Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   27   28   29   30   31   32   33   34   ...   126

100 
 
Atamızın adına. 
 
Onun amalı böyük,  
Onun sevgisi dərin.  
ġöhrəti solmur heç vaxt,  
Torpağı sevənlərin. 
 
 
 
 
 
Quliyev Araz Həsən oğlu 
doğulub - 22.08.1973-cü il, 
Cəbrayıl rayonu Maralyan kəndi; 
Ģəhid olub - 03.07.1994-cü il, 
Füzuli bölgəsi 
 
 
 
 
 
ĠGĠD ÖLƏR, ADI QALAR 
 
Çərxin dönsün fələk, mənim Araz balam nə günahın sahibi idi ki, onu yağı 
gülləsinə  tuĢ  gətirdin.  Axı  o, qız  kimi  həyalı,  mələk  kimi  günahsız  idi.  Ömründə 
kimsənin  toyuğuna  da  kiĢ  deməmiĢdi.  Tifaqın  dağılsın  erməni,  Arazım  sənə  nə 
etmiĢdi ki, onun sevgilisini boynuburuq, bizi gözüyaĢlı qoydun. Bu dərdi, bu sitəmi 
qurban olduğum Allah götürməz... 
Doxsan  dördüncü  ilin  iyul  ayında  Xavər  ananın  dilindən  qopan  bu 
gəlmələr  ələmdən  qəddi  bükülən  el-obamızı  dolaĢdıqca  bizi  odsuz-ocaqsız 
yandırır.  Ciyəri  dağlı  ananın  çərxi-fələyə  ünvanlanan  sonsuz  qarğıĢları  Tanrı 
səbrini belə lərzəyə salır, ləyaqəti tapdanan xalqımızı qisasa, cihada çağırır... 
Quliyev  Araz  Həsən  oğlunun  cəbhəyə  yolu  doxsan  ikinin  on  beĢ 
martından  baĢlayır.  Mingəçevir  Ģəhərindəki  Cəbrayıl  rayon  müstəqil  orta 
məktəbinin  direktoru  Mehrac  DadaĢovun  yaddaĢ  notlarından:  Araza  Maralyan 
kənd  orta  məktəbində  bir  neçə  il  dərs  demiĢəm.  Çox  fərasətli,  diribaĢ  uĢaq  idi. 
Gunlərin  birində  qəfildən  Milli  Ordu  sıralarına  könüllü  olaraq  getdiyini  eĢidəndə 
təəccüblənmədim. Bilirdim ki, elə əzəldən torpaq yolunda nəyə desən hazırdır... 
Araz  ilk  dəfə  barıt  qoxusunu  Sur  döyüĢlərində  ciyərlərinə  çəkib.  Doxsan 
ikinin  iyununda  seçmə  oğullarımızın  qanına  qəltan  edilməsi  ilə  nəticələnən  bu 
əməliyyat zamanı o,  cəsur bir pulemyotçu  kimi neçə-neçə  quldurun anasını ağlar 


101 
 
qoyub. ġəhid olan əsgər yoldaĢlarının qisasını aldığı üçün ürəyində öz-özünə təsəlli 
verib... 
Həmin  ilin  avqustunda  ġiĢqaya  uğrunda  gedən  qanlı  vuruĢmada  Araz 
qeyrətini  sipərə  döndərsə  də  məkrli  düĢmən  gülləsi  onu  uzun  müddət  əsgər 
dostlarının  sırasından  uzaq  salıb.  Bəlkə  də  müdhiĢ  anlarda  igid  komandir  Tahir 
Əliyev öz həyatı bahasına (Arazı xilas edərkən komandir özü də ağır yara almıĢdı) 
onu döyüĢ meydanından çıxarmasaydı Araz düĢmən əlinə keçəsi idi... 
Xəstəxanada  yatdığı  üç  ay  ərzində  elə  gün  olmurdu  ki,  Araz  döyüĢ 
yerlərini,  əsgər  yoldaĢlarını,  könül  verdiyi  sevgilisini  xatırlamasın.  Evlərinə 
qayıdanda onun cərrahiyyə aparılan sol ayağı sağ ayağını nisbətən bir qədər qısalsa 
da  o  bunu  büruzə  verməməyə  çalıĢır,  cəbhəyə  yola  düĢəcəyi  günü  səbirsizliklə 
gözləyirdi... 
Nə anası Xavər bacının  yalvarıĢları, nə kənddəki sevgilisinin göz  yaĢları, 
nə də ki həkimlərin "bu ayaqla əsgəri xidmətə yaramırsan" sözləri Arazı inadından 
döndərə  bilmədi.  O,  doxsan  dördüncü  ilin  aprelində  yenidən  döyüĢçü  dostlarının 
sırasına  qoĢuldu.  Milli  Ordunun  əsgəri,  Arazın  döyüĢ  yoldaĢı  Niyazinin 
dediklərindən: 
-  Araz  sözün  əsl  mənasında  igid  oğul  idi.  Sur  və  ġiĢqaya  döyüĢlərindəki 
hünəri  hələ  də  yadımdadır.  Arazboyu  torpaqlar  uğrunda  gedən  qanlı  vuruĢlarda 
göstərdiyi  Ģəxsi  igidliyi  onu  hamımızın  gözündə  ucaltdı.  Ona  yanıram  ki,  Araz 
atəĢkəs dövründə namərd gülləsinə tuĢ gəldi... 
AĢağı  Əbdülrəhmanlı  kəndi  ətrafında  Ģəhid  olan  bu  igid  oğlanın 
Əlibayramlıdakı  ġəhidlər  xiyabanında  uyuduğunu  bilsək  də  uzun  müddət  ailə 
üzvlərini tapmadıq. Maralyanlı dostumuz Cahangir Məmmədovun yazdığı əl boyda 
məktub son məqamda harayımıza çatdı.  Cahankir Arazın ömür yolundan söz açan 
sətirlərə onun sevgilisinin dilindən deyilən qəmli bir Ģerin dörd misrasını da əlavə 
edib göndərmiĢdi: 
 
Ömrüm boyu ürəyimdə,  
Sənə nəğmə deyəcəyəm.  
Səni, sənsiz - gizli-gizli  
Mən ölüncə sevəcəyəm... 
 
ġəhidlər  ölümsüz  olur,  deyiblər.  Araz  kimi  oğullar  əbədi  sevgiyə 
layiqdirlər... 
 
 
 
 
 
 


102 
 
 
 
Quliyev RövĢən Nadir oğlu 
doğulub - 20.06.1967-сi il, 
Sumqayıt Ģəhəri; 
Ģəhid olub - 26.02.1994-cü il, 
Kəlbəcər bölgəsi 
 
 
 
 
ġƏHĠD OCAĞINDA BÖYÜYƏN OĞUL 
 
Quliyev  RövĢən  1967-ci  ildə  sumqayıt  Ģəhərində  anadan  olmuĢdu.  Orta 
məktəbi  də  orada  bitirmiĢdi.  ġəhərdə  yaĢamasına  baxmayaraq  ürəyi  rayonumuzla 
döyünürdü.  Hər  yay  çinarlı  Cəbrayıla  qonaq  gəlir,  yaylaq  havalı  bu  Ģəhəri  gəzib 
dolaĢmaqdan  doymurdu.  Onların  ailələri  anası  Elmiranın  arzusu  ilə  1990-cı  ildə 
doğma  Cəbrayıla  köçüb  gələndə  RövĢənə  elə  bil  dünyanı  bağıĢladılar.  RövĢən 
qollarını  çırmayıb  anasına  yaraĢıqlı  həyət-bacası  olan  bir  ev  tikdi.  Rəhmətliyin 
əlləri  hər  Ģeyə  qadir  idi,  bütün  tikinti  iĢlərini  özü  görmüĢdü  burada.  Xocalı 
soyqırımı  baĢ  verəndə  onun  qabarlı  əlləri  yanına  düĢdü.  Gecə-gündüz  dil  boğaza 
qoymadan deyirdi ki, daha dözə bilmirəm, döyüĢə getməsəm ömrüm boyu özümü 
bağıĢlamayacağam.  Axır  ki,  RövĢən  dediyini  etdi.  Doxsan  ikinci  ilin  aprelində 
əyninə əsgər paltarı geyinib dağlara üz tutdu. 
RövĢən  ağciyər  oğul  deyildi.  Nə  qıĢın  Ģaxtası,  nə  də  yayın  bürgüsü  ona 
təsir edirdi. ġəhərdə böyüməsinə baxmayaraq Cəbrayılın dağını-daĢını elə tanıyırdı 
ki, elə bil göbəyi burada kəsilmiĢdi. Bir gün anası dedi ki, RövĢən, qadan canıma, 
gəl  toyunu  edək.  RövĢən  əvvəlcə  razılıq  vermədi,  anasının  qayınana  olmasını 
müharibə  qurtaran  vaxta  saxlamaq  istədi,  amma  onun  qüssələndiyini  görüb 
yumĢaldı. 
RövĢən bəylik paltarında iki-üç gün kəzdi. Sonra əsgər libasında yenidən 
postlara getdi... 
Taleyin  iĢinə  bax,  RövĢənin  Ģəhidliyindən  altı  gün  qabaq  dünyaya  bir 
körpəsi  gəlmiĢdi.  Cavan  ata  oğlunun  gəliĢindən xəbərsiz  idi o vaxt.  Evdəkilər bu 
xoĢ  xəbəri  ona  çatdırmağa  macal  tapmamıĢdılar.  Ġnnən  belə  hər  dəfə  1994-cü  ilin 
20 fevralında dünyaya  göz açan oğlu RövĢənin ad gününü qeyd edəndən altı  gün 
sonra  Ģəhid  atanın  -  Quliyev  RövĢən  Nadir  oğlunun  da  ölüm  gününü  sükut  dolu 
hüznlə keçirəcəklər. Körpə RövĢən bir Ģerin kövrək misralarına sığınıb Sumqayıtın 
ġəhidlər  xiyabanında  uyuyan  atasına  baĢ  çəkəcək.  Elmira  nənəsinin  dilində 
göyərən sözlərə üzünü söykəyəcəkdir: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə