Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   29   30   31   32   33   34   35   36   ...   126

106 
 
açmağa  qoymurdu.  Hətta,  atıĢma  zamanı  qolundan  yaralansa  da  səngəri  tərk 
etmirdi. DöyüĢün qızğın çağında namərd gülləsi Qürbətin sinəsini parçaladı. 
Qürbətin həyatdan vaxtsız köçməsi Qurbanovlar ailəsini dərindən sarsıtdı. 
ġəhidin bacısı Gülpəri xanım yana-yana deyir: 
-  Qürbətin  nakam  ölümü  ailəmizin  ürəyinə  ikinci  dəfə  Ģəhid  dağı  çəkdi. 
Ondan  böyük  qardaĢım  Sabir  1990-cı  ilin  Qara  yanvarında  həlak  olmuĢdu. 
Ümidimiz,  təsəllimiz  Qürbət  idi.  Bir  bacı  kimi  məni  yandırıb  yaxan  odur  ki, 
ömrünün  19-cu  baharını  körmək  ona  nəsib  olmadı.  Gülpəri  xanım  qardaĢ  niski-
linin ağırlığını ürəyinin qübarı, gözünün həsrətilə Qüdrətin ad gününə xatirə olaraq 
həsr etdiyi Ģerdə belə ifadə edir: 
 
Sənin mərdliyinə heyran olmuĢam,  
Sənsiz də səninlə hər an olmuĢam.  
Sənin tək adına qurban olmuĢam,  
Ey Ģəhid qardaĢım, igid qardaĢım! 
 
DüĢmənin üstünə ürəklə getdin,  
Vicdanla, namusla, qeyrətlə getdin.  
Qorxunu özündən sən uzaq etdin,  
Ey Ģəhid qardaĢım, igid qardaĢım! 
 
Ömrünə yazıldı on doqquz bahar,  
Bu dərd ruhumuzu yandırıb-yaxar.  
ġəklin qəmli-qəmli üzümə baxar,  
Ey Ģəhid qardaĢım, igid qardaĢım! 
 
Adın Qürbət idi, qürbətdə qaldın,  
Yurdu qorumaqdı inamın, andın.  
Vətəni hər Ģeydən müqəddəs sandın,  
Ey Ģəhid qardaĢım, igid qardaĢım! 
 
 
 
 
 
 
 
 
 
 
 


107 
 
 
Quliyev Yasif Cəmil oğlu 
doğulub - 17.06.1977-ci il, 
Cəbrayıl rayonu Soltanlı kəndi; 
Ģəhid olub - 19.02.1996-cı il, 
Naxçıvan Muxtar Respublikası 
Sədərək rayonu 
 
 
 
 
QULĠYEV YASĠF CƏMĠL OĞLU 
 
Soltanlı  kəndində  anadan  olmuĢdu.  1984-cü  ildə  kənd  orta  məktəbinin 
birinci  sinfinə  daxil  olmuĢ,  1993-cü  ilin  təlatümlü  günlərində  IX  sinfi  baĢa 
vurmuĢdu.  Avqust  ayında  Yusif  valideynləri  ilə  birlikdə  doğma  kəndi  ağlar  gözlə 
tərk  edərək  Kürdəmir  Ģəhərində  məskunlaĢmıĢdı.  1995-ci  ildə  Kürdəmir 
Ģəhərindəki 3 saylı orta məktəbi bitirmiĢ, elə həmin ilin iyul ayında hərbi xidmətə 
çağrılmıĢdı.  Yasif  əsgəri  xidmətə  Naxçıvanın  ġərur  rayonunun  Qıvraq  kəndində 
yerləĢən  hərbi  hissədə  baĢlamıĢdı.  Onun  əsgəri  xidməti  atəĢkəs  rejiminin  davam 
etdiyi  bir  dövrə  təsadüf  etdiyindən  valideynləri  ondan  tam  arxayın  idilər.  Ancaq 
atalar deyib sən saydığını say... 
AtəĢkəs  rejimi  davam  etsə  də  azğın  ermənilər  hər  yerdə  tez-tez  sakitliyi 
pozur, bizim postları atəĢə tuturdular. Belə hadisələr Sədərəkdə də vaxtaĢırı təkrar 
olunurdu.  Və  belə  atəĢlərin  birində  1996-cı  il  fevralın  19-da  Yasif  Cəmil  oğlu 
Quliyev namərd düĢmənin gülləsinə tuĢ gəldi. KaĢ sonuncu Ģəhidimiz olaydı. 
 
 
 
 
 
Eyvazov Teymur Eyvaz oğlu 
doğulub - 1967-ci il, 
Cəbrayıl rayonu Soltanlı kəndi; 
Ģəhid olub - 15.08.1993-ci il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
 
 


108 
 
YARAġMAYIR ÖLÜM SƏNƏ... 
 
Soltanlı  camaatı  torpağa  yanımlı,  dosta  sədaqətli  olurlar.  Mərd,  ərən 
kiĢiləri ilə, dili bayatılı-ağılı ağbirçəkləri və bir də dəliqanlı cavanları ilə tanınır bu 
kənd.  Soltanlını  ölkəmizdə  oba-oba,  oymaq-oymaq  Ģöhrətləndirən  ağsaqqalları, 
ziyalıları  da  say-seçmədir.  Əllinci  illərdən  üzü  bəri  Həsən  Həsənov,  Bəkir 
Abbasov,  Əfsər  Hüseynov,  Allahverdi  Verdizadə,  Tofiq  Hacıyev,  Qəzənfər 
Kazımov,  Sərdar  Əsəd,  Nailə  xanım  Verdizadə,  Vaqif  Məhərrəmov,  Tahir 
Kazımov,  GülövĢə  xanım  Məmmədova,  Həsən  Verdiyev...  Soltanlıya  baĢucalığı 
gətiriblər  həmiĢə.  Bu  kəndin  qan  yaddaĢında  Ģəhid  Rufizin,  Maisin,  Yelmarın, 
Elmanın, Faiqin, Rantiqin, Əlinin, Ġlqarın, Qüdrətin, Teymurun müqəddəs adları da 
əbədi ömür tapıb. Böyük elin dərdi dağ boyda olur, - deyiblər. Soltanlı camaatı ġah 
Ġsmayıl  Xətai  zamanından  üzü  bu  yana  dərdə,  müsibətə  sinə  gəriblər.  Qarabağ 
elimizin Xudafərin üzündə Tanrı mərhəmətinə söykənən soltanlılar bir vaxtlar Ağa 
Məhəmməd  ġah  Qacarın,  Fətəli  xanın,  Abbas  Mirzənin  sərbazlarının  döyənək 
etdikləri  Topcaq  düzünə  zaman-zaman  əlləri  ilə  sığal  çəkib,  özlərinin  çörək 
təhnəsinə  döndəriblər  bu  yeri.  Yurd  savaĢı  baĢlayan  günlərə  kimi  soltanlı 
əməkçilərinin hünəri dildə-ağızda gəzib dolaĢıb... 
Teymur  həyatın  mənasını  halallıqda  görən  Eyvaz  kiĢinin  ocağında 
böyümüĢdü.  Anası  Hamayıl  bacı  Teyyub,  Teyfur  və  ġəfəqdən  artıq  istəyirdi 
Teymur  balasının  xətrini.  Teymur  ailənin  çörək  ağacı  idi.  Ayağı  yer  tutandan 
valideynlərinin  qolundan  yapıĢıb,  evin  hər  iĢinə  əl  atmıĢdı.  YaĢadığı  kənddə 
üzüyola  bir  cavan  kimi  tanınmıĢdı  Teymur.  YaĢıdlarının  sevimlisi,  istəklisi  idi. 
Qəlbə dəyməyi, kimisə incitməyi dünyada ən böyük günah hesab edirdi. 1985-87-
ci illərdə uzaq Kalininqrad Ģəhərində əsgəri xidmətdə olanda da valideynlərinə xoĢ 
sözü,  sorağı  çatmıĢdı  onun.  Kəndə,  qayıdandan  sonra  əmək  adamlarının  sırasına 
qoĢulmuĢdu.  Hərdən  zarafatla  Teymura  deyirdilər  ki,  ayağın  sayalıdır,  sən 
təsərrüfata  gələndən Topçağın taxılını, üzümünü, biçənəklərin otunu-ələfini yığıb-
yığıĢdırmaq  olmur.  Belə  vaxtlarda  ürəyi  dağa  dönür,  duyğuları  təlatümə  gəlirdi 
onun.  Hərdən  duyğuları  köklənəndə  yadına  neçə  il  qabaq  əzbərlədiyi  bir  Ģerin  ilk 
misralarını təkrarlayırdı ürəyində: 
 
Soltanlıda igidləri soraqla, - 
Xudafərin bir dastandır varaqla,  
Gəyəndəki büsata bax, maraqla,  
Dağ Tumasda yaĢıl bağım tamaĢa... 
 
Soltanlının  sayılıb-seçilən  cavanlarından  idi  Teymur.  Orduya  getməzdən 
bir il qabaq Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun mexanikləĢdirmə Ģöbəsinə 
qəbul  olunub  təhsilini  qiyabi  yolla  davam  etdirirdi.  Vətən  deyib  mehrinə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə