Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   43   44   45   46   47   48   49   50   ...   126

147 
 
yarpağı kimi titrəyən Simuzər ananı gözləri yaĢlı qoysun. Ölüm əl qaldıra bilmirdi 
ona, istəyirdi ki, hələ yaĢasın... 
Ölüm  aman  versə  də  mənfur  erməni  gülləsi  qanına  qəltan  etdi  Zülfəlini. 
Doxsan  üçüncü  ilin  28  dekabr  günü  igid  yoldaĢları  ilə  birlikdə  əbədiyyətə  üz 
tutanların cərgəsinə qoĢuldu o... 
Beyləqan  Ģəhərindəki  ġəhidlər  xiyabanı  xeyli  vaxtdır  ki,  hamımızın 
qibləgahına dönüb. Orda bizim igid həmyerlimiz Əhmədov Zülfəli Ġbrahim oğlu da 
uyuyur indi. Tanrı onun gor evini Ģəfqəti ilə iĢıqlandırsın... 
 
 
 
 
 
 
Əhmədov ElĢən Soltan oğlu 
doğulub - 11.11.1967-ci il, 
Cəbrayıl rayonu Alıkeyxalı kəndi; 
Ģəhid olub - 31.12.1993-cü il, 
Ağdam bölgəsi 
 
 
 
BĠZĠM QƏLBĠMĠZDƏ YAġAYAN ELġƏN 
 
Alıkeyxalı  camaatı  müsibətli  illərin  ağır  sınağından  mərdliklə  çıxıblar 
həmiĢə. Böyük Vətən müharibəsi adı ilə tarixə düĢən qanlı savaĢdan kəndin altmıĢa 
yaxın  övladı  qayıtmayıb.  Əsrin  sonuncu  onilliyi  ərəfəsində  alıkeyxalılar  da  yurd 
ağrıları ilə üz-üzə dayanıblar. Rayon ərazisinin iĢğalından bir neçə ay qabaq kəndin 
ilk  Ģəhidi  Faiq  ağılarda  əzizlənib.  O  vaxtlar  heç  kimin  ağlına  gəlməzdi  ki,  Faiqin 
ölümündən sarsılıb, ürəyində onun qisasını almağa and içən ElĢən özü də dekabrın 
(1993) sonuncu günü Ģəhid olacaq... 
Adi bir ömür yolu keçmiĢdi ElĢən. O da öz yaĢıdları kimi orta məktəbdə 
oxumuĢ,  o  vaxtlar  Vətən  deyib  böyüklüyü  ilə  öyündüyümüz  SSRĠ-nin  Pribaltika 
səmtində  əsgəri  xidmətini  baĢa  vurmuĢdu.  Əsgərdən  qayıdanda  kənd  camaatı 
ElĢəngilə toplaĢıb Soltan kiĢiyə, BənövĢə bacıya gözaydınlığı vermiĢdilər. Soltanlı 
üzüm  emalı  zavodunda  iĢlədiyi  illərdə  ailənin  qayğısını  yüngülləĢdirməyə  çalıĢsa 
da,  cəbhə  bölgələrindən  gələn  həyəcanlı  xəbərlərə  biganə  qala  bilmirdi  ElĢən. 
Əsgəri xidmətdə olarkən hərbi-təlimi yaxĢı mənimsədiyindən duyub dərk edirdi ki, 
gündən-günə odu-alovu güclənən döyüĢ yerlərində onun kimilərinə böyük ehtiyac 
var. Bəlkə də elə buna görə də hərbi komissarlığın çağırıĢını gözləmədən rahat və 


148 
 
sərfəli  iĢini  buraxıb  dumanlı-çənli  dağların  qoynunda  yurda  keĢik  çəkən  igidlərin 
yanına yollandı... 
DöyüĢ  postlarında  sübhü  diri  gözlə  açan  qeyrətli  oğullara  tez  isniĢdi 
ElĢən. Od-alov içərisində neçə dost, tanıĢ qazandı. HəmiĢə öndə getməyə can atan 
Alıkeyxalı  balası  ən  ağır  məqamlarda  da,  yoldaĢlarının  harayına  çatdı.  Deyirlər 
yaman  gün  adamın  gözünü  açır,  onu  qaya  kimi  dözümlü  edir.  Hərbi  əməliyyatlar 
keçiriləndə  ölümü  eyninə  də  almırdı  ElĢən.  Əslində  heç  ölüm  barədə  düĢünməyə 
vaxtı  da  olmurdu  onun.  Deyirdi  ki,  Tanrı  istəsə,  adamı  ilan  ağzından  da  salamat 
qurtarar... 
 
AĞRILI BĠR XATĠRƏ 
-ElĢənin cəbhə dostu Babək deyir ki, bir dəfə komandirimizdən icazə alıb 
Alıkeyxalıya  gəlmiĢdik.  ElĢəngildə  bizi  sevinclə  qarĢılayıb  əzizlədilər.  ElĢən  bu 
dar  macalda  belə  evlərinin  iĢinə-gücünə  əl  atmaq  üçün  tez-tez  həyətə  göz 
gəzdirirdi. Soltan kiĢi ElĢənin xasiyyətinə bələd olduğundan: 
-Hə  bilirəm,  burada  da  bekar  dura  bilmirsən,  -  dedi,  -  biçənəkdəki  otu 
vurmuĢam, indi topalamaq lazımdır onu. Yabaları götürüb yay günəĢinin Ģəfəqləri 
altında quruyub saralan otu qalaqlamağa baĢladıq. 
ĠĢin qızğın yerində birdən: "Babək, məni nəsə sancdı", deyən ElĢənə sarı 
yüyürdüm. Ona  çatanda  xallı bir gürzənin daĢ  qalağına tərəf  süründüyünü  görüb, 
cəld ilanın baĢını əzdim. ElĢənin zəhərli barmağının qanını bir neçə dəfə sümürüb 
yerə tüpürdüm. 
Onda  Tanrı  ElĢəni  ilan  ağzından  qurtarıb  yurdumuzu  udmağa  çalıĢan 
erməni timsahlarının üstünə göndərmiĢdi... 
ElĢənin  cəbhə  dostu  ElĢən  Əliyevin  yazdıqlarından:  "Cəbrayılın 
iĢğalından  sonra  Xudafərin  elimizin  qeyrətli  cavanları  Ağdam  bölgəsinə 
toplaĢmıĢdılar.  Səhərə  yaxın  kəĢfiyyatçılar  məlumat  verdilər  ki,  düĢmən  ağır 
texnikanın köməyi ilə  üstümüzə  gəlir. UĢaqlar tez  döyüĢ  mövqeyi tutdular. ElĢən  
orduya  təzə  çağrılan  uĢaqların  avazıyan  sifətinə  baxıb:  "Onlarla  iĢiniz  olmasın,  - 
dedi, - hələ təzə-təzə güllə səsinə alıĢırlar"... 
DöyüĢ  baĢlananda  ElĢən  əlindəki  qrantamyotla  əsgərlərimizin  üstə  gələn 
tanklardan  ikisini  vurdu.  Yan  tərəfdən  gələn  tanka  sarı  yönəlib  atəĢ  açmaq 
istəyəndə: "Namərdlər məni vurdular, kömək edin", - deyib yerə çökdü... 
DöyüĢ  meydanında  ağır  yaralar  almıĢ  ElĢəni  hərbi  xəstəxanada  xilas 
etmək mümkün olmadı. O, həkimlərin qolları üstə keçindi. Təzə ilə cəmisi bir neçə 
saat qalırdı onda... 
ElĢənin  iĢ  yoldaĢı  Rəhmanın  (Soltanlı  üzüm  emalı  zavodunun  direktoru) 
söylədikləri:  "ElĢən  ürəyitəmiz  oğlan  idi.  Əməkçi  ailəsində  böyümüĢdü,  düz 
danıĢmağı xoĢlayırdı. Onun kimi oğulların yeri tez-tez görünəcək hələ"... 


149 
 
Vaxt  gələcək  ki,  bu  qanlı-qadalı  illər  tarixə  dönəcək.  Torpaqlarımızın 
azadlığı  naminə  Ģəhid  olan  Əhmədov  ElĢən  Soltan  oğlunun  insan  hünərinə 
söykənən Ģərəfli adı qan yaddaĢımızda yaĢayacaq həmiĢə... 
 
 
 
 
 
 
 
Əhmədov Pənah Çərkəz oğlu 
doğulub - 16.09.1968-ci il, 
Cəbrayıl rayonu Yuxarı Mərcanlı kəndi; 
Ģəhid olub - 02.07.1993-cü il, 
Xocavənd rayonu QuĢçular kəndi 
 
 
 
 
TORPAQ, MƏNDƏN ÜZ DÖNDƏRMƏ 
 
Yuxarı Mərcanlı kəndində dünyaya  gəlmiĢdi Pənah. Məktəbə ilk gəliĢini 
bu günün özündə də yaxĢı xatırlayır müəllimləri. Sısqa, çəlimsiz bir uĢaq idi. Atası 
Çərkəz  kiĢi  kimi  üz-gözündən  məsumluq  yağırdı.  Elə  uĢaqlıq  çağlarından  evləri-
nin iĢinə-gücünə yanımlı idi... 
Bir  neçə  il  qabaq  anası  Bafəzər  bacının  faciəli  ölümündən  sonra  -  onda 
hələ  Pənah  orta  məktəb  Ģakirdi  idi,  gözlərindən  çəkilib  getməyən  bir  həsrət 
boylanmaqda idi... 
Məktəbi qurtardıqdan sonra traktorçu peĢəsi ilə ülfət bağlayıb əlini bir tikə 
çörəyə çatdırmıĢdı. Cavanlığında iĢləməkdən canı üzülən atasının əvəzindən ailəyə 
sahiblik  edirdi  Pənah.  Uzaq  Amur  vilayətinin  Tında  Ģəhərində  əsgəri  xidmətdə 
olarkən  evlərini  bircə  an  da  olsa  unuda  bilmirdi.  Yazdığı  məktublara  ürəyinin 
odunu,  gözünü  büküb  yollayırdı  evlərinə.  Bacıları  onun  sorağını  gətirən  əl  boyda 
kağızla təsəlli tapırdılar... 
Pənah  o  uzaq  qürbət  eldə  20  Yanvar  faciəsinin  dəhĢətli  olaylarını  eĢidib 
sarsılmıĢdı onda. Əsgərlik həyatı büsbütün gözündən düĢmüĢdü. Geriyə qayıtmağa 
can  atsa  da  Amurdan  bu  yana  yollar  üzünə  bağlıydı  onun.  Doxsanıncı  ilin 
payızında  əsgərlik  həyatı  sona  çatanda  elə  bil  qəfəsdən  buraxdılar  Pənahı.  Ayağı 
Vətən torpağına dəyəndə elə bildi ki, dünyaya təzədən gəlib... 
Mərcanlıya  qayıdandan  sonra  ailəni  dolandırmaq  üçün  özünü  oda-gözə 
vururdu Pənah. Ağır bir külfətin ümid yeri, çörək ağacı idi o. Hər səhər kəndin üst 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə