178
bəndələri cavankən dünyadan aparır. Və bunun müqabilində nakam bəndələrinə
əbədi olaraq xatırlanmaq haqqı verir...
Kazımov Vahab Mahmudlu stansiyasında doğulub yaĢadığı illərdə
çevikliyi ilə tanınıb, bu istiqanlı oğlan oxuduğu məktəbdə müəllimlərinin də
diqqətini özünə çəkmiĢdi. ġükürbəyli kənd orta məktəbinin idman Ģərəfini
ləyaqətlə qoruyan Vahab ara-sıra keçirilən yarıĢlardan qalib kimi qayıtdıqca mək-
təb yoldaĢlarının həsəd dolu baxıĢlarını hiss etsə də, hər yerdə özünü sadə aparırdı.
Elə buna görə də çoxlarının sevimlisi idi o. Orta məktəbin yuxarı siniflərində
Vahab gələcək sənətini də sevib-seçmiĢdi - ali pedaqoji məktəbin idman fa-
kültəsində oxumaq istəyi ilə yaĢayırdı bu yeniyetmə oğlan. Tanrı aman versəydi,
xoĢ bir gələcək gözləyirdi onu...
Gündən-günə yurdumuzda miqyasını geniĢləndirən qanlı-qadalı müharibə
Vahabı da yolundan saxladı. O, yurd sevgisini oxumaqdan üstün tutub 1992-ci il
iyunun 26-da cəbhədə döyüĢən igidlərimizin cərgəsinə qoĢuldu...
Milli Ordumuzun Cəbrayıl hərbi hissəsində Vahabın böyük qardaĢı Ġlqar
da döyüĢürdü onda. Keçirilən hərbi əməliyyatlarda hər iki qardaĢ bəzən birlikdə
iĢtirak edir, yan-yana dayanıb düĢmənin üstünə od yağdırırdılar. Bir dəfə, deyəsən,
"Göy Kədik" əməliyyatından bir az əvvəl, Ġlqar Vahaba demiĢdi ki, qardaĢ, hər
ikimizin bu əməliyyatda iĢtirak etməyimiz düzgün deyil. Atalar demiĢkən, Ģər
deməsən xeyir gəlməz. Vahab əlüstü ona etiraz edib:
-Mən səni tək buraxa bilmərəm. Anama söz vermiĢəm, necə ki, canımda
can var səninlə döyüĢə birlikdə gedəcəyəm...
XoĢbəxtlikdən o döyüĢdə hər iki qardaĢ axıra kimi cəsarətlə vuruĢub sağ-
salamat geri dönmüĢlər...
Anası ġəfiqə xanım deyir ki, Vahab martın əvvəllərində icazə alıb bir-iki
günlüyə evimizə gəlmiĢdi. QonĢuluqdakı Sabir adında bir oğlandan Vahab üçün
aldığım bir dəst xarici kostyumu onun əyninə geyindirib:
-Mübarəkdir, Vahab, - dedim. - Gün o gün olsun ki, bu kostyumu ali
məktəbə geyəsən.
Vahab heç özü də bilmədən ürəyimi qırdı onda:
-Eh, ay ana, görək hələ bu dava nə vaxt baĢa çatır. Ona qədər ya qismət,
kimi yaĢaya, kim qala...
-Qurban olum, ay Vahab, belə deyib ürəyimi üzmə. Allah qoysa institutda
oxuyacaqsan da, toyunu da eləyəcəyik...
Vahab elə bil "səhvini" anlayıb mənə ürək-dirək verdi:
-Qorxma ana, mən sözgəliĢi dedim bunları, hələ ölümə qədər görüləsi iĢlər
çoxdur. Bir də ki, kimin alnına nə yazılıbsa, o da olacaq...
-Elə bil ölümü özünə ayan olmuĢdu o gün. Birdən nə desə yaxĢıdır mənə?
-Ana, gəl bəri baĢdan Ģərt kəsək, ölüb-eləsəm, ağlayıb özünü üzmə.
Yadında saxla ki, taleyin verdiyindən qaçmaq olmaz...
179
Və səhərisi gün anası ilə, atası YaĢarla, kiçik qardaĢı Anarla sağollaĢıb
yenidən cəbhəyə qayıtdı Vahab...
Allahverdiyeva Rəfiqə müəllimənin dediklərindən: iyul ayının (1992)
əvvəllərində Sumqayıt Ģəhərindəki iĢ yerimdən evə dönəndə eĢitdim ki, bacım oğlu
Vahabı ağır vəziyyətdə Bakıya gətiriblər. Tez özümü çatdırdım ona...
Həkimlərin qayğısı sayəsində üç aydan sonra yaraları sağalmağa baĢladı
Vahabın. Ayağa duran kimi təzədən cəbhəyə can atdı. Ġstəyirdi ki, QıĢlaq postunda
dayanarkən onu yaralayan düĢmənlərdən xəstəxanada yatarkən üç ay ərzində
çəkdiyi əziyyətlərin əvəzini çıxsın...
ġəfiqə bacı deyir ki, avqust ayının 13-də (1993) evimizə gəlmiĢdi Vahab.
ĠĢdən qayıdanda onu divanın üstə uzanan görüb ehtiyatla yan otağa keçdim.
Hənirimi eĢidib ayağa qalxaraq boynuma sarıldı. Sabahısı gün gedəndə dedi ki,
arxayın olun iki-üç gündən sonra yenidən sizə baĢ çəkəcəyəm...
O son görüĢdən bircə gün sonra DaĢbaĢı postundan cənazəsini gətirdilər
Vahabın. On doqquz yaĢlı bu cavanın yarıaçıq gözlərindən elə bil, "illər, sizdə
nəyim qaldı?" sualı asılıb qalmıĢdı. Bu cavabsız sual el-obanın çiyinlərində gor
evinə yollanan Vahabın arxasınca boylanıb hönkürə-hönkürə misralara
çevrilməkdəydi o gün:
Bu dünyanın yolu uzun,
Duyğularım qıĢım, yazım.
Ömür mənim qarım, buzum –
Ġllər, sizdə nəyim qaldı?
Kalbalıyev Vahid Famil oğlu
doğulub - 13.06.1969-cu il,
Cəbrayıl rayonu Horovlu kəndi;
Ģəhid olub - 22.12.1993-cü il,
Gəncə bölgəsi
ÖMRÜN ġƏHĠDLĠK YOLU
ġəhidlərin ömür yolu paralel tale xətlərinə bənzəyir. Alın yazıları kimi
qeyrətdə də bir-birlərinə oxĢarı var onların. Hardasa ömür yolları bir nöqtədə uc-
180
uca düyünlənib, Tanrı qapısına üz tutur. Bəlkə elə buna görə də Ģəhidlərimizdən
söz açan yazılarımızda hardasa oxĢarlıq, üst-üstə düĢən məqamlar açıq-aydın hiss
olunur. Bu bizdən asılı deyil, bu iĢdə istedadı, qələmi günahlandırmaq əbəsdir.
Bəzən taleyi, alın yazısı al günəĢin zərrəsi kimi oxĢar olan igid oğullarımızın döyüĢ
yolları da paralel xətlərə bənzəyir. Cəbrayıl elimizin perik düĢüb yurda səpələndiyi
bir vaxtda Ģəhid ailələri ilə görüĢüb onların qeyrətli balalarının ömür cizgilərini
aramaq istəyimiz təkcə bizdən asılı deyil...
Vahidin ömür yolu altmıĢ doqquzuncu ilin on üç iyunundan baĢlayıb.
Valideynləri Famil kiĢini (atası bir neçə il qabaq dünyasını dəyiĢib), Gülü bacını
Horovluda zəhmət adamları kimi tanıyıblar. 1987-1989-cu illərdə Primorsk
diyarında əsgəri xidmətdə olub Vahid. Ġllər boyu əsgər - Azərbaycan balalarını
Amurda, Qazağıstan çöllərində, Uzaq ġərqdə... fəhlə kimi iĢlədib müasir silahlara
yaxın buraxmayan imperiyanın məkrli sifəti doxsanıncı illərdən sonra bəlli oldu
bizə. Üstümüzə yağılar ayaq açanda əsgəri xidmətlərini fəhlə batalyonlarında baĢa
vuran ürəyi təpərli oğullarımız adicə avtomat silahın belə "dilini" döyüĢ
meydanlarında öyrənməli oldular. Vahid də aldadılan, imperiya hərbi qanunlarının
hökmü ilə ömrünün iki ilini havayıdan itirən cavanlarımızdan idi...
Horovluya qayıdandan sonra Cəbrayıl Ģəhərindəki çörək zavodunda fəhlə
iĢləyirdi Famil. El-obamızın dincliyi pozulub, tifaqı dağılanda çörək ətirli əlləri ilə
silahdan yapıĢmalı oldu. Kəndlərində deyiklisi olsa da, müharibə qurtarandan sonra
evlənmək arzusunda idi. Onu hamıdan artıq istəyən bacısı Tamellanın:
-Ay qağa, icazə ver xeyir iĢini eləyək, vallah toyunda qol götürüb
oynamaqdan ötrü neçə ildir yolunu gözləyirəm - sözlərini eĢidəndə qarayanız
sifətindən boylanan- təbəssümlə:
-Darıxmayın, hələ evlənmək vədəsi deyil. Kəndimizdə o qədər namərd
gülləsinə tuĢ gələn cavanlarımız var ki, onların qanını almayınca evlənmək fikrinə
düĢən deyiləm, - deyirdi.
Belə vaxtlarda anası Gülsümun bulud kimi dolan gözlərindən öpüb:
- Qurban olum ay ana, - deyirdi. - Allah qoysa evlənəcəyəm də, nəvələrin
də olacaq. Bir azca səbir edin, müharibə bu gün, sabah baĢa çatasıdır...
Vahid bu sözləri deyəndə hardan biləydi ki, bu müharibə bəzi üzdəniraq
soydaĢlarımızın qazanc yeri, gəlir mənbəyidir. Belələri heç vaxt müharibənin
qurtarmasını istəməzlər. Əslində müharibəyə-zada oxĢamırdı bu savaĢ. Surda hərbi
əməliyyat keçiriləndə Füzuli bölgəsindəki hərbi hissədən səs gəlmirdi. Qubadlıda
ərənlərimiz düĢmən üstünə yeriyəndə Zəngilanın baĢbilənləri düĢmənlə "sülh"
danıĢıqları aparırdı. ġınıx od tutub yananda Qazax, Tovuz topa tutulanda Tərtər,
Ağdam susurdu. Bu gizli oyunların mənasını, mahiyyətini bir tərəfə yozub çıxara
bilmirdi Vahid. Əslində bu onun əsgəri borcuna aid deyiddi. Bircə onu bilirdi ki,
qarĢı tərəfdə arxalı köpək timsallı düĢmən timsah kimi ağzını açıb Horovlunu,
QıĢlağı, Dağ Tuması, Mərcanlını, DaĢkəsəni... udmağa hazırlaĢır. Onun qarĢısında
tab kətirmək üçün gərək ağıllı sərkərdən, güclü arxan ola. O vaxtlar hər yerindən
Dostları ilə paylaş: |