Qəm leysani


Gülməmmədov Rəfayıl Məhəmməd oğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   57   58   59   60   61   62   63   64   ...   126

187 
 
Gülməmmədov Rəfayıl Məhəmməd oğlu 
doğulub - 10.11.1966-cı il, 
ġəmkir rayonu Tatar kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
SƏN ġƏMKĠRDƏ DOĞULMUġDUN... 
 
Dünyaya  ġəmkir  rayonundakı  Tatar  kəndində  göz  açmıĢdı  Rəfayıl. 
YaĢıdları  kimi  hər  Ģeyə  maraq  göstərir,  Ģirin  arzularla  yaĢayırdı.  UĢaqlıqdan 
könlünü  zəhmətə  vermiĢ,  həyatın  Ģirinliyini,  onda  gəzib  aramıĢdı.  Orta  təhsilin 
tamamlayandan  sonra  texniki-peĢə  məktəbində  oxuyub  kran  sürücüsü  peĢəsinə 
yiyələnmiĢdi.  Arzusu  ev  tikmək,  yol  çəkmək,  körpü  salmaq  idi  onun.  Üzüyola 
geniĢ qəlbli cavan bir oğlan idi Rəfayıl. Ona ağız açanların heç birindən köməyini 
əsirgəməz, tay-tuĢlarına can deyib, can eĢidərdi... 
1984-cü ildə Qorki vilayətindəki hərbi hissədə əsgəri xidmət borcunu baĢa 
vurub Vətənə qayıdandan sonra ona elə gəlirdi ki, daha həyatda elə bir müĢkül iĢi 
qalmayıb.  Ġndi  o,  ev-eĢik  barədə  fikirləĢir,  doğmalarına  kömək  etməyi,  valideyn-
lərinin qolundan yapıĢmağı özünün müqəddəs borcu hesab edirdi... 
Bakıdakı  MaĢınqayırma  zavodunda  krançı  iĢləyəndə  elə  bilirdi  ki, 
dünyada  ondan  xoĢbəxt  adam  yoxdur.  Rəfayılın  burda  xətrini  istəyir,  əməyini 
yüksək  qiymətləndirirdilər.  O,  Ģəhərdə  yaĢasa  da  doğma  kəndləri  ilə  nəfəs  alır, 
fürsət düĢən kimi el-obaya baĢ çəkib, camaatla hal-əhval tuturdu. Beləcə bir ömür 
yaĢayır, ürəyində həyatından razılıq edirdi. Demə, qarĢıda keçilməz sədlər, taleyin 
Ģıltaqlıqları da var imiĢ. Eh, bunları o, hardan biləydi ki, onda... 
Vətənimizdə  gedən  müharibə  bütün  qeyrətli  adamlar  kimi  Rəfayılın  da 
yuxusunu  ərĢə  çəkmiĢ,  yatağına  qor  ələmiĢdi.  Hiss  edirdi  ki,  ürəyi  onu  döyüĢ 
meydanlarına  çəkir.  Bığ  yerləri  təzə-təzə  tərləyən  cavanlarımız  qızıl  gülləyə  tuĢ 
gəldikcə ürəyi qisas hissi ilə alıĢıb-yanırdı. Axı, o hər Ģeydən qabaq əla zenitçi idi. 
DüĢünürdü ki, daha zavodda qalması əbəsdir, indi onun kimilərinin yeri cəbhədir. 
Axır ki, ürəyinin hökmünə boyun əyib cəbhəyə üz tuqdu Rəfayıl. 
1993-cü ilin may ayında Cəbrayıldakı hərbi hissədə xidmət edən leytenant 
qardaĢı  Nurəddin  Gülməmmədovun  xeyir-duası  ilə  igid  oğullarımızın  sırasına 
qoĢuldu.  Onun  məharəti  sayəsində  hərbi  əməliyyatlar  zamanı  düĢmənə  layiqli 
cavablar  verilir.  Rəfayıl  əsgər  yoldaĢları  arasında  cəsur  bir  atıcı  kimi 
Ģöhrətlənirdi... 
QuĢçular,  GünəĢli,  Banazur,  DaĢbaĢı  və  Mülkədərə  yaĢayıĢ  məntəqələri 
uğrunda  gedən  döyüĢlərdə  onun  nəyə  qadir  olduğu  üzə  çıxdı.  Burada  əsl  igidlik, 
qəhrəmanlıq  göstərən  bu  igid  əsgər  Ģəhid  oğullarımızın  dönə-dönə  qisasını  alıb 
düĢmənin anasını ağlar qoydu... 


188 
 
Rəfayılgilin qoruduğu postu düĢmən çoxdan idi ki, ələ keçirmək istəyirdi. 
Ancaq igid zenitçilərimiz quldurlara aman vermir, güclü zərbələr endirməklə onları 
əvvəlki mövqelərinə çəkilməyə məcbur edirdilər. Bu igid oğlanın döyüĢ yolu 1993-
cü  il  avqustun  15-də  sona  çatdı.  Əsgərlərimizdən  sayca  qat-qat  artıq  olan 
düĢmənlər DaĢbaĢı postunda  yurda  keĢik çəkən  igidlərimizi  gecənin bir aləmində 
mühasirəyə aldılar. Qeyri-bərabər vuruĢda əsgərlərimiz sonuncu nəfəslərinə qədər 
mərdliklə vuruĢub bir addım da geri çəkilmədilər. On səkkiz nəfər Ģəhidin arasında 
Ģəmkirli balası Rəfayıl da var idi o gecə... 
Cəbrayıl  camaatı  Rəfayılın  tabutunu  al-qumaĢa  tutub  ehtiramla  yola 
saldılar  o  səhər.  Məmməd  kiĢinin,  Zərəngiz  ananın  qeyrətli  balası  Rəfayıl 
Gülməmmədov ġəmkir torpağına Ģəhid kimi qayıtdı. DaĢbaĢı faciəsi yada düĢəndə 
Rəfayılın  adı  da  ehtiramla  anılır,  cəbrayıllı  Ģəhid  anaları  onu  da  ağılara  qatıb 
əzizləyirlər: 
 
Vətən üçün oddan keçdin,  
Bir qeyrətli igid oldun.  
Sən ġəmkirdə doğulmuĢdun,  
Cəbrayılda Ģəhid oldun... 
 
 
 
 
 
Mehdiyev Zaur Murad oğlu 
doğulub - 19.05.1975-ci il, 
Bakı Ģəhəri; 
Ģəhid olub - 25.04.1994-cü il, 
Tərtər bölgəsi 
 
 
 
 
 
MƏNĠ UNUTMAYIN... 
 
Doxsan  beĢinci  ilin  yanvar  ayının  ilk  günlərində  Bakıda  olarkən  taleyin 
didərginlik  ağrı-acıları  ilə  üzləĢən  həmyerlilərimizdən  eĢitdik  ki,  Etibar  müəllim 
neçə  vaxtdır  ki,  bizimlə  görüĢmək  arzusundadır.  Ertəsi  gün  soraqlayıb  tapdıq. 
Cəbrayıl ərazisi düĢmən əlinə keçəndən sonra Binəqədi rayonu ərazisində yaĢayan 
qohumlarına  pənah  gətirib  Etibar.  Dağlar  qoynundakı  Qaracallı  kəndindən  sonra 
sığındığı qohum evi onu sıxsa da taleyin qəfil sınağına sinə gətirib gec-tez doğma 


189 
 
yurd  yerlərinə  qayıdacağı  ümidi  ilə  yaĢayır  Etibar.  Ġl  yarım  ayrılıqdan  doğan 
həsrətlə görüĢəndən sonra ona: 
-EĢitdik yaxın qohumlarından Ģəhid olan var. Allah rəhmət eləsin, torpağı 
sanı yaĢayasınız... 
Etibar dərindən köksünü ötürüb: 
-Elə buna görə sizi axtarıram. Aydın kiĢi mənə bərk-bərk tapĢırıb ki, harda 
tapsam sizi onun yanına aparım, - dedi... 
Yarım  saatdan  sonra  Koroğlu  küçəsində  "Qaracallı  məhləsi"  adı  ilə 
tanınan evlərdən birinin qapısını döyüb içəri keçdik... 
Aydın dayı Cəbrayıl rayonunun Qaracallı kəndində dünyaya göz açıb. Bu 
oymağın  dağına,  yamacına,  hər  qarıĢ  torpağına  belə  bələddir.  1941-ci  ilin  hərb 
tufanı  onu  da  doğma  el-obasından  perik  salıb.  ĠĢtirakçısı  olduğu  Böyük  Vətən 
müharibəsindən  sonra  baĢı  müsibətlər  çəkib.  Stalin  repressiyasının  cəhənnəm 
əzablarını  gözü  ilə  görüb  "o  dünyadan"  sınıb-sıxçalanmıĢ  vəziyyətdə  qayıdan  bu 
zəhmətkeĢ kiĢi axır ki, Bakıda qərar tutub. Ağır illərdə ona arxa-dayaq olan alman 
qızı  Ella  xanımla  əl-ələ  verib  özlərinə  ev-eĢik  düzəldiblər.  Cəbrayılın  iĢğalından 
sonra Qaracallıdan olan yaxın qohumlarına əl uzadıb onları isti ocaqlarının baĢında 
əyləĢdirib... 
Demə  illər  boyu  kipriyi  ilə  od  daĢıyan  Aydın  dayının  görəcəkli  günləri 
arxadaymıĢ. Ömrünün ahıl çağlarında yurd ağrısı çəkmək bir yana, Ģəhid oğul itkisi 
ilə göz yaĢları axıtmalıymıĢ o da... 
Zaur babası Aydın kiĢinin himayəsində böyüyüb. Dünyanın min bir üzünü 
görən  Aydın  dayı  onu  özünə  nəvə  yox,  oğul  payı  hesab  edib.  Zaur  1992-ci  ildə 
Binəqədi  rayonundakı  276  saylı  orta  məktəbi  bitirəndə  Aydın  babanın,  Ella 
nənənin  uçmağa  qanadı  olmayıb.  Doğma  ata  ocağı  ilə  qırılmaz  tellərlə  bağlı  olan 
Aydın  kiĢi  dünyanın  düz  vaxtlarında  Zaurun  əllərindən  tutub  dönə-dönə 
Qaracallıya aparıb. Ġndi özünün kövrələ-kövrələ dediyi kimi, ürəyində tutubmuĢ ki, 
Zaur  böyüyüb  ərsəyə  yetəndən  sonra  onunla  birlikdə  doğma  kəndinə  qayıdıb 
ömrünün qalan illərini burada yaĢasın... 
Ella nənə deyir ki, fərasətli uĢaq idi Zaur. Orta məktəbdə oxuduğu illərdə 
idmanın karate növü ilə məĢğul olmuĢdu. Ġngilis dili ilə dərindən maraqlandığından 
hələ  aĢağı  siniflərdə  oxuyarkən  bu  dildə  sərbəst  danıĢıb  yazırdı.  Orta  məktəb 
müəlliməsi Zərifə xanım onu öz oğlu kimi sevir, gələcəyinə böyük ümid bəsləyirdi. 
Özündən kiçik qardaĢı Emin, xalası qızı Könül adı ilə öyünürdülər Zaurun... 
Torpaqlarımızda  müharibə  getdiyi  bir  zamanda  yurdunu  ürəkdən  sevən 
Mehdiyev  Zaur  Murad  oğlu  da  əlinə  silah  alıb  düĢmən  qabağına  çıxdı.  YaĢıdları 
arasında  həlim  xasiyyətli  bir  oğlan  kimi  tanınan  Zaur  soyuq  səngərlərə  sığınıb 
Vətən  torpağını  qeyrətlə  qoruyurdu.  Ən  çətin  dəqiqələrdə  belə  qarabuğdayı  sifə-
tindən  təbəssüm  əskik  olmurdu.  Məkrli  düĢmən  cildinə  girib  onu  qarabaqara 
izləyən ölümü yaxına buraxmırdı Zaur. Ella nənə, yaxın qohumları deyirlər ki, hər 
dəfə görüĢəndə ona deyirdik ki, Zaur, amandır, özünü qoru, kirəvəni əldən vermə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə