Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   26   27   28   29   30   31   32   33   ...   126

97 
 
çox istəyir, onu "oğlum-qardaĢım" - deyə çağırırdı. Hərdən Əhmədin özü də ana-
sının dən düĢən saçlarından öpüb: 
-  Ay  ana,  mən  sənin  üçün  iki  adam  əvəziyəm,  həm  oğlun,  həm  də 
qardaĢınam, - deyərdi. Bu sözlərin Ģirinliyi Həbibə bacının qəlbini dağa döndərər, 
oğlunun  yaraĢıqlı  boyunu  oxĢayıb  əzizləməkdən  yorulmazdı.  Bacıları  ZərövĢan, 
ġəkurə, Göyərçin, Firəngiz və Pərvanə gecə-gündüz Əhmədin baĢına dolanar, onun 
hər  bir  istəyinə  sözsüz  əməl  edərdilər.  Evdəkilərin  nəvaziĢləri  qəlbinə  yağ  kimi 
yayılsa da ərgöyünlüyün nə olduğunu bilməzdi Əhməd. Yanımlı olduğu qədər də 
sadə  idi,  kimsə  dilindən  acı  söz  eĢitməmiĢdi  onun.  Kəndlərinin  üst  tərəfinə 
söykənən  Gəyən  düzlərinin  yovĢan  qoxusunu  ciyərlərinə  çəkdikcə  barı-bərəkəti 
tükənməyən torpağın qüdrətinə "əhsən" deyirdi ürəyində: 
 
Gözlərimdə ġah dağımdı, Dirimdi,  
Ürəyimdə Qurbanımdı, Pirimdi.  
"hacı Qaraman"da qibləm, pirimdi, - 
Halal ruzum, çörəyimdi bu torpaq. 
 
Bu  misralar  Əhmədin  Vətən  sevgisindən,  yurd  istəyindən  doğulmuĢdu. 
Gündoğandan  günbatana  qədər  üfüq-üfüq  uzanıb  gedən  bu  torpaq  ona  anasının 
südü, bacılarının Ģirin kəlmələri qədər əziz idi... 
Orta  məktəbi  qurtarandan  sonra  da  Əhməd  ana  torpağın  cazibəsindən 
uzaqda  dayana  bilməmiĢdi.  Litva  Ģəhərində  keçən  iki  illik  əsgərlik  dövründə  də 
evlərinə  qanad  açan  məktublarında  Diri  dağını,  Gəyən  çöllərini,  Xudafərin 
körpüsünü  və  doğma  kəndləri  Niyazquluların  üst  tərəfindəki  büllur  kəhrizi  həs-
rətlə yad edər, evlərindən ötrü burnunun ucu göynəyərdi... 
Bacısı Firənkizin dediklərindən: 
-Tula Ģəhərindəki Politexnik Ġnstitutuna imtahan verəndən sonra nəticəsini 
gözləməyə  səbri  çatmadığından  qardaĢım  birbaĢa  Vətənə  qayıtmıĢdı.  Evimizə 
gələndən  bir  həftə  sonra  xəbər  tutduq  ki,  instituta  qəbul  olunub.  Həmin  günlərdə 
Moskva-Bakı  qatarındakı  vaqonlardan  birinin  partladılması  evimizdə  xeyli  söz-
söhbətə səbəb oldu. Anam tələbə adının sevinci ilə yaĢayan qardaĢıma üz tutub: 
-Qadan  canıma,  -  dedi.  -  Görürsən  ki,  aləm  bir-birinə  qarıĢıb.  Hər  yanda 
dərəbəylik  baĢ  alıb  gedir.  Ġnsanın  ölümü  bir  içim  sudan  da  asan  olub.  Belə  bir 
vaxtda  səni  gözlərimdən  uzağa  qoya  bilmərəm.  Oxumaq  qaçmır  ha,  nə  çoxdur 
Bakıda institut. 
Qismət olsa, orada oxuyarsan... 
Bacım Pərvanə də eyni istəklə Əhmədə üz tutdu: 
-QaqaĢımı  heç  yana  buraxan  deyiləm.  sən  getsən  bizdən  kim  muğayat 
olar, kim qeydimizə qalar burada?.. 
Balaca  Təhminə  bizim  dediklərimizi  anlayıbmıĢ  kimi  əl  atıb  Əhmədin 
pencəyinin ətəyindən yapıĢdı: 


98 
 
-Dayı, mən istəyirəm burada qalasan... 
Evdə  Əhmədi  Tula  Ģəhərinə  getməyə  qoymasalar  da,  cəbhəyə  getmək 
arzusundan  döndərə  bilmədilər.  O,  qəlbi  ilə  canı  ilə  bağlandığı  ana  Vətənin 
müdafiəsi üçün özünü odun-alovun içərisinə atdı. Yurdumuzun dilbər guĢələrindən 
olan  Cəbrayıl  ellərinin  düĢmən  əlinə  keçməməsi  üçün  son  nəfəsinə  kimi  qeyrətlə 
döyüĢdü Əhməd. Taleyinə düĢən Ģəhidlik adının iĢığı ilə addımlayıb özündən xeyli 
qabaq  dünyasını  dəyiĢən  ġikarın,  Mirələmin,  Kazımın,  Vüqarın...  yanına  tələsdi. 
Vətən sevgisi ilə, ulu Tanrı mərhəməti ilə mükafatlandırdı onu... 
 
 
 
 
 
 
Quliyev Valeh Məhəmmədəli oğlu 
doğulub - 1965-ci il, 
Cəbrayıl rayonu Niyazqulular kəndi; 
Ģəhid olub - 28.12.1993-cü il, 
Ağdam rayonu ġahbulaq kəndi 
 
 
 
 
BĠZ ġƏHĠD BALASIYIQ... 
 
O gün Ağdam torpağı alıĢıb yanırdı elə bil. Mərmi yağıĢı altda irəliləmək 
çətin olsa da leytenant Valehin vzvodu ġahbulaq kəndi uğrunda gedən döyüĢlərdə 
əsl  fədakarlıq  göstərməkdə,  düĢmənin  yolu  üstə  köklü  qaya  kimi  dayanıb 
durmaqda  idi.  Təpədən-dırnağa  kimi  silahlanan  düĢmən  canlı  sipərə  dönən 
igidlərimizin  inadını  sındıra  bilməyib  hiyləyə  əl  atdı.  Valehgilin  baĢı  vuruĢmaya 
qarıĢdığından  bir  də  onda  gördülər  ki,  mühasirəyə  düĢüblər.  Təbiəti  etibarilə 
soyuqqanlı  olan  və  ən  çətin  məqamlarda  belə  özünü  itirməyən  Valeh  Quliyev  ani 
olaraq  mühasirə  həlqəsini  yarmağı,  həyatı  bahasına  olsa  belə  yoldaĢlarını  xilas 
etməyi ən düzgün yol hesab etdi: 
-  QardaĢlarım,  igidlərim,  mən  düĢmənin  sol  cinahını  atəĢ  altda 
saxlamaqla, onların baĢını qatacağam, siz sağ tərəfdən hücuma keçib xilas olmağa 
çalıĢın. 
Valehin  mərmi  sədaları  içərisindən  eĢidilən  səsi  əsgərlərimizə  qüvvət, 
təpər  verdi  elə  bil.  DüĢmənlər  igidlərimizin  qəfil  hücumunu  gözləmədiklərindən 
özlərini itirib pərən-pərən düĢdülər... 


99 
 
O  qanlı  döyüĢdə  Valehin  sərrast  güllələri  ondan  artıq  erməni  quldurunu 
qanına  qəltan  elədi.  Onun  iti  ağlı  sayəsində  neçə-neçə  əsgərimiz  ölümün 
pəncəsindən  xilas  oldu  həmin  gün.  Fəqət,  təkcə  Valeh  özü  üstünə  gələn  ölümdən 
qoruna  bilmədi.  Ürəyini  dəlib  keçən  sərrast  bir  güllə  onu  torpağa  sərsə  də 
gözlərindəki məmnunluq hissini yox etməkdə aciz idi... 
Ölümü  ilə  neçə-neçə  Vətən  oğluna  həyat  bəxĢ  edən  bu  igid  komandiri 
dostları  Bakıdakı  ġəhidlər  xiyabanında  torpağa  tapĢırdılar.  Həmin  gün  Valehin 
dəfnində  yaxın,  uzaq  adamlar,  o  cümlədən  o  vaxtlar  Azərbaycan  Respublikasının 
Dövlət katibi iĢləyən Lalə-ġövkət Hacıyeva da yaxından iĢtirak etdi... 
Niyazqulular kəndi Quliyev Valeh Məhəmmədəli oğlunun ata ocağıdır. O 
bu kənddə böyümüĢ, pərvazlanıb qanad açmıĢdı. ZəhmətkeĢ ailədə doğulduğundan 
ürəyi  təpərli,  iĢə-gücə  həvəsli  idi.  Orta  məktəbi  bitirəndən  sonra  Qazaxıstan 
Respublikasında  əsgəri  xidmətdə  olmuĢ,  geriyə  qayıdan  kimi  rayondakı  836  saylı 
yol-tikinti idarəsində əmək fəaliyyətinə baĢlamıĢdı... 
Arzuları böyük idi Valehin. 1987-ci ildə ĠnĢaat Mühəndisləri Ġnstitutunun 
qiyabi Ģöbəsinə qəbul olunanda elə bil dünyanı bağıĢlamıĢdılar ona. Ġstəyirdi ki, ali 
təhsilli  bir  mühəndis  kimi  abad  yollar  çəkib  körpülər  qursun.  Torpağı  torpağa, 
ürəkləri  ürəklərə  calasın.  Elə  bu  həvəslə  də  peĢəsinin  kamil  ustadı  olmaq  üçün 
gecə-gündüz kitabları əlindən yerə qoymur, biliyini, təcrübəsini artırırdı. 
Sonuncu  kursda  oxuyanda  erməni  təçavüzkarlarının  qudurğanlığına 
dözməyib cəbhəyə üz tutdu. Həyat yoldaĢı onun qarĢısında dayanıb: 
-Qurban olum, ay Valeh,  - dedi. - səni yaxĢı tanıdığımdan qərarına etiraz 
etməyi heç ağlıma da gətirmirəm. Get, uğur olsun, Ancaq yadında saxla ki, arxada 
səni bütün varlığı ilə istəyən bir qadın və iki körpə qız balan var... 
-Bilirdim  ki,  belə  deyəcəksən,  əzizim.  Arxayın  ol,  mən  gülləbatmazam, 
düĢmən heç yel olub yanımdan da ötə bilməz. 
-Təki belə olsun, Ancaq atalar deyib ki, ehtiyatlı igidin anası ağlar qalmaz. 
Qurban olum, ölüm qaĢla göz arasındadır. Bir az ehtiyatlı ol... 
Rayon  ərazisi  iĢğal  olunan  günə  qədər  Valeh  ana  deyib  məhəbbətinə 
sığındığı Cəbrayıl torpaqlarına sinəsini sipər etdi. DüĢmən güllələri Arazın sularını 
çilikləyəndə o da doğma yerlərdən ağlar gözlə uzaqlaĢdı... 
Valehin  ölümündən  sonra  onun  fidan  balaları  Əfsanə  və  Aysel  hələ  də 
ovunmurlar.  Onlara  elə  gəlir  ki,  ataları  nağılların  qəhrəmanları  kimi  günlərin 
birində gəlib çıxacaq, onları bağrına basacaq. Ancaq vaxt gələcək ki, Valehin yadi-
karları onun hünərindən xəbər tutub, ataları haqqında fəxrlə danıĢanda: - Biz Ģəhid 
balalarıyıq, atamız torpaqlarımızın azadlığı uğrunda canından keçib, - deyəcəklər. 
O vaxtlar Ģəhid Valehin sığındığı bir Ģer də səslənəcək onların dilində: 
 
Ġgidlər son qoyubdu,  
Bu yurdun fəryadına.  
SığınmıĢıq həyatda,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə