Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   59   60   61   62   63   64   65   66   ...   126

193 
 
 
 
 
  Mehmanəliyev Vüsal Rəfəddin oğlu 
doğulub - 19.10.1975-ci il, 
Cəbrayıl rayonu Hovuslu kəndi; 
Ģəhid olub - 19.12.1993-cü il, 
Gədəbəy rayonu 
 
 
 
 
ÖMRÜN LAYLA ġĠRĠNLĠYĠ 
 
Güləndam  ana  ġəhidlər  xiyabanına  çatanda  bir  anlığa  ayaq  saxlayıb  göz 
iĢlədikcə sıralanan əsgər məzarlarına baxdı. Qəhər dolu bir səslə: 
- Ananız ölsün, sizin nə vaxtınızdır ki, iĢıqlı dünyadan əllərinizi üzüb qara 
torpağa  qarıĢmısınız  -  deyib,  sonra  yanaqları  ilə  üzü  aĢağı  gilələnən  göz  yaĢlarını 
baĢındakı qara örpəyin ucu ilə silib təzə bir qəbrin ayaq tərəfində dayandı. Nəmli 
gözlərini  dəmir  haĢiyəyə  bənd  edilən  iri  bir  Ģəklə  dikib  hönkür-hönkür  ağladı. 
Dayandığı  yerdən  iki  addım  qabağa  gedib  dizləri  üstə  yerə  çökəndən  sonra  qara 
haĢiyəli  Ģəkli  öpüb  oxĢamağa  baĢladı,  -  Vüsal,  oğlum,  eĢidirsənmi,  görüĢünə 
gəlmiĢəm  sənin.  Niyə  dillənmirsən,  gözümün  iĢığı,  adam  anasını  beləmi 
qarĢılayar?  Səndən  sonra  dünya  gözlərimdə  zülmətə  dönüb.  Günün  hardan  çıxıb 
harda batdığından xəbərim olmur. 
 
              Viran qalmıĢ bağım var,  
Gör, nə qəmli çağım var.  
Dilim-ağzım quruyub,  
Ürəyimdə dağım var. 
 
Dağların  daĢ  sinəsinə  baĢ  qoyan  hovuslu  kəndinin  ətəkləri  Gəyən 
çöllərinə, quzey səmti Ziyaratın sərinliyinə söykənir. Kəndin üst tərəfindəki dağın 
zirvəsindən  Çaxmaq  dərəsi  aĢağı  baxanda  adama  elə  gəlir  ki,  burda  təbiətin 
heyrətdən  əli  üzündə  qalıb.  Belə  bir  möcüzəli  yerdə  doğulub  böyümüĢdü  Vüsal. 
Burda  torpaq  təbiətin  su  saflığına,  günəĢ  ziyasına,  qol-budaqlı  ağacların  yaĢıl 
yelpiyinə  heyran-heyran boylanmaqda idi. Vüsalın nəzərində  Hovuslunun ulduzlu 
gecələrinin  tayı-bərabəri  yox  idi.  Ağlı  kəsəndən  sonra  anlamıĢdı  ki,  buranın  daĢı 
da, kəsəyi də Vətən rəmzi,  yurd niĢanəsidir.  Ağlına da belə gətirmək istəmirdi ki, 
nə  vaxtsa  düĢmənin  ayağı  bu  torpağa  dəyə  bilər.  Erməni  dığalarının  yalquzaq 
ulartısı Qala dağının o üzündən açıq-aĢkar eĢidiləndə Vüsalın on səkkiz yaĢı təzəcə 


194 
 
tamam olmuĢdu. Hərbi komissarlığın çağrıĢı ilə Bakı Ģəhərinə yola düĢəndə ona elə 
gəlirdi ki, bir-iki aylıq hərbi təlimdən sonra qayıdıb Cəbrayılın qeyrətli oğulları ilə 
birlikdə Vətən torpağının keĢiyində dayanacaq... 
Bakıda  olarkən  müdhiĢ  bir  xəbərdən  damarlarında  qanı  dondu  elə  bil. 
Doğma  kəndlərinin  düĢmən  əlinə  keçdiyini  eĢidib  biləndə  varından  yox  oldu 
Vüsal.  Öyrəndi  ki,  əmisi  Aydın  kiĢi  düĢmən  kəndə  soxulanda  hovusluların  xilası 
naminə özünü oda-közə atmıĢ arvadı ilə birlikdə izsiz-soraqsız yoxa çıxmıĢdır... 
Müqəddəs  "ġıx  babanın",  Hacı  Qaramanın  əsirlikdə  qaldığını  öyrənəndə 
elə bil üstündən qara yellər əsdi onun... 
O  müdhiĢ  günlərdə  qardaĢı  Aydını,  onun  həyat  yoldaĢını  gəzib 
soraqlamaqda  idi  Rəfiyəddin  kiĢi.  Əllərini  onlardan  üzüb  ĠmiĢlidəki  qaçqın 
çadırlarına  gələndən  sonra  eĢitdi  ki,  oğlu  Vüsalı  ġınıx  zonasına  göndəriblər.  Öz-
özünə  təskinlik  verib  dedi  ki,  Gədəbəy  də,  Qazax  da,  Tərtər  də,  bizim  Cəbrayıl 
torpaqları kimi od içindədir, təki oğlum zəfərlə geri dönsün... 
Cəbhə bölgələrindən gələn həyəcanlı xəbərlər Güləndam ananın yuxusunu 
ərĢə  çəkmiĢdi.  Doğma  od-ocağının  istisini  itirəndən  sonra  darısqal  "çadır  evinə" 
sığa  bilmirdi  Rəfiyəddin  kiĢi.  DüĢmən  əsarətində  qalan  torpaqlarımızın  həsrəti 
göynədirdi  onu.  Ġmkanı  olsaydı,  heç  vaxt  üzünü  görmədiyi  ġınıx  dağlarına  qədər 
yüyürüb oğlundan xəbər tutardı... 
Qarlı-sazaqlı  qıĢ  günlərinin  birində  Vüsalın  özü  gəldi  ata-anasının 
görüĢünə.  Əsgər  tabutuna  sığınan  oğul  əbədi  yuxuya  getmiĢdi  o  gün.  Güləndam 
ananın Muğanı lərzəyə salan naləsi də "yuxusundan" oyada bilmədi onu... 
Ġgid  eloğlumuzun  tabutunu  gətirən  əsgər  yoldaĢları  dedilər  ki,  gecə 
səngərdə  dayanıb  yurda  keĢik  çəkdiyi  yerdə  düĢmən  alnından  vurub  Vüsalı. 
Cəbrayılda doğulub Gədəbəydə əbədiyyətə qovuĢan Mehmanalıyev Vüsalı Bakının 
ġəhidlər  xiyabanında  torpağa  tapĢırdılar.  Ġnnən  belə  mavi  Xəzər  Vüsala  da  layla 
çalacaq.  Ġnnən  belə  o  nəğmə  kövrəkliyinə,  layla  Ģirinliyinə  qarıĢıb  Tanrı 
dərgahında yarımçıq ömrünün davamını yaĢayacaq... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


195 
 
 
 
Mehralıyev Sərxan Yusif oğlu 
doğulub - 1968-ci il, 
Cəbrayıl rayonu DağmaĢanlı kəndi; 
Ģəhid olub - 05.01.1994-cü il, 
Ağdam rayonu 
 
 
 
 
 
VƏTƏN NAMUSDU, QEYRƏTDĠ... 
 
Doxsan  dördüncü  ilin  yanvarı  özü  ilə  bir  dünya  qəm,  kədər  gətirmiĢdi 
elimizə.  Füzulinin  Horadiz  qəsəbəsindən  Murova  qədər  uzanan  cəbhə  yolları  ilə 
arxaya  üz  tutan  Ģəhid  tabutları  yeni  ilin  gəliĢini  elə  bil  unutdurmuĢdu  adamlara. 
Milli  Ordumuzun  uğurlu  hücumları  nətisəsində  ayrı-ayrı  döyüĢ  bölgələrində 
düĢmənin  gözünün odu alınsa da,  yurdumuzdakı qana-qadaya  son qoyulmamıĢdı. 
O  böhranlı  günlərdə  düĢmən  inadla  irəliyə  can  atır,  yurda  sipər oğullarımız onun 
yolu üstə  köklü qaya  kimi dayanıb  yurd  sevgilərinə  söykənmiĢdilər. Yanvarın ilk 
günlərində Ağdam torpağında gedən döyüĢlər səngimək bilmirdi hələ... 
O  gün  burada  dünyanın  axırı  idi  elə  bil.  Göydən  yağan  mərmilər  torpağı 
havaya sovurur, qrad səslərindən yer-göy dillənirdi elə bil. AxĢama yaxın döyüĢlər 
ara  verən  kimi  əməliyyat  meydanında  Ģəhid  olanların  cəsədlərini  arxaya  gətirib, 
Ģəxsiyyətlərini  müəyyən  etməyə  baĢladılar.  Meyitləri  kənd  məscidində  yuyub 
kəfənə bükəndən sonra tabuta qoyub müxtəlif ünvanlara yola salır, elə bil bir azca 
yüngüllük tapırdılar... 
Səhərdən  bəri  sol  tərəfdəki  döĢəmənin  üstə  adyala  bükülən  meyitin 
kimliyindən soraq verən tapılmırdı hələ.  AxĢama  yaxın  üz-gözü qarsalanan cavan 
bir əsgər içəri girib meyitə tərəf addımladı. AĢağı əyilib onun qanlı saçlarına, iĢığı 
sönmüĢ  gözlərinə,  sifətinin  cizgilərinə  bir  neçə  dəqiqəliyə  nəzər  saldı.  Birdən 
qətiyyətlə ayağa qalxıb: 
-Hə, tanıdım onu. Bu Cəbrayıllı balası Mehralıyev Sərxan Yusif oğludur. 
Bir  aya  yaxın  idi  ki,  mənimlə  birlikdə  qulluq  edirdi.  Rəhmətlik  sol  cibində, 
ürəyinin  üstündə  gəzdirdiyi  dəftərçəsinin  arasındakı  Ģəklə  baxmaqdan  doymazdı. 
HəmiĢə  döyüĢə  getməzdən  qabaq  ömür-gün  yoldaĢının  Ģəklini  gözlərinin 
qabağında tutar, ondan elə bil xeyir-dua alardı... 
Bəlkə deyəsən, onun ailə üzvləri indi harada yaĢayırlar? 
-  Yox,  qardaĢ,  bu  suala  cavab  verə  bilməyəcəyəm.  DüĢmən  Cəbrayılın 
tifaqını  elə  dağıtmayıb  ki,  kimin  harada  məskunlaĢdığını  ayırd  etmək  mümkün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə