Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   32   33   34   35   36   37   38   39   ...   126

115 
 
yaralanıb.  Beyləqandan  zəng  vurublar  ki,  özünüzü  bura  yetirin...  O  gecəni 
dirigözlü  açdıq.  Səhər  tezdən  yola  çıxmaq  istəyəndə  bir  oğlan  maĢını  yanımızda 
saxlayıb: 
-  Əmi,  -  dedi,  -  mən  Ağdamdanam,  adım  da  RəĢiddir.  Oğlunuz  Namiqlə 
duz-çörək kəsmiĢik. sizi Beyləqana özüm aparacağam... 
Mənzil  baĢına  çatanda  ilk  dəfə  bizi  qarĢılayanlardan  biri  oğlumun  cəbhə 
dostu,  lənkəranlı  Rəhimov  Qalib  oldu.  O  ağlaya-ağlaya  xəbər  verdi  ki,  Namiqi 
Böyük  Bəhmənli  kəndində  vurublar,  meyitini  döyüĢ  meydanından  çıxarmaq 
mümkün olmayıb... 
O  qarlı-sazaqlı  dekabr  günü  düĢmən  Arazboyu  obaların  külünü  göyə 
sovurub  DaĢburuna  doğru  irəliləməkdə  idi.  YoldaĢları  ilə  bərabər  səngərə 
daldalanıb  yağıların  qarĢısını  kəsməyə  çalıĢan  Namiq  düĢmən  tankının 
yaxınlaĢdığını  görəndə  qranatamyotdan  atəĢ  açaraq  onu  darmadağın  etdi.  Az 
keçməmiĢ yan tərəfdən sürətlə yaxınlaĢan BMP minaya toxunub havaya sovruldu. 
sevincdən  ürəyi  köksünə  sığmayan  Namiq  qəddini  dikəldib  yana  çevriləndə 
düĢmən snayperi onu hədəf  aldı... 
Əfsər kiĢi bizimlə söhbətində onu da dedi ki, dekabrın 24-nə keçən gecə 
Namiq  bir  yuxu  görüb.  DöyüĢdən  qabaq  yuxusunu  burada  yaĢayan  Adilə  adlı  bir 
qadına  danıĢıb.  Yuxusunda  görüb  ki,  səngərdədir,  əlində  də  bir  topa  ağ  kağız. 
Birdən bir canavar onun üstünə atılıb yerə yıxır, ağ kağızları cırıb-dağıdır... Həmin 
qadın ona məsləhət görür ki, bu gün sən döyüĢə getmə. Ancaq Namiq onun sözünü 
eĢitmir, döyüĢə gedir və elə həmin gün Ģəhid olur. 
Doxsan  dördüncü  ilin  yanvar  ayının  əvvəllərində  igid  əsgərlərimizin 
uğurlu  hücumları  düĢməni  geri  çəkilməyə  məcbur  etdi.  Böyük  Bəhmənli  azad 
olunandan  sonra  Namiqin  meyitini  gətirib  Bakının  ġəhidlər  xiyabanında  dəfn 
etdilər.  Doğma  yurd  yerlərimizi  azad  etmək  naminə  candan  gecən  eloğlumuz 
Əzimov  Namiq  Əfsər  oğlu  qəlbimizdə  həzin  bir  nəğməyə  döndü.  Ġnnən  belə  bu 
qeyrətli Vətən oğlunun adını nəğmələrdə arayacağıq... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


116 
 
 
 
Əliyev Etibar Ġslam oğlu 
doğulub - 12.12.1966-cı il, 
Cəbrayıl Ģəhəri; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
ġƏHĠD ATANIN YADĠGARI 
 
O gecə DaĢbaĢı postunda qanlı bir faciə ayaq tutub yeriyirdi. Gecə yarısı 
insan  ovuna  çıxan  erməni  quldurları  cavan  əsgərlərimizi  edam  kötüyünə  tərəf 
sürükləyirdilər.  O  gecə  Müslümün,  Cəbrayılın,  Mətləbin,  Arifin...  ruhu  çarmıxa 
çəkilirdi burada. BaĢlar kəsilir, gözlər oyulur, qollar  sındırılır, sinələr parça-parça 
edilirdi.  Tanrıdan  əlləri  üzülən  cavanlarımızın  ət  ürpədən  harayı  havadan  asılıb 
qalırdı o gecə. On beĢ avqust axĢamı edama  məhkum edilənlərdən biri də Əliyev 
Etibar  Ġslam  oğlu  idi.  Neçə  ildən  bəri  alınmaz  qala  kimi  düĢmənin  yolu  üstə 
dayanıb  duran  DaĢbaĢı  postunda  iyirmiyə  yaxın  cavan  əsgərin  ələ  keçirilib 
amansızlıqla  öldürülməsində  kimlər  idi  müqəssir?  Hansı  bir  iĢdən  ötrü  isə  gün-
düzdən  uĢaqları  baĢsız  qoyub  Cəbrayıl  Ģəhərinə  gedən  komandirmi?  BaĢıpozuq 
hərbi  hissənin  "ipini"  yığa  bilməyən  bacarıqsız  alay  rəhbərliyimi?  Yoxsa  o  yay 
gecəsində  ehtiyatı  əldən  verib  öz  analarını  ağlar  qoyan  əsgərlərin  özlərimi?  Bizə 
elə gəlir ki, burada xəyanət adlı amilin əli də ola bilər. Ġnanmaq istərdik ki, bu qətl 
düyünü nə vaxtsa çözələnib açılsın, bu faciədə azacıq da olsa təqsiri olanlar haqq 
divanına sürüklənsinlər... 
On  altı  avqust  günü  Mərcanlıda,  Məzrədə,  Cəbrayılda,  Soltanlıda, 
Kavdarda... qurulan yas mağarlarında bu qanlı faciədən xəbər tutanların tükləri biz-
biz  oldu.  O  dəhĢətli  gecənin  səhər  üzündə  bir  el  ağbirçəyinin  naləsinə  bükülən 
yaralı misralar indi də göynədir bizi: 
 
DüĢmən kəsib yolu, izi,  
Yadlar oda yaxır bizi.  
EĢidən yox naləmizi – 
Allah, qıyma cavanlara. 
 
Bu müsibət hardan gəldi,  
Sızlayırıq neçə ildi.  
Öldürürsən bizi öldür, - 
Allah, qıyma cavanlara... 


117 
 
Bu bir ana qəlbindən qopan ağı deyildi, Tanrıya üz tutan insan naləsiydi. 
DaĢbaĢı zülmətində çarmıxa çəkilən ruhların yalvarıĢı idi... 
O  müsibətdən  sonra  Cəbrayıl  camaatının  iradəsini  sındırıb,  dözümünü 
ovxaladılar elə bil. ġayiələr, təxribatlar günbəgün artıb çoxaldı burada. Bircə həftə 
keçmədi  ki,  harsın dığaları  yaylaq havalı, dağ  vüqarlı Cəbrayılımızın küçələrində 
meydan sulamağa baĢladılar... 
Etibar o qanlı faciəyə qədər acılı-Ģirinli bir ömür yaĢamıĢdı. Bir zamanlar 
ADR-də  əsgəri  xidmətdə  olmuĢ,  Ģəhər  uĢaq  bağçasında  sürücü,  əmanət  bankında 
gecə növbətçisi olmuĢdu. Harda olmuĢdusa özündən sonra xoĢ xatirələr qoyub ket-
miĢdi  Etibar.  Doxsan  birinci  ildə  onu  özünümüdafiə  dəstələrinə  çəkib  aparan  da 
yurd sevgisi, torpaq qeyrəti idi. Milli Ordumuz  yaradılanda Etibar onun  ən çevik, 
ən cəsur üzvlərindən biri oldu. QıĢlaq, Süleymanlı, QuĢçular, Sur, ġayaq uğrunda 
gedən döyüĢlərdə gözünü qırpmadan düĢmən üstünə getmiĢdi. Onda yəqin ki, anası 
Mədinə  xanım  namaz  üstə  imiĢ.  YağıĢ  kimi  yağan  mərmilər,  leysan  sürəti  ilə 
baĢının üstən ötüb keçən güllələr toxunmurdu ona. Elə bil "gülləbatmaz" idi Etibar. 
Hərdən əsgər dostları onu bu adla da çağırırdılar... 
Ölümündən düz bir il qabaq (onda da avqustun on beĢi idi) toyu olmuĢdu 
onun.  Arzusuna-kamına  axıradək  yetə  bilməsə  də  özündən  sonra  təmiz  ad  qoyub 
getdi.  YoldaĢlarının  dediyinə  körə,  o,  mahir  topçu  idi.  Qazanzəmi,  Sur,  DaĢbaĢı 
əməliyyatlarında düĢmənin baĢına od yağdırırdı... 
Deyirlər DaĢbaĢı postuna təzəsə göndəriblərmiĢ Etibarı. Ölümdən qaçmaq 
olmur, - deyiblər. Görünür alın yazısı DaĢbaĢıda sona yetəsiymiĢ onun... 
Etibarın Ģəhid olduğu  gecədən beĢ ay  yarım  sonra Ġslam  kiĢinin, Mədənə 
ananın çırağı nurlandı təzədən. Sevimli həyat yoldaĢını itirən Qətibə xanıma gəliĢi 
ilə bir dünya bağıĢlayan körpəyə atası Etibarın adını qoydular. 1994-cü il fevralın 
beĢindən ata Etibarın yarımçıq ömrünü oğul Etibar yaĢamaqdadır. Tanrı onu analı, 
nənəli, babalı böyütsün... 
 
 
 
 
 
Əliyev Elmar Qələbə oğlu 
doğulub - 15.03.1968-ci il, 
Cəbrayıl Ģəhəri; 
Ģəhid olub - 26.12.1993-cü il, 
Ağdam rayonu Güllücə kəndi 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə