Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   28   29   30   31   32   33   34   35   ...   126

103 
 
Sən Ģəhid bir atanın,  
DaĢıyırsan adını.  
EĢitməyək dilindən,  
Naləni, fəryadını. 
 
Böyük arzularınla,  
Əzizləyək boyunu.  
Nənən Elmira görsün,  
Büsatını, toyunu... 
 
 
 
 
 
 
Qurbanov DədəkiĢi Əhməd oğlu 
doğulub - 21.04.1961-ci il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 18.04.1994-cü il, 
Füzuli bölgəsi 
 
 
 
 
 
ONUN YERĠ ZĠRVƏDƏDĠR 
 
Deyirlər hardasa ölümün də qəribə xisləti var. XoĢladığı adamı dilə tutub 
özü ilə aparmayınca yaxasından əl çəkmir onun. Ölümün DədəkiĢidə çoxdan gözü 
var  idi.  UĢaq  çağlarından  boyunu  oxĢayır,  axĢam,  səhər  yanından  əskik  olmurdu. 
YaxĢını yamandan tez kirinə keçirən qarıyıb qartıyan bu ölümün Tanrıdan qorxusu 
olmasaydı,  DədəkiĢinin  anasını  çoxdan  ağlar  qoyardı.  Ancaq  Tanrının  bu  cavana 
qıymağa  əli  gəlmirdi.  Ġstəyirdi  ki,  o,  bütöv  ömür  yaĢasın,  ürəyində  gəzdirdiyi 
arzuları  ilə  vüsala  yetsin.  Ulu  Tanrının  qırımını  görəndən  sonra  ölüm  qiyafəsini 
dəyiĢib  erməni  cildinə  girdi.  Əlinə  silah  götürüb  Kürd  Mahmudludan  o  üzdəki 
təpələrin  arxasında  gizləndi.  Bilirdi  ki,  DədəkiĢi  gec-tez  üstünə  gələcək.  Əvvəlcə 
kəmənd  atıb  onu  əsir  almaq  fikrinə  düĢdü.  Ancaq  döyüĢ  postlarında  ayıq-sayıq 
dayanan  bu  oğlanın  ağlını,  fərasətini  görəndən  sonra  erməni  fəndkirliyi  ilə  fikrini 
dəyiĢib  DədəkiĢini  qarabaqara  izləməyə  baĢladı.  Əlinə  ilk  fürsət  düĢən  kimi  onun 
sinəsini  niĢan  aldı.  Sinəsi  didim-didim  olan  bu  igid  əsgərin  bir  daha  ayağa 


104 
 
qalxmayacağını  yəqin  edəndən  sonra  ölüm  erməni  qiyafəsindən  çıxıb  muĢtuluq 
üçün Əzrayılın üstə qaçdı... 
Ulu  Füzulinin  adını  daĢıyan  torpaq  günahsız  bir  insanın  faciəli  ölümünə 
göz yaĢı axıtdı o gün. Hönkür-hönkür ağlayan ana torpaq dilə gəldi bir an içində: 
 
Mən aranam, mən dağam,  
Solğun üzlü yarpağam.  
Mən Vətənəm, torpağam,  
Bu sayaq sitəm olmaz. 
 
Böyük  Mərcanlı  camaatı  DədəkiĢini  sakit,  ifallı  bir  cavan  kimi 
qiymətləndirib  xətrini  istəyirdi.  Pirani  qocalar  onun  arxasınca  baxaraq:  "Ağılda, 
kamalda  atası  Əhməd  kiĢiyə  çəkib",  -  deyirdilər.  DədəkiĢi  zəhmətkeĢ  ailədə 
böyüdüyündən  halal  ruzu  soraqlısı  idi.  Ġki  illik  əsgərlik  həyatı  da  sonralar  onu 
kənddən  qopara  bilməmiĢdi.  Əsgərlikdən  qayıdan  kimi  gücü  çatdığı  iĢdən 
yapıĢaraq minnətsiz çörək yemiĢdi. Mərcanlının yovĢan ətirli torpaqlarına elə aludə 
olmuĢdu  ki,  özünü  bu  yerlərdən  uzaqlarda  təsəvvür  edə  bilmirdi.  Taleyini  doğma 
kəndi ilə bağlayandan sonra oxumaq fikrinə düĢmüĢdü DədəkiĢi. 1987-ci ildə ġuĢa 
Kənd  Təsərrüfatı  Texnikumunu  zootexnik  ixtisası  üzrə  bitirən  kimi  Mərcanlıya 
qayıdıb el-obasının xidmətində dayanmıĢdı... 
Doxsan  üçün  payızında  el-obalarımızın  üstündən  ötüb  keçən  qara  yel 
DədəkiĢinin  də  növrağını  pozdu.  O,  ailə  üzvləri  ilə  birlikdə  doğma  yerləri  ağlar 
gözlə  tərk edib özgələrin  mərhəmətinə  sığınmalı oldu.  Günlərin birində  öz-özünə 
dedi ki, daha bundan betər qara günlərimiz olmayacaq. Qəlbinin hökmü ilə Vətən 
deyib  istəyinə  sığındığı  torpağın  müdafiəsinə  yollananda  vicdanı  da,  duyğuları  da 
sakitlik tapdı onun... 
Taleyin iĢinə bax ki, o DədəkiĢiyə əsgərlik həyatını da çox gördü. Bu igid 
oğlan cəbhəyə  getmiĢdi ki,  yurd  yerlərini viranə qoyub el-obanı perik  salanlardan 
qisas  alsın.  Bizə  oba-oba  məzarlar  "bəxĢ"  edən  düĢmənləri  diz  çökdürüb  nikaran 
ruhları  sevindirsin.  Ancaq  ölüm  onun  bu  müqəddəs  arzusunu  gözündə  qoydu. 
Cəmisi ay yarım Azərbaycan əsgəri adını daĢıyan bu oğlan taleyin hökmünə boyun 
əyib  Ģəhidlərin  cərkəsində  dayandı.  Bundan  sonra  DədəkiĢini  o  zirvədən 
düĢürməyə heç kəsin gücü çatan deyil... 
 
 
 
 
 
 
 
 


105 
 
 
 
Qurbanov Qürbət Mustafa oğlu 
doğulub - 25.03.1974-cü il,  
Cəbrayıl rayonu MinbaĢılı kəndi; 
Ģəhid olub - 28.12.1993-cü il,  
Füzuli rayonu Böyük Bəhmənli kəndi 
 
 
 
 
 
QARDAġ NĠSKĠLĠ 
 
Vətənimizin  sinəsinə  düĢmən  gülləsi  tuĢlananda  igid  oğullarımız  onun 
müdafiəsinə  qalxdılar.  Namusumuzu  qorumaq,  müqəddəs  torpaqlarımızın  yadelli 
iĢğalçıların  tapdağına  çevrilməməsi  üçün  ölüm-dirim  savaĢına  girdilər  ki,  yurda 
atılan  güllələri  öz  sinələrində  soyutsunlar.  Onlardan  biri  də  elimizin  igid  oğlu 
Qürbət Qurbanov idi. On uĢaq böyüdüb ərsəyə çatdıran Qəmzə xala ciyərparasını 
orduya yola salanda onu qucaqlayaraq üzündən-gözündən öpüb: "Get, oğlum, səni 
o bir Allaha tapĢırıram.  Ancaq bir məsləhətimi  yaddan çıxarma. ÇalıĢ  ki, düĢmən 
səni arxadan vurmasın", - deyə xeyir-dua verdi. 
Q.  Qurbanov  1991-ci  ildə  kəndlərindəki  orta  məktəbi  bitirdikdən  sonra 
rayon hərbi komissarlığı onu  Füzulinin  Qarğabazar kəndindəki sürücülük  kursuna 
köndərdi.  Kursu  müvəffəqiyyətlə  baĢa  vuran  Qürbət  1992-ci  ildə  həqiqi  hərbi 
xidmətə çağırıldı. O, hərbi xidmətə daxili qoĢunların tərkibində baĢladı. Ġlk günlər 
ordu həyatı Qürbətə ağır gəlsə də ən çətin anlarda anasının öyüdünü xatırlayar, elə 
bil  qollarına  yeni  qüvvət  gələr,  əhvalı  durular,  özünü  çox  gümrah  hiss  edərdi. 
Ancaq  respublikamızın  müstəqilliyini  təhlükə  altına  alan  Surət  Hüseynovun 
qiyamçı  dəstəsinin  tərkisilah  olunmasında  iĢtirak  edəndə  çox  təəssüflənmiĢdi. 
DüĢünmüĢdü ki, belə də iĢ olar? BirləĢib düĢmənlərimizi məhv etmək əvəzinə bir-
birimizə  qənim  kəsilmiĢik.  Elə  onda  da  baĢa  düĢmüĢdü  ki,  torpaqlarımız  niyə 
asanlıqla düĢmən əlinə keçir... 
Q.  Qurbanov  özünü  həmiĢə  intizamlı,  nümunəvi  bir  əsgər  kimi  göstərir, 
komandirlərinin  tapĢırıqlarını  dəqiq  və  vaxtında  yerinə  yetirərdi.  Ən  baĢlıcası  isə 
qorxu  nə  olduğunu  bilmirdi.  Erməni  baĢkəsənlərinin  ağlasığmaz  vəhĢiliklərini 
görən  gənc  əsgər  daha  da  hiddətlənər,  onlarla  layiqli  haqq-hesab  çəkməyə  can 
atardı.  Qürbətlə  bir  hissədə  xidmət  edən  yoldaĢları  belə  söyləyirlər  ki,  erməni 
faĢistləri  Füzuli  rayonunun  Böyük  Bəhmənli  kəndinə  güclü  hücuma  keçmiĢdilər. 
Olduqca  təhlükəli  vəziyyət  yaranmıĢdı.  Qürbət  cəsarətlə  döyüĢür,  erməniləri  göz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə