Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   24   25   26   27   28   29   30   31   ...   126

91 
 
müəllimi  yanında  görürdü  Cavid.  Elə  vaxtlar  olurdu  ki,  ata-oğul  döyüĢə  birgə 
yollanır, səngərdə yan-yana dayanırdılar... 
Yurd  yerlərimiz  əldən  gedəndən  sonra  qız-gəlinlərin,  ahıl  qocaların 
Arazdan  o  üzə  keçirilməsi  üçün  gecə  yarıya  kimi  Araz  qırağında  əlindən  gələni 
etmiĢdi.  O  qanlı-qadalı  günlərlə  atasından  da,  el-obasından  da  aralı  düĢmüĢdü 
Cavid... 
O  zamanlar  ata  oğlunu  soraqlaya-soraqlaya  Füzulinin  Arayatlı  kəndinə 
qədər gedib çıxmıĢ, burada da düĢmən gülləsinə hədəf olmuĢdu... 
On  gündən  sonra  Ġran  ərazisindən  adlayıb  ĠmiĢliyə  gələndə  Cavid  eĢitdi 
ki, atası onun sorağıyla Araz boyu obaları gəzib-dolaĢır. Həmin gün elə bil odla su 
arasında  qalmıĢdı  Cavid.  Ata  məhəbbəti  Beyləqan  tərəfə,  Vətən  istəyi  cəbhəyə 
çəkirdi  onu.  Atasının  taleyindən  nigaran  olsa  da  Vətənin  çağırıĢıyla  təzədən 
cəbhəyə üz tutdu... 
Atayla  oğul  bir-birlərini  soraqlaya-soraqlaya  köçdülər  dünyadan.  Onlar 
sonuncu  dəfə  görüĢə  bilməsələr  də  haqqın  dərgahında  təzədən  bir-birlərinə 
qovuĢdular. Vətən sevgisi ilə yaĢadıqlarından ölüm də ayıra bilmədi onları... 
 
 
 
 
 
 
Quliyev Seyidağa Əbil oğlu 
doğulub - 22.10.1974-cü il, 
Cəbrayıl rayonu Horovlu kəndi; 
Ģəhid olub - 22.12.1993-cü il, 
Gəncə bölgəsi 
 
 
 
 
 
NAĞILLAġAN ġƏHĠD ÖMRÜ 
 
"Ġgidlər nağıllarda əbədiləĢir, el-obanın qəlbinə köçür", - deyiblər. Ağ atlı 
oğlan  kimi,  Beyrək  kiĢi,  Buğac  kimi.  Doxsan  üçünçü  ilin  sonlarından  Seyidağa 
əbədi  ömür  payını  yaĢayır.  Bir  Ģəhid  qəlbinin  səsi,  həniri  nağıllaĢıb  yurdumuzu 
oba-oba, oymaq-oymaq gəzib dolaĢmaqdadır. Hələ də... 
 
ĠLK NAĞILDAN SƏTĠRLƏR 


92 
 
Bu nağıla Seyidağanın ömrünün ilk çağları söykəkdir. Onu Nərgiz ananın 
laylaları  naxıĢlayıb.  Horovlu  torpağının  hərarəti,  Horovlu  kəhrizinin  sərinliyi  var 
bu nağılda. Seyidağanın dodaqlarında "cücərən" ilk gəlmələr bal Ģirinliyinə qarıĢır 
burada.  Əbil  kiĢinin  traktor  sükanından  yapıĢan  qabarlı  əlləri  bu  nağılda  bar 
ağacları  kimi  çiçək  açır.  Nərgiz  ananın  torpaq  ətirli  barmaqları  sünbül-sünbüldən 
tutur.  Aybəniz  kiçik  qollarını  madar  qardaĢı  Seyidağanın  boynuna  dolayır  bu 
nağıllaĢan günlərdə... 
Sonrakı  nağılda  aylar  günləri,  illər  ayları  arxada  qoyur.  Ömrün  zirvə 
deyilən  səmtinə  üz  tutur  Seyidağa.  Bu  nağılın  sonunda  uĢaqlıq  illəri  əl  edir  ona. 
Orta  məktəbdə  keçirilən  "son  zəng"  mərasimində  Seyidağanın  dodaqlarından 
qopan bir Ģer kövrəldir bizi: 
 
Ey Vətən, eĢqinlə zirvə aĢmıĢam, 
Sanma ki, hardasa yolu çaĢmıĢam.  
Odlu nəfəsinlə yaĢıllaĢmıĢam,  
Səndən ayrı düĢsəm, solaram, Vətən! 
 
Kim deyər həvəsim 
sinəmdə sönüb,  
             Qəlbimin rübabı səninlə 
                                                dinib  
Ölsəm də bir ovuc torpağa 
       dönüb,  
Qoynunda əbədi qalaram, Vətən! 
 
Bu  nağılın  sonunсu  сümlələrindən  barıt  qoxusu,  güllə  səsi  gəlir. 
Yurdumuza tuĢlanan mərmilərin yolunu kəsmək üçün Seyidağa Horovludakı evləri 
ilə,  on  dörd  il  əvvəl  dünyadan  köçən  atasının  gor  evi  ilə  və  bir  də  sevimli  bacısı 
Aybənizlə vidalaĢıb cəbhəyə yollanır bu nağılda. Anası Nərgiz xanımın göz yaĢları 
kövrək sətirlərdən boylanır burdan belə... 
 
SON NAĞILDAN ETÜDLƏR 
 
Seyidağanın  ömrünün  son  olayları  od-alov  içərisindən  adlayıb.  Özü  öz 
əlləri ilə və bir də igidlik hünəri ilə yazıb bu nağılı. Doxsan ikinci ildən baĢlayan 
bir ömrün etüdləri doxsan üçün iyirmi iki dekabrında sonuncu akkordla baĢa çatır. 
"Nağıl atı yüyrək olur", - deyiblər. Bu iki ildə tale Seyidağanı dönə-dönə sınaqdan 
çıxarıb. Ölüm ölümlüyü ilə qıymayıb ona. Bəlkə də güllələr ondan yan keçib ki, bir 
ocağın  iĢığı  sönməsin.  Bəlkə  də  o  vaxtlar  ölümün  rəhmi  gəlib  ona.  Tanrı  Nərgiz 
ananın,  Aybəniz  bacının  dualarını  eĢidərək  Seyidağanın  cavanlığına  qıymayıb. 
Cəbrayılın  ġayaq,  Ağ  yol,  Banazur  torpaqları  uğrunda  gedən  qanlı  döyüĢlərdə  o 


93 
 
Vətən  sevgisinə  layiq  olduğunu  sübuta  yetirib.  Rayonun  süqutundan  bir  az  qabaq 
DaĢbaĢı uğrunda gedən döyüĢlərdə Seyidağanın anası namaz üstündəymiĢ demə. O 
qanlı savaĢda bir neçə yoldaĢları ilə bərabər vuruĢa-vuruĢa mühasirədən çıxa bilib. 
Dar  ayaqda  soyuqqanlı  olması,  igidliyi  köməyinə  gəlib  onun.  Seyidağanın 
ömrünün  sonuncu  sətirləri  Gəncə  ətrafında  nağıllara  köçüb.  Doxsan  üçün  axırına 
doqquz gün qalanda Seyidağanın Ģəhidliyi ilə bu nağıl da yarımçıq qalıb... 
On  doqquz  yaĢın  Ģirinliyini  təzəcə  yaĢayan  Quliyev  Seyidağa  Əbil 
oğlunun  nakam  ömrünün  ağrıları  ĠmiĢlinin  çadır  Ģəhərciyində  müsibətli  günlərini 
yaĢayan  Nərgiz  ananı  odsuz-ocaqsız  yandırmaqdadır  hələ  də.  Sevimli  qardaĢının 
ölümündən  sinəsi  Ģan-Ģan  olan  Aybəniz  Seyidağanın  nağıllaĢan  Ģəhid  ömründən 
yadigar  xatirələrlə  ovundurur  özünü.  Bu  xatirələrdə  dil  açan  igid  eloğlumuzun 
səsini, avazını eĢidirik indi də: 
 
 
 
 
 
 
 -    Mən  bu  torpağın  azadlığı  naminə  canımdan  keçmiĢəm.  Azadlığı 
qazanmaq istəyi də, onu qoruyub saxlamaq amalı da Ģəhid qanı ilə baĢa gəlir... 
Elə  buna  körə  də  Azadlıq  adlı  neməti  bizə  ərmağan  verib  dünyadan 
yarımçıq  köçdü  Seyidağa.  Ġndi  o,  yurdumuzu  oymaq-oymaq  gəzib  dolaĢan 
nağıllarda yaĢayır... 
 
 
 
 
 
 
Quliyev Aydın Tapdıq oğlu 
doğulub - 08.04.1970-ci il, 
Cəbrayıl rayonu Məzrə kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
 
ƏN BÖYÜK MÜSĠBƏT 
 
"Dərd  bir  qapını  tanıdımı,  oradan  çətin  ayaq  çəkər",  -  deyib  dərdlilər. 
Doxsan üçüncü ilin avqustunda Məzrə kəndinə müsibət batmanla gəlmiĢdi elə bil. 
Camaat Yuxarı Məzrədə namərd gülləsinə tuĢ gələn Qönçə bacını dəfn edib təzəcə 
geri qayıdırdılar ki, onun bacısı oğlu Aydının da Ģəhid olması xəbəri kəndə yetiĢdi. 
Yas-yasa,  müsibət-müsibətə  qarıĢdı  burada.  Zeynəb  nənə  dümağ  birçəklərinə  əl 
atıb, üz-gözünə döyəclədi: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə