Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   50   51   52   53   54   55   56   57   ...   126

166 
 
fə yandırılan kəndlərdən biri də səninki olub. Sən o gün and içmiĢdin ki, düĢmənə 
son  nəfəsinə  kimi  amansız  olasaqcan.  KiĢi  kimi  axıradək  sözünün  üstündə 
dayandın. Doxsan dördün yayında Tərtər bölgəsində atılan düĢmən gülləsi köksünü 
parçalamasaydı,  sən ölümə bc verəsi deyildin... 
Ulularımız "Vətən oğulsuz qalmaz" - deyiblər. Sən  Ģəhid kimi dünyadan 
köçsən də ailə ocağında bir cüt oğul balan - Ġlkinlə Aqilin böyüyür. 
Torpağın sanı yaĢasınlar onları... 
 
 
 
 
 
 
Ġsmayılov Taleh Ġldırım oğlu 
doğulub - 02.02.1967-ci il, 
Cəbrayıl Ģəhəri; 
Ģəhid olub - 02.03.1995-ci il, 
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi 
 
 
 
 
QEYRƏTƏ SÖYKƏNƏN ƏSGƏR ANDI 
 
Talehin  qara  xəbərini  ġəkidə  çatdırdılar  Ġldırım  kiĢiyə.  O,  Saatlıda 
sığınacaq  tapan  ailə  üzvlərinin  yanına  qayıdanda  yol  uzunu  azı  min  dəfə  ölüb-
dirildi.  Sevimli  balası  Talehin  ömür  yolu  gözlərinin  qabağından  ötüb  keçdikcə 
arxada qalan illərin xatirəsi atanın göz yaĢları ilə yuyundu... 
Xan  Çinarlı,  büllur  kəhrizli  Cəbrayılda  dünyaya  göz  açmıĢdı Taleh.  Heç 
nəyini  əsirgəməmiĢdi  Tanrı  ondan.  Yarlı-yaraĢıqlı,  sayılıb  seçilən  bir  oğlan  idi. 
ġəhər internat  məktəbini  əla  qiymətlərlə  baĢa  vurmuĢ, anası Tamara  müəllimənin 
də  Ģagirdi  olmuĢdu.  DiribaĢ,  qollu-qanadlı,  sağlam  görünüĢlü  bu  oğlanı  PolĢaya 
əsgəri  xidmətə  göndərmiĢdilər  (o  vaxtlar  Sovetlər  Ġttifaqında  belə  Ģeylər  nəzərə 
alınırdı).  VarĢava  ətrafından  Cəbrayıla  ünvanlanan  əsgər  məktublarından  Talehin 
xoĢ  səsi,  sədası  gəlirdi.  Komandirləri  Talehə  görə  dəfələrlə  təĢəkkür  məktubları 
göndərmiĢdilər onun valideynlərinə. Ġldırım kiĢi xoĢbəxt ata, Tamara xanım bəxtə-
vər  ana  hesab  edirdilər  özlərini.  Talehin  əsgər  geyimdə  çəkdirdiyi  Ģəkillər  əllərdə 
əzizlənir, gözlərdə oxĢanırdı... 
Əsgərlikdən  qayıdanda  PolĢada  uyuyan  Sovet  Ġttifaqı  Qəhrəmanı, 
həmyerlisi,  Cəmil  Əhmədovun  məzarını  ziyarət  etmiĢ,  oradan  bir  ovuc  torpaq  da 
gətirib Vətən torpağına qatmıĢdı. Bax belə vətəncanlı, torpaqcanlı oğul idi Taleh... 


167 
 
Evlərinə  qayıdandan  sonra  valideynlərinin  xeyir-duası  ilə  Taleh  Donetsk 
vilayətinə  gedib  oradakı  ÜmumqoĢun  komandirləri  məktəbinin  məzunu  olan 
qardaĢı  Salehlə  görüĢdü.  Onun  məsləhəti  ilə  buradakı  sənaye-texnologiya 
texnikumunda oxudu. Dostu həmyerlisi Hüseynov ElĢad da burada onunla idi... 
Doxsan ikinci ildə Cəbrayıla qayıdanda Ģəhərin nizamını pozulmuĢ gördü 
Taleh.  Qürbətdə  keçirdiyi  illərdə  burada  neçə-neçə  ev-eĢik  dağılmıĢ,  günahsız 
adamlar  Ģəhid  olmuĢdu.  Adamların  üz-gözündən  hüzn  qarıĢıq  həyəcan  yağırdı. 
Atasını  hərbi  geyimdə  görəndə  məsələnin  nə  yerdə  olduğunu  duyub  anladı. 
Rayondakı  ziyalı  batalyonunun  təĢkilatçılarından  biri  olan  Ġldırım  kiĢi  açıb-
ağartmasa da Taleh baĢa düĢdü ki, Cəbrayılın taleyi tükdən asılıdır. Ertəsi gün sübh 
tezdən ayağa durub səngərə getməyə hazırlaĢan atasına yanaĢdı: 
-Sən daĢ qoyan yerə mən baĢ qoymalıyam. Elimizin bu ağır günündə evdə 
sakit oturub qala bilmərəm. sən hara, mən də ora... 
O  gün  ata-bala  döyüĢ  postuna  birlikdə  yollandılar.  Günlərin  birində 
Ġldırım kiĢi oğlu Talehə ürəyindən keçən arzusunu bildirdi: 
-Oğlum,  dünya  ölüm-itim  dünyasıdır.  Sabah  nə  olacaq,  onu  təkcə  bizi 
yaradan  bilir.  Anan  da,  mən  də,  elə  qardaĢların  da  istəyirik  toyunu  eləyək.  Razı 
olsan  Südabəni  alardıq  sənə.  O,  özgəsi  deyil,  halal  süd  əmmiĢ  uĢaqdır,  əmisi 
Quliyev  Səxavət  20  Yanvarda  Ģəhid  olub,  yəqin  ki,  görmüsən  qəbiri  Bakının 
"ġəhidlər xiyabanı"ndadır. Taleh valideynlərinin arzusuna xilaf çıxmadı onda... 
Bir ildən sonra dünyaya  gələn körpə Ġldırım  kiĢiyə baba, Tamara xanıma 
nənə olma səadəti gətirdi. UĢağı ulu nənəsinin adı ilə - Fatma - deyə çağırdılar... 
Tanrı bu xoĢbəxtliyi axıradək qismət edə bilmədi onlara. Əvvəlcə bürkülü 
avqust  axĢamında  vahimə  ilə  yurd  yerlərindən  perik  düĢənlərə  qoĢulub 
Cəbrayıldakı evlərini tərk etdilər. Sonra Taleh adlı ümid çıraqları söndü onların... 
Taleh öləcəyi gündən xeyli uzaqda idi onda. Odun-alovun içərisindən sağ 
çıxarmaqla Tanrı onu neçə-neçə ağır sınaqdan çıxarası idi hələ... 
Cəbrayılın  böhranlı  çağları  məhĢər  gününə  söykənmiĢdi  elə  bil.  Kimisi 
var-dövlətinin, kimisi əldən gedən torpağın hayında idi onda: 
 
Dağlar diksinirdi bu qəfil səsdən,  
Ölüm yol gəlirdi dumanda, sisdə.  
Torpağın yaralı sinəsi üstə,  
Bir nisgil göyərib bitirdi o gün. 
 
Üfüqlər heyrətdən çatdı "qaĢını",  
Buludlar gözünün tökdü yaĢını.  
Kimi sərvətini, kimi baĢını, - 
Kimi vicdanını itirdi o gün... 
 


168 
 
Dar  ayaqda  nə  baĢını,  nə  yurd  sevgisini,  nə  də  dözümünü  itirdi  Ġldırım 
kiĢi.  Ġtirdiyi  təkcə  illər  boyu  halallıqla  tikdirdiyi  topdağıtmaz  ev-eĢiyi  oldu  onun. 
"Elnən  gələn,  toy-bayramdır"  -  deyib  təsəlli  verdi  özünə.  Və  yurd  ağrıları  ilə  ya-
Ģadığı  günlərin  birində  oğlu  Talehi  Cəbrayıl  polisinin  sıralarına  qoĢub  xeyir-dua 
verdi ona. Taleh Vətənə layiqli oğul olduğunu döyüĢ postlarında da sübut etdi... 
Ömrü  boyu  xəyanət  girdabında  baĢ  kirləyən  erməni  dığaları  atəĢkəsin 
hökm  sürdüyü  bir  vaxtda  Ġldırım  kiĢini,  Tamara  ananı  gözüyaĢlı  qoydular.  Mart 
ayının 2-də (1995), gecəyarı döyüĢ postunda keĢik çəkməyə gedən Taleh qəfildən 
atılan güllənin qurbanı oldu. Cavan bir ailə baĢsız, iki yaĢlı bir körpə atasız qaldı o 
gecə... 
Talehin  dəfnində  qarlı-sazaqlı  Murovda  taqım  komandiri  olan  qardaĢı 
Valeh də iĢtirak edirdi o gün. O, Talehin qəbiri üstə and içib dedi: "QardaĢ, sənin 
və  dünyadan  nakam  gedən  cavanlarımızın  qisasını  yerdə  qoymayacağam". 
Azərbaysan  əsgərinin  Vətən  qarĢısında  Ģərəfə,  amala  söykənən  bu  andı  igid 
oğullarımızı cihada səsləyir hələ də... 
 
 
 
 
 
 
 
Ġsmayılov Mehdi Lətif oğlu 
doğulub - 19.05.1972-ci il, 
Cəbrayıl rayonu Horovlu kəndi; 
Ģəhid olub - 23.12.1993-cü il, 
Gəncə bölgəsi 
 
 
 
 
DÜNYANIN QƏM LEYSANI 
 
1993-cü  ilin  dekabr  ayının  sonlarında  eĢitdik  ki,  Gəncə  ətrafındakı  hərbi 
düĢərgələrin  birində  həmyerlilərimizdən  bir  neçəsi  həlak  olub.  ġəhid  olan 
cavanların  altı  nəfəri  Horovlu  kəndindən  idi.  Qəfil  xəbər  qəm  leysanına  dönüb 
didərginlik  ağrıları  ilə  yaĢadığımız  neçə-neçə  el-obada  yağdı  üstümüzə. 
Qismətimizə  düĢən  təzə  nisgil  payı  idi,  nizamı  pozulan  Azərbaycan  elimizdə 
dünyanın bizi üĢüdən dərd yükü, qəm dəryası idi bu faciə. Hamımız qəfil xəbərdən 
yerimizdə  donmuĢduq  elə  bil.  Kimimiz  günahkarları  lənətləyir,  kimimiz  göz 
yaĢları içərisində gilə-gilə əriyirdik... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə