Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   60   61   62   63   64   65   66   67   ...   126

196 
 
olsun.  Rəhmətlik  hərdən  yana-yana  deyərdi  ki,  dünyanın  düz  vaxtlarında  bir-
birindən  ayrılmağı  ölümdən  betər  sayan  Cəbrayıl  camaatı  indi  ölkəmizin  altmıĢa 
yaxın rayonuna,  üç  min  yaĢayıĢ  məntəqəsinə  səpələnib.  Allah  heç  kəsə  bu  sitəmi 
göstərməsin... 
Xeyli  arayıb  axtarandan  sonra  Sərxanın  doğmalarının  sorağını 
Sumqayıtdan aldılar... 
Ertəsi  gün  Sumqayıtın  ġəhidlər  xiyabanı  bir  Ģəhid  qəbrini  də  qoynuna 
aldı. Cəbrayıl rayonunun DağmaĢanlı kəndində dünyaya gələn Mehralıyev Sərxan 
Yusif oğlu Xəzər sahilindəki Ģəhəri özünə əbədi məskən seçdi... 
Orta  məktəbi  Dağtumasda  bitirib,  1987-1989-cu  illərdə  sovet  ordusunda 
xidmət  edib.  ġəkildən  boylanan  yaraĢıqlı  çöhrəsindən  hiss  edirsən  ki,  yaĢamaq 
amalı  güclü  olub.  Həmkəndliləri  onu  diribaĢ,  çevik  bir  oğlan  kimi  xatırlayır, 
vaxtsız  ölümünə  vaysınırlar.  Tale  onu  ölümdən  bir  neçə  il  qabaq  vüsala  çatdırıb. 
Toy edib, ev-eĢik sahibi olub. 
Dünyasını  dəyiĢdiyi  ana  qədər  Ģərəfli  bir  ömür  yaĢayıb  Sərxan.  1991-ci 
ildə  könüllü  olaraq  torpaqlarımızın  müdafiəsinə  yollanıb.  Balyand-Qaracallı-Sur 
uğrunda  gedən  döyüĢlərdə  kipriyini  də  qırpmayıb.  ġiĢdağ  əməliyyatında  əzəldən 
axıradək ürəklə vuruĢaraq düĢmənin baĢına od yağdırıb. 1993-cü ilin oktyabrında 
Horadiz yolu  kəsiləndən sonra Arazı  keçərək  yenidən öz hərbi hissəsinə  üz tutub. 
Son  arzusu  düĢməndən  qisas  almaq  olsa  da,  tale  ona  axıradək  bu  imkanı 
verməyib... 
Sərxan dünyasını dəyiĢdiyi gündən Tanrı dərgahının "sakinlərinə" qoĢulub 
əbədi ömür payını yaĢayır. Onun yurd yerlərimizdən nikaran ruhu DağmaĢanlıdan 
uzaqlarda iztirab çəkən doğmalarını soraqlayır hələ də: 
 
Ruhum incik, sinəm qanlı,  
Bir igidəm adlı, sanlı.  
Haray çəkir DağmaĢanlım,  
Ellər, torpaq amanatı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


197 
 
 
 
Məlikov Qədir Sərxan oğlu 
doğulub - 15.10.1966-cı il, 
Cəbrayıl rayonu Tinli kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu Sur kəndi 
 
 
 
 
YARALI SƏSĠN ĠġIĞI 
 
Səs  Tanrı  möcüzəsi,  ömür  harayıdır.Səsdə  bulud  kövrəkliyi,  yarpaq 
pıçıltısı,  günəĢ  ziyası,  ulduz  iĢartısı  var.  Səs  ürəyin  döyüntüsü, damarlardan axan 
qanın  həniri,  iĢıq  cığırıdır. YapıĢıqlı,  bənzərsiz  səsi var idi Qədirin. YovĢan  ətirli 
Gəyən  düzünün  hərarətindən  süzülən  bu  səs  varı-dövləti  idi  onun.  Boğazında 
çeĢmə  kimi  qaynayan  titrək  səsinin  üstə  əsməsə  də  nəğmə  ilə  bələyib  yazın 
gürĢadından, qıĢın qırovundan qoruyub saxlayırdı onu. El-oba Ģənliklərinin, çeĢmə 
kənarında  qurulan  məclislərin  bəzəyi,  naxıĢı  idi  bu  səs.  Sonralar  bu  səsdən  döyüĢ 
səngərlərinə də iĢıq düĢdü. Burda barıt qoxusu gəlirdi onun səsindən. Qədirin dağa-
daĢa  ün  salan  "Qarabağ  Ģikəstəsi"ndən  mərmi  yağıĢı,  güllə  leysanı  yağırdı  elə  bil 
düĢmənin  baĢına.  Erməni  quldurları  vahiməyə  düĢüb  gülləyə  tuturdular  onun 
səsini.  Yaralı  səsin  iĢığı  hayqarıb  igidlərimizi  düĢmən  üstünə  aparırdı.  Qədirin 
sinəsi səs dənizi, nəğmə ümmanıydı... 
Gəyən düzünün ətəyinə sığınan Tinli kəndində doğulmuĢdu Qədir. 
Elat  yolunun  üst  tərəfində  sıralanan  evlərə  kəhriz  suyunun  sərinliyindən 
düĢən  bir  xıĢma  iĢığa  üzünü  söykəyirdi  bu  kənd.  Qədirin  çeĢnili-naxıĢlı 
nəğmələrimiz üstə köklənən yanıqlı avazı Tinlinin aylı-ulduzlu gecələrinin, günəĢli 
sabahlarının  yarı-yaraĢığı  idi.  Buğum-buğum  böyüdükcə  əllərindən  yapıĢıb 
kövĢənliklərə,  sinif  otaqlarına,  kəhriz  üstü  qatarlanan  qızların  yanına  aparırdı  bu 
səs  onu.  Səsinin  iĢığı  ilə  gedib  mədəni-maarif  texnikumuna  qəbul  olunmuĢdu 
Qədir.  Sevimli bacıları  Atlas, Firuzə, Gülüzə, Elza onun  səsi ilə ovunur, avazı ilə 
nəfəs alırdılar... 
Cəbrayıl rayon mədəniyyət evində iĢləyəndə Qədirin yanıqlı, yapıĢıqlı səsi 
Xan  Çinarın  köklərindən  süzülüb  axan  büllur  kəhrizin  sərinliyinə  qarıĢaraq 
həyətləri dolaĢırdı. ġahvəlli Hüseynin, Mərcanlı Sədaqətin, Orucun nəğmələri üçün 
qəribsəyənlər Qədirin səsinin "tamaĢasına" yığıĢırdılar... 
Qarabağ  elimizin  dan  yerinə  qırov  düĢəndə  səsini  də  götürüb  cəbhəyə 
yollandı  Qədir.  Bir  neçə  gündən  sonra  Mərcanlı  Bayramov  ġakirin  dəstəsindəki 
uĢaqlar  onun  cəsarətli  bir  əsgər  olduğundan  iftixar  hissiylə  danıĢdılar.  DöyüĢçü 


198 
 
dostları  burada  da  sinələrini  qabağa  verib  qoruyurdular  onun  səsini.  Qədir 
dostlarına  borclu  qalmayıb  "Qarabağ  ġikəstəsi"ylə  yaralı  yurd  yerlərimizi 
ovunduranda yarasa kimi daĢların çatında, selabların oyuğunda gizlənən Andronik 
nəvələri güllələyirdilər bu səsi... 
20  Yanvar  Ģəhidləri  azadlıq  toxumu  kimi  onun  sevgisində,  istəyində 
göyərmiĢdi.  Onların ruhu Qədirin harayında  dil açıb, dirilik tapmıĢdı.  Onun üçün 
Ģəhid  adı  Kərbəla  Ucalığı,  Hacı  Qaraman  müqəddəsliyi,  Nəsimi  dönməzliyi  idi. 
Bəlkə  elə  buna  görə  də  ömrünün  iyirmi  yeddinci  baharında  Ģəhidlik  zirvəsinə 
Ucalıb Tanrı məkanına üz tutub. 
YoldaĢları  deyirlər  ki,  döyüĢ  meydanında  yaralansa  da  geriyə  qayıtmaq 
istəməyib  Qədir.  Surun  yoxuĢuna  çilənən  qanıyla  yamacı  dan  yerinə  döndərib  o. 
Yalnız  heydən  düĢəndən  sonra  silahı  yerə  qoyaraq  canının  ağrısını  yaralı  səsi  ilə 
ovundurmağa  baĢlayıb.  QardaĢı  Nadir  deyir  ki,  sinəsindən  ağır  yara  alan  Qədiri 
əvvəlcə Qaraxanbəyliyə və oradan da Bakıya aparıblar. Səsi xıncım-xıncım olan bu 
igid əsgəri burda xilas edə bilməyiblər. 
Cəbrayıl rayon  mədəniyyət Ģöbəsinin  müdiri Fikrət Məmmədov dərin bir 
kədərlə yada salır Qədiri: 
-  Çox  səmimi,  mehriban  oğlan  idi.  Rayon  səviyyəli  bütün  tədbirlərdə 
yaxından  iĢtirak  edər,  məĢqlərdən  bir  gün  də  olsun  qalmazdı.  Qara  çatma  qaĢları 
var  idi.  Əsl  mədəniyyət  iĢçisi  idi.  Mənim  ona  çox  böyük  ümidim  var  idi.  Heyf 
Qədirdən... 
Puta  qəsəbəsində  müəllim  iĢləyən  qardaĢı  Mərkəz  deyir  ki,  qospitalda 
Qədirin cibindən çıxarılan dəftərçədə bir Ģerin: 
 
Ulu Tanrı sən Ģərəfli bir ölümə öyrət məni
Ölsəm əgər torpağımda öz qanımdan göyərt məni - 
 
misralarına  qan  çiləndiyini  görəndə  dodaqlarımı  söykədim  o  sətirlərə. 
Qədirin səsinin iĢığından süzülən qan idi bu... 
Qədirin səsi Tanrı möcüzəsi, ömür harayı idi. Ġndi bir Ģəhid ruhuna sığınıb 
bu  səs.  Yaralı  yurdumuzun,  əsirlikdə  qalan  obalarımızın  məlhəmidir  Ģəhid 
eloğlumuzun oba-oba iĢıq soraqlayan avazı... 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə