Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   25   26   27   28   29   30   31   32   ...   126

94 
 
Ay çərxi dönən canım,  
Çırağı sönən canım.  
ġəhid balamın üstə,  
Saç yolub, dinən canım. 
 
O gün təkcə məzrəlilər yox, bütün el-oba ağlayırdı Aydını. Dəfnə özlərini 
çatdıran  əsgər  dostları  onun  tabutunu  çiyinlərinə  alıb  kənd  qəbiristanına  yola 
düĢəndə dünyagörmüĢ kənd ağsaqtallarından biri əlinin arxası ilə gözünü silib: 
-Qönçəni  qana  boyayan,  Aydını  qızıl  gülləyə  hədəf  edən  bu  namərd 
erməniləri,  axı,  illər  boyu  biz  özümüzə  dost  bilmiĢdik.  Niyə  çörəyimiz  gözlərini 
tutmur, haqqı-sayımız zəlil etmir onları?.. 
O  gün  AĢağı  Məzrədə  qurulan  qoĢa  yas  mağarında  söhbət  Qönçənin 
faciəli  ölümündən,  Aydının  Ģəhid  olmasından  gedirdi.  Adamlara  bircə  toxdaqlıq 
verən o idi ki, hər iki mərhumun qisası alınmıĢ, qanları yerdə qalmamıĢdı... 
Camaat  danıĢırdı  ki,  Qönçə  bacı  səhər  tezdən  qalxıb  mal-qaranı  örüĢə 
ötürmək üçün kəndin qırağına çıxanda erməni quldurları onu gülləyə tuturlar. QarĢı 
tərəfdən  gələn  Müzəffər  anasının  son  nəfəsdə  dediyi  sözləri  göz  yaĢı  axıda-axıda 
dinləyir: 
-Oğlum, südümü sənə halal eləmərəm, əgər qisasımı yerdə qoysan... 
Müzəffər  evlərinə  qaçıb  qoĢalülə  tüfəngi  kötürərək  bayıra  atılır.  Kəndə 
doluĢan  ermənilərdən  ikisinin  ona  tərəf  gəldiyini  görən  kimi  barmağını  tətiyə 
aparır.  Quldurların  yerə  sərildiyini  görəndə  anasının  hələ  hərarəti  soyumayan 
cəsədinin üstə çöküb: 
-Arxayın ola bilərsən, qisasını aldım, ana, - deyir... 
O  gün  xalasının  ölümündən  xəbərsiz  idi  Aydın.  Heç  ağlına  da  gəlməzdi 
ki, DaĢbaĢı döyüĢü həyatının sonuncu nöqtəsi olacaq onun. Sübhün gözü açılandan 
qarĢı  tərəfə  od  yağdırırdı.  Arada  sürünə-sürünə  arxa  tərəfə  keçmək  istəyən 
quldurların  hənirtisini  sezərək  sərrast  atəĢ  ilə  onları  biçib  tökdü.  DöyüĢ  azca 
sənkiyəndə əsgər dostu Ġlqar yan tərəfdəki mövqeydən onu muĢtuluqladı: 
-Aydın, səni təbrik edirəm, atdığın  güllələr quldurların beĢini cəhənnəmə 
vasil edib... 
Aydına  ürəkdən  sevinmək  düĢmədi  o  gün.  DöyüĢün  sonuna  yaxın 
qarĢıdakı qayanın arxasında daldalanan quldurun atdığı güllə sinəsini qana boyadı 
onun... 
O gün Əminə ana üzünü Ģəhid balasının qanı qaçmıĢ dodaqlarına söykəyib 
haray  qopardı.  Kəmaləylə  Ġfrayənin  hıçqırıqları  qardaĢ  müsibətinin  ağırlığından 
soraq verməkdə idi. Onlara təsəlli vermək üçün kimin isə cəsarəti çatmırdı elə bil. 
Bir də ki, təsəlli verən adammı qalmıĢdı? hamı dərd çəkən, qəm bölüĢən idi burada. 
 
 
 


95 
 
 
 
Quliyev Ġlqar ƏliĢ oğlu 
doğulub - 19.01.1970-ci il, 
Cəbrayıl rayonu Horovlu kəndi; 
Ģəhid olub - 05.05.1994-cü il, 
Tərtər rayonu 
 
 
 
 
ELLƏR UNUTMAZ SƏNĠ... 
 
Yurd  yerlərimiz  düĢmən  əlinə  keçəndən  sonra  Cəbrayıl  camaatı 
Azərbaycan  ellərinə  elə  səpələnib  ki,  axtardığın  adamı  tapmaq  müĢkül  məsələyə 
çevrilib.  ġəhid Quliyev Ġlqar  ƏliĢ  oğlunun doğmalarını  soraqladığımız bir vaxtda 
Zahid  həkim  əlimizdən  yapıĢdı.  Horovlu  kəndinin  sayılıb-seçilən  ziyalılarından 
olan  Zahid  Ġmanov  neçə  müddətdir  ki,  Bakıyla  Mingəçevir  arasında  sığır  salıb. 
Ruzi dalınca  Bakıya  yollansa da, dörd qız  balası üçün qəribsəyəndə  Mingəçevirə 
üz  tutur  Zahid  həkim.  Horovlunun  qeyrətli  Ģəhid  balalarından  olan  Ġlqarın 
xatirəsinə həsr etdiyimiz bu yazı Zahid həkimlə görüĢdən sonra qələmə alınıb... 
Səksən  səkkizinci  ilin  fevralından  baĢlayan  yurd  savaĢı  Horovlu 
kəndindən də yan keçməyib. Üç-dörd ilin içərisində neçə-neçə igid balasının Ģəhid 
məzarını  qucaqlayıb  kənd  camaatı.  Ramilin,  Seyidağanın,  Vahidin,  Vüqarın, 
Cavidin,  Nəsirin...  ölümü  horovluların  amanını  qırıb.  Doğma  yerlərindən  perik 
düĢəndən  sonra  Tanrı onlara  qalaq-qalaq  müsibətli  günlər  verib.  Gəncə  ətrafında, 
Seyfəli poliqonunda  həlak olanların    ili    çıxmamıĢ     Quliyev   Ġlqarın     Ģəhidlik   
xəbərini eĢidiblər... 
Zahid həkimin dediklərindən: 
-  Ġlqarı  uĢaq  çağlarından  tanıyırdım.  Atası  ƏliĢ  kiĢi  uzun  illər  boyu 
Beyləqanda, Mil üzümçülük sovxozunda müəllim iĢləmiĢdi. Ġlqar ata-baba ocaqları 
horovluya  tez-tez  gələrdi.  ƏliĢ  müəllim  dünyasını  dəyiĢəndən  sonra  Qəmzə  bacı 
uĢaqları ilə birlikdə kəndimizə qayıtdı. UĢaqlarını ərsəyə çatdırmaq üçün kipriyi ilə 
od  kötürən  bu  qadının  əlləri  cadar-cadar  idi.  UĢaqları  ağıllı-fərasətli  çıxdılar 
Qəmzə  ananın.  Böyük  oğlu  Kazım  Kursk  vilayətində  böyük  bir  təsərrüfata  sədr 
seçildi,  elə  indi  də  orada  yaĢayır.  Nazim  sürücü,  Zəminə  mühasib,  Cəmilə 
müəllimə oldu. QardaĢların ən kiçiyi olan Ġlqar da aman tapsaydı, bir sənətin yiyəsi 
olmalıydı... 
Bizim qeydlərimizdən: 
Deyirlər  Allah  hər  yetəni  sevmədiyi  kimi,  hər  adama  da  Ģəhidlik  haqqı 
vermir.  Bu  haqqa  o  kəsləri  çatdırır  ki,  onlar  öz  sevgiləri  ilə  mənsub  olduqları  el-


96 
 
obaya  baĢucalığı  gətirirlər.  Horovlunun  son  Ģəhidlərindən  olan  Ġlqar  Quliyevi 
könüllü olaraq cəbhəyə çəkib aparan Vətən sevgisi idi. Əslində o, əsgəri xidmətini 
baĢa  vurandan  sonra  Rusiyada  yaĢayırdı.  Arada  evlərinə  baĢ  çəkib  yenidən  oraya 
qayıtmaq niyyətində idi. Ancaq Horovluya gələndə camaatın necə təlaĢ keçirdiyini 
görub,  geriyə  qayıtmağı  qeyrətinə  sığıĢdırmadı,  barıt  qoxulu  səngərləri  özünə 
məskən seçdi... 
Cəbrayıl  torpaqları  uğrunda  gedən  son  döyüĢlərdə  də  iradəli  bir  əsgər 
olduğunu  göstərmiĢdi  Ġlqar.  Ulu  yurd  yerlərimiz  əsirlikdə  qalandan  ən  çox  yanıb 
qovrulan  əsgərlərdən  biri  də  Ġlqar  idi.  O,  düĢmənin  bu  cür  uğurlu  əməliyyatlar 
keçirəcəyini  heç  cürə  ağlına  sığıĢdıra  bilmirdi.  Elə  hey  deyirdi  ki,  bizi  ermənilər 
yox,  xəyanətkarlar  və  bir  də  dovĢan  kimi  qorxaq  olan  bəzi  komandirlər  bu  günə 
qoyurlar... 
Ġlqar dünyaya  yaĢamaq istəyi ilə gəlmiĢdi. Müharibə olmasaydı, o özünü 
baĢqa bir sənətdə sınayacaqdı. Zəhmətsevər olduğundan hansı sahəyə üz tutsa uğur 
qazanası  idi  Ġlqar.  Ancaq  Vətənin  dar  günündə  o  əsgərliyi  seçdi.  Və  son  nəfəsinə 
kimi əsgər Ģərəfini ləyaqətlə qorudu. Quliyev Ġlqar ƏliĢ oğlu doxsan dördüncü ilin 
mayından Beyləqan torpağında uyusa da, onun Ģəhidlik zirvəsindən gələn səsi heç 
vaxt itən deyil: 
 
Torpaqda göyərdəcək,  
Gələn bahar, yaz məni.  
Mən bu yurdun oğluyam,  
Ellər unutmaz məni... 
 
 
 
 
Quliyev Əhməd Nəsib oğlu 
doğulub - 10.1969-cu il, 
Cəbrayıl rayonu Niyazqulular kəndi; 
Ģəhid olub - 16.04.1993-cü il, 
Cəbrayıl bölgəsi 
 
 
 
 
TANRININ SEVĠMLĠSĠ 
 
Əhməd Həbibə bacının iyirmi dörd yaĢında dünyasını dəyiĢmiĢ qardaĢının 
adını daĢıyırdı. Elə buna görə Həbibə ana Əhmədi həm uĢağı, həm də qardaĢı kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə