Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   67   68   69   70   71   72   73   74   ...   126

217 
 
 
 
 
Məhərrəmov Rauf Allahverdi oğlu 
doğulub - 04.05.1971-ci il, 
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi; 
Ģəhid olub - 19.03.1994-cü il, 
Füzuli rayonu Horadiz kəndi 
 
 
DOSTLAR MƏNĠ GÖZLƏYĠR... 
 
Rauf  haqqında  məlumat  axtararkən  onun  Bakıda  yaĢayan  əmisi  Seyidəli 
müəllimi niĢan verdilər bizə. Seyidəli müəllim özü də bir müddət Cəbrayılda rayon 
partiya  komitəsində  iĢləmiĢdi.  Ġndi  Ģəhərdə  yaĢasa  da  rayon  mühitinə,  kənd 
həyatına  bələd  adam  idi.  Onun  üçün  kədərli  də  olsa,  Rauf  haqqında  qısa 
məlumatları  bizə  çatdırdı:  Rauf  1988-ci  ildə  kənd  orta  məktəbini  bitirmiĢdi.  Orta 
məktəbi  bitirən  ili  hərbi  xidmətə  çağırılmıĢ,  Rusiyanın  Kaluqa  Ģəhərində  əsgəri 
xidmətini  baĢa  vurmuĢdu.  Əsgərlikdən  qayıdandan  sonra  bir  müddət  kənddə 
mühasib  iĢləyir.  1992-ci  ildən  cəbhəyə  -  döyüĢə  yollanır.  Ġki  il  -  1994-cü  ilin 
martına kimi odlu-alovlu cəbhələrdə vuruĢur. Cəbrayıl torpaqları düĢmən iĢğalına 
keçəndən  sonra  Rauf  Füzuli  cəbhəsində  döyüĢürdü.  Son  döyüĢdən  qabaq  atası 
Allahverdi  ona  "Rauf,  bir-iki  gün  də  evdə  qalsan  rahat  olarıq.  Bala,  sonra 
gedərsən", - demiĢdi. Onda Rauf cavab vermiĢdi ki, yox, ata, məni cəbhə dostlarım 
gözləyir,  bəs  mən  onlara  nə  deyərəm?  Yox,  mən  getməliyəm.  Allah  qoysa 
müharibə qurtarandan sonra həmiĢə bir yerdə olacağıq, salamat qalın. 
Bu Raufun  son  sözləri,  son  gediĢi oldu. 1994-cü il  martın  19-da Horadiz 
istiqamətindəki  ağır  döyüĢdə  qəhrəmanlıqla  həlak  oldu.  Doğma  torpaqlara 
qayıtmağa  tələsən  Rauf  Məhərrəmov  Beyləqan  rayonunun  ġəhidlər  xiyabanında 
dəfn edildi. 
 
 
 
 
 
 
 
 
 
 
 


218 
 
 
Mirzəyev Elsevər Kalbalı oğlu 
doğulub - 22.06.1975-ci il, 
Cəbrayıl rayonu Quysaq kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu Sur kəndi 
 
 
ÖLÜMÜNƏ ĠNANMIRAM... 
 
Elə bil o gün Elsevərin ürəyinə dammıĢdı ki, bir daha geri qayıtmayacaq. 
Elə  bil  ölümü  ayan  olmuĢdu  ona,  sonuncu  dəfə  evlərindən  çıxanda  qarĢılaĢdığı 
adamlarla  sağollaĢıb  demiĢdi:  "Mənə  halallıq  verin,  dünyanın  iĢini  bilmək  olmaz. 
Ölüb eləsəm, bilin ki, son nəfəsimə kimi Vətənə sədaqətli olmuĢam"... 
Görəsən  hansı  hisslərin  təsiri  ilə  deyilmiĢdi  bu  sözlər.  Elsevər  ağciyər 
oğul deyildi, onu tanıyanlar bilirdilər ki, bütün ömrü boyu qorxunu-hürkünü vecinə 
alan olmayıb. Səngərə ayaq basdığı gündən ölümün qaĢla-göz arasında gizləndiyini 
bilsə də dediyindən dönməyib... 
O  gün  hiss  edirdi  ki,  Quysaq  kəndindəki  həyətlərindən  sonuncu  dəfə 
aralanır. Bir də bu evə qədəm basmayacaq. Ġnnən belə ruha çevrilib bu kəndin baĢı 
üstə  gəzib  dolanacaq.  O  gün  ölümü  özünə  ayan  olsa  da  yolunu  dəyiĢmədi, 
DaĢbaĢını dolanıb  Banazur kəndi  yaxınlığındakı posta xoĢ ovqatla qədəm qoydu. 
Əsgər  yoldaĢları  ilə  illər  ayrısı  kimi  görüĢüb,  evlərindən  gətirdiyi  ləziz  xörəkləri 
onlarla birlikdə yedi... 
Ertəsi  gün  sübh  tezdən,  saat  beĢ-altı  radələrində  erməni  tərəfdən  atılan 
qradlar  Banazur  postunun  külünü  havaya  sorurdu.  Qismətə  bax  ki,  orada  olan 
əsgərlərin hamısı salamat qalsa da, səngəri son nəfəsinə kimi tərk etməyib müdafiə 
mövqeyi tutan Elsevər qəlpələrdən didim-didim oldu... 
DöyüĢçü  dostlarının  сəhdlərinə  baxmayaraq,  bu  cəsur  oğlanın  meyitini 
səngərdən çıxarmaq mümkün olmayıb... 
Səmayə  ana  oğlunun  ölüm  sorağını  eĢitsə  də  bu  acı  xəbərə  inanmayıb. 
Ona bu qara xəbəri çatdıranlara: 
-  Elsevərim  öləsi  oğul  deyildi,  əkər  o,  Ģəhid  olubsa,  meyitini  gətirin, 
gözlərimlə görüm, - deyib... 
Ġndinin özündə də bu dərdli ana ciyərparasının ölümünə inana bilmir, hər 
dəfə qapı açılanda elə bilir ki, indicə Elsevər içəriyə girib boynuna sarılacaq onun... 
Mirzəyev  Elsevər  Kalbalı  oğlu  Quyçaqda  böyüyüb  boya-baĢa  çatandan 
sonra  orta  məktəbi  bitirmiĢ,  sovet  ordusu  sıralarında  qulluq  etmiĢdi.  Ancaq  çox 
qala bilməmiĢdi orada. Erməni quldurlarının  vəhĢiliyini eĢidib Vətənə qayıtmıĢdı. 
Onu qınayanlara: 


219 
 
-Mən öz torpağımı, öz ana-bacımı burada yalqız qoyub yadların Vətənini 
qoruyan  deyiləm,  -  demiĢdi.  sonra  da  əlavə  etmiĢdi  ki,  günü  sabahdan 
torpaqlarımızı  azad  etməyə  yollanacağam.  Bu  yoldan  bircə  addım  geri  çəkilsəm, 
anamın südü mənə haram olsun... 
Kənd camaatının Eldəniz adı ilə tanıdıqları Elsevər axıracan sözünün üstə 
durdu. O, ölümün soyuq üzünü görəndə də dilini çeynəyib sözünü geri пötürmədi... 
Elsevərin  yaxın  qohumu  Akif  Əhmədov  deyir  ki,  rayonda  vəziyyət 
gərginləĢəndə Elsevərə baĢ çəkməyə getmiĢdim. Onun mərdliyi və cəsarəti məndə 
qibtə  hissləri  oyatdı.  Hələ  onda  o,  mənə  demiĢdi  ki,  mən  heç  vaxt  səngəri  tərk 
etməyəcəyəm. Belə oğulları torpaq da sevdiyindən qoynuna tez aparır. 
Hər  səhər  səmayə  ana  yuxudan  duran  kimi  gözünü  uzaqdakı  Cəbrayıl 
dağlarına sarı yönəldib oğlunu səsləyir: 
 
Niyə xəyala dalmısan,  
Yoxsa saralıb-solmusan?  
Ürəyimdə dərd olmusan,  
Ölümünə inanmıram. 
 
 
 
 
 
 
Mirimov Qərib Mehdi oğlu 
doğulub - 11.08.1950-ci il, 
Beyləqan rayonu MaĢqara kəndi; 
Ģəhid olub- 15.08.1993-cü il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
 
SƏNSĠZ YAMAN DARIXMIġIQ... 
 
Qərib Beyləqan rayonunun MaĢqara kəndində dünyaya göz açsa da dədə-
baba yurdu Cəbrayıl elimizlə sıx bağlı idi. Onun burada doğmaları, əzizləri yaĢayır, 
Qəribi  öz  övladları  hesab  edirdilər. Tale  elə  gətirdi  ki,  o,  ölüb  bu  torpaqda  qalası 
oldu. Pirəsəd kəndindəki gor evi Qəribi bağrına basıb, onun yaraları üstə məlhəmə 
döndü... 
Orta  məktəbi  bitirdiyi  ilin  payızında  sovet  ordusunda  əsgərlik  etmiĢdi. 
Vətənə  qayıdanda  doğulduğu  kənddə  bənd  olmayıb  Sumqayıt  Ģəhərinə  gələrək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə