Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   34   35   36   37   38   39   40   41   ...   126

121 
 
doxsan  üçüncü  ilin  mayında  qayıdıb  gəldin  kəndinizə.  Rayondakı  ziyalılar 
batalyonunda  xidmət  etdiyin  günlərdə  dərdin  bir  az  yüngülləĢmiĢdi  elə  bil.  Hər 
dəfə  döyüĢ  postuna  yollananda  anan  ġükufənin  yanımlı,  qayğılı  səsi  çatırdı 
qulaqlarına: 
-Qadan  mənə  gəlsin,  Babək,  ehtiyatlı  ol,  gözümü  yaĢlı  qoyma  mənim! 
Belə vaxtlarda ucadan dediyin sözlər səhər mehinə qarıĢıb üz tuturdu evinizə tərəf: 
-Qorxma,  ay  ana,  düĢmənə  asanlıqla  can  verən  deyiləm.  Bir  də  ki, 
ölümdən qaçmağın nə mənası, ölüb-itənlərdən artıq deyiləm ki, mən... 
Doğma  yurd  yerlərimiz  düĢmən  tapdağı  altda  qalanda  dünya  gözlərində 
zülmətə dönmüĢdü sənin. Yaralı Ģir kimi hayqırırdın o günlərdə. Yağılardan qisas 
almaq  üçün  fürsət  gözləyirdin.  Arazı  adlayıb  Ġran  ərazisi  ilə  ĠmiĢliyə  gələndə 
qismətinə qaçqınlıq əzabı düĢən soydaĢlarımızın müsibətli günləri ilə üzləĢdi. Hara 
üz  tutdunsa,  yurd  yerlərindən  əli  çıxan  ana-bacılarımızın  fəryadını,  körpələrin 
naləsini eĢidirdin... 
Gəncə ətrafındakı hərbi təlim günləri baĢa çatandan sonra Qarabağın qala 
qapısı  Ağdamı  düĢmən  caynağından  xilas  etmək  naminə  vuruĢurdun.  Füzuli 
torpaqlarına  ayağın  dəyəndə  ata  ocağına  qovuĢmaq  ümidi  ilə  silahı  yerə 
qoymurdun.  Uğurlu  döyüĢ  yollarınız  Horadiz  qəsəbəsində  üzü  Xudafərinə  tərəf 
uzananda sevincin köksünə sığmırdı sənin. YoldaĢlarına üz tutub: 
-  Allah  qoysa,  bu  gün-sabah  Cəbrayıldayıq,  -  deyirdin.  Ürəyindən  Xan 
çinarla,  Diri  dağı  ilə,  Ziyaratla,  müqəddəs  Hacı  Qaraman  ocağı  ilə  görüĢmək 
arzusu  keçirdi  o  günlərdə.  QuĢ  kimi  qanad  açıb  doğma  DaĢkəsənə,  ata  ocağınıza 
uçmaq  istəyirdin  onda.  Lələ  təpəsində  dayanıb  qarı  düĢmən  yolları  kəsməsəydi 
yoxuĢu birnəfəsə qalxıb özünü Quysaq kəhrizinə çatdırasıydın. Burdan DaĢkəsənə 
daha nə qalırdı ki... 
ġirin  xəyallarla  yaĢadığın  günlərdə  erməni  gülləsinə  tuĢ  gəldin,  Babək. 
sənin  qanın  çilənən  torpaqda  hər  bahar  günəĢə  boylanan  qızıl  lalələr  sənin  ruhun 
kimi dil açacaq hər bahar... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


122 
 
 
 
 
Əliyev RövĢən TalıĢ oğlu 
doğulub - 16.06.1974-cü il, 
Mingəçevir Ģəhəri; 
Ģəhid olub - 16.07.1993-cü il, 
Ağdam bölgəsi 
 
 
 
 
 
BĠR EVĠN GUR ĠġIĞIYDIN... 
 
Doxsan  üçüncü  il  iyul  ayının  on  altısı  axĢamı  cəbhə  bölgəsindən  gələn 
müdhiĢ  bir  xəbər  TalıĢ  kiĢinin  evində  qəm  leysanına  çevrildi.  RövĢənin  qanlı 
tabutunu bağrına basan Durna bacının alıĢıb yanan dilində bir düzüm ağı göyərdi: 
 
Ocaqda köz qalmadı,  
Cığırda iz qalmadı.  
Sənə ağı deməkdən  
Dilimdə söz qalmadı. 
 
Qanı sel olan balam,  
Dili lal olan balam,  
Dünyadan nakam getdin,  
Bəxti kül olan balam. 
 
Yaz idin, qıĢa döndün,  
Bir qara daĢa döndün.  
Ürəyimdə nisgilə,  
Gözümdə yaĢa döndün... 
 
...Qızmar  yay  günlərinin  birində  Mingəçevirin  ġəhidlər  xiyabanında 
torpağa qovuĢan  RövĢənin  valideynləri Cəbrayıdda dünyaya  göz açmıĢdılar. TalıĢ 
kiĢi Horovludan, Durna bacı isə QıĢlaq kəndindəndir. Əllinci illərin sonlarına yaxın 
tale  onları  Mingəçevirdə  qovuĢdurmuĢ,  ailə  qurub  oğul-uĢaq  sahibi  olmuĢdular. 
Halal  ruzi  soraqlı  ürəklərinə  söykənib  nur  timsallı  övladlarını,  -  Vidadi,  Nizami, 
Eyvaz,  ġahbaz, Bahar, Dünya, RövĢən, Gülayə,  Ceyhun  və CavanĢiri böyütdükcə 
kiprikləri ilə od daĢımalı olmuĢdular... 


123 
 
...TalıĢ  kiĢinin  ocağında  dünyaya  göz  açan  on  uĢağın  içərisində  elə  ən 
istəklisi,  ən  fərasətlisi  RövĢən  idi.  Mingəçevirdəki  11  saylı  orta  məktəbin 
səkkizinci  sinfini  bitirəndən  sonra  Ģəhərin  qonĢuluğunda  yerləĢən  sovxozdakı  39 
saylı texniki-peĢə məktəbini bitirərək qaynaqçı peĢəsinə yiyələnmiĢdi... 
...Vətən sevgisini hər Ģeydən uca tutan bu qıvrımsaç, qaraqaĢ oğlan 1992-
ci  ilin  sonlarında  ürəyinin  hökmüylə  cəbhəyə  yollandı.  Güzdəkdəki  hərbi 
təlimlərdə  yüksək  hazırlığı  ilə  fərqlənən  RövĢən  Əliyev  doxsan  üçüncü  ilin 
əvvəllərində  Ağdam-ġelli-Naxçıvanik  istiqamətində  gedən  döyüĢlərdə  sinəsini 
torpağa  sipər  etdi.  Bir  vaxtlar  idmanın  üzgüçülük  və  ağırlıqqaldırma  növləri  ilə 
məĢğul  olan  sağlam  görkəmli  bu  igid  əsgər  barıt  qoxulu  səngərlərdə  də  hamının 
diqqətini  cəlb  etdi.  Dəfələrlə  erməni  quldurlarının  həmlələrinin  dəf  edilməsində 
qeyrətlə  vuruĢaraq  düĢmənin  atəĢ  nöqtələrini  susdurdu.  ġellidəki  20  Yanvar 
batalyonunun ən cəsur əsgərlərindən sayılan Cəbrayıllı balası Vətən amalını, yurd 
qeyrətini ana-bacı namusu kimi uca tutdu. Elə buna görə də təxribatın, xəyanət və 
fərariliyin  ayaq  tutub  yeridiyi  günlərdə  bəziləri  kimi  döyüĢdən  yayınmır,  düĢmən 
qarĢısında mərdi-mərdanə dayanırdı... 
Ağdamlı  döyüĢçü  Bayramın  dediklərindən:  "RövĢən  sözün  həqiqi 
mənasında  cəsur  oğlan  idi.  DöyüĢ  zamanı  sərrast  atəĢlə  düĢmənə  qan  uddurur, 
Ģəhid  oğullarımızın  qisasını  alırdı.  Səngərdən-səngərə  Ģığıyan  igid  dostumun 
ölümü gözlənilməz olduğu qədər də Ģərəfli idi. O, ölümü ilə Ģəhid adına layiq ol-
duğunu hamıya sübut etdi"... 
TalıĢ  kiĢinin  ağrılı-acılı  xatirələrindən:  "RövĢən  evimizin  iĢığı,  ümidi, 
dayağıydı.  Anası  Durnadan,  qardaĢ-bacılarından  ötrü  od  içindən  belə  keçməyə 
hazır  idi.  Taleyin  hökmüylə  Vətən  yolunda  Ģəhid  olması  demə  onun  alın 
yazısıymıĢ.  Sonradan  eĢitdik  ki,  ġelli  uğrunda  gedən  döyüĢlərdə  Naxçıvanik 
istiqamətindən  atılan  tank  mərmisi  doqquz  əsgər  yoldaĢı  ilə  birlikdə  RövĢəni  də 
qanına qəltan edib. BaĢından və sinəsindən aldığı yaralar onun həyatına son qoysa 
da onun ölümünə hələ də inana bilmirik. Bircə təsəllimiz budur ki, RövĢən Vətən 
yolunda Ģəhid olub. Belə igidləri olan yurdun cənnət timsallı torpaqlarının düĢmən 
caynağında qalması ağlasığan deyil... 
...Bu  iĢıqlı  dünyada  RövĢən  on  doqquz  yaĢının  aĢırımından  adlasa  da, 
iyirminci  baharının  səddini  keçə  bilmədi.  Deyirlər  ulu  Tanrı  sevdiyi  bəndələrini 
dərgahına  daha  tez  aparır.  RövĢən  doxsan  üçüncü  ilin  iyul  ayından  ölməz  ruhuna 
sığınaraq  qəlbimizdə  misra-misra  dil  açmaqda,  əbədiyyətə  gedən  yolla  ad-
dımlamaqdadır: 
 
Hünərin həyatda pozulmaz yazı,  
GünəĢtək doğuldun, ĢimĢəktək çaxdın.  
Üçrəngli müqəddəs bayrağımızı,  
Qələbə rəmzitək zirvəyə taxdın. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə