
-Dayan görüm, nə etdiyindir sənin? 
-Komandir, bu canilərin qulaqlarını kəsib uĢaqlara ərmağan aparacağam... 
-Heç utanıb qızarırsan, Azərbaycan əsgərinə belə hərəkət yaraĢmaz. Onlar 
artıq bizə pislik etmək qüdrətindən məhrumdular. Meyitə əl vurmaq günahdır... 
-Onlar azmı divan tutublar bizim Ģəhid meyitlərinə? 


77 
 
-Onlar  quldurdular,  iblisin,  Ģeytanın  törəməsidirlər.  Yadında  saxla  ki,  biz 
insanıq, goreĢən deyilik. 
Soltanın  son  sözləri  Rantiqin  əl-qolunu  yanına  saldı.  Bıçağı  qatlayıb 
cibinə qoyandan sonra dilləndi: 
-Vallah,  Soltan,  sənin  əvəzin  yoxdur.  Bu  ürəklə  Tanrı  səni  təkcə  xəlq 
eləyib... 
...Son dəfə ölümündən bir  gün qabaq evlərinə gəlmiĢdi Soltan. Balalarını 
bağrına  basıb  duz  kimi  yalamıĢdı  onda.  Qayıdıb  gedəndə  Gülzara,  valideynlərinə 
ürək-dirək verib: 
-Sabah  onlara  yaxĢıca  bir  ibrət  dərsi  verib  yanınıza  qayıdacağam,  - 
demiĢdi... 
...O  gün  igid  əsgərlərimiz  QuĢçular  istiqamətində  güclü  hücuma 
keçmiĢdilər.  Bu  döyüĢdə  dəstənin  önündə  gedirdi  Soltan.  Qeyrətli  oğullarımızın 
həmlələrinə  tab  gətirməyən  quldurlar  xeyli  itki  verərək  geri  çəkilməkdə  idilər. 
DöyüĢün qızğın çağlarında 30-40 metr aralıdan atılan  snayper gülləsi Soltanı ağır 
yaraladı.  YoldaĢları  harayına  gəlsələr  də  onun  həyatını  xilas  etmək  mümkün 
olmadı.  O,  Vətən  qarĢısında  sonuncu  borcunu  verib  dünyadan  köçdü.  Elə  bil 
qardaĢları Elxan, Elman və Elgünün belini sındırdı... 
...Doxsan  üçün  yayından  Soltan  öz  nakam  ömrünün  davamını  həzin 
nəğmələrdə,  kövrək  Ģerlərdə  yaĢayır.  Ġgid  eloğlumuzun  bacısı  ġölə  xanım 
qardaĢına ünvanladığı bir Ģerdə ondan məhəbbətlə söz açır: 
 
YaĢ süzüldü yanaqlara,  
Qəm əlindən gedim hara?  
Qondum uca budaqlara,  
Qövr elədi dərdim, qardaĢ! 
 
...Ġnnən  belə  Soltanın  bir  ömrə  sığmayan  müqəddəs  Ģəhid  adını  həmiĢə 
əzizləyib yaĢadacağıq. ġair demiĢkən:  
 
Bizdən ayrı düĢənlərə,  
Borcumuzdur bu ehtiram... 
 
 
 
 
 
 
 
 
 


78 
 
 
 
 
Verdiyev Mayis Akif oğlu 
doğulub - 20.10.1969-cu il, 
Cəbrayıl rayonu Soltanlı kəndi; 
itkin düĢüb - 10.04.1993-cü il, 
Cəbrayıl rayonu Sirik kəndi  
 
 
 
 
QAYIT, QARDAġIM, QAYIT... 
 
"Gecədən xeyli keçsə də kəndin aralığından tez-tez ötüb keçən maĢınların 
səsi səksəkəli adamların yatağına qor salmıĢdı elə bil. ĠĢığımız olmadığından anam 
onluq  lampanı  yandırıb  ortaya  qoymuĢdu.  Mən  qəzet  oxuyurdum,  kiçik  qardaĢım 
isə  sabahkı  dərslərinə  hazırlaĢırdı.  Atamla  anam  divanda  oturub  nə  haqda  isə 
yavaĢdan danıĢırdılar. Nənəm yerə sərili döĢəyin üstə oturub lal baxıĢlarını qapıya 
dikmiĢdi.  Otaq  yarıqaranlıq  olduğundan  üzünün  ifadəsini  sezmək  olmurdu  onun. 
Ara-sıra  çəlimsiz  əllərini  tərpətməyindən  hiss  edirdim  ki,  Tanrı  ilə  "danıĢır",  dua 
oxuyur.  Hamımız  bikef  idik,  Cəbrayıldan  o  üzdəki  dağlarda  keçirilən  bugünkü 
əməliyyatın  uğursuz  sonluqla  baĢa  çatması  qanımızı  qaraltmıĢdı.  Ən  əsası  Milli 
Orduda  xidmət  edən  əmim  oğlu  Mayisdən  səs-soraq  yox  idi.  Adətən  o,  döyüĢdən 
sonra bizə baĢ çəkib, həyəcanımıza son qoyardı... 
Qapı  aralanan  kimi  bibim  oğlu  Telman  və  onun  bacısı  Cəmilə  kandara 
ayaq qoydular. Telman hərbi keyimdə idi. Üst-baĢı palçığa bulaĢmıĢ, paltarı didim-
didim olmuĢdu. Rənginin avazımağından hiss etdik ki, nə isə olub. Cəmilə tablaĢ-
mayıb "Mayis" deyə hönkürəndə elə bil dünya baĢıma hərləndi..." 
Bu  qeydlər  Verdiyev  Mayisin  əmisi  oğlu,  Ankara  Qazi  Universitetinin 
tələbəsi Seymur Verdizadənin bizə göndərdiyi yazıdan götürülüb... 
Mayis  Soltanlının  sayılıb-seçilən  cavanlarından  idi.  Orta  məktəbi  yaxĢı 
qiymətlərlə  bitirsə  də  təhsilini  davam  etdirməyə  macalı  olmayıb.  Əvvəlcə 
doğmalarından iki illiyə ayrılıb əsgəri xidmətə yola düĢüb. Doğma respublikamıza 
qayıdandan  sonra  bir  iĢin  qulpundan  yapıĢıb,  kiĢi  kimi  yaĢamaq  istəyib.  Ancaq 
addımbaĢı  ayaq  tutub  yeriyən  haqsızlıqlar  onun  qarĢısında  sədd  kimi  dayanıb. 
Ġstəyib ki, ali məktəblərin birinə üz tutsun,  Ancaq biləndə ki, burada da rüĢvətsiz 
heç  nəyə  qabil  olmaq  mümkün  deyil,  tamam  əl-qolu  boĢalıb.  Gücü  ona  çatıb  ki, 
günlərin  birində  qürbətə  üz  tutub  haqsızlığın,  yiyəsizliyin  meydan  suladığı  bir 
məmləkətdən  uzaqda  dayansın.  Düz  bir  il  uzaq  Kemerovada  ürəyini  tuta-tuta 
Vətənə  sarı  boylanıb.  Bir  axĢam  "Zaman"  xəbərlər  proqramından  eĢidib  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə