Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   61   62   63   64   65   66   67   68   ...   126

199 
 
 
 
  Məmmədov Murad Məhəmməd oğlu 
doğulub - 08.09.1968-сi il, 
Сэbrayıl rayonu Qazanzəmi kəndi
Ģəhid olub - 28.12.1993-cü il, 
Ağdam rayonu Papravənd kəndi 
 
 
 
 
 
SƏN HƏMĠġƏ BĠZĠMLƏSƏN... 
 
Kamil insan daĢdan çörək çıxarıb  
El-obada sənətindən tanınar... 
 
Bu  misralar  Muradın  zəhmət  soraqlı  ömrünün  arxada  qalan  fərəhli 
illərindən soraq verir elə bil. Onda Məmmədov Murad Mingəçevirin - bütövlükdə 
Azərbaycan elimizin nəhənk tikintilərindən sayılan DRES-in qazan-turbin sexində 
iĢləyirdi.  Buraya  gəlməmiĢdən  öncə  Mingəçevir  Ģəhərindəki  39  saylı  texniki-peĢə 
məktəbində qaz qaynaqçısı peĢəsinə yiyələnmiĢdi... 
Boz  dağın  ağuĢuna  sığınan  Mingəçevirdə  indi  də  yaxĢı  xatırlayırlar 
Muradı. DRES-də iĢlədiyi illərdə halallığı ilə ad çıxaran bu yanımlı-yapıĢıqlı oğlan 
çoxlarının  diqqətini  cəlb  etməkdə  idi.  Qabiliyyətli  və  vicdanlı  olduğunu  görüb 
Ģəklini "ġərəf lövhəsinə" vurmuĢdular onun. Elə Mingəçevirdən də əsgəri xidmətə 
yollanmıĢdı Murad. Ġki ildən sonra əvvəlki iĢ yerinə qayıdıb, Mingəçevirin zəhmət 
adamlarının sırasında özünəlayiq yer tutmuĢdu. Böyük arzuları, dünyaya sığmayan 
diləkləri  var  idi  onun.  Ġstəyirdi  ki,  ailə-uĢaq  sahibi  olub,  Pəri  ananı,  qardaĢ-
bacılarını  sevindirsin.  Ġstəyirdi  ki,  öz  əlləri  ilə  bir  ev  tikib  onun  iĢığını  gur  yan-
dırsın.  Yayın  tüğyanında  Mingəçevirdən  buraya  gəlib  məzuniyyət  günlərini  yaĢıl 
meĢənin qoynuna sığınan doğma kəndlərində keçirsin. Ġstəyirdi ki... 
1988-ci  ilin  fevralından  sonra  tarazı-nizamı  pozulan  el-obamıza  dinclik, 
əmin-amanlıq  arzulayırdı  Murad.  Ġstəyirdi  ki,  Ģəhid  ağıları  ilə  gözlərindən  qanlı-
yaĢ tökən el-obamıza toy-düyün qismət olsun... 
Qazanzəmidən  gəlib  Mingəçevirə  çatan  qorxunc  xəbərlər  Muradın 
yuxusunu  ərĢə  çəkmiĢdi.  Doğma  kəndindən  uzaqda  yaĢasa  da  Hintağlardan  atılan 
mərmilərin harayı qulaqlarına çatırdı elə bil... 
Doğma  torpaqlarımızda  baĢ  verən  qanlı  hadisələrə  biganə  qala  bilmirdi 
Murad.  Buna  görə  də  o,  1991-ci  ilin  əvvəllərində  Ana  Kürün  mavi  sularına 
sonuncu dəfə baxıb, od-alov içərisində qovrulan Cəbrayıla qayıtdı... 


200 
 
Qazanzəmi  camaatı  xilaskar  kimi  baxırdılar  Murada.  Kəndə  gələn  kimi 
rayonda  yenicə  yaradılan  özünümüdafiə  taburuna  üzv  yazılan  bu  hünərli  oğlan 
cəbhədən  bircə  gün  də  olsa  ayağını  geri  qoymadı.  DöyüĢlərdə  qəhrəmanlıqla 
vuruĢduğundan çavuĢ rütbəsi vermiĢdilər ona. Postlarda dayananda bilirdi ki, təkcə 
qoruduğu  mövqe üçün  yox, döyüĢçü dostlarının  həyatına da  cavabdehdir o. Hərbi 
əməliyyatlar qızıĢanda həmiĢə öndə gedən görürdülər   Muradı.   Cəbrayıl   hərbi   
alayında   xətrini   çox istəyirdilər onun. Doxsan üçün aprelində Hintağlar istiqa-
mətindən  irəliləyən  düĢmənə  yaxĢıca  dərs  vermiĢ,  quldurları  qaçmağa  məcbur 
etmiĢdi.  O  vaxt  və  sonrakı  iyun-iyul  döyüĢlərində  əsgər  dostları  Muradın  "PK"-sı 
ilə cəhənnəmə vasil olan yeddi düĢmən cəsədi saymıĢdılar yamacda... 
Quysaq  kəndi  uğrunda  gedən  döyüĢlərdə  Murad  üç  düĢmən  yaraqlısını 
məhv edərək Ģəhidlərimizin qisasını almıĢdı... 
Rayonun  iĢğalından  sonra  Cəbrayılın  qeyrətli  əsgər  oğulları  Ağdam 
torpağını  qoruyurdular.  Onların  sırasında  Ģəxsi  Ģücaəti  ilə  fərqlənən  qazanzəmili 
çavuĢ Məmmədov Murad Məhəmməd oğlu da inadla vuruĢurdu... DöyüĢün qızğın 
çağlarında  əlindən  yerə  qoymadığı  "PK"-sıyla  beĢ  erməni  quldurunu  məhv  edib, 
düĢmənin gözətçi məntəqəsini qumbara ilə darmadağın edən bu cəngavər oğlan son 
anda həyatı bahasına yaralı əsgər dostunu xilas etdi. 
Azərbaycan  Respublikası  Prezidentinin  09  oktyabr  1994-cü  il  tarixli 
fərmanı ilə bir qrup Vətən qeyrətli əsgər və zabitlərimiz orden və  medallara layiq 
görülüb.  Təltif  olunanların  sırasında  Məmmədov  Murad  Məhəmməd  oğlunun  da 
adı  var.  Ölümündən  sonra  "Hərbi  xidmətlərə  görə"  medalı  ilə  təltif  olunan  igid 
eloğlumuzun Vətən qarĢısındakı xidmətləri illər keçdikcə öz həqiqi qiymətini alıb 
onun adını əzizləyənləri sevindirəcək... 
Papravənd  döyüĢlərində  Ģəhidlik  zirvəsinə  qalxıb  ucalan  Murad 
Məmmədov neçə vaxtdır ki, Qazanzəmidən uzaqlarda - bir parça Vətən torpağında 
uyuyur.  Onun  qəhrəmanlıqla,  misilsiz  Ģücaətlə  dolu  döyüĢ  yolunu  nəzərdən 
keçirərkən  o  gözlərimizdə  əbədi  bir  zirvəyə  çevrildi.  Onun  bu  yazını  yazdığımız 
anlarda bizimlə birgə olan ruhuna üzümüzü tutub: 
-  Sən  öz  igidliyində  ata  elimiz  Cəbrayıla  baĢucalığı  gətirmisən  eloğlu!  - 
dedik.  Cənnət  qapıları  həmiĢə  sənin  kimi  oğulların  üzünə  açılır.  Sənin  müqəddəs 
adını nəsil-nəsil ürəyimizdə yaĢadacağıq. Sən həmiĢə bizimləsən, Murad... 
 
 
 
 
 
 
 
 
 


201 
 
 
 
Məmmədov Adil Hüseyn oğlu 
doğulub - 18.09.1967-сi il, 
Cəbrayıl rayonu, Qazanzəmi kəndi; 
Ģəhid olub - 28.12,1993-cü il, 
Ağdam bölgəsi 
 
 
 
 
VƏTƏN, TƏKĠ SƏN YAġA... 
 
Vətən dara düĢəndə,  
Zirvə qarından keçər.  
Çəmən gül-çiçəyindən  
Torpaq barından keçər. 
 
Vətənə görə Ģirin canından, neçə-neçə arzularından keçib Adil. Ġstəyib ki, 
özündən  sonra  da  Vətən  yaĢasın,  Azərbaycan  elimizin  səması  açıq-aydın  olsun. 
Ömrünün  son  günlərində  məkrli  düĢmən  tərəfdən  üstünə  gələn  ölümün  qarĢısına 
çıxmaqla əbədi olaraq yaĢamaq haqqı qazanıb... 
Narıngül, Çulludan olan Ģəhidlərimizdən kimi daha yaxĢı tanıyırsan, - bu 
sualı  biz  vermiĢdik  Mingəçevirə  gələndə  ona.  Bircə  anın  içərisində  elə  bil  onun 
gözlərindən  bahar  yağıĢı  ələndi  sarıĢın  sifətinə.  Hiss  etdik  ki,  qızın  yaralı  yerinə 
toxunmuĢuq... 
Adilin can-ciyəri,  bacı əvəzi  baldızıdır Narıngül.  Deyir ki,  Adil də, onun 
qardaĢları  Telman,  Elman,  Nəriman  və  Sərməst  də  məni  özlərinə  bacı  biliblər 
həmiĢə.  Elə  Adil  Ģəhid  olanda  da  onun  cənazəsi  üstə  sərilib  olmayan  bacısının 
əvəzindən  öpüb  oxĢamıĢam  onu.  Mingəçevirin  toxuculuq  kombinatında  çəlimsiz, 
qabarlı  əlləri  ilə  halallıqla  ruzu  tapan  bu  qızın  Adillə  bağlı  söhbətləri  göyərib 
yaddaĢımda... 
1985-ci  ilin  payızında  əsgərliyə  getməzdən  qabaq  traktorçu  peĢəsinə 
yiyələnmiĢdi  Adil.    Kalininqradda  keçən  ikiillik  əsgərlik  həyatı  onun  xarakterini 
dəyiĢdirməsə  də  ömründən  sazaqlı  qıĢ  küləyi  kimi  adlayıb  keçmiĢdi.  Doxsanıncı 
ildə toy edib yaxın qohumları Gülsümü özünə ömür-gün yoldaĢı seçmiĢdi. Aygün 
dünyaya  gələndə  özünü  xoĢbəxtlərin  xoĢbəxti  hesab  edirdi.  Kəndlərinin 
yaxınlığındakı  DərviĢ  Pirimin,  ġıxazəddin  babanın  türbələrini  dolanıb  Tanrıdan 
dilək  diləmiĢdi  ki,  yurdumuzun  səmasında  gündən-günə  tündləĢən  qara  buludları 
yox edib, Aygün balasına arxa-dayaq olsun... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə