Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   44   45   46   47   48   49   50   51   ...   126

150 
 
tərəfindən keçən asfalt yola çıxıb Mahmudludakı iĢ yerinə - qaçqınlar üçün ev-eĢik 
tikilən  idarəyə  yollanardı.  Onda  hələ  Cəbrayılın  sərhəd  kəndlərinə  düĢmən 
mərmiləri  atılsa  da,  quldurlar  igid  oğullarımızın  qabağına  çıxmağa  cəsarət 
etmirdilər. Onda hələ Cəbrayıl ulu yurd yerlərimiz Göyçədən, Zəngəzurdan buraya 
pənah gətirən qaçqın soydaĢlarımızla dolu idi. ĠĢ yoldaĢları ilə birlikdə onlara yurd-
yuva tikən Pənah bu xeyirxah iĢlə Tanrı yanında savab qazandıqlarını bildiyindən 
can-baĢla çalıĢırdı. Talesiz soydaĢlarımıza arxa durduqca özünün Ģəxsi həyatından 
doğan  sevincə  qovuĢmuĢdu  Pənah.  Çərkəz  kiĢinin  xeyir-duası  ilə  ailə  qurub 
bacılarını yasdan çıxarmıĢdı... 
Doxsan  ikinci  ilin  26  fevral  gecəsi  erməni  quldurlarının  Xocalıda 
törətdikləri  soyqırımın  sədası  Araz  qırağına  gəlib  çatanda  odlanıb-qovrulmuĢdu 
Pənah.  Bu  qanlı  faciədən  sonra  dinc  peĢəsini  atıb  torpaqlarımızın  müdafiəsinə 
yollandı... 
Əvvəllər  Sirik  tərəfdə  vuruĢan  bu  sakit  təbiətli  oğlanın  sorağı  üç-dörd 
aydan  sonra  Süleymanlı  batalyonundan  gəldi.  Hər  dəfə  QıĢlaq,  QuĢçular,  Sur, 
DoĢulu səmtindən top-tüfənk səsi Araz qırağına gəlib çatanda əli ürəyinin üstündə 
olurdu Çərkəz kiĢinin. Əlacı olsaydı oğlunun yerinə özü gedərdi düĢmənin üstünə. 
O  vaxtlar  Pənah  çox  nadir  hallarda  gəlirdi  evlərinə.  Kəndə  çatmağı  ilə  geriyə 
qayıtmağı  bir  olurdu.  Yurdun  ağır  günlərində  yoldaĢlarından  uzaq  olmağı  özünə 
sığıĢdıra bilmirdi... 
Cəbhə  yoldaĢları  xətrini  çox  istəyirdilər  Pənahın.  Dəfnində  gözlərindən 
qanlı yaĢ axıdırdılar onlar... 
Doxsan üçüncü ilin iyun ayının ilk günlərində Ģəhid oldu Pənah. QuĢçular 
kəndi uğrunda  gedən döyüĢlər onun həyatının  sonuncu  nöqtəsi idi.  Mərcanlı kənd 
qəbiristanında  torpağa  tapĢırılan  Əhmədov  Pənah  Çərkəz  oğlunun  gor  evindən 
hüzn qarıĢıq yanıqlı bir Ģer dil açdı o gün: 
 
Bircə parça daĢın ollam,  
Dil-dil ötən quĢun ollam.  
Yazın ollam, qıĢın ollam, - 
Torpaq, məndən üz döndərmə. 
 
Pənah kimi oğullarımızdan uğrunda can verdikləri Vətən torpağı heç vaxt 
üz döndərən deyil. Torpaq ilahi sevgisi ilə onların adlarını zaman-zaman əzizləyib 
yaĢadacaq... 
 
 
 
 
 
 


151 
 
 
Əhmədov Anar Bilal oğlu 
doğulub - 12.11.1973-cü il, 
Cəbrayıl rayonu Məstanlıbəyli kəndi; 
Ģəhid olub - 09.01.1994-cü il, 
Ağdam rayonu Salahlı kəndi 
 
 
 
 
 
ARAZI AYIRDILAR 
 
Anarın  uĢaqlıq  və  ilk  gənclik  illəri  Xan  Arazın  sahillərində  keçmiĢdi. 
Anadan  olduğu  Məstalıbəyli  kəndi  Arazın  lap  iki  addımlığında  idi.  Di  gəl  ki,  bu 
qədər  yaxınlıqda  olan  Arazın  hay-küylü  sularına  yaxınlaĢa  bilmirdi  o  vaxt.  UĢaq 
ağlıyla  ha  fikirləĢirdisə  də  dünyanın  bu  qəribə  iĢlərindən  baĢ  çıxartmırdı  Anar. 
Sonralar ağlı kəsdikcə çox Ģeyləri düĢünüb anladı. 1979-cu ildə Qumlaq kənd orta 
məktəbinə  daxil  olub  1989-cu  ildə  10-su  sinfi  bitirmiĢdi.  Elə  məktəbi  qurtaran  ili 
də  Füzulidə  sürücülük  kursunu  bitirib,  sevib-seçdiyi  peĢənin  sahib  olmuĢdu.  Bu 
illərdə  artıq  respublikanın  hər  yerində  əks-səda  verən  Qarabağ  hadisələri  keniĢ 
vüsət  almıĢdı.  Elə  buna  görə  də  1991-ci  ilin  martında  Cəbrayılda  yaradılmıĢ  "N" 
hərbi hissəsinin əsgərlərinin cərgəsinə qoĢulmuĢdu. Üç ildən artıq qanlı döyüĢlərdə 
çarpıĢan Əhmədov Anar Bilal oğlunun qəhrəmanlıqlarla dolu cəbhə həyatı da elə 
buradan baĢlamıĢdı. 
Ġlk  əvvəllər  Anar  döyüĢçü  dostları  ilə  Xocavənd  (keçmiĢ  Hadrut) 
rayonunun  kəndlərinin  ermənilərdən  təmizlənməsində  yaxından  iĢtirak  etmiĢ, 
sonralar  Süleymanlı,  QuĢçular,  Sirik  postlarında  döyüĢlərdə  vuruĢmuĢdu.  1992-ci 
ilin Sur və ġiĢqaya döyüĢlərində fərqlənmiĢdir. 1993-cü ildəki uğursuzluqlar Anarı 
varından yox edirdi. Lakin buna baxmayaraq o, döyüĢlərdə əzmlə vuruĢurdu. 1993-
cü  ilin  oktyabrında  vuruĢa-vuruĢa  Xudafərin  körpüsünə  gələn  Anar  yoldaĢları  ilə 
Ġran  sərhədini  keçərək,  oradan  da  ĠmiĢliyə  gəlir.  Buradan  isə  yenidən  Gəncəyə 
yollanır.  Bir  az  sonra  Cəbrayıl  batalyonu  döyüĢçülərinin  bir  hissəsi  Gəncədən 
Ağdama  döyüĢlərə  yola  salınır.  Və  bu  döyüĢlərin  birində  -  Salahlı-Kəngərli 
uğrundakı  döyüĢdə  Anar  Əhmədov  qəhrəmancasına  Ģəhid  oldu.  Vətənin  müqəd-
dəsliyi yolunda daha bir Vətən oğlu ömrünü doğma torpağa bağıĢladı. 
 
 
 
 
 


152 
 
 
 
 
Əhmədov Yaqub Rza oğlu 
doğulub - 12.1972-ci il, 
Cəbrayıl rayonu Hovuslu kəndi; 
Ģəhid olub - 13.04.1994-cü il, 
Ağdam bölgəsi 
 
 
 
 
QƏFĠL GÜLLƏ 
 
KeçmiĢ  sovet  ordusunda  əvvəlki  nizam-intizam  yox  idi.  Hər  addımbaĢı 
milli ayrı-seçkilik aydınca hiss edilirdi. Lakin hər cür çətinliklərə baxmayaraq gənc 
Yaqubun  nümunəvi  xidməti  rus  zabitlərinin  diqqətini  cəlb  etmiĢdi.  Dəfələrlə 
komandanlıq, onun valideynlərinə təĢəkkür məktubu göndərmiĢdi. Hərbi xidmətin 
baĢa çatmasına 6 ay qalmıĢ Xocalı soyqırımı haqqında eĢitdiyi dəhĢətli xəbər onu 
bütün varlığı ilə sarsıtdı. Daha qırmızı imperiya ordusunda xidmət etməyi mənasız 
hesab edərək yubanmadan darda qalan Vətənin harayına çatmağı qərarlaĢdırdı. 
Y.  Əhmədov  evlərinə  dönəndə  erməni  quldurları  çox  fəallaĢmıĢdılar. 
Rayonumuzun  onlarla  həmsərhəd  olan  ətraf  kəndlərinə  tez-tez  basqın  edirdilər. 
Yaqubun  gəliĢindən  anası  ġərqiyyənin  sevinci  yerə-göyə  sığmamıĢdı.  Onun  üz-
gözündən  öpə-öpə:  "Allaha  çox  Ģükür  ay  oğul,  nə  yaxĢı  gəlib  çıxdın,  -demiĢdi.  - 
Zamanə çox qarıĢıqdı, bala, bu gündən sahaba etibar qalmayıb. Bir tərəfdən də bu 
erməni yanmıĢlar halal çörəyimizi haram ediblər". 
- Qorxma, ay ana, o dığalara bir toy tutacağıq ki, ağılları baĢlarına gəlsin. 
Onda  bilərlər  ki,  qonĢuluq  haqq-sayını  itirmək  necə  olur,  -  deyə  Yaqub  anasına 
toxtaqlıq verdi. Yaqubun nə demək istədiyini baĢa düĢən ana çox yalvarıb-yaxardı. 
Dedi ki, qardaĢları Nəcməddin, Ədalət könüllülər dəstəsindədi, heç olmasa o, evdə 
qalsın.  Yolunu  gözləməkdən  gözlərinin  kökü  saralan  qoca  atasının,  bacılarının 
vəziyyətini  nəzərə alsın.  Ancaq heç nə Yaqubu fikrindən  döndərə bilmədi. Rayon 
hərbi komissarlığına gedib könüllü olaraq milli ordu sıralarına yazıldı. 
O,  Sur,  ġayaq,  DaĢbaĢı,  Sirik,  Süleymanlı  postlarında  düĢmənlə  üz-üzə 
dayandı.  Harada  olduqca  geniĢ  hərbi  biliyi,  ən  baĢlıcası  isə  qoçaqlığı  ilə 
komandirlərin,  əsgər  yoldaĢlarının  sevimlisinə  çevrilmiĢdi.  Həmin  kəndlərin 
müdafiəsi  zamanı  dəfələrlə  igidlik  göstərdi,  çoxlu  erməni  dığasını  məhv  etdi. 
Əfsuslar  olsun  ki,  Yaqub  kimi  oğullarımızın  igidliklərinə  baxmayaraq,  Cəbrayıl 
yağı düĢmənin qanlı caynağına keçdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə