155
torpaqlarımızın müdafiəsinə ilkin qalxanlardan olmuĢdu. Kəndlərimizin müdafiəsi
zamanı yaralansa da müalicə olunub yenidən döyüĢ meydanına qayıtmıĢdı. O, son
damla qanı qalanadək döyüĢdü. Yurdumuzu iĢğalçılardan xilas etmək üçün ölümün
gözünə dik baxaraq qələbəyə gedən yolda canını qurban verdi. Ġnanırıq ki, Pənah
Əliyev kimi qəhrəman oğullarımızın qanları ilə sulanmıĢ bu yol Cəbrayıla, ġuĢaya,
Xankəndinə, Laçına, Kəlbəcərə... gedəcək, uzanaraq uzanacaq, Zəngəzurda, Göy-
çədə baĢa çatacaq.
Əhmədov Əhliman Cəbrayıl oğlu
doğulub - 1974-cü il,
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi;
Ģəhid olub - 01.1995-ci il,
Bakı Ģəhəri
SAĞALAN DEYĠL
O, kiçik yaĢlarından Xan Arazın nəğmələrini dinləməkdən doymazdı. Bu
nəğmələrdən bir həsrət, bir hicran boylanırdı. Sonralar Əhliman böyüdükcə o
taydan eĢitdiyi sözlərin doğmalığını görüb təəccüblənərdi. Kəndin kənarı ilə
çəkilən tikanlı məftillər imkan vermirdi ki, həsrətində olduğu Arazla görüĢə.
Əhliman get-gedə anlayırdı ki, o məftillər iki qardaĢı bir-birinə həsrət qoyub. Bir
Vətən, bir torpaq iki yerə parçalanıb. Hərdən Əhliman bir quĢ olub o taya uçmaq,
ÜçqardaĢ deyilən dağın zirvəsinə qonub hər iki sahili seyr etmək istəyirdi.
Ġllər bir-birini əvəz edir, Əhliman böyüyürdü. 1992-ci ildə orta məktəbi
bitirdi, Ağdam mexanizasiya texnikumuna daxil oldu. Bu elə vaxt idi ki, artıq
erməni faĢistləri yurdumuzu çapıb-talayır, adamları öz doğma evlərindən didərgin
salırdılar. Əhliman Cəbrayıl batalyonunda xain qonĢularla döyüĢə baĢlamaq
məcburiyyətində qaldı. Yanıb talanan kəndlərin ermənilər tərəfindən iĢğal olması
igid döyüĢçünün qəlbini ağrıdırdı. Yalançı vədlər, xəyanət və satqınlıq baĢ alıb
gedirdi. Məhz belə xəyanətlərin nətisəsində Cəbrayıl iĢğal olundu. Əhliman və
döyüĢ dostları Ġran ərazisindən keçərək Gəncədəki Nizami poliqonuna yola
düĢdülər.
156
Həsrətin üstünə ağır bir həsrət də əlavə olundu. Doğma yurd. el-oba
həsrəti Murov dağı uğrunda gedən döyüĢlərdə Əhliman düĢmənlərlə dəfələrlə
qarĢı-qarĢıya gəlmiĢdi. Topçu kimi Əhlimanın atdığı mərmilər sərrast və dəqiq idi.
Neçə-neçə yağı qanına qəltan edilmiĢdi.
1994-cü ilin mart ayında döyüĢ postundan qayıdıb çadırda dincələn zaman
ermənilərin atdığı mərmi çadıra düĢüb. Yanğın bir anda hər yanı bürüyüb. 4 nəfər
yoldaĢı ilə birlikdə ağır dərəcədə xəsarət alan Əhliman bir ay hospitalda yatdıqdan
sonra təzədən Murov dağına döyüĢə yollanmıĢdı. Elə o vaxtdan ürəyində ağrılar
baĢlamıĢdı. Bu ağrı gündən-günə daha da Ģiddətlənirdi.
Əhliman tez-tez öz yoldaĢlarına doğma Cəbrayıldan söhbət açır, bu ağrıya
dözə bilmədiyini söyləyirdi. Qəm-qüssə pəhlivan kimi döyüĢçünü Ģam kimi
əridirdi. Yox, Əhliman xəyanətlə, satqınlıqla barıĢa bilmirdi. Son vaxtlar onda
haqsızlığa qarĢı bir üsyan baĢ verirdi. Xəstəliyi getdikcə ağırlaĢırdı. Həkimlərin
səyinə baxmayaraq, sağalmaz dərdə düçar olan Əhliman axır ki, ordudan tərxis
olundu. Həsrətə, qəmə dözə bilməyən Əhliman 1995-ci ilin yanvar ayında gözlərini
həmiĢəlik yumdu. Ġndi Əhlimanın ruhu doğma Cəbrayıldan uzaqlarda nigaran-
nigaran dolaĢır.
Əhmədov BaxıĢ Oruc oğlu
doğulub - 02.05.1966-cı il,
Cəbrayıl rayonu DaĢ Veysəlli kəndi;
Ģəhid olub - 16.03.1995-ci il,
Füzuli rayonu Əbdürrəhmanlı kəndi
ZƏFƏRLƏ ÇIXDI
Komandanlığa məlumat daxil olmuĢdu ki, erməni yaraqlıları hücuma
keçməyə hazırlaĢırlar. Hətta, hücumun vaxtı da dəqiq müəyyənləĢdirilmiĢdi.
Yağıların basqınının qarĢısını almaq üçün əməliyyat planı hazırlandı. Postları
möhkəmləndirmək üçün buraya nisbətən hərbi hazırlıqlı gənclərdən ibarət əlavə
qüvvə göndərildi. BaxıĢ da onların arasındaydı. Erməni quldurlarını yaxına
buraxmamaq üçün kənd ətrafında pusqu quruldu. Gecədən xeyli keçmiĢ
yaxınlaĢan ermənilər atəĢə tutularaq darmadağın edildi. 15-20 nəfər yaraqlının
157
murdar meyiti döyüĢ meydanında qaldı. Qalanları isə qaçıb aradan çıxa bildi.
Əməliyyatın itkisiz baĢa çatmasında BaxıĢ Əhmədov da əsl mərdlik nümayiĢ
etdirdi.
B. Əhmədov 1983-cü ildə MinbaĢılı kənd orta məktəbini bitirmiĢdi. Bir il
sonra sovet ordusu sıralarına çağrılmıĢdı. BaxıĢ çox istəyirdi ki, ali təhsil alsın.
Vətəninə, xalqına gərəkli bir mütəxəssis olsun. Tale elə gətirdi ki, o, hərbi xidməti
baĢa vurduqdan sonra Bakı sənaye Pedaqoji Texnikumuna qəbul edildi. Orta
ixtisas təhsilini müvəffəqiyyətlə baĢa vurub ölkəmizin paytaxtında iĢləməyi üstün
tutdu. Bu o illərə təsadüf edirdi ki, Bakı dəniz kimi dalğalanırdı. Xalq öz azadlığı
uğrunda mübarizəyə qalxmıĢdı. Gənc BaxıĢ da xalq hərəkatından kənarda
qalmamıĢdı. Qırmızı imperiya ordusunun vəhĢiliyinin, onun törətdiyi qanlı yanvar
hadisəsinin Ģahidi olmuĢdu. Qəlbi el-oba üçün döyünən gənc 1992-ci ildə doğma
kəndlərinə qayıdır və çoxdan gözaltı etdiyi Növrəstə xanımla ailə həyatı qurur.
Lakin tale gənc ailənin üzünə gülmədi. BaĢımızın üstündə cövlan edən qara yel bu
iki gəncin yenicə qovuĢduğu səadəti əlindən aldı...
1993-cü ilin ortalarında xəyanətkar qonĢularımız iĢğalçılıq fəaliyyətini
geniĢləndirərək kəndlərimizi təhlükə altına almaları bütün qeyrətli oğullarımız kimi
B. Əhmədovu da silaha sarılmağa məcbur etdi. Torpaqlarımızın hər qarıĢı uğrunda
gedən qanlı savaĢlarda igidliklə döyüĢdü. YaralanmıĢ və Ģəhid olmuĢ
əsgərlərimizin döyüĢ meydanından uzaqlaĢdırılmasında həyatını təhlükə qarĢısında
qoymuĢdu. Dəfələrlə yağılarla üz-üzə gəlmiĢ, mühasirəyə düĢmüĢdü. Ġgid
eloğlumuz hamısından ərənlər sayağı zəfərlə çıxdı. Bütün döyüĢ boyu bir dəfə də
olsun namərd gülləsi yaxın düĢməyən bir vaxtda minaya düĢərək min bir arzu ilə
döyünən qəlbi həmiĢəlik dayandı. 8 övlad böyüdüb ərsəyə çatdıran Sitarə ana
sonbeĢiyinin faciəli ölümünə dözə bilməyərək dünyasını dəyiĢdi. ġəhidin Biləsu-
var rayonu ərazisindəki 4 saylı çadır düĢərgəsində məskunlaĢan atası Oruc kiĢi,
həyat yoldaĢı Növrəstə və üzünü doyunca görmədiyi 5 yaĢlı qızı Sara, qardaĢları
tezliklə torpaqlarımızın iĢğaldan azad edilərək əzizlərinin qisasının alınacağı günü
görmək ümidi ilə yaĢayırlar. Biz də bu inamla yaĢayır və qətiyyətlə bildiririk ki, o
gün mütləq gələcək.
Dostları ilə paylaş: |