Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   45   46   47   48   49   50   51   52   ...   126

153 
 
Y.  Əhmədov  1993-cü  ilin  noyabrın  21-də  Ağdam  rayonuna  göndərildi. 
708 saylı hərbi hissənin komandirinin əmrilə 26-cı MAT-un tərkibinə daxil edildi. 
O  vaxtdan  da  taburun  1-ci  bölüyündə  pulemyotçu  oldu.  Qəlbi  gedən 
torpaqlarımızın intiqamını almaq hissilə döyünən igid eloğlumuz öz pulemyotu ilə 
erməni  cəlladlarının  baĢına  od  ələyirdi.  Yaqub  əsl  qəhrəman  kimi  döyüĢər, 
hamıdan öndə gedər, yoldaĢlarını da arxasınca aparardı. 26-cı MAT komandirinin 
müavini,  leytenant  M.  AlıĢovun  dediklərindən:  "Y.  Əhmədov  dərin  hərbi  biliyi, 
cəsurluğu,  mərdliyi,  yüksək  mədəniyyəti  və  qayğıkeĢliyi  sayəsində  təkcə  xidmət 
etdiyi  bölüyün  deyil,  bütün  taburun  rəğbətini  qazanmıĢdı.  O  istər  hücum 
əməliyyatlarında, istərsə də müdafiə döyüĢlərində hamıdan öndə gedir, yoldaĢlarını 
hücuma ruhlandırır, pulemyotu ilə düĢmənə baĢ qaldırmağa imkan vermirdi". 
1994-  cü  il  aprel  ayının  13-ü  idi.  Erməni  hərbi  birləĢmələri  bütün  cəbhə 
boyu hücuma keçmiĢdilər. DaĢnak quldurları ön mövqelərimizə soxula bilmiĢdilər. 
Yaqub  həmiĢə  olduğu  kimi  yenə  də  qabaqda  gedənlər  sırasında  ərənlərsayağı 
döyüĢür, düĢmənə qan uddururdu. Əfsuslar olsun ki, bu Yaqubun sonuncu döyüĢü 
oldu.  Qəfil  güllə  cəsur  igidimizin  gənc  həyatına  son  qoydu.  ġəhidlik  zirvəsinə 
ucalan  Y.  Əhmədov  Sumqayıt  Ģəhərində  dəfn  edilib.  Yaqubun  valideynləri  kimi 
didərgin  düĢmüĢ  nigaran  ruhu  torpaq  həsrəti  ilə  narahat-narahat  baĢımız  üstündə 
dolanaraq qələbə müjdəsini səbirsizliklə gözləyir. Rahat yat, igid eloğlu, rahat yat, 
çox qalmayıb o günə. Tezliklə torpaqlarımız yağılardan təmizlənərək tariximizdən 
qara ləkə silinər, xalqımız azad nəfəs alar. O zaman sənin kimi igid oğullarımızın 
da ruhu Ģad olar. 
 
 
 
 
 
 
Əliyev Pənah BabakiĢi oğlu 
doğulub - 21.05.1969-cu il, 
Cəbrayıl rayonu, Göyərçin Veysəlli kəndi; 
Ģəhid olub - 28.01.1994-cü il, 
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi 
 
 
 
 
QƏLƏBƏYƏ KEDƏN YOLDA 
 
Son hadisələr qədim Cəbrayıl elinin qara günlərinin baĢlanmasından xəbər 
verirdi. Deyəsən camaat arasında gəzən söz-söhbətlər gerçəkləĢirdi. 1993-cü il iyul 


154 
 
ayının  əvvəllərində  erməni  quldurlarının  güclü  qüvvə  ilə  sərhəd  kəndlərimizə 
soxulmağa  cəhd  etmələri  də  Ģübhələrin  yersiz  olmadığını  təsdiqləyirdi.  Pənah 
Əliyev  orduya  səfərbər  edildiyi  7  ay  ərzində  hələ  belə  dəhĢətli  hücumun  Ģahidi 
olmamıĢdı.  Yalnız  igid  əsgərlərimizin  dəyanəti  sayəsində  düĢmən  niyyətinin 
qarĢısı  alınırdı.  Pənah  o  zaman  yenilməz  komandir  ġakir  Abbasovun  baĢçısı 
olduğu  Sirik  batalyonunda  xidmət  edirdi.  Erməni  faĢistləri  aldıqları  zərbədən  geri 
oturtdurulsalar  da  məqsədlərindən  əl  çəkmirdilər.  Ordudakı  ab-hava  da  Pənahın 
xoĢuna  gəlmirdi.  Vəziyyətin  gündən-günə  gərkinləĢməsi  Cəbrayılın  süqutu  ilə 
nəticələndi.  P.  Əliyev  kimi  qeyrətli  oğullarımız  bu  ağır  məğlubiyyəti  özləri  üçün 
təhqir saysalar da geri çəkilməyə məcbur oldular... 
Müvəqqəti  uğursuzluqdan  sonra  özünə  gələn  milli  ordumuzda  döyüĢ 
hazırlığı çox yüksək idi. Qəzəbi yerə-göyə sığmayan əsgərlərimizin hər biri yaralı 
aslanı  andırırdı.  Millətimizin  qanına  yerikləyən  erməni  cəlladlarını  didib-
parçalamağa  hazır idilər. Hücum əmri veriləndə Göyərçin Veysəllinin mətin oğlu 
öndə  gedənlər  sırasında  idi.  Ordumuzun  ilk  həmləsinə  davam  gətirməyən  erməni 
iĢğalçıları qaçmağa üz tutdular. QarĢılaĢdığı mənzərədən ruhlanan Pənah yandırılıb 
külə  döndərilən  kəndlərimizin,  qanına  qəltan  edilən  günahsız  adamlarımızın 
qisasını almağa tələsərək, ürəyində  hayqırmıĢdı  - "Əclaflar, özgə torpaqlarına göz 
dikməyin  nə  demək  olduğunu  indi  sizə  göstərərik.  Onda  bilərsiniz  ki,  tünbətün 
balalarınızın da leĢinin qurda-quĢa yem olduğu Babəklər, Koroğlular yurduna kəm 
baxanların aqibətləri necə olur!" 
RəĢadətli  ordumuz  sürətlə  irəliləyərək  Füzuli  rayonunun  Arazboyu 
kəndlərini  dığalardan  tamamilə  təmizləmiĢdi.  DöyüĢlər  artıq  rayonumuzun  Cocuq 
Mərcanlı  kəndi  ətrafında  gedəndə  Pənahın  ürəyi  atlandı.  Xəyalən  özünü  Çinar 
kəhrizinin  üstündə  zənn  etdi.  Ağrılar  üzərində  köklənən  qəlbində  baĢ  qaldırmıĢ 
kövrək  hisslərdən  təsirlənərək  pıçıldadı:  "BağıĢla,  yaralı  çinarımız  bağıĢla, 
ulularımızın üz qoyduqları ana torpaq!  sizi qarı düĢməndən qoruya bilmədik, bizi 
bağıĢla!" 
Qələbə  elə  yaxındaydı  ki,  Cocuq  Mərcanlı  iĢğalçılardan  təmizlənəndə 
gecə-gündüz  rahatlıq  verməyən  istəyinin  tezliklə  reallaĢacağına  P.  Əliyev  də  tam 
əminlik  yaranmıĢdı.  Mehdili  kəndi  uğrunda  yurd  yanğısı  ilə  vuruĢduğu  döyüĢ 
meydanında  qəfildən  düĢmən  tərəfdən  açılan  güclü  atəĢ  cəsur  əsgərin  Vətənin 
azadlığı  naminə  döyünən qəlbini  həmiĢəlik dayandırdı.  Faciəli  surətdə  Ģəhid  olan 
elimizin igid oğlu Beyləqan rayonundakı ġəhidlər xiyabanında dəfn olundu. 
P.  Əliyev  dövrün  gəncliyinə  məxsus  sadə,  lakin  mənalı  həyat  yolu 
keçmiĢdi. O da orta təhsil almıĢ, sovet ordusunda xidmət etmiĢdi. Ordu sıralarından 
tərxis  edildikdən  sonra  kəndlərindəki  Sabir  adına  kolxozda  iĢləmiĢdi.  Pənahgil  7 
qardaĢ,  iki  bacı  idilər.  Ailənin  böyüklüyünə  baxmayaraq  əlsiz-ayaqsızlara  kömək 
edən,  imkansızlara  əl  tutan  mexanizator  ataları  BabakiĢi,  kəndin  xeyir-Ģərinə 
yarayan  Xədicə  xala  övladlarını  da  torpağa,  el-obaya  məhəbbət  ruhunda  tərbiyə 
etmiĢdilər.  Təsadüfi  deyildi  ki,  baĢımızın  üstünü  duman-çən  bürüyəndə  Pənah  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə