Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   58   59   60   61   62   63   64   65   ...   126

190 
 
Uca  qamətini  Ģax  tutub  təbəssümlə  deyirdi  ki,  qorxmayın,  mən  gülləbatmazam. 
DüĢmənə asanlıqla can verən deyiləm... 
Sözünün  üstə  möhkəm  duran  idi  Zaur.  Böyük  arzuları  var  idi  balamızın. 
Ġngilis  dilini  elə-belə  öyrənməmiĢdi.  Müharibə  qurtarandan  sonra  təhsilini  davam 
etdirməli idi. Fələk arzumuzu gözümüzdə qoydu... 
Ölümündən düz bir ay qabaq ailə üzvləri - qardaĢı Emil və üç yaĢlı xalası 
qızı  Könül  Murova  -  onun  görüĢünə  getmiĢdilər.  Komandirləri  o  vaxt  Zaura  beĢ 
günlüyə  icazə  vermiĢdi  ki,  qohum-əqrabasıyla  görüĢüb  geriyə  qayıtsın.  Novruz 
bayramını  Bakıdakı  doğma  ata  evində  qarĢılayan  Zaur  martın  27-də  bayram 
sovqatı ilə əsgər dostlarının  yanına qayıtdı. Onda hələ aĢağılarda yazın  ilıq nəfəsi 
duyulsa da, Murovda soyuq adamı qılınc kimi kəsirdi... 
Erməni  quldurlarının  Tərtər  bölgəsindəki  yeni  hücumlarının  qarĢısını 
kəsən  qeyrətli  oğullarımızdan  biri  də  Zaur  idi.  Qırmızıkənd  ətrafında  gedən  qanlı 
döyüĢlərdə  sinəsini  Vətən  torpağına  sipər  edən  bu  igid  əsgər  aprel  ayının  27-də 
düĢmən  gülləsinə  tuĢ  gəldi.  Son  nəfəsində  onu  qolları  üstə  arxaya  gətirən  əsgər 
yoddaĢlarına: 
- DüĢməndən qisasımı alın, məni unutmayın, - deyib gözlərini yumdu... 
Zaurun  ölüm  xəbərini  eĢidəndə  Aydın  babanın,  Ella  nənənin  gözlərinə 
zülmət çökdü elə bil. Bakının ikinci ġəhidlər xiyabanında torpağa əmanət verilən 
sevimli  nəvələrinin  evdəki  Ģəklindən  onlara  tərəf  boylanan  baxıĢları  ilə 
qarĢılaĢanda sinələrindən qopan ah-nalə dodaqlarında misra-misra göyərdi: 
 
Arxa idin bizə, oğul  
Niyə gəldin gözə, oğul.  
Döndün oda, közə, oğul,  
Hardan tapaq səni, Zaur. 
 
Gözümüzdə yaĢ qurumaz,  
Taledən çoxu yarımaz.  
Sağalan deyil yaramız, - 
Hardan tapaq səni, Zaur... 
 
 
 
 
 
 
 
 
 
 


191 
 
 
 
Mehdixanov Rəfayıl Çərkəz oğlu 
doğulub - 16.03.1972-ci il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 08.01.1994-cü il, 
Füzuli bölgəsi 
 
 
 
 
 
ELLƏR XƏBƏRSĠZ QALIB... 
 
O  gün  Çərkəz  kiĢi  kənd  qəbiristanından  beli  bükülmüĢ  halda  geri 
qayıdırdı.  ġəhid  balasının  dərdindən  artıq  yurdsuzluq  ağrıları  onu  üzüb  əldən 
salırdı.  Yol  uzunu  oğlunu  ehtiramla  dəfn  edən  ĠmiĢli  camaatına,  Çaxırlı  kəndinin 
ağsaqqallarına  dönə-dönə  razılığını  bildirdikcə  gözləri  el-obanı,  yaxın-uzaqları 
arayıb axtarırdı. Ürəyinin dərinliklərində qövr eləyən dərdləri sözə çevrilib dilini, 
dodağını yandırmaqda idi: "sizə qurban olum, ay elim, obam. Hara dağıldınız, hara 
getdiniz. Axı, yerimizdə, yurdumuzda olsaydınız, bu müsibətli günümdə məni tək-
tənha  qoymazdınız.  Haradasan,  ay  Mərcanlı  elim,  xəbərin  varmı  Rəfayıl  balamın 
faciəsindən? Ay Allah, nə günahın yiyəsiydik ki, bizə belə zülm elədin?" 
Heç bir  günahı-zadı  yox idi  Çərkəz  kiĢinin. Dünyanın  ən  fağır, baĢıaĢağı 
bəndələrindən  biri  idi.  Özgənin  toyuğuna  "kiĢ"  deməmiĢ,  bircə  qarıĢqanı  da 
ayaqlamamıĢdı bu yaĢacan. Yaz, qıĢ qabarlı əlləri ilə yer belləmiĢ, torpaq suvarmıĢ, 
zəmi  əkib  biçmiĢdi.  Əli  iĢ  tutandan  halallığı  ilə  tanınmıĢ,  əməksevərliyi  ilə 
baĢqalarına  nümunə  göstərilmiĢdi.  Xasiyyətdə  oğlu  Rəfayıl  da  tamam-kamal 
atasına çəkmiĢdi. Dinc, üzüyola bir uĢaq idi. BoĢ vaxtlarında həyət-bacalarına baĢ 
çəkib, gücü çatan bir iĢin qulpundan yapıĢırdı. Orta məktəbi bitirib, təhsil dalınca 
Ģəhərə  getməyi  sonraya  saxlayıb  kəndlərindəki  təsərrüfata  üz  tutmuĢdu.  Cavan 
olmasına baxmayaraq, zəhmət adamları xətrini çox istəyirdilər onun... 
1990-92-ci  illərdə  sovet  ordusunda  qulluq  edəndə  də  həmyerlilərinə  xoĢ 
sədası  çatmıĢdı  Rəfayılın.  Uzaq  Rusiyadan  bir-birinə  düyülüb  gələn  əsgər 
məktublarında  narahatlığı,  həyəcanı  duyulmaqda  idi  onun.  Evlərinə  qayıdıb 
gələndən  sonra  əndiĢəsi  daha  da  artıb  çoxalmıĢdı.  Fasiləsiz  olaraq  davam  edən 
düĢmən  hücumları  hövsələdən  çıxarmaqda  idi  onu.  Mərcanlının  tən  ortasından 
keçib  gedən  dəmir  yolu  ilə  addımlayanda  elə  bilirdi  ki,  arxasınca  baxanlar 
ürəklərində  ona  deyirlər:  "sənin  tay-tuĢların  düĢmən  qabağında  dayanıb,  bəs 
Vətənin dar günündə sən kimi gözləyirsən?" 


192 
 
Rəfayıl  onsuz  da  çoxdan  cəbhəyə  can  atırdı.  Anlayırdı  ki,  Vətənin  nicatı 
onun  kimi  cavanlardan  asılıdır.  Doxsan  ikinci  ilin  sentyabrında  evdəkilərlə 
vidalaĢıb Cəbrayıl Ģəhərindəki hərbi hissəyə üz tutdu... 
Rəfayıl  düz  bir  ildən  artıq  oğuz  elimiz  Cəbrayılın  yalçın  qayalarına 
sığınıb;  sinəsini  Vətən  torpağına  sipər  etdi.  QıĢlaq,  Süleymanlı,  Sirik  postlarında 
kipriyini qırpmadan torpaqlarımıza  keĢik çəkdi.  ĠĢtirakçısı  olduğu qanlı döyüĢlər-
də qeyrətlə vuruĢub, Vətənə oğulluq borcunu qaytardı... 
Cəbrayıl  torpaqları  bütünlüklə  düĢmənin  kirinə  keçəndən  sonra  Çərkəz 
kiĢi  Rəfayıldan  bərk  nigaran  idi.  DaĢburundakı  yol  ayrıcında  dayanıb  gəlib-
gedənlərdən  oğlunu  soraqladıqca  qəlbindən  qara  qanlar  axırdı  onun.  Axırda 
öyrəndi  ki,  Rəfayıl  əsgər  yoldaĢları  ilə  birlikdə  Füzuli  torpaqları  uğrunda  gedən 
döyüĢlərdədir.  Yol  kənarında  dayanmaqdan  yorulub  bezikən  ata  axırda  əllərini 
göyə qaldırıb: 
- Allaha pənah, daha əlimizdən nə gəlir, - deyib qaçqın komasına qayıtdı... 
Çərkəz  kiĢi  evdəkilərin  yanında  özünü  toxtaq  tutmağa  çalıĢsa  da,  ürəyi 
ram  olmurdu.  Elə  bil  oğlunun  Ģəhid  olacağı  ayan  idi  ona.  Səhər,  axĢam  yollara 
boylana-boylana  qalmıĢdı.  Və  günlərin  birində  Rəfayılın  tabutu  ilə  qarĢılaĢıb 
hönkür-hönkür ağladı: 
Deyirlər insan dərdli olanda, tez dil açır. Dərd onun ürəyində sözə çevrilir. 
O gün Çərkəz kiĢi oğlu Rəfayılı təzə-təzə oxĢayıb əzizləyirdi: 
 
Vətənin daĢı oğul,  
Baharı, qıĢı oğul.  
Sənsiz daha qurumaz  
Gözümün yaĢı, oğul. 
 
Ürəyimdə köz qalıb,  
Sinəmdə bir iz qalıb.  
Rəfayıl, ölümündən  
Elim xəbərsiz qalıb... 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə