Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   52   53   54   55   56   57   58   59   ...   126

172 
 
Nəbi o iztirablı dəqiqələrdə atasının ürək parçalayan səsinə bürünüb dərin 
yuxuya  getmiĢdi  elə  bil.  Onu  bu  "yuxudan"  oyatmağa  kiminsə  cəsarəti,  hünəri 
çatmırdı... 
Tatar  kəndinin  Ģirbiləkli  oğullarından  idi  Nəbi.  Dağların  saf  havası  onun 
sinəsinə,  təbəssümlü  sifətinə  köçmüĢdü  elə  bil.  Ürəyi  çeĢmə  kimi  qaynar  idi 
Nəbinin. Kənd adamları, tay-tuĢları arasında özünün sadəliyi ilə seçilirdi. Mülayim 
xarakterli  olsa  da  ağciyər  deyildi.  Məqamı  çatanda  dağ  adamlarına  məxsus 
dəliqanlılığı üzə çıxırdı. Bəlkə elə ona görə də erməni mərmilərinin bayquĢ ulartısı 
doğma  kəndlərinin  yuxusunu  ərĢə  çəkəndə  həmyerliləri  arasında  dayanan 
yaĢıdlarına üzünü tutub: 
-Hə, deyin görək nəyi gözləyirik? - demiĢdi. - Əlimizi-əlimizin üstə qoyub 
dayansaq, bu əclaflar bizim axırımıza çıxacaqlar.  
Elə oradaca ürəyindən keçənləri dilinə gətirmiĢdi Nəbi: 
-Günü  sabahdan  o  dağlardakı  səngərlərə  qalxıb  qoĢulacağam  qeyrətli 
oğullarımıza - sonra əlini dumanlı-sisli Ziyarata sarı uzadıb: 
-KiĢilik  yolu  bax,  oradan  baĢlayır.  Kim  bir  qaĢıq  qanından  qorxmursa, 
mənə qoĢulsun... 
Nəbinin sözləri çoxlarını tərpətmiĢdi onda. Tatarın qeyrətli cavanları ona 
qoĢulub bir qarlı yanvar günü soyuq səngərlərə sığındılar... 
O, həyatın istisini-soyuğunu təzə-təzə duyub dərk edirdi. 
Ġki il Qazaxıstanda keçən əsgərlik həyatından çox Ģeylər öyrənmiĢdi. 
Doğma  kəndlərində  sürücü  iĢləyərkən  dolanbac  dağ  yolları  ilə  ülfət 
bağlamıĢdı. 
Rayon mərkəzindəki elektrik  Ģəbəkəsində çalıĢdığı günlərdə qollarını iĢıq 
tellərinə döndərib el-obanı bağrına basmıĢdı. 
Anası  Hürü  bacının  gözlərinin  iĢığı,  Malikin,  Fikrətin  sevimli  qardaĢı, 
bacıları Adilənin, ġahnazın, Təranənin, Rəbiyənin and-aman yeri idi Nəbi. 
Ömür-gün  yoldaĢı  Validənin  adını  dönə-dönə  əzizləyir,  fidan  balası 
Xəyyamın görüĢünə tələsirdi həmiĢə... 
O gün Məhəmməd kiĢinin içindən soyuq bir sazaq əsməkdə idi. Təkcə öz 
səsini, hönkürtüsünü eĢidirdi o gün: 
 
Qarabağım - qara baxtım,  
Qalmaz belə, qalmaz dünya... 
 
O  gün  Beyləqan  torpağındakı  ulu  bir  qəbiristanda  Ġskəndərov  Nəbi 
Məhəmməd oğlu özünün gor evinə sığınmaqda idi... Ġnnən belə Məhəmməd kiĢinin 
səsi  səhər  mehinə  qarıĢaraq  Ģəhid  oğlunun  qəbiri  üstən  keçib,  Ziyarat  dağına, 
doğma ocaqlarımıza yayılacaq... 
 
 


173 
 
 
 
 
Yusifov Cabbar Mürsəl oğlu 
doğulub - 19.05.1965-ci il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 10.12.1993-cü il, 
Beyləqan rayonu 
 
 
 
ÖLÜMÜNDƏN QORXMAYAN ĠGĠD 
 
Doxsan üçüncü ilin payızında elə bil oğuz elimizin üstən qara yellər əsib 
keçmiĢdi. Qubadlı da düĢmən caynağına keçmiĢ, Zəngilanın naləsi ərĢə qalxmıĢdı. 
Cəbrayılın  Arazboyu  obalarını  ağlar  qoyan  quldurlar  Füzuli  torpaqlarını  ələ  keçi-
rib, qanlı caynaqlarını Beyləqana tərəf uzatmaqda idilər. 
...O  qanlı-qadalı  günlərdə  respublika  Prezidentinin  çağırıĢı  yüz  minlərlə 
soydaĢımızı ayağa qaldırdı. Vətən qeyrətini yaĢamaq istəyindən üstün tutanlar silah 
götürüb yurdu qorumağı özlərinə borc bildilər... 
...O  gün  Cabbar  dördaylıq  körpəsini,  balaca  RəĢidi  bağrına  basıb,  onun 
süd  qoxulu  dodaqlarından  öpdü.  Cəbhəyə  gedəcəyi  xəbərini  evdəkilərə  bildirəndə 
araya  sükut  çökdü.  Cabbar  anladı  ki,  həyat  yoldaĢı  bu  çətin  günlərdə  onun  evdən 
uzaqda  olmağını  istəmir.  Ancaq  Cabbarın  vətənpərvərliyinə  yaxĢı  bələd 
olduğundan ürəyindən keçənləri dilinə gətirməkdə çətinlik çəkir. 
-Əzizim, bilirəm, deyəcəksən ki, bizi kimin umuduna qoyub gedirsən axı? 
RəĢidin üzünü heç doyunca da görməmisən... 
-Elədir,  Cabbar,  axı,  sən  ailəlisən,  körpən  var,  nə  çoxdur  Bakının 
küçələrini boĢ-boĢuna dolaĢan cavanlar. Onlar dura-dura özünü odun-alovun içinə 
atmağın nəyə lazımdır? 
-Yox,  əvvəla,  mənim  ata  ocağım  Cəbrayılın  bu  ağır  günlərində  yaxamı 
kənara  çəkməyim  heç  Tanrıya  da  xoĢ  getməz.  Ġkincisi,  orada  döyüĢüb  Ģəhid 
olanlardan  nəyim  artıqdır.  ġükür  Allaha,  heç  olmasa  yurdumda  niĢanəm  var, 
ölsəm, RəĢid çırağımı yandıracaq... 
...Cabbar  Yusifov  Böyük  Mərcanlı  kəndində  doğulmuĢdu.  1982-ci  ildə 
Quysaq  kənd  orta  məktəbini  bitirəndən  sonra  Bakı  neft  texnikumunda  oxuyub 
neftçi peĢəsinə yiyələnmiĢdi. Səksən yeddinci ilin sentyabrından Binəqədi neft və 
qazçıxarma idarəsində quyuların əsaslı təmiri sexində usta vəzifəsində iĢləyirdi. M. 
Ə.  Rəsulzadə  qəsəbəsində  yaĢasa  da  ata  yurdu  Cəbrayıla  arabir  baĢ  çəkər,  onun 
dilbər guĢələrinə heyranlıqla  baxardı. YaxĢı qarmon çalmağı,  Ģer deməyi də vardı 
Cabbarın... 


174 
 
...DüĢmən  Beyləqana  sarı  inadla  irəliləməyə  cəhd  etsə  də,  əsgərlərimiz 
onun  qarĢısını  nəyin  bahasına  olur-olsun  almağa  çalıĢırdılar.  Yer-göy  lərzəyə 
gəlmiĢdi  o  gün.  Cabbarın  komandirlik  etdiyi  bölük  düĢmənə  inadla  müqavimət 
göstərsə  də  qeyri-bərabər  döyüĢdə  neçə-neçə  igid  əsgər  itirdi.  Üç  saat  ərzində 
düĢməni  yaxına  buraxmayan  Cabbar  ağır  yaralansa  da  son  nəfəsinə  kimi  silahı 
əldən yerə qoymadı. Lap axırda qumbaraya əl atıb onu əsir almaq istəyən erməni 
quldurları ilə bərabər özünü də partlatdı... 
Azərbaysan Respublikası Prezidentinə 
...1993-cü  ilin  10  dekabrında  Binəqədi  batalyonunun  döyüĢçüləri  son 
nəfəsinədək  erməni  piyada  qoĢunları  ilə  vuruĢmuĢlar.  Bu  qəhrəmanlardan  biri  də 
bölmə  komandiri  Yusifov  Cabbar  Mürsəl  oğlu  olmuĢdur.  O,  üç  saat  ərzində 
düĢmənlə  vuruĢmuĢ,  yüzlərlə  əsgər  və  zabitlərin  sağ  qalmasına  səbəb  olmuĢdur. 
Son nəfəsində əsir düĢməmək üçün özünü və bir neçə düĢmən əgərini qumbara ilə 
partlatmıĢdır...  Biz  Cabbarın  bu  qəhrəmanlığını  təsdiq  edir  və  ona  Azərbaycan 
Milli Qəhrəmanı adı verilməsini xahiĢ edirik... 
...Bölmə  komandirləri  F.  Lətifovun,  M.  Lətifovun,  taqım  komandiri  N. 
AtakiĢiyevin  imzası  ilə  təsdiq  olunan  bu  məktub  Cabbarın  döyüĢ  rəĢadətinin 
sonuncu akkordudur. Ġnnən sonra da onun adı dilimizdə tez-tez səslənəcək... 
 
 
 
 
 
 
Yolçuzadə Kamal Məhəmməd oğlu 
doğulub - 13.06.1975-ci il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 27.01.1994-cü il, 
Füzuli bölgəsi 
 
 
 
 
QƏHRƏMANLIQ ZĠRVƏSĠ... 
 
Ailənin böyük övladı idi Kamal. Atalıq sevincini bəxĢ edən ilkinə - oğluna 
çağırıĢ  vərəqi  gələndə  Məhəmməd  müəllim  çox  həyəcanlandı.  Dünənəcən  uĢaq 
saydığı  Kamalın  böyüyüb  Milli  Ordu  sıralarına  çağrılmasından  qəlbində  sevinc 
qarıĢıq bir narahatlıq da baĢ qaldırdı. Bu da təbiidir. Bir ata kimi o da valideynlərin 
hamısına  xas  olan  hisslərin  təsiri  altındaydı.  Bununla  belə  baĢımızın  üstünü  alan 
təhlükəni  göz  önünə  gətirərək  təkrar-təkrar  Ģagirdlərinə  söylədiyi  "oğul  Vətəni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə