Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   53   54   55   56   57   58   59   60   ...   126

175 
 
qorumaq  üçündür"  sözlərini  xatırlayanda  sanki  özündə  bir  yüngüllük  hiss  etdi. 
Övlad  ayrılığına  dözmək  onun  üçün  nə  qədər  ağır  olsa  da,  torpağı  düĢmənlərdən 
qorumağı daha vacib sanırdı. 
1993-cü il iyul ayının 7-si idi. Qohum-əqraba, qonum-qonĢu Kamalı yola 
salmağa  gəlmiĢdilər.  XudafisləĢmə  anı  çatanda  Məhəmməd  müəllim  istəkli 
oğlunun boynunu qucaqlayıb: 
- Özündən muğayat ol, oğlum! Unutma ki, Vətən, torpaq namusumuzdur. 
Onun  bir  qarıĢını  da  yağılara  vermək  olmaz!  -  deyə  ona  ata  xeyir-duasını  verdi. 
Anası Səyyarə müəllimə arxasınca su atdı ki, ciyərparasının həyatı həmiĢə aydınlıq 
içində olsun... 
Kamal  Yolçuzadə  ordu  həyatının  ilk  günlərindən  xoĢ  xasiyyəti, 
üzüyolalığı  ilə  komandirlərin,  əsgər  yoldaĢlarının  rəğbətini  qazanmıĢdı.  Bilik  və 
bacarığı,  dünyagörüĢü  ilə  də  baĢqalarından  fərqlənirdi.  Andiçmə  möhləti  çox 
çəkmədi.  Hərbi  təlim  baĢa  çatdıqdan  sonra  Zəngilan  rayonuna  göndərdilər.  O, 
Zəngilanın  müdafiəsində  yaxından  iĢtirak  etdi.  Rayon  erməni  qəsbkarları 
tərəfindən iĢğal edildikdən sonra Kamalın xidmət etdiyi hissə Beyləqanda yerləĢdi. 
O,  görmə  qabiliyyəti  zəif  olduğu  üçün  mühəndis  istehkamçı  peĢəsinə  yiyələndi. 
Kamal  burada  xüsusi  qabiliyyət  nümayiĢ  etdirdi.  Gənc  əsgər  harada  olur-olsun, 
istər postda dayananda, istərsə də döyüĢ meydanında bir an da atasının nəsihətlərini 
yaddan çıxarmır, komandirlərin əmrlərini sözsüz yerinə yetirirdi. BaĢa düĢürdü ki, 
itirilmiĢ torpaqlarımızdan iĢğalçıların çıxarılıb qovulması hər bir əsgərin cəsurluğu 
ilə  yanaĢı,  intizamlı  olmasından  da  çox  asılıdır.  1994-cü  ilin  əvvəllərindən  baĢla-
yaraq  ordumuzun  qazandığı  uğurlar  zamanı  o,  bir  daha  bunun  canlı  Ģahidi 
olmuĢdu. 
Füzuli  rayonunun  Arazboyu  kəndləri  bir-birinin  ardınca  ermənilərin 
birləĢmiĢ  hərbi  qüvvələrindən  azad  olunurdu.  Hücumu  davam  etdirmək  üçün 
əsgərlərimizin  keçəcəyi  yerləri  ermənilərin  basdırdıqları  minadan  təmizləmək 
lazım  idi.  Bu  iĢin  yerinə  yetirilməsi  cəsarət,  hünər  tələb  edirdi.  Minaların 
partlaması ordumuza böyük itki gətirərdi. 
Son  dərəcə  dəqiqlik  tələb  edən  məsuliyyətli  tapĢırığın  öhdəsindən 
gəlməyə  hər  adamın  qabiliyyəti  çatmazdı.  Əsgər  yoldaĢlarının  bir-birinin  üzünə 
baxdığını hiss edən K.Yolçuzadə bilərəkdən riskə gedərək təhlükəli iĢi öz öhdəsinə 
götürdü.  Qorxu  nə  olduğunu  eyninə  belə  gətirməyən  igid  əsgər  çox  ustalıqla 
minaları zərərsizləĢdirə bildi. Lakin adamın dili də gəlmir desin, igid əsgər tapĢırığı 
uğurla yerinə yetirib geri qayıdanda düĢmən gülləsinə tuĢ gəldi. Onun cəsədini dö-
yüĢ meydanından çıxarmaq mümkün olmadı. Çünki ora düĢmənə çox yaxın idi. Nə 
etmək  olar.  DəhĢətli  hadisə  baĢ  vermiĢdi.  Yurdumuzun  cəsur  oğlu  öz  həyatı 
bahasına  onlarla  əsgərin  ölümünün  qarĢısını  almaqla  yanaĢı  hazırlanmıĢ 
əməliyyatın  müvəffəqiyyətlə  baĢa  çatmasını  təmin  etdi.  Bu  hər  adama  nəsib 
olmayan  əsl  qəhrəmanlıqdır.  Yalnız  Vətənini,  xalqını  sevənlər  belə  hərəkət  edə 
bilərlər. 


176 
 
K. Yolçuzadə ziyalı ailəsində dünyaya göz açmıĢdı. Mərhum babası Malçı 
uzun  illər  məktəb  direktoru  iĢləmiĢdi,  anası  Səyyarə  riyaziyyat,  atası  Məhəmməd 
isə  ədəbiyyat  müəllimidir.  Kamal  da  ailə  ənənəsini  davam  etdirmək  arzusu  ilə 
yaĢayırdı.  Fəqət  amansız  ölüm  həvəsini  köksündə  qoydu.  Ömrünün  çox  erkən 
çağlarında Ģəhidlik zirvəsinə ucaldı. 
Bilirik  Səyyarə  bacı,  Məhəmməd  müəllim,  ömrünün  19-cu  baharını 
yaĢamaq  qisməti  olmayan  Kamal  kimi  bir  igid  itirmək  ağır  dərddir.  Bala  dağına 
dözmək,  tab  gətirmək  o  qədər  də  asan  iĢ  deyil.  Bircə  təsəlli  ondadır  ki,  oğlunuz 
ərazi  bütövlüyümüz  uğrunda  gedən  ölüm-dirim  savaĢında  qəhrəmanlıq  zirvəsini 
fəth  edib.  Qəhrəmanlar  isə  ölmürlər.  Sizin  belə  oğulla  ancaq  öyünməyə,  fəxr 
etməyə haqqınız var. 
Allah rəhmət eləsin! 
 
 
 
 
 
 
 
Yusifov Elman Bəhram oğlu 
doğulub - 17.06.1974-cü il, 
Cəbrayıl rayonu Soltanlı kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd bölgəsi DaĢbaĢı kəndi 
 
 
 
 
BĠR GECƏNĠN FASĠƏSĠ 
 
Son  vaxtlar  ermənilər  yaman  quduzlaĢmıĢdılar.  Kəndlərimizi,  rayon 
mərkəzini raketdən, iriçaplı silahlardan aramsız atəĢə tuturdular. Ancaq niyyətlərini 
həyata keçirmək üçün strateji əhəmiyyət kəsb edən yüksəklikləri, ilk öncə isə Cəb-
rayılın  giriĢ  qapısı  olan  DaĢbaĢını  tutmağa  çalıĢır,  ağlasığmaz  fitnəkarlıqlara  əl 
atırdılar.  DüĢmənin  məkrli  niyyəti  əsgərlərimizi  daha  diqqətli  olmağa,  təhlükə 
gözlənən postları daim nəzarət altında saxlamağa sövq edirdi. Ancaq heç kimin ağ-
lına gəlmirdi ki, namərd düĢmən zərbəni arxadan vurmağa kirəvə bilər... 
Avqust  ayının  14-ü  idi.  Gündüzdən  ara-sıra  atıĢmalar  olsa  da  axĢamüstü 
nisbi  sakitlik  yaranmıĢdı.  Həmin  gün  Elmangil  DaĢbaĢı  postunda  dayanmıĢdılar. 
Birdən erməni quldurlarının ən çox cəmləĢdikləri ġayaq tərəfdən iĢıq gəldiyini gö-
rüb Ģübhələndilər. Dərhal komandirə xəbər verdilər. Əsgərlərimizə həmin nöqtəni 


177 
 
atəĢə  tutmaq  əmri  verildi.  Güclü  atəĢdən  sonra  iĢıqdan  əsər-əlamət  qalmadı. 
Bununla  belə  uĢaqlara  tapĢırıldı  ki,  sayıq  olsunlar,  qarĢı  tərəfi  gözdən  qoymasın-
lar. DüĢmən qan içən olduğu qədər də hiyləgərdir. Ehtiyatı qətiyyən əldən vermək 
olmaz. 
Gecə  yarıdan  keçmiĢdi.  Ətrafda  dağların  qaraltısından  baĢqa  heç  nə 
görünmürdü. Adama elə gəlirdi ki, qara pərdəyə bürünmüĢ təbiətdə həyat dayanıb. 
Gecənin  zülmət  qaranlığının  doğurduğu  ətürpədici  vahimə  Elman  Yusifovu  və 
onun döyüĢçü yoldaĢlarını əsla qorxutmur, əksinə onları postlarında daha ayıq və 
ehtiyatlı  edirdi.  Qəfildən  qulaqlarına  gələn  hənirti  onları  elə  bil  yuxudan  oyatdı. 
Səs gələn tərəfi diqqətlə nəzərdən keçirəndə artıq gec idi. Erməni yırtıcıları böyük 
bir  qüvvə  ilə  onları  arxa  tərəfdən  mühasirəyə  almıĢdılar.  Qanlı  döyüĢ  baĢladı, 
əsgərlərimiz  inadla  döyüĢürdülər.  Vəziyyət  barədə  hava  telefonu  ilə  alay 
komandanlığına xəbər verilsə də köməyə gələn olmadı. DöyüĢ 4-5 saat davam etdi. 
Səhərə  yaxın  göndərilən  kömək  gələndə  iĢ-iĢdən  keçmiĢdi.  O  avqust  gecəsində 
ağlasığmaz  faciə  baĢ  verdi.  Hələ  həyatın  acısını-Ģirinini  əməlli-baĢlı  dadmayan 
Elman  Yusifovun  və  onun  16  nəfər  döyüĢçü  yoldaĢlarının  gənc  ömrünə  nöqtə 
qoyuldu. 
Müqəddəs  torpaqlarımızın  müdafiəsi  uğrunda  əbədiyyətə  qovuĢan  igid 
oğullarımızın  ruhları  indi  girov  düĢən  qanlı  məzarları  üstündə  narahat-narahat 
dolanaraq bizi yağı düĢməndən intiqam almağa haraylayır. 
 
 
 
 
 
 
Kazımov Vahab YaĢar oğlu 
doğulub - 1974-cü il, 
Cəbrayıl rayonu Mahmudlu kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xosavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
 
ELLƏR, SĠZDƏ NƏYĠM QALDI... 
 
Bu  iĢıqlı  dünyada  ömür  möhləti  on  doqquz  il  imiĢ  Vahabın.  Ulu  Tanrı 
bundan artıq yaĢamasını məsləhət bilməyib onun. Bunun əvəzində yeri-göyü xəlq 
edən  o  ucalardan-uca  Allah  Ģəhidlik  bəxĢ  edib  Vahaba.  Deyirlər  Tanrı  sevdiyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə