Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   49   50   51   52   53   54   55   56   ...   126

163 
 
Ay gedib batmır,  
Allah, Dərdlilər yatmır,  
Allah, Müslümün məzarına  
Əllərim çatmır, Allah... 
 
Ərlərimiz,  ərənlərimiz,  hər  zülmət  gecənin  bir  nurlu,  iĢıqlı  sabahı  olur, 
deyiblər.  Ulu  Tanrının  və  bir  də  əlləri  silah  tutan  igid  oğullarımızın  sayəsində 
inĢallah  torpaqlarımız  tezliklə  azad  olacaq.  Bax, onda  Suğra  ana  da  öz doğma  el-
obasına qayıdıb oğlu Müslümün Ģəhid qəbrini bağrına basıb ürəkdən deyəcək: 
-  Əsgər  yoldaĢların  doğma  yurd  yerlərimizdən  düĢməni  qovub  sənin  və 
Ģəhid dostlarının qisasını aldılar. 
Təki tez görəydik o günü... 
 
 
 
 
 
 
 
 
Ġmanov Həbib Yusif oğlu 
doğulub - 12.1968-ci il, 
Cəbrayıl rayonu Mehdili kəndi; 
Ģəhid olub - 23.04.1994-cü il, 
Füzuli bölgəsi 
 
 
 
 
ANA YOLA BAXIR 
 
Araz  kənarındakı  obalardan  olan  Mehdili  kəndində  dünyaya  göz  açmıĢdı 
Həbib. Atası Yusif kiĢi, anası Xanxanım ana bir-birinin dalınca dünyaya göz açan 
on  bir  uĢağı  böyüdə-böyüdə  kirpikləri  ilə  od  götürmüĢdülər.  Həbib  Yusif  kiĢinin 
sonbeĢiyiydi.  Ata  onu  hamıdan  artıq  istəyir,  adıyla  öyünürdü.  Bacıları  Gülzar, 
Gülnar,  Vəsilə,  ġükufə,  Pərvanə  və  Dürdanə  Həbibin  boyunu  əzizləyir,  heç  bir 
sözünü yerə salmırdılar. 
Ürəyi  təpərli,  qeyrətli  bir  oğul  idi  Həbib.  Vətən  deyib  mehrinə  sığındığı 
Cəbrayıl torpağı Araz kənarından ta Ziyarata kimi onun sevinc, güvənc yeriydi. Bu 
torpağın  Xudafərin  körpüsüylə,  Araz  boyu  uzanan  yamyaĢıl  vadisiylə,  Tey,  Diri, 
Tumas  ata,  Üçoğlan  dağlarıyla,  yovĢan  ətirli  Göyən  düzüylə  öyünürdü  Həbib. 


164 
 
Durnagözlü bulaqların, büllur sinəli kəhrizlərin bir içim suyunu dirilik rəmzi hesab 
edir,  ulu  çinarların  örkən  dolanmayan  gövdəsinə  heyranlıqla  tamaĢa  edir,  doğma 
ata  ocağının  səsinə-hənirinə  tapınırdı.  Həbibin  qəlbində  möcüzəli,  sirli-soraqlı  bir 
dünyaydı Araz. Onun bulanıq sularına illər boyu tamaĢa eləyə-eləyə buğum-buğum 
böyümüĢdü o. 
Həbib  1988-ci  ildə  bir  vaxtlar  böyüklüyü  ilə  öyündüyümüz  imperiyanın 
ordusunda  əsgəri  xidmətini  baĢa  vurub  geri  qayıdanda  ulu  yurd  yerlərimizi  od 
içində gördü. Doğma torpaqlarımızın harayını eĢidəndə əli iĢə-gücə yatmadı onun. 
Rayonda o vaxt yenicə yaranan xüsusi təyinatlı polis dəstəsinə yazılanda elə bildi 
ki,  dünyanı  bağıĢladılar  ona.  Əlinə  silah  alandan  azğın  düĢmənlə  ər  kimi 
vuruĢurdu.  Cəbrayılın  sərhəd  kəndlərinin  düĢməndən  qorunması  naminə  özünü 
oda-gözə vurdu. Sal qaya kimi dayandı ermənilərin yolu üstə. Cəbrayılın igid oğul-
ları  Mirələmlə,  Zahidlə,  ġikarla,  Faiqlə  birgə  döyüĢüb,  Sur,  ġiĢqaya,  ġayaq, 
DaĢbaĢı, Sirik əməliyyatlarında uğurla vuruĢdu. Belə qeyrətli, belə cəsur bir əsgər 
idi Həbib. 
1993-cü ilin oktyabr ayının 24-də Cəbrayıl torpaqları bütövlükdə düĢmənə 
təhvil veriləndə ürəkdən sarsılmıĢ, özünə yer tapa bilməmiĢdi. Araz qırağında ölüb-
itənləri,  suda  qərq  olanları  gözləriylə  görə-görə  içində  hönkür-hönkür  ağlamıĢ, 
Vətən  torpağı  ilə  alver  edənləri  ürəkdən  lənətləmiĢdi.  Bundan  sonra  da  düĢmənlə 
son  nəfəsinə  qədər  vuruĢmuĢdu  Həbib.  1993-cü  ilin  dekabr  ayında  ermənilərlə 
qanlı  döyüĢlər  aparan  igid  eloğlanlarımız  Horadiz-Cocuq  Mərcanlı  istiqamətində 
irəliləyərək  bir  sıra  yaĢayıĢ  məntəqələrini  azad  etmiĢdilər.  Həbib  bu  döyüĢlərdə 
daha  da  mətinləĢmiĢ,  qorxmazlığı  ilə  ad  çıxarmıĢdı.  Ölümündən  bir  az  qabaq 
məzuniyyət  alıb  bir  həftəliyə  ĠmiĢlinin  Göbəktala  kəndində  məskunlaĢmıĢ  qaçqın 
ata-anasına, bacı-qardaĢlarına baĢ çəkmiĢdi. Sonra yenidən Araz kənarındakı döyüĢ 
mövqelərinə 
qayıtmıĢdı. 
Cocuq 
Mərcanlıdakı 
postun, 
cəmisi 
bircə 
kilometrliyindəki  doğma  kəndlərinə  ermənilər  nəzarət  edirdi.  1994-cü  il  aprel 
ayının  23-ü  idi,  onun  dayandığı  yerin  dörd  addımlığına  düĢən  düĢmən  mər-
misindən aldığı yara ömrün Ģəhidlik zirvəsinə ucaltdı Həbibi... 
ĠmiĢli  camaatı  dərin  ehtiramla  dəfn  etdilər  bu  igid  oğlanı.  Doğma 
torpaqlarımızın  azad  olunması  naminə  canından  keçən  Həbibin  Ģəhid  məzarı 
Muğan  torpağından  Arazboyu  obalarımıza  nigaran-nigaran  boylanmaqdadır  bu 
gün. Necə ki, ulu yurd yerlərimiz düĢmən caynağındadır, Ġmanov Həbib Yusif oğ-
lunun qəriblikdə qalan məzarı od tutub yanacaq, torpağı sızlayacaq onun... 
Xanxanım ana, Yusif kiĢi Həbibin ölümünə inana bilmirlər hələ də. 1994-
cü  ilin  yanvar  ayında  dünyaya  gələn  RəĢid  Həbibin  canlı  yadigarı  kimi  daha  çox 
əzizlənir, sevilir bu gün. Onlara elə gəlir ki, bu körpə Həbibin yarımçıq ömrünün 
davamı kimi gəlib dünyaya. Elə ona görə də onlar Həbibin ölümünə inanmır, onun 
nə  vaxtsa  geri  qayıdacağını  gözləyirlər.  Xanxanım  ana  səhər-axĢam  yollara 
boylana-boylana Həbib adında, Həbib niĢanında bir oğul gözləyir... 
 


165 
 
Ġmanov Allahverdi Xudaverdi oğlu 
doğulub - 25.03.1962-ci il, 
Cəbrayıl rayonu Horovlu kəndi; 
Ģəhid olub - 29.06.1994-cü il, 
Tərtər bölgəsi 
 
HALAL PEġƏ SAHĠBĠ ĠDĠN... 
 
Allahverdi,  eloğlu,  bağıĢla  ki,  yaĢadığın  illərdə  səni  yaxından  tanıya 
bilməmiĢik.  Nə  etməli  bu  da  taleyin  bir  qəribəliyidir.  Eloğlu,  həyatda  yollarımız 
kəsiĢməsə də, atan Xudaverdi kiĢini yaxĢı tanıyırdıq. Halal ruzulu, halal diləkli bir 
kiĢini kim tanımırdı ki, bizim rayonda? 
Nə  qohum-əqrabanın  təsəlli  dolu  sözləri,  nə  də  bir  cüt  fidan  balanın  - 
Ġlkinlə  Aqilin  uĢaq  dəcəllikləri  ovundura  bilir  atanı.  Ġgid  oğul  itirib  onun  qara 
haĢiyəli  çərçivəyə  sığınan  iri  Ģəklini  əzizləyən  anan  Fitat  xanımın  çəkdiyi  sitəm-
lərin  əks-sədası  qulağına  çatırmı  sənin?  Bəs,  ömür-gün  yoldaĢın  Zöhrə  xanımın 
sızıltılarını  necə,  duyursanmı,  Allahverdi?  Ġki  fidan  balasının  sual  dolu  baxıĢları 
altda varından yox olan bu qadının ah-naləsi gor evinə yetiĢirmi, eloğlu? 
 
Fələk, səni yarıma,  
Necə qıydın balama?  
Nə vaxtdır ki, yetiĢmir  
Səsim, sədam yarıma... 
 
ġəkildən də təsəllimi olar, ay Allah? Ġlkinlə, Aqil əl boyda Ģəkil əvəzinə 
atalarını istəyirlər, atalarını... 
Bu  nizamı-tarazı  pozulan  dünyamızda  qəfil  gediĢinlə  sinələrinə  dağ 
çəkdiyin  doğmalarından  xəbərin  varmı?  Bəlkə  də  xəbərin  olsaydı,  ölüm 
yuxusundan ayılıb, gor evində qəddini dikəldər, onlara xitabən deyərdin: 
-  Mənim  əzizlərim,  özünüzü  ələ  alın,  biz  Ģəhidlərə  "öldü"  deməyin.  Biz 
elə bir məkandayıq ki, orada Ancaq müqəddəs ruhlara, Tanrı tərəfindən sevilənlərə 
yer var. 
Eloğlu,  eĢitdiyimizə  görə  sən  həyatda  cəfakeĢ  adam  olmusan.  Əlin  iĢə 
yatandan  ağır  zəhmətə  qatlaĢıb  halal  ruzu  qazanmısan.  El-obada  ulu  peĢə  sayılan 
kankanlığı öyrənəndən  sonra  ömrün  su  saflığına  qovuĢub.  Horovlu  camaatı  sənin 
əllərinlə gurlaĢan kəhrizdən su içəndə: 
- Allah canını sağ eləsin, ay Allahverdi, - deyiblər, - əllərinin tayı-bərabəri 
yoxdur... 
Halallığına  sığındığın  qabarlı  əllərin  sənə  baĢuçalığı  gətirdiyi  kimi,  gün-
güzaran  da  verib.  Bu  əllərlə  özün  üçün  ev-eĢik  tikib  balalarını  baĢına  toplamısan. 
Doxsan üçüncü ilin avqustunda erməni iĢğalçıları Horovluya divan tutanda ilk də-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə