Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   40   41   42   43   44   45   46   47   ...   126

139 
 
Horadiz   əməliyyatında   özünün   qeyrətli   bir   igid olduğunu bir daha sübut edən 
eloğlumuz Qorqan uğrundakı döyüĢlərdə  də  fərqləndi.   Ġgidliyini  nəzərə  alıb  bir  
nömrəli batalyonun 3-cü rotasında vzvod komandirinin müavini təyin etdilər onu. 
Elxan  duyub-anlayırdı  ki,  onun  üzərinə  böyük  məsuliyyət  hissi  düĢür.  DöyüĢ 
zamanı  az  itki  ilə  məqsədə  çatmaq  istəyi  onu  daha  cəsarətli  edirdi.  YoldaĢlarını 
gözbəbəyi  kimi  qorumağa  çalıĢan  Elxan  Əsgərov  Qorqan  uğrundakı  döyüĢlərin 
birində  özünü  qorumağı  yaddan  çıxardı.  DüĢmən  fürsət  tapıb  cəsarəti  ilə 
yoldaĢlarına ürək-dirək verən bu qeyrətli oğlanın odlu ürəyini niĢan aldı. Əsgərov 
Elxan ġamil oğlu 1994-cü ilin 20 yanvarında Ģəhidlik zirvəsinə ucaldı... 
Cəbrayılda  dünyaya  göz  açan  bu  igid  Saatlı  rayonunun  ġirinbəyli  kənd 
qəbiristanında özü boyda Vətən torpağını gor evi seçdi... 
Bu  gün  Elxanın  ölümündən  xeyli  keçsə  də  el-obası  onu  bir  an  da  olsun 
yaddan  çıxarmayıb.  Vətən  yolunda  Ģəhid  olanlar  əbədi  yaĢamaq  haqqı  qazanırdı. 
Elxan  illər  boyu  bizim  qan  yaddaĢımızda  özünün  igidliyi  ilə  həmiĢə  xatırlanıb 
əzizlənəcək. Allah ona və cəmi Ģəhidlərə rəhmət eləsin... 
 
 
 
 
 
 
Əsgərov XurĢud Əsgər oğlu 
doğulub - 06.06.1974-cü il, 
Cəbrayıl rayonu Dağ Xələfli kəndi; 
Ģəhid olub - 04.03.1994-cü il, 
Füzuli rayonu Horadiz qəsəbəsi 
 
 
 
 
 
KĠġĠ ÖMRÜ YAġAMISIN 
 
Səndən  əvvəl  həmkəndlin  Xıdırdan  söhbət  açmıĢıq,  qardaĢ.  O  səndən 
cəmisi  ikicə  ay  qabaq  dünyasını  dəyiĢib.  O  da  sənin  kimi  Dağ  Xələflinin  təmiz 
havası  ilə  nəfəs  alıb,  sərin  çeĢmələrindən  su  içib,  kəndinizin  qürub  səmtindəki 
Ziyaratın  bəyaz  zirvəsinə  gözü  dolusu  tamaĢa  edib.  Qoy  ruhun  bizdən  inciməsin 
XurĢud,  səndən  yazmaq  istəyi  ilə  yaĢadığımız  anlarda  əlimizin  altında  olan  vərəq 
yarım kağıza sığıĢan ömür yoluna dönə-dönə üz tutduq. Doğulduğun gündən Ģəhid 
olduğun  anadək  keçdiyin  iyirmiillik  ömür  yolunu  axtarıb  tapa  bilmədik  bu  kağız-
da.  Titrək  xətlə  qələmə  alınan  ömürnaməni  kim  yazıb  görəsən?  Atanmı,  ananmı, 


140 
 
qardaĢ-bacınmı,  dostun-doğmanmı?  Nə  qədər  baĢ  sındırdıqca  da  sualımızın  iĢıq 
ucu görünmədi, XurĢud. Didərginlik əzabı ilə yaĢadığımız günlərdə əlimiz çatmadı 
ki, doğmalarınla görüĢüb onların nisgilli baxıĢlarından arayıb tapaq səni. Ona görə 
də bağıĢla bizi, eloğlu, ünvanımıza üz tutan bu bir parça kağızdan axtarmalı olduq 
səni. Adi Ģakird dəftərinin damalı vərəqində sənin həyat yolundan söz açılır: 
Əsgərov  XurĢud  Əsgər  oğlu  1974-cü  il  iyunun  6-da  Cəbrayıl  rayonunun 
Dağ Xələfli kəndində anadan olmuĢ, 1991-ci ildə orta məktəbi bitirmiĢdir... 
Bundan  sonra  sənin  odlu-alovlu  cəbhəyə  uzanan  ömür  yolundan  qısaca 
söz açılır. Bildiyimiz odur ki, səni cəbhəyə qeyrətin gətirib, Vətən yaĢasın deyə dar 
ayaqda canından keçmisən. Sənin barəndə düĢündükcə beĢ-on il qabaq yazılmıĢ bir 
Ģeri xatırladıq: 
 
Bircə əsim küləyini ver mənə,  
Bircə ovuc torpağına qısılım.  
Nəğmə dolu ürəyini ver mənə,  
QayalaĢan kipriyindən asılım... 
 
Vətən  hissi  gur  çaylara,  zümzüməli  çeĢmələrə,  durna  qatarına,  səhər 
mehinə  qarıĢıb  sənin  ürəyindən  adlayıb  keçirdi,  XurĢud.  Elə  ona  görə  də  günəĢ 
ziyası,  damla  saflığı  var  idi  səndə.  Belə  amalla  doğulanlar  ĢimĢək  ömürlü  olsalar 
da,  əbədi  yaĢamaq  səadətinə  qovuĢurlar.  Ömrün  dəyəri  yaĢanmıĢ  illərin  uzunluğu 
ilə  yox,  həyatda  qalan  izləri  ilə  ölçülür.  Sən  iyirmi  illik  ömrünlə  həyatda  elə  iz 
qoyubsan ki, əsrlərin tufanı, qasırğası onu yaddaĢımızdan silməyə qadir deyil. Sən 
sözün  əsl  mənasında  kiĢi  ömrü  yaĢamıcsn.  Belə  ömür  yaĢamağa  çoxunun  hünəri 
çatmadı,  qardaĢ...  sən  torpaqlarımızın  barıt  qoxulu  günlərində  Sur,  QuĢçular, 
DaĢbaĢı  postlarında  yurda  keĢik  çəkmisən.  Sonralar  Tey  və  Qala  dağlarının 
ağuĢuna Sirik kəndinin üst tərəfindəki meĢəlikləri səngər edib Ziyaratın o üzündən 
atılan mərmilərin yolunu kəsmisən. Dağ kəndlərinin camaatı ev-eĢiklərini tərk edib 
Arazboyuna  pənah  gətirəndə,  o  vaxtlar  sıralanan  obalarımızı  qoruyub  saxlamaq 
üçün  silahdan  yapıĢmısan.  Erməni  quldurları  Horadizdə  yolu  bağlayarkən  Araz 
çayını  o  üzə  keçib  Mildə,  Muğanda  sıralanan  qaçqın  çadırlarında  daldalanan  ailə 
üzvlərini, qohumlarını soraqlamısan... 
Noyabrın ilk günlərində respublika prezidentinin çağırıĢı ilə yenidən ordu 
sıralarına qayıdıb Ağdam istiqamətində gedən döyüĢlərdə iĢtirak etmisən... 
Əsgəri olduğun hərbi hissə Horadiz qəsəbəsinə doğru uğurla irəliləyəndə 
sevincindən qanadın olmayıb uçmağa. Cəbrayılın düĢmən caynağından geri alınan 
Cocuq Mərcanlı kəndinə ayağın dəyəndə elə bilmisən ki, doğulduğun Dağ Xələfli 
kəndinə  qədəm  qoymusan.  Araz  kənarında  yerləĢən  bu  kənddən  baxanda  doğma 
kəndinizi görə bilməsən də Ziyaratın qarlı zirvəsinə  uzaqdan da olsa tamaĢa edib, 
yurd  həsrətini  söndürmüsən.  Ġnanmısan  ki,  tezliklə  torpaqlarımız  azad  ediləcək... 
Belə  duyğularla  yaĢadığın  günlərin  birində  Lələ  təpəsinə  sığınan  düĢmənlərin 


141 
 
atdığı  güllədən  sinən  parçalanıb.  Saleh  adlı  bir  igid  əsgərin  baĢçılığı  ilə  döyüĢçü 
dostların  səni  çətinliklə  arxaya  gətiriblər.  Və  bundan  sonra  əbədiyyət  adlı  Tanrı 
məkanına səfərin baĢlayıb sənin. Getdiyin o sirli dünyadan bir daha qayıtmasan da, 
Vətən torpağını gəzib dolaĢan müqəddəs ruhun həmiĢə bizimlə olacaq... 
 
 
 
 
 
 
Əhmədov Məhəmməd Sabir oğlu 
doğulub - 12.02.1970-ci il, 
Bakı Ģəhəri; 
Ģəhid olub - 12.02.1994-cü il, 
Kəlbəcər rayonu YanĢaq kəndi 
 
 
 
 
 
"ATA, MƏN GETDĠM"... 
 
Məhəmməd haqqında məlumat almaq üçün onun atası, elimizin ağsaqqalı, 
görkəmli  xalq  yazıçısı  Sabir  Əhmədlinin  qonağı  olduq.  Onunla  söhbətimizi 
bütövlükdə  diktofon  lentinə  aldıq.  Sonra  da  qərara  gəldik  ki,  bu  söhbəti  olduğu 
kimi  oxucularımıza  çatdıraq.  Deyəsən  Sabir  müəllimin  söhbəti  bütün  Ģəhid  ata-
larının qəlbindən axıb gələn isti, səmimi, qüssəli ürək sözləri idi... 
-Sabir  müəllim,  istəkli  oğlunuz  Məhəmməd  haqqında  söhbət  etmək  üçün 
gəlmiĢik. Sizin üçün nə qədər ağır olsa da biz o günləri - Məhəmmədli günlərinizi 
yada salmaq istədik. 
Məhəmmədin  Murov  dağlarında,  YanĢaqda  ömrünün  bitməsindən  üç  il 
keçir. 1994-cü il fevralın 12-də gecə ikidən üçə iĢləyəndə o, YanĢaq yaxınlığında, 
Kəlbəcər dağlarında, qara-qırova bürünmüĢ dağ yamaclarının birində tək bir güllə 
ilə Ģəhid olub.  Sonra öyrəndim,  mən bildim  ki,  gecə  görən niĢançılar  - snayperlər 
vurublar onu. Bu hadisə baĢ verib. Amma hələ indiyə qədər mən, onun anası, ailə 
bunu  gerçəklik  kimi  ağlımıza  sığıĢdıra  bilmirik.  ƏyləĢmiĢik,  bu  stoldu,  həyətdi, 
bağçadı, həmiĢəki kimidi, həmiĢəki qaydasındadı. Gün doğur, gün batır, iĢə gedən 
iĢə gedir, adi həyatdı və burada heç bir ağrı duymursan. Birdən yadına düĢür ki, bu 
oğlan  yoxdu.  Onun  24  yaĢı  hələ  tamam  olmamıĢdı.  Özü  də  həyat  eĢqi  güclü, 
yaĢamaq həvəsi aĢıb-daĢan bir oğlan idi. Yoxdu indi o. Bu həyatla çox bağlı olan, 
həyatı  sevən  əziz  bir  adamın  yoxluğu  ağır  olur.  Bütün  bunları  baĢına  gəlməyən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə