Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   21   22   23   24   25   26   27   28   ...   126

82 
 
Adına güllərdən çələnk hörərdim,  
ġehli çiçəkləri üzüb dərərdim.  
Canımı yolunda qurban verərdim,  
Bircə yol danıĢıb, dinsən, a qardaĢ. 
 
Yox,  o  gün  mübariz  Ģəkil  səbrinə  söykənib  qulaq  asır,  ad  günündə  göz 
yaĢları ilə "yuyunurdu", dil açıb danıĢan təkcə xatirələr idi. Mübarizin nəfəsi hopan 
xatirələr... 
Mübariz  igid  həmyerlimiz,  Sovet  Ġttifaqı  Qəhrəmanı  Cəmil  Əhmədovun 
adını  daĢıyan  Ģəhər  orta  məktəbini  bitirəndən  sonra  Mingəçevirdəki  mühasiblər 
hazırlayan məktəbdə oxumuĢdu. Kazan və Nijnikamsk Ģəhərlərində keçən əsgərlik 
həyatı  bir  gün  də  olsa  onun  xəyalını  Vətəndən  ayıra  bilməmiĢdi.  O,  yurdumuzda 
baĢ verən olayları diqqətlə izləyir, narahatlıq dolu məktubları ilə doğmalarına ürək-
dirək  verirdi.  Vətənə  qayıdandan  sonra  Mübariz  Qasımov  Cəbrayıldakı 
özünümüdafiə  batalyonundakı  könüllülərin  sırasına  qoĢuldu.  Burada  baĢ  serjant 
rütbəsi  ilə  xidmətə  baĢlayan  bu  qeyrətli  Vətən  oğlu  Sur,  ġayaq,  QıĢlaq,  DaĢbaĢı, 
Zamzur,  QuĢçular  əməliyyatlarında  fəal  iĢtirak  etdi.  Bir  neçə  dəfə  yaralansa  da, 
ölüm qorxusu onu üstələyə bilmədi... 
Doxsan ikinci ilin iyun ayında Sur kəndi uğrunda gedən qanlı döyüĢlərdə 
göstərdiyi  fədakarlığa  körə  leytenant  rütbəsi  alan  Mübariz  bu  xəbəri  minaya 
düĢəndən bir neçə gün sonra eĢitdi. Sağalıb cəbhəyə qayıdanda o, artıq komandirin 
arxa iĢlər üzrə müavini vəzifəsini daĢıyırdı... 
Təbiəti etibarı ilə ağır, ciddi adam təsiri bağıĢlayan Mübariz çox istiqanlı, 
deyib-gülən bir oğlan idi. Əsgərlərin rahatlığı naminə özünü oda-közə vurar, döyüĢ 
günlərində onların üstə yarpaq kimi əsərdi... 
Cəbrayıl  Ģəhərindəki  3  saylı  uĢaq  bağçasının  müdiri  Mahirə  xanım 
Mübarizi  yada  salıb:  "Bizim  bağçanın  qonĢuluğunda  olurdu  Mübarizgil,  -  dedi.  - 
Bir dəfə hələ orduya getməmiĢ mənim yanıma gəlib dedi ki, bağçanın qabağındakı 
boĢ  yerdə  təzəcə  Ģəhid  olmuĢ  qonĢumuz  Veysəlov  Əsgərin  xatirəsinə  bulaq  tikib 
adını da "Əsgər bulağı" qoymaq istəyirik. Mən onun bu arzusunu alqıĢladım. Qısa 
müddətdə  kərpic,  daĢ  da  gətirib  tökmüĢdü.  Lakin  Cəbrayılın  iĢğalı  onun  bu 
arzusunu da yarımçıq qoydu". 
 
BĠR AĞRILI YADDAġ 
 
Mübarizin  atası  Seyfəddin  kiĢini  Cəbrayıl  camaatı  Allah  adamı  kimi 
tanıyır.  Dünyasını  dəyiĢən  onlarla  Ģəhidin  son  mənzilə  yola  salınmasında  onun 
böyük  haqqı-sayı  var.  Meyitlərin  yuyulub  kəfənə  tutulmasını  Peyğəmbər 
dövründən qalma pak əməl bildiyindən o, Cəbrayıl bölgəsində Ģəhid olanlardan bu 
ehtiramı  əsirgəməzdi.  O  vaxtlar  Seyfəddin  kiĢi  heç  ağlına  da  gətirməzdi  ki, 


83 
 
günlərin birində onun sevimli balası Mübariz də bu ehtiramın saflığı ilə yuyunmalı 
olacaqdır... 
Doxsan üçünsü ilin axırlarına yaxın Mübarizin sorağı Murovdan gəlirdi. O 
burda da Vətən sevgisi ilə hamının hörmətini qazanmıĢdı. Xidmətlərini nəzərə alıb 
Mübarizin  Türkiyədə  təlim  keçəcək  bir  qrup  zabitin  sırasına  qatılması  üçün 
Müdafiə  Nazirliyinə  təqdimat  göndərilmiĢdi.  Nazirliyin  razılıq  kağızını  onun 
ölümündən  üç gün sonra ailə üzvlərinə təqdim etmiĢdilər. Tale aman versəydi, o, 
ordumuz üçün gələcəkdə lazımlı bir zabit hünəri köstərəcəkdi... 
DöyüĢ tapĢırığını yerinə yetirərkən ölümü mərdliklə qəbul edən Qasımov 
Mübariz  Seyfəddin  oğlu  doxsan  beĢinci  ilin  mayından  Hacıqabul  Ģəhərindəki 
ġəhidlər  xiyabanında  uyuyur. Yaxın dostları Mustafa,  Namiq, Əlövsət, Ramiz və 
Tofiqin  qəlbində  həzin  nəğməyə  dönən  qeyrətli  eloğlumuz  bir  parça  Vətən  daĢı 
kimi yurdun güvənc yerinə çevrilib. Tanrı torpağı sanı yaĢatsın onun əzizlərini... 
 
 
 
 
 
Qəhrəmanov Əkrəm Həbibulla oğlu 
doğulub 13.06.1975-ci il, 
Cəbrayıl rayonu Dərzili kəndi; 
Ģəhid olub - 12.01.1994-cü il, 
Ağdərə rayonu Gödək Burun yüksəkliyi   
 
 
 
 
 
QƏLBLƏRDƏ YAġAYAN ĠGĠD 
 
"Əli,  qardaĢım,  mənim  döyüĢdə  olduğumu  anama  demə,  ürəyi  partlayar. 
Bilirəm,  atamın  ruhu  gor  evində  nalə  çəkir.  DüĢmən  əsirliyində  qalan  atamın  və 
ulularımızın  qəbirlərini  gec-tez  azad  edəcəyik.  Vaxt  gələcək  ki,  yenidən  mənim 
dünyaya göz açdığım Dərzili kəndində  Arazın nəğmələrini dinləyə-dinləyə gəzib, 
dolaĢarıq... sizə kədərli bir Ģer göndərir və hamınızı bağrıma basıram: 
 
Uca tut baĢını, ölməmiĢəm mən,  
EĢqimi yarıya bölməmiĢəm mən.  
Doyunca sevinib gülməmiĢəm mən,  
Ağlama, anacan, ağlama, yetər"... 


84 
 
Bu  sətirlər  igid  döyüĢçü  Qəhrəmanov  Əkrəm  Həbibulla  oğlunun  yazdığı 
sonuncu  məktubundan  götürülüb.  Bu  məktubu  yazana  qədər  Əkrəm  sözün  həqiqi 
mənasında  odun-alovun  içərisindən  adlayıb  keçib.  Onun  igidliyinin  Ģahidi  olan 
əsgər dostlarının ürək sözləri də bunu təsdiq edir. 
DöyüĢçü Həsənəliyev RövĢən Mehman oğlunun dediklərindən:  
 
- Əkrəmlə birlikdə birinci sinfə getmiĢik. O mənim uĢaqlıq dostum, tələbə 
yoldaĢım,  qəlb  qardaĢım  olub.  Hələ  aĢağı  siniflərdə  oxuyanda  idmana  maraq 
göstərər,  cəldliyi,  çevikliyi  və  qətiyyəti  ilə  hamımızı  heyrətdə  qoyardı.  Biz  Ək-
rəmlə  Bakıda  texniki-peĢə  məktəbində  də  bir  yerdə  oxumuĢ,  cəbhəyə  də  eyni 
gündə yollanmıĢdıq. Əkrəmin bacarığını görən komandirlərimiz onu PDM-də atıcı 
təyin  etmiĢdilər.  O,  öz  hərəkəti  ilə  sübut  etdi  ki,  etimada  layiqdir.  Öləndə  də  kiĢi 
kimi düĢmən qabağından qaçmadı Əkrəm. Allah ona qəni-qəni rəhmət eləsin... 
Səmədov Dəyanət Ağasoltan oğlunun qeydlərindən:   
 
 
-  Biz  Əkrəmlə  doxsan  üçüncü  il  iyul  ayının  21-də  cəbhəyə  yollanmıĢıq. 
Ġlk döyüĢümüz həmin ilin oktyabr ayında Ağdərənin TalıĢ kəndində olub. Burada 
keçirilən uğurlu əməliyyat əsgərlərimizin qələbəyə inamını daha da artırdı. Sonrakı 
döyüĢ yolumuz Maqadizdən adlayıb keçdi. Qanlı-qadalı keçən bu döyüĢdə də igid 
əsgərlərimiz  qəhrəmanlıqla  vuruĢub  düĢməni  qaçmağa  vadar  etdilər.  Ağdərənin 
Ködək Burun yüksəkliyində gedən döyüĢlər bizim nəyə qadir olduğumuzu bir daha 
göstərdi.  Mən  bu  döyüĢlərdə  Əkrəmin  qorxmazlığına,  cəsarətinə  heyran  qaldım. 
Atalar belə igidləri "dörd böyrək oğul" adlandırıblar. Mənim cəsur dostum Əkrəm 
qurd  ürəyi  yemiĢdi  elə  bil.  DöyüĢə  atılanda  ölümü-zadı  vecinə  alan  deyildi. 
Levonarx  yaĢayıĢ  məntəqəsi  uğrunda  göstərdiyi  hünər  onu  gözlərimdə  daha  da 
ucaltdı. Bu döyüĢ onun üçün sonuncu olsa da Əkrəm axıra qədər qorxmaz bir oğul 
kimi davam gətirib, Tanrı dərgahına üzü ağ, alnı açıq qovuĢdu... 
Gizir Məhərrəmov Novruz Mahal oğlunun ürək sözlərindən:   
 
-  Mən  Əkrəmlə  bütün  döyüĢlərdə  çiyin-çiyinə  vuruĢmuĢam,  onunla 
bərabər  ən  odlu  nöqtələrdə  olmuĢam.  Əkrəm  sözün  əsl  mənasında  nümunəvi, 
intizamlı və qoçaq bir əsgər idi. YaxĢı atıcı olduğundan iki dəfə tabur komandiri, 
kapitan  Mirzəyev  Vaqif  tərəfindən  pulla  mükafatlandırılmıĢdı.  O,  tərkibində 
olduğu  desant  hücum  bölüyü  ilə  birlikdə  TalıĢ  yüksəkliyinin,  Dədəgül,  DonaĢen, 
Maqadiz  yaĢayıĢ  məntəqələrinin  azad  edilməsində  Ģücaət  göstərib  hamımızın 
məhəbbətini qazanmıĢdı. Ködək Burun əməliyyatı zamanı leytenant Ruslan Məm-
mədov,    leytenant    Həsən    Seyidov,      sıravi      Bəybala      Mirzəyevlə  birlikdə 
düĢmənin  xeyli  sursatını  qənimət  kimi  ələ  keçirmiĢdi.  DöyüĢ  vaxtı  o  dayandığı 
mövqeyi  müdafiə  etməklə  yanaĢı,  yaralı  əsgərlərimizə  də  əl  tuturdu.  sonuncu 
döyüĢdə  Əkrəm  Ģəhid  əsgər  dostlarının  -  Ġbadət  Rüstəmovun,  Oqtay  Abdulə-
liyevin  meyitlərini  atəĢ  altından  çıxararkən  Ģəhid  oldu.  Onun  xatirəsi  qəlbimizdə 
əbədi yaĢayacaq... 
Bu  gün  Əkrəmdən  təkcə  döyüĢ  yoldaĢları  söz  açmır.  Yurd-yuvalarından 
perik düĢən Dərzili camaatı onun adını iftixarla çəkir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə